Azərbaycan
qadınlarının faciəli durumu fars hakimiyyəti altında

1776 - cı ildə ingilis iqtisad alimi Adam Smid
"Millətlərin sərvəti "adlı kitabını
nəşr etdirmişdir. Elə bu kitab səbəb olmuşdur
ki, iqtisad
elminin təməli müstəqil bir elm kimi qoyulsun. O zamana
qədər
iqtisad, hüquq, siyasət və əxlaq
ilə bir yerdə öyrənilirdi. İqtisad elmi bir müstəqil
elm kimi ortaya çıxandan sonra, iqtisadçılar tərəqqi
və inkişaf amillərin araşdırıb və çalışırlar
gələcək haqqında proqnoz verələr.
İqtisadçılar tərəqqi və inkişaf
prosesində çox əhəmiyyətli rol oynayan
4 amili, yəni, iş, kapital, xammal və yeri əsas sayırdılar.
Bu bir bəlli həqiqətdir ki, dörd amilin içində işin,
yəni insani qüvvənin əsas əhəmiyyəti var. Çünki
əməldə insandır ki, kapital, xammal və yerdən düzgün
formada istifadə
edib və
tərəqqiyə səbəb olur. Yenə də bu danılmaz
həqiqətdir ki,
bir cəmiyyətdə insani qüvvədən danışanda
bunu unutmamalıyıq ki, insani qüvvənin yarısın
qadınlar təşkil edir. Elə bu səbəb görə
demək olar ki, qadınlar kişilərlə çiyinbəçiyin
iqtisadi sahədə fəal olmaları bir zəruriət kimi
ortaya çıxdı. Və o da öz yerində qadınlarla kişilərin
arasında siyasi və ictimai hüquq bərabərliyin
tələb edirdi. Əlbəttə, bu mövzunun bir psixoloji
tərəfi də var. Qadınlar bizim ana və bacılarımız,
ya həyat yoldaşımız və xüsusən uşaqların
tərbiyəsində çox önəmli rol oynayırlar.Əgər
onlar qadın olduqlarına görə ayrı - seçkiliyə
məruz qalarlarsa, bu onlarda ruh düşkünlüyünə və
hətta intiqam, nifrət hissinə səbəb ola bilər. Bu
da son nəticədə ona gətirib çıxarır ki,
ictimaiyyət öz içindən
böhranla üz - üzə olsun, tərəqqi və inkişafa
qarşı bir ciddi maneə yaratsın.
Elə bu səbəblərə görədir ki,
İran, Əfqanıstan, Ərəbistan kimi ölkələrdə
qadınlar cinsi zülmə məruz qalırlar və belə olan
tərzdə onlar dünyanın geri qalmış ölkələri
sayılır. Bu ölkələrdə fanatik dinçi qüvvələr
çalışırlar qadınla kişi arasında olan bioloji
faktlara istinad edib
və onların cəmiyyətdə ikinci
dərəcəli yer tutmalarına bəraət qazandırsınlar.
Təcrübələr nişan
verir ki, texnikanın inkişafı, buxar və digər maşınların
ixtirası səbəb oldu ki, fabriklərdə qadınlar kişilər
görən işi eyni ilə görsünlər və bu vasitə
ilə cinsiyyət amili fabriklərdə heç bir rol oynamayıb.
Əgər insan maşını ixtira etməklə qol gücünə
yardımçı yaratmışdısa,
son zamanlarda elektroniki beyin, yəni bilgisayar yaratmaqla insanın
beyninə yatdımçı oldu.
Elə bununla da, fabriklərdə insanlarla bərabər
robortlarda çiyin - çiyinə çalışdılar. İşçi
və burjua sinfinin kənarında yeni bir sinif yarandı ki,
onları informasiya sahibləri adlandırmaq olar. Bu sinfin
iqtisadiyyatda əhəmiyyəti qolunun gücündə, ya sahib olduğu
kapitalda deyil,
bəlkə sahib olduğu informasiyadadır. Bir fabriki
təsəvvürünüzə gətirin ki, orada bir fərd bilgisayar
mütəxəsisi kimi robortların işinə nəzarət
edir və s.
Bu gün tərəqqi və inkişafdan danışanda bir
yeni amil informasiya adıynan iş, kapital, xammal
və yer amilləri
ilə paralel ortaya çıxmışdı.
Müasir dövrümüzdə tərəqqidən söhbət
gedəndə insanları qadın və ya kişi olduğı
ilə yox, bəlkə zəruri informasiya sahibi olmağı
ilə fərqləndirirlər. Elə bu nöqteyi -
nəzərdən yanaşsaq, Azərbaycanın Quzey və
həm də Güney hisəsində milli hərakatın
tərəqqi və inkişafa meyli olmaq üçün
həmişə feministi mahiyyət daşıyıb.
Misal üçün, Quzey Azərbaycanda
M. Ə. Rəsulzadənin rəhbərliyi ilə 23 ay müstəqillik
dövründə ilk olaraq ancaq Azərbaycanda yox, bəlkə Şərq
dünyasında ilk dəfə olaraq qadınlara səs vermək
haqqı verildi. Qadınların siyasi, ictimai, iqtisadi və
mədəni
sahələrdə fəal iştirakına
qanuni və maddi zəmin yarandı. Həmçinin Güney
Azərbaycanda
Pişəvərinin rəhbərliyi ilə
bir illik Milli Hökumətimizin dövründə qadınların
səs haqqına sahib olması və Milli Hökumətin idarə
orqanlarında fəal iştirakına şahidik. Qadın
və kişi arasında fərq qoymayan
və ictimaiyyətdə insani qüvvələri meydana çəkən
Milli Hökumət bir ilin ərzində elə radikal siyasi və
iqtisadi reformalara müvəffəq olmuşdur ki, araşdıranlar
heyrətlə qarşılayırlar.
Bu gün bu tarixi hafizə səbəb olub ki, Güney
Azərbaycanda qadınlar milli mübarizənin feministi
mahiyyətinə inanırlar
və öz qurtuluşların milli hərəkatın
qələbəsində görürlər. Çox təssüf bu gün
İran adlanan məkanda Güney Azərbaycan qadınları milli
zülmdən əlavə, cinsi zülmə, yəni qadın olmalarına
görə dəhşətli ayrı - seçkiliyə məruz qalırlar.
Əgər istəsək İran çərçivəsində yaşayan
qadınların
vəziyyəti ilə tanış olaq, ən yaxşısı
odur ki, dövlətin
bu barədə olan qanunlarına müraciət edək. Çünki
insan haqları ilə əlaqədar mübarizədə əsl
məqsəd bu haqların ölkənin qanunlarında dərc
olunması və onların qanunu haqq kimi icra olunmasıdır.
Bu günkü İranın mədəni
qanunun 1210 - cu maddəsinin 1 - ci əlavəsi və İslam
cəza qanunlarının 49 - cu
maddəsinin 1 - ci əlavəsinin əsasında qızlar
9 yaşında və oğlanlar 15 yaşında
elədikləri işin məsuliyyətinə cavabdehdilər
və əgər cinayətlə ittihamlanarlarsa, onları da
cəzalandırmaq olar. Elə bu cəza qanunun əsasında
indiki İranda 18 yaşından az olan uşaqları həbs, işgəncə
və hətta edam edirlər.
Amnesty international, yəni beynəlxalq əf orqanının
verdiyi məlumata görə İranda 2004 - cü ildə 3 uşaq,
2005 - ci ildə 8 uşaq və 2006 - cı ildə 4 uşaq
edamla cəzalanıblar. 2004 - cü ildə edam olanların birisi
də Atifə Sehalə 16 yaşlı qız uşağı
olmuşdur ki, zinaya görə Neka şəhərinin
mərkəzində dara çəkilmişdi və dünyada çoxlu
etiraza və mübahisəyə səbəb olmuşdu.
Dünyanın tərəqqi və inkişaf tapmış ölkələrində
cəzalandırmağa yaş şərti
cinsiyyətinə baxmayaraq, 18 yaşından olmuşdur.
Amma İranda oğlanlara 15 yaşından
və qızları cinsiyyətinə görə ancaq 9 yaşından
cəzalandırmaq
mümkündür. Bu geri qalmış cəza qanununun əsl
qurbanları
Güney Azərbaycanda azyaşlı qızlar olmuşdurlar.
Bildiyimiz kimi İranda büdcənin bölünməsində Güney
Azərbaycan ayrı - seçkiliyə məruz qalmışdı
və son illərdə yoxsulluq əsl səbəblərdən
biri olmuşdur ki, burada mühacirətin şiddəti artmışdır.
Elə yenə də yoxsulluq amili bais olmuşdu azyaşlı qızlar
ana və atasın buraxıb qaçsınlar. Bu qızlar "qaçqın
qızlar" adı ilə məşhurdular. Onlar evdən qaçandan
sonra xiyabanlarda, küçə - bazarda avara olub, az yaşları olduğu
üçün kafi həddə təcrübələri olmadığından
yə narkotik mafiyasının tələsinə düşürlər.
Bununla da narkotik maddələrin satılmasında onlardan sui -
istifadə olunur. Ya da ki, insan alverçiləri
tərəfindən
İranın içində və ya qonşu ölkələrdə
əxlaqsızlığa sürüklənirlər. Çox təssüf
yeri var ki, onlar polis tərəfindən tutulanda onlarla
cinayətin qurbanı olan azyaşlı gənclər kimi
rəfdar olunmayır. Qatı cinayətkar kimi şallaqlanır
və çox yaşlı cinayətkarlarla bir yerdə həbs
olunurlar. Çünki İranın cəza qanunlarının əsasında
qadınlar 9 yaşından məsuliyyət daşıyırlar.
Nəhayət, həbsdən qurtarandan sonra, heç
bir dövlət orqanı bunlara sahib çıxmayır və onların
normal yaşayışına şərait yaratmayır. Azyaşlı
gənc qızların o biri
tərəfdən gəliri və evi olmadığı
üçün yenə
də küçə və bazarda
olmaq onların aqibıtini gözləyir. Bu zaman əgər
onların zahirləri xoş olsa, təklif olunur ki, siqə,
yəni müvəqqəti nigahla
başların dolandırsınlar.
Bəziləri məcbur olub və uzun zaman müvəqqəti
nigahlarla məişətlərini təmin edirlər. Başqa
sözlə, bu azyaşlı gənc qızlar
çox yaşlı kişilərin şəhvət obyekti
olurlar.
Müvəqqəti
nigahlar uzun zamanda cinsi və psixoloji xəstəliklərə
səbəb olur. Çünki tez - tez kişiləri dəyişmə
cinsi xəstəlik təhlükəsin artırır və
rabitənin müvəqqəti olması və bu münasibətlərin
tez - tez təkrarı qadında bir sağlam və uzun
rabitəyə ümidi öldürüb psixoloji xəstəliyə
səbəb olur.
"Şəhrzad news" Xəbər Agentliyinin verdiyi məlumata görə İranın Təhsil Nazirliyində çalışan vəzifəli dövlət məmurunun verdiyi məlumata görə Zəncanda evdən qaçan qızların 64 % - ni orta məktəblərin qız şagirdləri təşkil edir. Qeyd edim ki, xəbərin qaynağını bu linkdən oxuya bilərsiniz http://www.irwomen.com/news.php?id=3051
Bizim nağıl və dastanlarda Koroğlu
Nigarı ilə, Qaçaq Nəbi Həcəri ilə xatırlanır.
Azərbaycanın mübarizə tarixində qadınlar
kişilərlə çiyin - çiyinə doyüşüb və
azadlıq uğrunda öz qanlarından, canlarından keçiblər.
Azərbaycan mübarizə
tarixində Zeynəb Paşa və Telli Zəri kimi qadınların
yaşadığı zamanda
və hətta bu gün milli
mücadiləmizdə ilham qaynağı olmuşdular. Əgər
bu gün Abbas Lisanilər, Saleh kamranilər, Oxtay Babailər
tutulur, işgəncə altinda səsləri boğulur, onların
həyat yoldaşları Ruqiyyə Lisanilər, Mina
Kamranilər, Nəsrin Rəzəvilər kimi qəhrəman
qadınlar meydana çıxıb tikilən dodaqların sözçüsü
olurlar. Baxmayaraq ki, dəfələrlə
hədələnirlər, hətta Nəsrin Rəzəvi kimi
ettelaatın məmurları tərəfindən oğurlanıb
həbsə və işgəncəyə məruz qalırlar,
amma inamlarına görə yollarını davam etdirirlər.
Elə keçmişdə də qadınların milli mübarizəmizdə
bu cür əhəmiyyətli iştirakı səbəb olub ki,
Milli Hökumətimizin bir illik dövründə səs haqqına sahib
olub və
onların insani və mədəni haqlarına əlaqədar
Güney Azərbaycanın Milli Məclisində çoxlu
layihələr qanun kimi təsdiqlənmişdi. Ən maraqlısı
budur ki, hər
dəfə bu cür layihələr qanun kimi
təsdiqlənəndə millət vəkilləri çəpik çalıb
sevindiklərindən ağlamışlar. Çox təssüf ki, bu
sevincin ömrü uzun olmamışdı. Bir ildən sonra Milli Hökumətimiz
fars millətinin hərbi təcavüzünün nəticəsində
məhv olmuşdu. Yenə də işğalçı qüvvələrin
hakimiyyəti altında qadınların qara günü
yenidən başlanmışdı. Üstə qeyd etdiyimiz
kimi bir ölkədə qadınların dururmun dərk etmək
üçün ilk növbədə o ölkənin qanunlarına müraciət
etməyimiz lazımdır. Mən də elə bu
məntiqlə
Azərbaycan qadınlarının durumun
fars hakimiyyətində nişan vermək üçün İranın
qanunlarından bir neçə misal çəkmək fikrim var.
Beləki, İranın mədəni qanununun 1043 və 1044 - cü
maddələrinin əsasında qadın hansı yaşda olmağından
asılı olmayaraq, ilk
nigah üçün atasından və ya ata babasından yazılı
formada icazə alınmalıdır.
Amma kişilər 15 yaşından etibarən nigaha
girə bilərlər və bunun üçün heç kəsdən
icazə almamalıdırlar və ya almaları vacib deyil.
Mədəni
qanunun 942 - ci maddəsinin əsasında kişilərin 4 qadınla
daimi nigah və saysız əndazədə
qadınlarla siqə, yəni müvəqqəti nigah edə
bilərlər. Yenə mədəni qanunun
1130 və 1133 - cü maddələri tələq
verməkdə ( boşanarkən ) kişilərin əlin
həddən artıq açıq qoyub.
Beləki kişi öz qadınına
tələq vrmək üçün məhkəməyə
qaneedci səbəb göstərməyi şərt deyil.
Ancaq yetər ki, tələq vermək qəsdi vardır. Amma
əgər qadın boşanmaq üçün məhkəməyə müraciət
edə gərək ki, məhkəməyə sənəd
və qaneedici səbəblər göstərsin.
İslami cəza qanunun
220 - ci maddəsi hökm verir ki, əgər ata qızın
və ya oğlun öldürə edamla cəzalana bilməz. Bu
həmçinin ata babaya da aiddir. O da öz nəvələrindən
hər hansı birini öldürmüş olsa, cinsindən asılı
olmayaraq, edamla cəzalana bilməz. Ancaq ölənin qan bahasının
yarısın verib azad ola bilərlər. Amma əgər bir ana
oğlun və ya qızın, yaxud ana baba
nəvələrindən hər hansı birini öldürmüş
olsa, edamla cəzalandırılmalıdır. Qeyd edim ki, qan
bahası müəyyən qədər puldur ki,
qətlə yetirilən kişi və ya qadın üçün
təyin olunur. Əgər qatilin qohum - əqrəbəsi
qətlə yetirilənin əqrəbəsinə qan bahasını
ödəsə və ölənin yaxınlarını razı sala
bilsə, qatili edam cəzasından xilas edirlər. Burada bunu xatırlamağı
lazım bilirəm ki,
İranın cəza qanunlarının əsasında qadınların
qan bahası kişinin qan bahasının yarısı
qədər təyin
olunub.
İranın
mədəni qanunlarının 907, 913, 942, 946 və 947 - ci
maddələrinə görə
əgər bir kişi ölsə, onun sərvətinin yalnız
səkkizdə bir hissəsi onun qadınına irs yetişir.
Əlbəttə, bu maddəyə əsasən vəfat
edən adamın həyat yoldaşına, yəni qanunu arvadına
torpaq sahəsindən heç bir pay çatmayır. Burda onu da qeyd
etmək lazımdır ki, bir kişinin bir neçə qadını
varsa, onların
hamısına veriləcək pay yalnız ölənin
sərvətinin
səkkizdə biri onlar arasında bölünür.
Nəzərə alsaq ki, İran ailə - nigah qanununda bir kişi
qanunu olaraq 4 arvad ala bilər.
İndi dörd arvad arasında bölünən payı özünüz
təsəvvür edin. Üstə qeyd etdiyimiz kimi kişinin neçə
arvadı olmasından asılı olmayaraq, qadına kişinin
torpağından heç bir
irsi pay düşmür. Bu irs qanunu bu formada
xüsusən İranın kəndlərində
çox dəhşətli nəticələrlə özün göstərib.
Çünki qadınlar kəndlərdə ərləri ilə
əkinçilik işi ilə məşğul olublar və orada
ev, əkin yerləri kişinin adına olur. Və çoxlu nümunələr
vardır ki, misal çəkə bilərik. Misal üçün, bir qadın
30 - 40 il əri ilə bərabər əkin yerində işləyib
və onun abad olması, qiymətlənməsi üçün çox
zəhmətə qatlaşıb.Amma əri öləndən sonra
bu geri qalmış qanunların
əsasında əkin yerindən heç bir irs ona çatmır
və allahın insafına , ümidinə buraxılır. Burada
qeyd etməyimiz vacibdir ki, qız uşağına
oğlan uşağının yarısıyca atasından
ona irs çatır.
Mən yuxarıda İranın cəza və
mədəni qanunlarından ancaq bir neçə misal çəkdim.
Amma qeyd edim ki,
adı gedən qanunun maddələrini insan haqları baxımından
şərh etsək, böyük bir kitab yazmalı olarıq. Mən
çalışdım uzunçuluğa yer verməyim və bu
səbəbdən də məsələləri hədsız
dərəcədə yığcam yazdım. Fikrimcə bu bir
neçə misal qaneedici olar ki, bu günkü İranda
qanunun gözündə qadın kişinin yarısı və
hətta bəzi vaxt yarısından da az qiyməti var. Elə
İran kimi geri qalmış ölkələr etiraz əlaməti
olaraq,
Qadınların ilk Beynəlxalq Konfransı 1975 - ci ildə
Meksikada bərpa oluna və bu ildən etibarən ta 1985 -
ci ilə kimi "Qadınların illəri " adlana . Və
nəhayət 1980 - ci ildə qadınlarla əlaqədar tamam
ayrı - seçkiliyin ləğv olunmasının qətnaməsi
BMT- nin tərəfindən təsdiq olundu. Bu
çabalara baxmayaraq, Qaçqınlar Ali Komisiyasının
verdiyi raporta görə dünya qaçqınlarının 80 % - ni
qadınlar və uşaqlar təşkil edirlər. Və bir ölkədə
ki, ayrı - seçkilik və zorakılıq var, onun ilk qurbanları
qadınlar və uşaqlardır. Elə bu səbəbə görə
bu gün bizim milli mücadiləmizdə yükün ağır hissəsi
qadınlarımızın çiyninə düşür.
QADINLARIMIZA EŞQ OLSUN !


İranda edam olunmuş 16 yaşlı Atifə Sehalə

Saçı göründüyünə görə polis tərəfindən döyülən qadın
Türk öyrənci qız yazılı şüarla çıxış edir: "Qızıldan olsa da qəfəsim, Azadlığa var həvəsim!"

8 Mart Beynalxalq Qadın Günü münasibəti ilə Təbrizdə qadınların etiraz aksiyası
Milli Hökuməti müdafiə edən silahlı qadınlar və kişilər
