Britaniyanın
türk birliyinə qarşı uydurmalar
yolu ilə fars dövlətçiliyini formalaşdırması
Böyük imperatorluqlar quran türk ulusunun potensialını
dəyərləndirmək üçün çox da uzaqlara getmək lazım
deyildir. Sadəcə 500 yüz il əvvələ qayıdıb,
dünyanın siyası xəritəsinə ötəri nəzər
saldıqda, bu böyük ulusun bütün Qərb dünyasını düşündürməyə
və yəqin ki, qorxmağa vadar edən necə böyük
potensiala malik olduğunu duymaq elə də çətin deyildir.
Belə ki, elə birinci baxışdan həmin dövrdə dünyada
türk ulusunun necə aparıcı mövqeyə malik olması özünü
açıq şəkildə büruzə verir. Həmin aparıcı
mövqə 100-150 il bundan öncəyə kimi davam etmişdir.

Asiyada 500 il öncə Hindistan yarımadası
daxil olmaqla Babur türk imperatorluğu (1526-1858) hakim idi. Həmin imperatorluğun şimalında hal-hazırda
Çində yerləşən Şərqi Türkistanda Kaşğar
(uyğur) xanlığı (XV yüz illik-1877)
mövcud idi. Bunların şərqində isə Sibir və
Orta Asiya Türk dövlətləri və Səfəvi dövləti (1502-1732 ) hökmranlıq edirdi.
Bunlardan da şərqdə Asiya, Afrikq və Avropanın böyük
hissəsini əhatə edən Osmanlı imperatprluğu (1299-1922),
Qara dənizin şimalında isə Krım xanlığı (1441-1783),
ondan şimalda Həştərxan xanlığı (1466-1556),
Qasım xanlığı (1445-1552), Qazan xanlığı (1437-1552) və sair türk dövlətləri hökmranlıq edirdilər.

Əlbəttə belə böyük
potensiala malik olan türk ulusu, hele Atilla dövründə (Avropa Hun imperatorluğu
374-469) Bizans, Roma və Almanlar
da daxil olmaqla bütün avropalıları dizə çökdürərək1,
onların tarixi yaddaşında iz buraxmışdır. Elə
həmin dövrdən də Avropa insanında türk xofu davam etmiş
və sonrakı dövrlərdə daha da güclənən bu ulusun
birliyini pozmaq hər zaman onları düşündürmüşdür.

Son 500 ilin tarixi hadisələrinə
nəzər saldıqda isə, təkcə Osmanlı imperatorluğunun
tətbaşına, Avropa dövlətlərini necə dizə
çökdüynü görürük. Avropa və avropalı üçün türk amili bir nömrəli
təhlükə kimi, həmin dövrdən Avropa dövlətlərinin
siyasətini təsir dairəsinə salmışdır.
Belə ki, Con Lokk, dini dözümlülük haqqında yazdığı
məktubunda remonstrantlara və antiremonstrantlara məxsus
kilsə arasında ixtilafı aradan qaldırmağa və
kənardan baxan Osmanlıya diqqəti yönəltməyə işarə
edir.2

Bütün Avropa dövlətləri İngiltərə
başda olmaqla, uzun müddətli və qısa müddətli
strateji plan hazırlayaraq, mövcud türk potensialını
zəiflətmək üçün hücuma keçdilər. Qısa müddətli
strteji plan üzrə iki böyük türk dövləti yəni Osmanlı
və Səfəvi dövlətlərini müharibəyə sövq
etmək və beləliklə həm Avropanı Osmanlı işğalından
qorumaq, həm də türk potensialını zəiflətmək
siyasəti davam etdirilmişdir. Hələ Qaraqoyunlular dövründə
həmin strateji plana start verən Avropa dövlətləri,
Səfəvilər dövründə uğur qazandılar. “Osmanlı
əleyhinə birləşməni Səfəvi şahına (şah
İsmayıl) təklif edən birinci avropa sultanları İspaniya
şahı I Şarl və Macarıstan şahı II Lodvik
idi.”3
1598-ci ildə iyirmi altı
nəfərdən ibarət avropa nümayəndə heyəti
ingiltərəli ser Antoni və ser Robert Şerlinin başçılığı
ilə II şah Abbasın sarayına gəldilər. “Robert
Şerlinin bu səfərdən məqsədi II şah Abbasın,
Osmanlılarla müharibəyə başlamasını müzakirə
etməkdən ibarət idi.”4
Avropalıların təhriki və
fitnəkarlığı ilə iki yüz ildən artıq davam
edən Osmanlı-Səfəvi çəkişməsi, bu iki böyük
düyəvi gücə malik olan türk imperatorluqlarının gücünü
zəiflətməklə yanaşı, Qara dənizin şimalından
(Dəşti Qıpçaqdan) Sibir və Uzaq Şərqə
qədər uzanan böyük türk ərazisinin (1681-ci ildə Qasım
xanlığı, 1556-cı ildə Qazan xanlığını,
1557-ci ildə Noqay ordası, 1557-ci ildə Həşdərxan
xanlığı, 1600-cü ildə Sibir xanlığı və
daha sonralar 1783-cü ildə Krım xanlığı və 19-cu
əsrdə Qazaq xanlığı)5 ruslar
tərəfindən işğal edilməsinə şərait
yaratdı. Həmin prosesin davam etdirilməsi ilə sonrakı yüzilliklərdə
isə Türkistanın başqa türk dövlətləri (1868-ci
ildə Buxara xanlığı, 1873-cü ildə Xivə xanlığı,
1876-cı ildə Kokənd xanlığı və 1885-ci
ildə Türkmənistan xanlığı), Qafqaz və Şimalı
Qafqaz türk dövlətləri və toplulukları, eləcə
də köməksiz qalan Şərqi Türkistan (Kaşgar-Turfan
xanlığı) 1877-ci ildə Çin
tərəfindən işğal edildi. Beləliklə Qərb
dünyası başda İngiltərə olmaqla, türk ulusunun
zəifləməsi və hətta məhvi hesabına böyük
Rusiyanın yaranmasına şərait yaratdılar. Halbuki ruslar
əslində Skandinav xalqı olmuş və Xəzər İmperatorluğunun
(türk imperatorluğu) son illərində Şərqə doğru
hərəkət edərək, “Rurikin başçılığı
ilə 862-ci ildə Xəzər qalası Sambataya gəlib,
ticarət etmək üçün icazə alır. Rurikdən sonra knyaz
Oleq hakimiyyətə gələrək türklər
tərəfindən qurulmuş Kiyev şəhərini
ələ keçirdi.”6 Göründüyü kimi ruslar öz torpaqlarından
qat-qat böyük olan türk ərazisini (Qara dənizin şimalı
və indiki Ukrayna ərazisi daxil olmaqla, şimalda Buz dənizi
və şərqdə Yaponua hüdudlarına qədər
ərazini) işğal etdikdən sonra, türkləri dövrün
qeyri-insani assimilyasiya metodları (represiya, demoqrafik
vəziyyətin dəyişdirilməsi və ...) ilə ruslaşdırdılar.
Lakin bunlar İngiltərə başda
olmaqla Qərb dünyasının, türkləri
zəiflətmək üçün tətbiq etdiyi uzun müddətli və
qısa müddətli siyasətin tətbiqinin dolayı yolla
nəticəsindən ibarət idi. Yəni əslində
həmin qısa müddətli strateji planda nəzərdə
tutulan Osmanlı-Səfəvi müharibələri
nəticəsində, Osmanlı və ya hətta Səfəvi
dövlətinin müdafiə imkanından məhrum qalan digər türk
dövlətləri, rusların işğalçı hücumlarına
davam gətirə bilməyərək, işğal
edildilər.
XVI yüzillikdə Hollandiya, Portuqaliya
və daha sonra İngiltərə və sair Avropa dövlətlərinin
Şərqə, dəniz səyahəti təşkil
etmələri, onların, türk sülaləsinin
hakimiyyətində olan Hindistana, marağının artmasına
səbəb oldu. Dənizçiliyə daha gec başlayan İngiltərə
bu sahədə öz rəqiblərini ötüb keçdi və hindistanın
bir neçə yerini işğal etdi. “Şərqi Hind Kompaniyası,
Mədrəsdə (1636), Bombeydə (1668) və Kəlküttədə
(1686) möhkəmləndi.”7
Beləliklə Osmanlı İmperatorluğu
ilə müharibə aparan Avropa dövlətləri,
Səfəvi-Osmanlı ixtilaflarını qızışdırıb,
onları müharibəyə sövq etməklə, bir
tərəfdən köməksiz qalan bir çox türk dövlətlərinin
ruslar tərəfindən işğalına şərait yaratdı,
digər tərəfdən isə, İngiltərə,
Hindistanda Babur türk imperatorluğunu tədricən işğal
edib, müstəmləkəyə çevirdi. Hindistanın işğal
edilməsi ilə böyük türk imperatorluqlarından biri çökmüş
olsa da, indi həm zəngin sərvətlərə malik olan bu
ərazini əldə saxlamaq, həm də uzaq strateji plan üzrə
şərqdən qərbə uzanan böyük türk zincirinin ən mühüm
halqalarından birini (İran türk dövlətini)
qırmaq proritet təşkil edirdi. Millətləşmə
mərhələsinə qədəm qoymaqda olan Avropa, böyük türk
potensialının yaxin prespektivdə belə, dünyaya ağalıq
etmək gücündə olduğunu yaxşı bilirdi. Ona görə
də, Hindistanı əldə saxlamaq üçün hazırlanan
planlarla yanaşı, şərqdən qərbə uzanan türk
zincirinin ən mühüm halqalarından birini (İran halqasını)
qırmaq üçün planlar cızıldı.
Birinci mərhələdə İngiltərə,
Hindistani müstəmləkə etdikdən sonra, bu ölkəni
əbədi olaraq əlində saxlamaq üçün uydurmalara əl atıb,
hər vasitə ilə İngiltərə-Hindistan birliyini
əsaslandırmağı qarşıya məqsəd qoydu.
1786-cı ildə İngiltərənin müstəmləkəsi
olan Hindistanda çalışan Viliam Conz, sanskrit dili ilə bir sıra
avropa dilləri arasında oxşarlıqları hiss etdi. O, bu
dilləri Hind-avropa dili adlandırdı.8 Bu
məsələ Avropada müstəmləkəçi dövlətlərinin
əlində öz müstəmləkə siyasətini əsaslandırmaq
üçün yaxşı vasitəyə çevrildi. Beləcə “dilçilik
nəzəriyyələrinin etnoloji və irq
sahələrinə də şamil edilməsi
məsələsində Kristof Mainersin (1747-1810) gördüyü işlər
böyük rol oynamışdır. Mainers, xalqla irq arasında
əlaqənin mövcud olmasına təkid edərək, dilçilik
terminlərindən irqə aid sahələrin izahında
istifadə etdi”.9 Beləliklə absurd
Hind-Avropa
irqi meydana çıxdı. Bu nəzəriyyənin yaradıcılarının
məqsədi Böyük Britaniyanın Hindistanda müstəmləkəçiliyinin
əsaslandırılaraq, davam etdirilməsi idi. Belə ki, bu
nəzəriyyənin əsas banilərindən biri Fredriş
Muller (Almaniya-İngiltərə dilçisi) söyləmişdir:
“Britaniya imperializmi vasitəsi ilə iki Hind və Avropa
hissəsinin (Britaniya və Hindistan) birləşməsi Allahın
nişanələrindən biridir”.10
Hindistanı əldə saxlamaq üçün Hindistan-İngiltərə
birliyini əsaslandırmaqla yanaşı, onu, digər dövlətlərin
işğalından da qorumaq lazım gəlirdi. Xüsusilə
Napaleonun Hindistana hücum etmə ehtimalı, Hindistan ətrafı
ərazilərin öyrənilməsi və bu ölkənin ətrafında
mühafizə zonasının yaradılması məsələsi
gündəmə gəldi. Hindistana qonşu olan İran türk dövləti
isə böyük əhəmiyyətə malik idi. Bu
məsələnin əhəmiyyətindən xəbəri
olan Con Melkom “1800-cü ildə məktubunda yazır ki, bütün
vaxtımı bizim az tanış olduğumuz bu qeyri-adi ölkəni
(İran türk dövlətini) öyrənməyə sərf
edirəm.”11
Beləliklə İran türk dövləti ilə bağlı
qısa müddətli və uzun müddətli strateji planların
icrasının gedişatında, şərqşünaslıq
və onun mühüm qolu olan İranşünaslığın
Qərbdə əsası qoyuldu. Kəmbric və Aksford və
s. Universitetlərdən başqa İngiltərənin Şərqi
Hind Kompaniyasında, Heliburi adında Şərqşünaslıq
Kolleci də təsis edilmişdir. Bu şərqşünaslıq
mərkəzlərinin funksiyası, İngiltərə müstəmləkəçiliyinə
Şərq üzrə məmur və kadrlar yetişdiriməkdən
ibarət idi.12 Həmin məmurlar qeyd edilən strateji
planların icra gedişatını sürətləndirdilər.
Artıq 19-cu əsrdə uzaq strateji plan aktuallaşdıqca
Hindistanın, Hind-Avropalıların ana yurdu olması haqqında
uydurduqları nəzəriyyələr sönükdü. Bu dəfə
İran türk dövlətində fars amilini qaldırmaq və
həmin nəzəriyyəni bu istiqamətdə işə
salmaq aktuallaşdı. Artıq İran türk dövlətində,
türklərin birliyini pozmaq üçün “fars amili avropalıların
diqqətini cəlb etdi. Anquetil Dupperon, Viliam Cons və Herder,
hər biri ayrılıqda Farsı, Hind-Avropalıların
(arilərin) vətəni təklif etdilər. Bəzilər
hətta Avestanın yazıldığı dilin, sanskrit dili
qədər tarixə malik olduğunu iddia etdilər.”13
Avropalıların müstəmləçilik məqsədi
ilə uydurduqları “ari” sözünün isə indiyə kimi
farsların və digər iddia etdikləri Hind-Avropa xalqlarının
dilində bu mənada olmadığı elm aləminə
məlumdur. Əslində, təmiz, pak və arınmış
mənasını daşıyan bu söz türk sözüdür. Daranın
kitabəsində işlədilən “arika” sözü isə üsyançı
və azğın mənasıdadır. Norman Şarp və
kont hər ikisi həmin “arika”14
yəni
üsyançı sözünü ari irqı kimi verməklə, türklərə
qarşı qeyd edilən “ari” irqını icad etdilər
(uydurdular).
Artıq bütün imkanlar uzaq strteji plan üzrə qeyd olunan
istiqamətdə səfərbər edilmişdi. İngiltərə
məmurları vasitəsi ilə, fars etnosu əsasında
İrana tarix yazılmağa (uydurulmağa) başlanıldı.
“İngiltərə məmuru Con Melkom, “İran tarixi”
əsərini yazmaqla İranşünaslığın əsasını
qoydu. Ser Can Melkomdan başqa İranşünasların böyük
əksəriyyəti də İngiltərənin və ya İngiltərə
Şərqi Hindistan Kompaniyasının rəsmi dövlət
məmurları
idilər və tədqiqat işlərini İranda rəsmi
məmuriyyətləri cərəyanında həyata keçirirdilər.
Onlar, İngiltərə tərəfindən İranşünaslıq
tədqiqatlarına göndərilirdilər.”15
Hələ şah Abbas dövründə Avropadan göndərilən
Robert Şerlinin başçılığında Səfəvi
sarayına gələn heyətin türkdən başqa bu ölkədə
digər etnosların yaşadığı yerlərdə
tarixi abidə axtarnası və Bistun kitabələrini tapmalarını
nəzərə almasaq, Con Melkomdan sonra 1811-ci ilin mart ayında
Cimz Moriye və Viliam Uzeli və Ser Qor Uzeli heyətinin sair üzvləri
İran türk dövlətinin paytaxtı Tehrana gəlmək üçün
Buşehrə gəldilər. Onlara, Tehran istiqamətində
hərəkət yolunda məlumat toplamaq məmuriyyəti
verilmişdir. Britaniya şərqşünasları, Şiraz
ətrafında guya İranın keçmişi haqqında
məlumat toplamaq, tarixi abidə tapıb, fakt əldə
etmək istəyirdilər. Onlara Britaniya Xarici İşlər
Nazirliyi tərəfindən tarixi abidə tapıb, saxtalaşdırmaq
və fars etnosu, eləcə də özləri
tərəfindən uydurulan absurd ariyaizm nəzəriyyəsi
istiqamətində İrana tarix yazmaq və İranı farsla
bağlamağa məmuriyyət verilmişdir. Beləliklə
həmin qrup “tarixi əhəmiyyəti olan bir neçə
yerə baxış keçirib və həmin qrupun üzvü Ston, Şapurun
heykəli yerləşən Şapur mağarasını aşkar
etdi.”16
1818-ci ildə digər İngiltərəli Robert
Kerpurter, Bistun kitabəsinin birinci dəfə olaraq üzünü çıxardı.
Ondan sonra İngiltərəli zabit Rolinson (Sir Henry Creswicke
Rawlinson) 1833-cü ildə İrana gəlib, Bistun
kitabələrinin oxunuşunun rəmzini kəşf etdi.
“Rolinson, Daranın Bistundakı böyük kitabəsinin tam şəkildə
tərcüməsini, Londonda Krallığın Asiya
Cəmiyyətinə (Royal Asiatic Society) təqdim etdi və
Rolinsonun yenidən düzəlişi ilə çapa hazırlandı.”17
Denis Rayt, Rolinsonun bu yazılara
maraq göstərməsi haqqında yazır: “Rolinsonun birinci
dəfə bu mixi yazılara maraq göstərməsi məlum
deyil. Bu məsələdə yəqin ki, Con Melkoma afərin
demək lazımdır. Con Melkom 1823-cü ildə Hindistana uzun müddətli
səfərində bacarıqlı gənc zabit Rolinsonu
himayəsi altına alıb, onu İran nağıllarının
sehrinə saldı”.18 Lakin son illərdə Britaniya
başda olmaqla Avropalıların belə
fəaliyyətlərinin nə məqsəd güddüyü və
onların necə köklü uydurmalara yol verildikləri üzə çıxır.
Onlar, indiki farsa məxsus olmayan bir mədəniyyəti saxtalaşdırıb,
farsın adına yazmaqla, fars etnosu əsasında İran dövlətçiliyi
tarixinin əsasını qoyub, İran türk dövlətini, fars
(tacik) dövlətinə çevirdilər.
Bistunda Rolinson və digər əməkdaşlarının
qədim fars yazıları adı ilə aşkar edərək
təqdim etdiyi kitabənin dili, hazırda fars dili kimi tanınan
(indi İranda fars dili kimi tanınan və danışılan
dil əslində tacik dilidir. Fars dili Əhəmənilərin
çökməsi ilə kökü kəsildi) dil ilə heç bir bağlılığa
malik deyildir. “Hətta Şarpın da etiraf etdiyi kimi Əhəməni
dövlətinin süqutu ilə bu yad dilin kökü tamamilə
kəsildi.”19
Bistun yazılarının dilinin qramatikasında
(morfologiya və sintaksis) isimlər üç-kişi, qadın və
orta cinsə bölünür. Paradiqma isə-tək, ikilik və cəm
formasınd və səkkiz halətdən ibarətdir.20
Bunlar isə slavyan dillərinə aid xüsusiyyətlərdir. Hazırkı
fars dilində və İranın digər yerli dilləri, o cümlədən
Azərbaycan, Xorasan, Loristan, Zabul, Sistan və s. yerlərdə
danışılan dillərdə isim cinsə tabe deyildir. Bu xüsusiyyətlər
fars dilinə tamamilə yaddır.21 Üstəlik
həmin dilin söz xəzinəsində külli miqdarda slavyan
dillərinə xas sözlər mövcuddur.
Bunlardan əlavə, İran türk ölkəsində müsəlman
türklər və ərəblərdən fərqli kimlik yaratmaq
üçün, Ahuramazda (əslində assur allahının adıdır),
qədim fars dili mətnləri, pəhləvi dili, zərdüşt
dini, məzdək dini və sair belə fərqləndirici
amillər uyduruldu. Hətta qədim mətnlər kimi
qələmə verilən bir çöx üzdən iraq
abidələrin, son yüzilliklərdə İngiltərənin müstəmləkəçiliyində
olan Hindistanda uydurularaq məhz qeyd etdiyimiz məqsəd üçün
yazıldığı aşakarlanıb. Eyni zamanda
Azərbaycan və İran türklərinə, eləcə də
regionun digər xalqlarına
aid olan mədəniyyət abidələrini, mədəni oğurluq
yolu ilə Əhəməni və Sasanilərin adına yazmışlar.
Midiya və Parfiyanın da uydurulan Hind-Avropa və ari,
yəni guya farslara aid mədəniyyət olduğu iddia edildi.
Bunların hamısından məqsəd yalnız və yalnız
İran türk dövlətində fars dövlətçiliyinin əsasını
qoymaq üçün tarixi baza yaratmaq və nəticədə İranı
fars dövlətinə çevirməklə türk birliyini pozmaqdan
ibarət idi.
Həmin dövrdə qeyd edilən köklü uydurmalarla yanaşı,
İran türk dövlətinin (Qacarların) sarayında nüfuz sahibi
olmaq üçün aşağıdan tutmuş, yüksək rütbəli
məmurlara kimi rüşvət verməklə nüfuz edə
bildilər. Beləliklə həm rüşvətxorluğu ölkədə
rəvac verdilər həm də saraya nüfuz edib, qeyd edilən
istiqamətdə işlərini irəli apara bildilər.
Fətəlişah Qacar, 1800-cü ildə baş nazir hacı
İbrahimi vəzifədən kənarlaşdırıb, onu
və qohumlarını öldürəndə, Şuştərin
hakimi Mirzə Əbülhəsən xan saray adamlarının köməyi
ilə ölümdən qurtardı. O, sonralar İngiltərə
səfirliyinin münşisi Cimz Murye ilə birlikdə İngiltərəyə
yollandı. Orada Mirzə Əbülhəsən xan, Ser Qor Uzelinin
(Sir Gore Ouseli Bart) mehmandarlığı ilə Framasoneri Təşkilatına
daxil edildi.22 İngiltərə dövləti Mirzə
Əbülhəsən xandan yaxşı istifadə edə
bilməsi üçün, onu çoxlu miqdarda hədiyyələr və
pulla İrana yola saldı. O, həmin hədiyyələri
və pulları saray adamlarına dağıdaraq, sarayda nüfuz
qazanmalı idi.23 Beləliklə İran türk dövlətini
içəridən dağıdan iki prosesə start verildi. Birinci yüzlərlə
yüksək rütbəli dövlət məmuru İngiltərənin
casusuna çevrildi. İkinci proses isə, gələcəkdə
ölkənin bütün ziyalılarını zəhərləyib,
farsçı edəcək masonluq cərəyanı idi.
“Həmin dövrdə İngiltərənin dövlət
siyasətini planlaşdıranlar, İran üzrə İngiltərənin
siyasətini tam şəkildə tətbiq etmək üçün
Framason Təşkilatlarının mövcudluğunu, iranlıların
framason olmalarını və İngilis framasonlarının
İrana göndərilməsini lazım bilirdilər.”24
Həmin prosesin bir neçə on illik davam etməsi
ilə, təkcə farslar deyil, İran türkləri,
eləcə də Azərbaycan türklərinin ziyalılarını
da təsir dairəsinə saldılar. Belə ki, İngiltərə
vasitəsi ilə Hindistanda formalaşdırılan fars icmasının
əli ilə, orada məqsədyönlü olaraq, XVII-XIX
əsrlərdə ingilis şərqşünaslarının göstərişi
ilə hazırlanan saxta “dəsatir”, “avesta
mətnləri”, “pəhləvi mətnləri”, “qədim
fars mətnləri” və s. belə saxta mətnlərin yazılıb,
eradan əvvəl fars mənbələri kimi qələmə
veriləməsindən sonra, onlar avropalılar (başda
ingilislər olmaqla) və onların hindistanlı məmurları
vasitəsi ilə İran türk ölkəsində yaşayan
insanlara aşılandı. Sonrakı mərhələdə
isə qeyd edilən təbliğatın nəticəsində
Azərbaycan türkləri özləri də bu prosesin aparıcı
qüvvəsinə çevrildilər.
19-cu əsrin azərbaycanlı ziyalılarından olan
Cəlaləddin Mirzə Qacar (Fətəlişah Qacarın
əlli səkkizinci oğlu) Tehranda yaşayan avropalılarla
əlaqədə olduğu və onların
əsərlərini oxuduğu üçün onların təsirinə düşmüş
və erməni Mirzə Melkom xanın rəhbərlik etdiyi
Framason Təşkilatının (Fəramuşxanə) üzvü
olmuş və onun himayəsi altında həmin təşkilatın
iclasları da onun (Cəlaləddinin) evində keçirilərmiş.25
Cəlaləddin Mirzə “Nameyi Xusrovan” adlı İran tarixi
əsərini də yazmışdır. “Bu kitab, heç bir ağıl
və məntiqlə qəbul edilməyəcək formada
qədim İrana qarşı mədh və tərifləri
ehtiva edən şərhlər və əfsanələrdən
ibarətdir. Xüsusilə Kiyani, Pişdadi və digər mifik sülalələrdən
bəhs edir. Onun əsərinin əsasını qeyri elmi
rəvayətlər, əfsanələr və ya “Şahnamə”
təşkil edir.”26
Cəlaləddin Mirzə Qacarın adı çəkilən
əsərini oxuyan Mirzə Fətəli Axundov, həmin
framasonla məktublaşıb və İngiltərənin aşıladığı
ideya istiqamətində uzun müddət bir-birlərinə yaxşı
təsir göstərə bildilər. Üstəlik
“Cəlaləddin Mirzə, Hindistan fars icmasından olan (İngiltərənin
qeyd edilən məqsədi həyata keçirmək üçün İrana
göndərdiyi
xüsusi misioneri) Tehran zərdüştlərinin din xadimi
Mankceylə də tanış etdi. Axundovla Mankceyin arasında
ciddi dostluq və əqidə birliyi yarandı...”27 Əhəmənilərlə
2500 il qabaq torpağa basdırılan və məhv olub
gedən pars (fars) sözü, Qacarların son dövründə İngiltərə
vasitəsi ilə aşılanandan sonra, Azərbaycanın bir
çox belə dırnaq arası ziyalılarının dilindən
düşmürdü. Hətta Axundov, Mankceyə məktubunda yazır:
“Mən zahirən türk olsam da pars (fars) soyundanam”28
Həmin dövrdə Qacar dövlətinin baş
nazirləri, İran üçün tarix yazan ziyalılar, Azərbaycanın
ziyalıları, o cümlədən “məşrutəçi Seyid
Məhəmməd Təbatəbai, Məşrutəçi Yefrim
xan, məşrutə şəhidi Mirzə İbrahim ağa,
Həsən Pirniya (Qədim İran tarixini yazan), Həsən
Mustofi (Mustofi-əl-Məmalik), İbrahim Həkimi
(Həkim-əl-Mülk), Zəka-əl-Mülk Fruği...
eləcə də Həsən Tağızadə Təbrizi”29
, Ə. Kəsrəvi və fars şovinizminin əsasını
qoyan sayir şəxslər Framason Təşkilatının üzvü
idilər. Bu məsələ o qədər geniş yayılmışdır
ki, İngiltərəlilər özləri də buna etiraf
edirdilər. Belə ki, Osmanlı və İran türk dövlətləri
üzrə İngiltərənin tanınmış casusu Mister
Hemfer, Osmanlı və İran türk dövlətlərini
nəzərdə tutaraq yazır: “Bu iki ölkədə masonluğa
cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində
yerləşdirmişik”.30
Britaniyada yaranan və əsas məqsədi İngiltərənin
dünyəvi hakimiyyətini təmin etməkdən ibarət olan
Framasoneri Təşkilatları, dövrün məlum
məsələlərində də uydurmalara əl atırdılar.
Belə ki, onlar Əhəməni şahı II Kirin (Kuruş)
Babulu fəth edərək, yəhudları əsirlikdən
qurtaması ilə bağlı İranda deyirlər: “II Kir bu
işi ilə Framasoneri Təşkilatı ilə bağlıdır
və bu təriqətin formalaşmasında böyük rola
malikdir”31 Halbuki, bu təşkilatın son yüzilliklərdə
Britaniyada yaranması məlumdur.
Artıq 20-ci əsrə qədər regionun və xüsusilə,
İran türkləri və Azərbaycan türklərinin tarixi
Qərbin framasonları və şərqşünasları
tərəfindən məqsədyönlü şəkildə ciddi
təhrifə məruz qaldı. Hələ Rza şahın,
İngiltərə vasitəsi ilə hakimiyyətə
gətirilməsindən qabaq, şərqşünas Kleman Hevar,
əhalisinin təxminən yarısını türklər təşkil
edən İran türk dövlətində danışılan
dillərin siyahısında fars dili və hətta bir neçə
yüz və min nəfərlik etnosun belə dilinə işarə
edir və ölkənin əksər əhalisinin, yəni türklərin
dilinə işarə etmir.32
Əslində Qərb dünyası və İngiltərənin,
fars dövlətçiliyini İranda uydurmalar vasitəsi ilə formalaşdırmağının
səbəbi, onların farsları çox istəməsindən
irəli gəlmirdi. Bəlkə onlar strateji mənafeləri uğrunda
bu iş üçün dəridən qabıqdan çıxırdılar.
Belə ki, Britaniyanın İngiltərə xarici işlər
naziri Lord Karzon, İranı tənəzzüldə qalaraq çürüməyə
layiq olduğunu və ancaq Britaniya imperatorluğunun bu ölkədə
olan mənafeyi, bu ölkənin coğrafi mövqeyi və ... üçün
buna imkan verilməyəcəyinə işarə edir.33
Britaniyanın, şərqdən qərbə uzanan türk
birliyini pozmaq üçün uzun müddətli strategiya üzrə planının
əsas hissəsi artıq hazır idi. Bir tərəfdən
İran türk dövlətində və regionda ictimai rəy formalaşdırılmış,
digər tərəfdən isə, fars etnosu üzrə İran dövlətçiliyi
üçün uydurulmuş tarixi baza yaradılmışdı. Məşrutə
İnqilabından sonra 10 yaşında Əhməd şahın,
ölkənin şahı elan edilməsi ilə İngiltərə, həm ingilis məmurları
həm də Hindistanda formalaşdırdığı zərdüşt-fars
icmasının numayəndələri vasitəsi ilə
aktivliyini artırdı. 1919-cü il müqaviləsinə xalqın
etrazı və həmin müqavilənin ləğvi, İngiltərəni,
xüsusilə Britaniyanın Hindistan hakimiyyətini uzun müddətli
planı aperativ şəkildə həyata keçirməyə daha
da əzmli etdi. Həmin planı həyata keçirmək üçün
isə onlar çoxdan kadr hazırlığı görmüşdülər.
Mankceydən sonra bir-bir İngiltərənin digər
Hindistanlı fars icmasında olan şəxslər, o cümlədən
Keyxusro Cey və daha sonra onun oğlu Ərdəşir Cey
Riporter, İngiltərənin siyasi nümayəndəsi və
casusu kimi İran türk dövlətində köklü dəyişikliklərə
səbəb oldular. 27 yaşına kimi
İngiltərədə təhsil alıb, İngiltərənin
müstəmləkəçilik siyasətləri üçün xüsusi yetişdirilən
Ərdəşir Cey Riporter, 1893-cü ildə Hindistan hökumətinin
naibi və İngiltərənin Tehrandakı səfirliyinin
siyasi müşaviri kimi İran türk dövlətinə gəldi. O,
məşrutə hərəkatı və ondan sonrakı
hadisələrə təsir göstərmişdir. Siyasi Elmlər
Məktəbində qədim tarix müəllimi kimi dərs demişdir.
O, öz xatərələrində bu sahədə yazır: “Bütün
mərhələlərdə, o cümlədən məşrutə
hərəkatında, Siyasi Məktəbdə müəllimlik
etdiyim dövrdə bütün gücümlə, iranlılarda İranpərəstlik
(əslində farspərəstlik) ruhunu onlara aşıladım
və onları bu istiqamətdə təhrik etdim”34
Nəhayət Ərdəşir Cey Riporter, 1917-ci ilin
oktyabr ayında Rza xanla tanış oldu. Lakin Rza xan savadsız
olduğundan onu, “Yeni İranın təsisçisi” olmağa hazırlamaq
lazım idi. Ə. Riporter öz xatirələrində yazır:
“Sadə dildə İranın tarixini, coğrafiyasını
və ictimai-siyası vəziyyətini ona izah edirdim...
Adətən, uzun müddət mənim söhbətimə qulaq asıb,
arada dincəlmək üçün durub çay dəmləyirdi və içirdik.”34
Ə Riporter, 4 il müddətinə Rza xanı yeni
təsis edəcək İran dövlətinin başçısı
kimi yetişdirir. O, Rza xanla “davamlı görüşəndən
sonra, Rza xanın, İngiltərənin məqsədləri
üçün İranda güclü və mütəmərkiz dövlət qurmağa
ən yaxşı variant olduğu nəticəyə gəldi
və birinci dəfə olaraq, Rza xanı, Ayrun Sayda (Britaniyanın
məmuru) təqdim etdi.”35
Beləliklə 1925-ci ildə İran türk dövlətində,
İngiltərə və onun Hindistanlı məmurları
vasitəsi ilə çevriliş həyata keçirildi və İngiltərə
öz uzun müddətli məqsədləri üçün İranda fars dövlətinin
əsasını qoydu. İngiltərənin müstəmləkəçilik
məqsədləri üçün həmin dövlət
tərəfindən formalaşdırılan fars şovonizminin
son nəsil nümayəndələri bugün fəxrlə danışdıqları
İran fars dövləti, əslində belə utandırıcı
və beabırçı tarixə və dövlətçilik əsasına
malikdir. İran fars dövlətçiliyinin tarixi bazasının,
İngiltərə tərəfindən hazırlanması
və çevrilişin həyata keçirilməsi faktları uzun müddət
gizli saxlanılsa da, müəyyən məqamlarda, onlara özləri
belə etiraf etməyə məcbur olmuşlar. Belə ki,
İngiltərə, Rza şahı, oğlu
Məhəmmədraz şahla dəyişərkən BBC radiosu
xəbərlərində demişdi: “Rza şahın
məmuriyyətinin başa çatması- Rza şahı biz taxta
çıxardıq və biz də İrandan xaric etdik.”37
İndiki İran fars dövlətinin dövlətçilik
tarixinin 1925-ci ildən qabağa getməməsinə artıq
heç bir şübhə yoxdur. Ona görə ki, istinad etdikləri
saxtalaşdırılmış Əhəməni
(Həxaməneşi) və Sasani dövlətlərinin tarixi
isə əslində indiki farslara yox, bəlkə qisas
məqsədilə Assurlar tərəfindən didərgin edilmiş
yəhudlar vasitəsilə regiona gətirilmiş köçəri
tayfaya məxsus olması elm aləminə məlumdur.38
Rza xanın İranda hakimiyyətə gətirilməsi
və türk birliyini pozmaq, eləcə də İngiltərə
müstəmləkəçiliyinin təmin edilməsi
istiqamətində İran fars dövlətçiliyinin uydurularaq
təsis edilməsi ilə, yenə də yeni təsis edilən
İran fars dövlətinin guya tarixi əsasının olmasını
əsaslandırmaq məqsədilə, İngiltərə
tərəfindən başlanılan tarixi uydurmalar prosesinə
davam etdirildi. “Rza şah hakimiyyətinin, xidmətində olan
vasitələrdən biri də tarix yazmaq idi. Bu əsrdə
tarix yazmaq, şərqşünasların tədqiqatı və
yazdıqlarına əsaslanan qədim tarix üzərində köklənmişdi.
Bu dövrdə tarix yazmağın xüsusi ictimai-siyasi
məqsədi, İranın keçmişi, xüsusilə qədim dövrünün
siyasi sisteminin strukturunu verməkdən ibarət idi. Onlar,
beləliklə Rza şah diktatorasını əsaslandırmaq
istəyirdilər. Həmin diktatora hakimiyyəti və qurulan
yeni dövləti əsaslandırmaq məqsədilə, İranın
siyasi sistemini, Əhəməni və Sasani dövründə
idarəçiliyin və qərarların imperatorluğun
mərkəzindən verilən tam mütəmərkiz və güclü
siyasi sistem kimi olması təsvir edilirdi. Halbuki, bunların heç
birinin tarixi əsası yoxdur.”39
Bu məsələlər əslində sonrakı
mərhələdə İran türklərinin assimilyasiya
prosesini gücləndirməyə xidmət edirdi.
Qərb missionerləri və şərqşünasları,
eləcə də onların yerli əlatıları, yenicə
əsasını qoyduğu dövlətin adını da
sadəcə “Məmalik-e Məhrusə” (hazırkı dövrdə
birləşmiş əyalətlər mənasını daşıyır.)
terminini ləğv etməklə İran kimi saxladılar. Lakin
“İran” sözünü farsların ölkəsi mənasında
təqdim etmək üçün yenə də uydurmalara əl atdılar.
Onlar, bu məsələdə uydurduqları “ari”
terminindən və uydurularaq guya “Avesta”dan oxuduqları “Əiryan
vəecə” olduğunu
iddia etdilər. Əslində bunların “İran” termini
ilə heç bir əlaqəsi yoxdur. Turan termini ilə yanaşı
işlənən “İran” sözü də mifik anlayış olaraq,
qədim türklərin “Alp Ərtunqa” dastanı ilə bağlıdır.
Sonralar türk dövlətinin himayəsi altında türk sarayında
Firdovsinin özünün də yazdığı kimi uydurduğu “Şahnamə”
əsərində də İran termini mifik termin olaraq, Turan
termini ilə bərabər işlədilmişdir. Turanla
birgə İran və İraq terminləri fars sözü olmadığı
üçün bu dildə heç bir məna kəsb etmir və Turana
nisbətdə “İran türkcə yaxın mənasıdadır
və İraq (uzaq) qarşılığında”40
istifadə olunur. İran adı, Türk-monul imperatorluğuna
qədər ancaq mifik xarakter daşımış və yalnız
Türk-monul imperatorluğu dövrü, Çingiz xanın varisləri
yəni Elxani və Cığatay ulusluqları arasında yaran
ixtilaf nəticəsində həmin İran-Turan mifik
terminləri ölkə adı kimi qərarlaşdırılmışdır.41
Bundan sonra isə indiki İran ölkəsi həmin adla adlandırılmışdır.

Beləliklə İngiltərə qeyd etdiyimiz uzaq
strateji planın icrası ilə türk dünyasının İran
halqasını qırmaqla, türk birliyini poza bildi. Əlbəttə
İngiltərə təkcə türk dünyasının İran
halqası ilə kifayətlənmədi. O, “Hindistandan birinci
dünya müharibəsində bir milyondan artıq əsgər və
bir milyard rupi nağd pul almışdır. Bu pulların çoxunu
Osmanlı dövlətini parçalamağa sərf etmişdir”42
Türkiyənin yüksək rütbəli dövlət adamı ilə görüşən
İngiltərə casusu Larens (Lawrence), Osmanlı imperatorluğunu
məhv etmək məqsədi güddüyü ilə bağlı açıq
şəkildə etiraf etmişdir: “Sizi yəni türkləri
məhv etmək istədim, müvəffəq olmadım. Kürdistan
təşkil etmək istədim, müvəffəq olmadım.
Fəqət Ərəbistanı təşkilatlandırmağa
müvəffəq oldum.”43
Beləliklə Yaponiyadan Avropanın ortalarına və
Afrikanın qərb sahillərinədək uzanan türk nüfuzu
20-ci əsrdə tənəzzülə uğradılaraq, məhv
edilməyə məhkum edilmişdi. Yalnız Türkiyə
Respublikası öz müstəqilliyini qoruyub, saxlaya bildi. Üç
qitənin hakimi kəsilən türk millətindən 20-ci
əsrdə yalnız Türkiyə Respublikası öz müstəqilliyini
qoruyub, saxlaya bildi.
Qaynaqlar:
1-
Dr. Cavad Heyət, “Türklərin tarix və fərhənginə
bir baxış”, “Varlıq” jurnalının özəl sayı,
Tehran 1377 h., s.20-23
2-
Tərtib edəni: Hikmət Hacızadə, “Demokratiya:
Gediləsi uzun bir yol”, Demokratiya və antidemokratiya antologiyası,
Bakı, 2001, s. 61
3-
راجر، سیوری،
ایران عصر
صفوی، ترجمه
کامبیز
عزیزی، چاپ
سیزدهم 1384،
تهران، نشر
مرکز، ص. 104
4- آرمین،
کسروی،
بیستون،
نبشته های
آریایی، ص. 40،
سایت کتابهای
رایگان فارسی
و www.zoroaster7.persianblog.com
5-
Bax: Rəfiq Özdək, “Türkün qızıl kitabı, II kitab,
Bakı, 1997, yazıçı nəşriyyatı, s. 180-190
6-
M. M. Hüseynov, “Dünya türklərinin müxtəsər tarixi”, Bakı,
1999, Elm nəşriyyatı, s. 51
7-
ویل و آریل
دورانت، جلد 10،
رسو و انقلاب،
ویراسته دوم،
چاپ ششم 1378،
تهران، شرکت
انتشاراتی
علمی و
فرهنگی، ص. 78
8- "گونئی
آذربایجان"
ژورنالی، سای 2،
مهر 1382، رسول
سواران، "نژادپرستی،
آریائیسم و
پان ایرانیسم"
ص. 13
9- پرفسور
شاپور،
رواسانی،
نادرستی
فرضیه های
نژادی آریا،
سامی و ترک،
تهران، 1380،
اننتشارات
اطلاعات، ص. 68
10- "تریبون"
ژورنالی، سای 6،
قیش 2001،
ایسوئچ،
علیرضا
اردبیلی، "ظهور
و افول افسانه
هند و اروپایی"،
ص. 271
11- دنیس
رایت،
انگلیسی ها در
میان
ایرانیان،
ترجمه لطفعلی
خنجی، مؤسسه
انتشارات
امیر کبیر،
تهران 1359، ص. 174
12-
رضا، بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 115
13- خلاصه و
ترجمه از
علرضا
اردبیلی، "بتهای
آریایی" www.tribun.com
14-
ماهنامه
دیلماج،
شماره 7 و 8،
تبریز،
فروردین و
اردیبهشت 1384،
علی، موسی
زاده، آریایی
موهوم، ص. 74
15-
رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 116
16- دنیس
رایت،
انگلیسی ها در
میان
ایرانیان،
ترجمه لطفعلی
خنجی، مؤسسه
انتشارات
امیر کبیر،
تهران 1359، ص. 175
17-رلف،
نرمان شارپ،
فرمانهای
شاهنشاهی
هخامنشی،
تهران، چاپ
دوم 1384، مؤسسه
فرهنگی و
انتشاراتی
پازینه، ص. 1
18- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 117
19-
ناصر پور
پیرار، تأملی
در بنیان
تاریخ ایران،
کتاب اول،
دوازده قرن
سکوت،
اشکانیان،
نشر کارنگ
تهران، 1381، ص. 67
20- رلف،
نرمان شارپ،
فرمانهای
شاهنشاهی
هخامنشی،
تهران، چاپ
دوم 1384، مؤسسه
فرهنگی و
انتشاراتی
پازینه، ص. 4
21- ناصر پور
پیرار، تأملی
در بنیان
تاریخ ایران،
کتاب اول،
دوازده قرن
سکوت،
اشکانیان،
نشر کارنگ
تهران، 1381، ص. 59
22- اسماعیل
رائین، حقوق
بگیران
انگلیس در
ایران، نوبت
چاپ: نهم 1373،
چاپخانه
علمی، ص. 20
23- اسماعیل
رائین، حقوق
بگیران
انگلیس در
ایران، نوبت
چاپ: نهم 1373،
چاپخانه
علمی، ص. 22
24- اسماعیل
رائین، حقوق
بگیران
انگلیس در
ایران، نوبت
چاپ: نهم 1373،
چاپخانه
علمی، ص. 28
25- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 53
26- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 53
27- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 57
28-
آخوندزاده،
میرزه
فتحعلی،
الفبای جدید و
مکتوبات، به
کوشش حمید
محمد زاده،
تبریز، 1376، نشر
احیا، ص. 249
29- مؤسسه
مطالعات و
پژوهشهای
سیاسی، اسناد
فراماسونری
در ایران، جلد
دوم، تهران
زمستان 1380، ص. 405
30- Mister Hemferin xatirələri (İngilis
casusunun etirafları), ЗАО
«Славянский
дом книги»
Москва 2003, s.
10
31- مؤسسه
مطالعات و
پژوهشهای
سیاسی، اسناد
فراماسونری
در ایران، جلد
اول، تهران
زمستان 1380، ص. 92
32- هوار،
کلمان، ایران
و تمدن
ایرانی،
ترجمه حسن
انوشه،
تهران، چاپ
اول، 1363،
انتشارات
امیر کبیر، ص. 22
33- "تریبون"
ژورنالی، سای 4،
قیش 1991،
ایسوئچ،
علیرضا
اردبیلی، "دادنامه
آذربایجان"،
ص. 245
34- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 234
35- "تریبون"
ژورنالی، سای 4،
قیش 1991،
ایسوئچ،
علیرضا
اردبیلی، "دادنامه
آذربایجان"،
ص. 256
36- رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 235
37- دکتر شمس
الدین، امیر
عطایی (ترجمه و
تألیف)، صعود
محمدرضا شاه
به قدرت یا "شکوفایی
دیکتاتوری" ص.
72
38- ناصر،
پورپیرار،
تأملی در
تاریخ بنیان
ایران،
دوازده قرن
سکوت! کتاب
اول، برآمدن
هخامنشیان،
چاپ دوم،
تهران،
آذرماه 1379، نشر
کارنگ، ص. 251 و
برای اطلاعات
بیشتر کل کتاب.
39-
رضا،
بیگدلو،
باستانگرایی
در تاریخ
ایران، چاپ
اول 1380، تهران،
نشر مرکز، ص. 274
40-
ماهنامه
دیلماج،
شماره 7 و 8،
تبریز،
فروردین و
اردیبهشت 1384،
علی، موسی
زاده، آریایی
موهوم، ص. 79
41-
حسین، فیض
الهی وحید،
نام ایران را
مغولان بر این
سرزمین
نهادند، و
مراجعه شود به
ترجمه
مختصرالدول،
ابن عبری،
ترجمه دکتر
میر فخرایی،
مؤسسه
مطالعات و
تحقیقات
فرهنگی (پژوهشگاه)،
تهران، 1371، ص. 69
42- Mister Hemferin xatirələri (İngilis
casusunun etirafları), ЗАО «Славянский
дом книги»
Москва 2003, s. 89
43-
Plitika Ansiklopedisi, Tercüman, Tercüman gazetecilik matbaasında dizilmiş
ve basılmışdır, İstanbul 1982, s. 388.