Qadın haqqların təmin edilməsi, Azərbaycanımızın yüksək şuurlu qatın artması!

 

Dünya üzrə Demokratiya nəzəriyələrində İnsan Haqlarının bir-biri ilə ilişgilərindən, hətta qarşı-qarşı durmasından çox yazıb və danışblar. Ancaq hər yerdə olduğu kimi, Azərbaycanımızda da sonsuzluq işləyir. Aydındır ki, hər bir haqla bağlı yeni qatlara, yeni çalarlara çıxmaq olar. Yaşamaq haqqı demokratiyada çox düşünülüb. "Nəyə görə yaşamaq haqqına belə önəm verilməlidir?

Demokratia kim və hançı bir qurumlara fayda verəcək. Demokratianı inanan birisi insan və də qadın haqlarının altına qol çəkəcəkmi? Sorusu və eyni zamanda cavabı ideolojidan asıldır. İdeianın Təməlləri insanlıq və doğal haqlara dayanırsa təbi ki, çox məsələlər biz qadınlar istəmədən aradan qalırılacaq. Bu demək biz təmməllər əsasın düşünmüşük.

 Yaşamaq haqqı hüququn ərkək- qadın demədən araşdırma imkanına nail olan bir-çoxlu uzmanlar bu nəzərdə ittifaqları var ki, qadın haqları soyləndiyi kimi icra mövqəsin tapmayir. Yəni göstərildi kimi, bütün hüquq, bütün qanunvericilik ilk öncə yaşamaın ənənələrinə qulluq göstərir.  Şərqdə çox sayılı qanunlar yaşamı qorumağa çağrıldığı üçün anlam və mahiyyət daşıyır. Qanunların birinci vəzifəsi qorumaqdır. Onlar nəyi qoruyurlarsa qorusunlar, dərinə gedəndə aydın olacaq ki, ya birbaşa həyatı qoruyurlar, ya da dolayısı yaşama, diriliyə həyan dururlar, yaşamın çevrimlərini (transformasiyalarını) müdafiə edirlər. Bu arada çoxlu bədiyi və doğal haqlarına göz yummağıda bilə-bilə yaşamaq naminə və torumuzdu diyə öz əllərilə pozurlar. Haqqını tanımayan qadın ya gərək qanunların mənasız laşması ilə razılaşsın, ya da ölümə söykənən qanunlar sistemini götürdüyünü boynuna alsın.

Siz baxın Qərbin insanlarına. Yaşamaq haqqına görə orada həyatın dəyəri görünməmiş yüksəyə qalxıb. İnsanlar dızqax, vasvası məxluqlar olsalarda ancaq qarşı tərəfi bir insan kimi görməyə baş əymişlər. Adamın hansı ölçüdəsə öz qayğısına qalmasına pis baxmaq yanlışlıqdır. Ancaq biz Azərbaycan qadınları, öz canlarının üstündə əsən həyat yoldaşlarımızı  bir amir kimi yox bir dost və dəyərinə dəyər verən insan kimi inandırsaq, millıtimizin səadıtinə doğru atdımların atılmasına nədən olarık. Yaşamaq haqqını üstün tutan ölkələrdə vətəndaşlar elə rahatlanıblar ki, psixoloji durğunluğa düşüblər. Bir çox mənəvi məqsədləri uzun ömür sürmək məqsədi ilə əvəz ediblər. Millətimizin böyük bir hissəsi İran adlanan ölkədə ən kiçik haqlarından uzaqlaşaraq, yabancı və dəyərsiz bir mədəniyətin basqısına məruz qalamışlar. İnsan haqların İran İslami yasaları adlı bir ölçüdə ölçmək məcburiyətindədirlər. Yəni təməl bir çox zaman cəhalətdən qaynaq tutarkən, bir qanunverici quvvə kimi özün göstərir.

Vətənimizin Quzey hissəsində gənc və sekolar bir dövlətimiz olursada, bu bölümdə nuqsanlarda gözə çarpır. Bu gün mustəqil Azərbaycan cumhuriyyətinin yönəticiləri gərəkən dünya bəyənmış insan haqlarına boyun əyərək bu qanunları bir qaydaya çevirib, olduğundan daha artıq Azərbaycanımızın gəliçşməsinə imkanlar yaradsınlar .  Azərbaycanımızda indi və gələcəkdə ki, böyük bir dövlət və ölkə kimi dünyada tanınacaq, indidən inasan və qadın haqların BMT nin və digər ulusal qurumların tosiyələrilə uyğunlaşdırma ən vacib işlərdən görünür.

İnsan Haqlarına hissə-hissə, bölüm-bölüm çatmağı, liberalizmin əsasını qoruyan ölkələrdə toplumsal yaşamın uğurlu olmasın sübuta yetirilməsin örnək tutub hüquq və azadlıqlara dəyər verməklə Azərbaycanımızın yüksək şuurlu qatın artmasına imkanlar yaradaq. Bu arada qadınlara doğal  hüquqların verilməsi toplum, ölkə və mədəniyətin yüksəlişinə doğru gedən yolun aşçılış nuqtəsidir.

 

Bu haqqı kim bizə verəcək?

Tanrı mələkləri?

Ərkəklərmi?

Yoxsa özümüzmü?

 

Pərvanə Behnəmun

Stokholm. Dünya qadın konfransı

8 mart 2007