ASİF
ATA
TÜRKÇÜLÜK
LƏYAQƏTİ
( Bu izhar Asif
Atanin " Uluyur Aqibəti
Bütöv Azərbaycan " kitabındandır. )
Türklərin türklərlə Ruhani görüşü --
Birliyi baş tutsaydı, Dünyamız başqa Dünya olardı.
Zərdüşt İşığı qaranlıqları yarardı.
Babək yenilməzliyi mütiliyi yenərdi, Dədə Qorqud Ağsaqqallığı
Hərcayiliyə qənim kəsilərdi, Hürufi İnsaniliyi
Anti İnsani Cəhaləti qovardı,
Füzuli Eşqi Şəhvəti sındırardı, Muğam
ehtizazı həqarəti susdurardı, Saz cuşu Mənəvi
Buzları əridərdi -- Dünya
Dəllala, Siyasətbaza, Riyakara, Fitnəkara qalmazdı --
Qərb
özü durulardı.
Dönüklüyün, minsifətliliyin, əqidəsizliyin,
ləyaqətsizliyin tüğyan etdiyi Bugündə Türk mərdliyi,
birsifətliyi, inamı, etiqadı, bütövlüyü Dünyaya
gərəkdir : Türk
özünü itirməsə, dünya ondan çox şey öyrənər.
Müsir Türkiyənin iqtisadi möcüzəsindən danışırlar.
Mən türk mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə
inanıram : müasir
dünyanın itirdiyi mənəvi ləyaqətə güvənirəm.
TÜRK RUHU ÇATIŞMIR DÜNYADA : namərdlik,
satqınlıq - çeviklik
haylanır ; əxlaq
lağa qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır
Dünya -- Türkün
çiyninə ağır Yük düşür. Türkün bu yükdən
xəbəri yox, -- Türk
Dünyanın arxasınca Uçuruma tələsir.
Türk türklə vaxtında görüşə bilsəydi,
birləşə bilsəydi, Cəlaləddin Rumilər,
Nəimilər, Nəsimilər, Füzulilər Birliyi yaranacaqdı
-- Müqəddəs
İnam səviyyəsində -- Dünyaya
gərək olan.
Türk Türklə birləşsəydi, Türk Dünyası
yaranacaqdı -- Halal,
Mətin, Vüqarlı...
Türkçülük carçıları Avropa İşığında
qaranlıqdan çıxmağa çağırırdılar ; ancaq
Avropalaşma özü Qaranlıq oldu, indi Türklər ondan çıxa
bilmirlər və son vaxtlar ona ehtirasla qoşulurlar...
Türk Kapitalizminə inanmıram, Türk Morqanına, Forduna,
Rotşildinə inanmıram, -- Türk
Həmzəsinə inanmadığım kimi. Mənə
elə gəlir ki, Həmzə ermənidir...
Türk Türklə birləşsəydi -- Türk
Dünyada bu dərəcədə, bu səviyyədə
Təklənməzdi ; Türk
Türkə əl qaldırmazdı ; "şiə
- sünnü türkləri"
yaranmazdı, vüqarlı Türk qoltuğa alışmazdı. Türk
Türklə özgə dilində danışmazdı, misgin yağılar
azğınlaşmazdı.
Qoy "Körpü" Türk birliyinə çağırsın, bu
bizə və dünyaya çox lazımdır. ( Qeyd : Bu
yazı 1992 - ci
ildə "Körpü" adlı qəzetdə çap olunub. E.A. )
Türk Dünyası Mütləqə İnam əsasında
birləşməlidir.
Türk özünün İnam yaratmaq, peyğəmbər
yetirmək haqqına çatmalıdır.
Mütləqə İnam -- Dünyanın
Dünyadan artıq mütləq Mənasına İnam deməkdir.
Mütləqə İnamda -- Dünya
öz Mənasından yaranır, həmin Məna Əzəli,
Əbədi, Sonsuzdur, Mütləqdir.
Dünyada nə varsa həmin Mənanın Təzahürüdür.
Təzahür Mənaya bərabər deyil. O, Nisbidir -- yəni
natamdır, Keçicidir, Sonludur, Qeyri ...kamildir.
İnam....keçici, natam, sonlu, qeyri - kamil
Təzahürün arxasındakı mütləqi -- yəni
Əzəli, Əbədi, Sonsuz, Kamil Mənanı görür.
O, həm də İnsanları nisbiylə barışmağa
çağırır...
Həmin barışmadan İnsan
Yoxluq əldə edib : nisbi
Ədalət -- əslində
Ədalətin Yoxluğudur ; Nisbi
Həqiqət -- əslində
Həqiqətin Yoxluğudur ; Nisbi
Xeyir-- əslində
Xeyirin Yoxluğudur ; Nisbi
Dostluq -- Dostluğun
Yoxluğudur ; Nisbi
Sevgi -- Sevginin
Yoxluğudur...
MƏQSƏD ---- MÜTLƏQƏ
ÇATMAQDIR : Mütləq
Ədalətə, Mütləq Həqiqətə, Mütləq
Xeyirə, Mütləq Dostluğa, Sevgiyə və s.
İnsan Mütləqləşməli, daxildəki
naqisliklə döyüşməli, saflaşmalı, kamilləşməlidir
: bu onun öz qarşısında
borcudur ; o, Mütləq
İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq
İradəyə yetməlidir.
Mütləqə İnam -- İnsanlaşma
Etiqadı -- Türk
Elində yaranmış İnamdır, Türkləri Birləşdirən
İnamdır, Türkün Dünyaya müqəddəs Sözüdür -- Türkün
Dünyaya yararlığıdır.
Türk Dünyası İnsani Birlik əsasında birləşməlidir
-- həm
sosializmi, həm də kapitalizmi rədd eləyən birlik
İdealı əsasında -- Zəhmətkeş
mülkiyyəti -- mülkiyyətin
Dövlətdən və Kapitalistdən, sahibkardan alınıb
zəhmətkeşə verilməsi ; Fərdi
Özünüidarə -- İnam,
İdrak, Mənəviyyat, İradə azadlığı, Ağalığın
Atalıqla əvəz olunması; İmtiyazsız
başçılıq əsasında.
Nəhayət, türklər Özümlü Şərq ideyası
əsasında birləşməlidirlər.
Şərqin Özünə qayıtması, təqlidçilikdən
qurtarması, öz əzəli ruhani mahiyyətini bərpa
etməsi öyrənmək səyindən -- öyrətmək
nüfuzuna yüksəlməli, Hərcayi Dünyanı müqəddəslik
suyunda təmizləmək iqtidarına yiyələnməsi
əsasında.
13
..cü il, Qar Ayı.
Yanvar, 1992.
Evladı Eluca Atalı