Cəza
normaları hüquq elmində və indiki İranda

Təqribən 28 ildir ki,
İranda cəza qanunları
və onların icra tərzi
dünyada insan hüquqlarını müdafiə edən təşkilatların
böyük başağrısı olub. Çünki tənqid və
etirazlara baxmayaraq, hələ
də İranın küçə
- bazarlarında dar ağacı
qurulur və cəza adına insanların əli kəsilir, gözü
çıxarılır, daş - qalaq olunur və ya şallaq
vurulur. Bu cür geri qalmış
və dəhşətli cəza sistemində
Güney Azərbaycanın siyasi məhbuslarının çox ağır
vəziyyətini düşünmək çətin deyil. Xüsusən,
son zamanlar Güney Azərbaycanda
siyasi məhbuslara həddindən artıq təzyiq artmışdır.
Bu yerdə mövzunun yaxşı açılması üçün
qısa şəkildə cəza normalarının elmi
baxımdan araşdırılmasını və sonra İranda
cəza normaları, onların icra tərzi
barəsində izahat verməyi məqsədə müvafiq
hesab edirəm. Mən fikir edirəm bu yazıda müqayisələrə
üstünlük versək mövzunun yaxşı açılmasına yardım
edər və bu da səbəb olar ki, düşüncələrimizdə
heç bir qaranlıq tərəf qalmasın.
Hüquq elmində cəza sistemi cinayətkarlardan intiqam almaq
və onlara nifrət əsasında
yaranmayıb. Hüquq elmində başqa elmlər kimi
alimlər çalışırlar ki, bu əsas suala cavab
versinlər: "İctimaiyyətdə cinayət hansı müəyyən
səbəblərin nəticəsidir."
Cinayətin səbəblərini tanıma hüquq
elmində iki səbəbə görə
həddən artıq əhəmiyyət daşıyır
:
1.
Cəzanın təyin olunmasında
2.
Cinayətin səbəblərin tanımaq
və onun üstündə təsir qoymaq.
Cinayətin səbəblərini tanımaq
məhkəməyə kömək edir ki, ittiham vurulan fərdin
məsuliyyətin müəyyən
etsin. Çünki fərdi məsuliyyət müəyyən olunandan
sonra ədalətli formada
cəzalandırma mümkün olur. Fikrimin aydınlaşması
üçün bir neçə misal çəkirəm. Fərz edin bir
nəfər maşın sürəndə
bir insani xəta və ya texniki problem
nəticəsində təsadüfən insan qətlinə
səbəb olur. İkinci
misalda bir fərdi nəzərə alın ki, bir ciddi psixoloji
xəstəliyi var və bu
xəstəlik səbəb olur ki, bir mənasız
cinayətə əl vurub və
bir başqa insanın qətlinə səbəb olub. Üçüncü
misalda bir fərdi nəzərə alın ki, siyasi və ya
iqtisadi məqsədlə bir
başqa insanın qətlinin planın tökür və
nəhayət başqa insanın qətlinə səbəb
olur. Bu üç misalda cinayətin səbəbləri
bir - birindən çox fərqlidirlər və ona görədir
ki, bu üç fərdin fərdi məsuliyyəti də bir
..birindən ciddi şəkildə fərq edir. Nəhayət
bunuda demək lazımdır ki, bu üç fərd biri - birindən
fərqli şəkildə cəzalanmalıdırlar.
Üstə qeyd etdiyimiz kimi cinayətin səbəblərini
tanımaq bizə bu imkanı verir ki,
onların üstündə təsir qoyub və cinayətlə
elmi formada mübarizə aparaq. Bəs bu nöqteyi -
nəzərdən əsl problem cinayətkar yox,
bəlkə əsl problem cinayətə bais olan
səbəblərdir. Ona görə hüquq elmində cəza
sistemində məqsəd cinayətkardan intiqam almaq yox, əsl
məqsəd onu islah etməkdir.
Hüquq elmində cinayətin səbəblərin aydınlaşdıranda
mövzuya çox ətraflı və geniş baxılır.
Və ictimaiyyətdə hakim olan siyasi, ictimai, mədəni,
iqtisadi, tərbiyəvi və hətta genetik amilləri
nəzərə alırlar. Çünki tamam təcrübələr
və hesablamalar nişan verir ki, bu amillərin yaxşılaşması
ictimaiyyətdə ahəng yaradır və qanunu pozmağa
maraq azalır. Əksinə bu amillərin, xüsusən siyasi
və iqtisadi şərtlərin pisləşməsi bais olur
ictimaiyyətdə təhamül azalsın və qanunu pozmağa
meyil çoxalsın.
Alimlər
belə fikir edirlər ki, insanın xarakteri və şəxsiyyəti
doğulandan sonra yaşadığı ictimaiyyətdən
kəsb olur və formalaşır. Amma son zamanlar bioloq
alimlər yeni araşdırmalarla nişan verirlər ki, insanda
bəzi xüsusiyyət hətta irsi ola bilər. Misal üçün araşdırmalar
nişan verir genetik
amillər bəzi adamlarda ruhu düşkünlüyə, alkolizmə,
pedofilyeyə ( az yaşlı uşaqlara cinsi meyil )
səbəb olur. Başqa sözlə bu xüsusiyyət bəzi
adamlara onların əcdadlarından
və ya valideyinlərindən irsi yetişir.Ona görə
də bu gün genetika elmində insanın
xarakteri böyük sual əlaməti olmuşdur. Bəlkə də
bilmək maraqlı olar ki, bəzi Amerikan alimləri
cinayətlə mübarizə üçün kimya və elektronik
elmlərdən faydalanmaq istəyirlər. Mövzu bundan
ibarətdir ki, bəzi alimlər təklif verirlər ki,
əgər bir cinayətkar təcavüzə və ya
qətlə görə məhkum olunub
və bu təhlükə var ki, o azadlığa buraxılandan
sonra həmin cinayəti
təkrar etsin. O zaman yaxşı
olar ki, çox balaca kimyəvi
maddələnmiş elektronik aparat
məhkum olan fərdin bədənində əkilsin. Bu
elektronik aparatda bir prosesor, yəni elektroniki beyin var ki,
cinayətkarın ruhi vəziyyətinə nəzarət edir.
Və əgər fərdin cinayət etmək təhlükəsi
yaranarsa, avtomatik olaraq o kimyəvi maddəni o fərdin qanına
tökür və bununla da onu aramlaşdırır. Hətta müvəqqəti
yuxulamasına səbəb olur. Eyni zamanda cinayətin baş
verməsinin qabağı alınmaqla yanaşı, hətta
polis məntəqəsinə də siqnal
göndərilir. Əlbəttə, qərbin inkişaf tapmış
ölkələrində bəzi vaxt məhkum olanın qoluna
və ya qıçına bir elektronik aparat bağlayırlar və
bununla da onun evi və iş yeri ümumi halda müəyyən coğrafi
hüdudlar onun zindanı sayılır. Əgər o hüdudlardan
eşiyə çıxsa əlinə və ya qoluna bağlanan
elektro aparat polis qərargahına xəbərdarlıq
göndərir və polis tərəfindən onun yaxalanmasına
səbəb olur.
Bu günkü İranda cəza normaları
dini ehkamların əsasında yaranıb. Elə bu
səbəbə görə dini ehkamın necə icra olunması
və ya onların təfsiri, hətta dini ehkamın cəza
normaları kimi icra olunub və ya olunmaması barədə
ruhanilər arasında ciddi fikir ayrılığı
var. Əlbəttə, bu fikir ayrılığına baxmayaraq,
bu günkü İranda cəza sistemi o
dəstə dinçi qüvvələrin
nəzarəti altında yaranıb
ki, dindən fanatik düşüncələri var.
İranın cəza sistemində
əsl məqsəd intiqam alma və küçə - bazarda
adamları edam etməklə ibrət
nümunələri yaradıb və milləti qorxutmadır.
Və habelə bu yolla misal
üçün cinayət, əxlaqsızlıq, narkomaniyanın qabağın
alsın. Tamam statistika və təcrübələr
28 il ərzində İranın özündə və başqa
məmləkətlərdə bunu açıq şəkildə göstərir
ki, bir yerdə ki, cəza
verməkdə əsl məqsəd intiqam və ya qorxutma olub
qanunsuzluğun və ya cinayətin cəmiyyətdə qabağı
alınmayıb. Elə bu səbəbə görə də İranda
çoxlu ruhanilər var ki, dinin siyasətdən və dövlətdən
ayrılmasını və onların işinə qarışmamasını
tələb edirlər. O cümlədən, Ayətulla Brucerdi
misal çəkmək olar ki, bu
fikrinə görə bir neçə ay bundan əvvəl tutulub. Çox ağır
işgəncələrə məruz qalıb və indi də
edam cəzası ilə hədələnir. Əlbəttə,
İranda bir dəstə ruhanilər də vardır ki, onlar çalışırlar
yeni təfsirlərlə islamda olan cəza normaların hüquq
elmində olan normalarla uyğunlaşdıralar. Misal üçün onların
dini ehkamlardan yeni təfsirinə
görə oğrunun əlin
kəsməkdə məqsəd oğrunun əlin oğurluqdan
kəsməkdir. Burda məqsəd heç də oğrunun əlini
kəsmək deyil. Bu barədə Hüccətülislam Yusif Eşqvəri
və Ayətulla Xədivəri misal göstərmək olar
ki, onlar çalışırlar islamda olan normaları bu günkü
demokratik siyasi sistemlərin normaları ilə uyğunlaşdıralar.
Bu yerdə qeyd etmək lazımdır onlar yeni düşüncə
tərzlərinə görə təhqir və
təzyiqlərə məruz qalmışdılar. Hətta,
Hüccətülislam Yusif Eşqvəri neçə il
həbsdə qaldıqdan sonra da ruhani paltarı geyinməyə
haqqı yoxdur.
Yeri gəlmişkən milliyyəti Azərbaycan türkü
olan Ayətulla Şəriətmədarini də misal göstərək.
İranda inqilabdan sonra bu
şəxs ölkədə yaşayan müxtəlif
millətlərin, xüsusən də Güney Azərbaycanlıların
insani və mədəni hüquqlarından
müdafiə edib İranın
fars mərkəzli totalitar rejiminə qarşı çıxıb.
Elə bu səbəbə görə İranın fars rejiminin
qəzəbinə düçar olub və
uzun müddət evində, Qum şəhərində göz altına
alınıb və hətta o zaman ki, xərçəng
xəstəliyinə tutulub onda da icazə verilməyib ki,
Avropaya müalicə üçün
getsin. Hətta, Tehrana getməyinə də qadağa qoyulub.
Ancaq ölüm halına çatanda icazə verilib Tehranın
xəstəxanasında olsun. Amma yenə şərt qoyulub ki,
onu ziyarət etmək, onunla görüşmək olmaz və
Almaniyada yaşayan oğlu telefon vurub ki, son dəfə atasının
səsin eşitsin və onunla vidalaşsın. Hətta buna da
icazə verilməyib.
Çox təccüb və təssüf yeri var ki, İranın fars
rejimi Ayətulla Şəriətimədari
ilə əlaqədar 18 maddəli cəza fərmanı hökm
verib və hətta onun ölüsün də çalışıblar
cəzalandırsınlar. Məsəl üçün,
qeyd olunub gərək onun vəsiyyətinə əməl
olunmasın, öz istədiyi yerdə dəfn oluna bilməz, öz
istədiyi şəxs ona namaz qılmasın. Xüsusən, ona aşkar
yas törənləri tutmağa qadağa qoyulub və s.
Hər halda yuxarıda qeyd etdiyimiz kimi İranda dinçi qüvvələrin
fanatik düşüncələrinin əsasında cəza qanunlarına
əməl edilir. Elə bu
səbəbə görə də bu
günkü İranda əl kəsmə, göz çıxarma, daş -
qalaq, küçə - bazarda adamlara şallaq vurmaq və ya dara çəkmək
davam edir.
İranda
1988 - ci ildə siyasi məhbusların qətliamı
Demokratik siyasi sistemdə əsl şərt
məhkəmə orqanlarının müstəqil olmasıdı.
Ancaq totalitar rejimlərdə məhkəmə orqanları
hakimiyyətin nəzarəti və nüfuzu altında idarə
olunur.Demək olar ki, totalitar rejimlər
məhkəmədən qanuni çomaq kimi istifadə edib və öz
müxaliflərin işgəncə ilə uzun həbslərlə
və edamla meydandan çıxarırlar. Bu müxalifi susdurmanın
əsas yolu olub.İranda 1988 - ci ilin yayında ancaq iki ay
ərzində təxminən 12 min siyasi məhbus edam olunub. Amma
bu günkü günə qədər hələ də edam olunanların
dəqiq siyahısı əldə yoxdur. Çünki edam edən
hakimiyyət hələ də iş üstündədir və dövləti
öz qanunları ilə idarə edir. Lakin son siyahının
əsasında ki, müxalif qüvvələr veriblər 4488
nəfərin kimliyi müəyyən olub. Şahidlərin verdiyi
məlumata görə siyasi məhbuslardan ancaq 3 sual olunurdu :
1.
Tutularkən mənsub olduğun təşkilatla hələ
də əlaqən varmı ?
2.
Hələ də İslam Cumhuriyyəti ilə müxalifsənmi
?
3.Namaz
qılırsanmı?
Birinci və ikinci suala müsbət cavab bəs idi ki,
bir neçə saatdan sonra edamla cəzalana və bununla da inamına
görə həyatına son qoyula. Amma
iki suala mənfi cavab versəydi, amma üçüncü suala cavab namaz qılmamağın
qeyd etsəydi, o zaman
məhbusu şallaqlamaqla sualın cavabında olmuş səhvi
düzəldirdilər. Əlbəttə, qeyd etməliyik ki, edam
olunanlardan çoxu həbs müddətini qurtarmışdı və
ya qısa zamandan sonra qurtarırdı və demək olardı
ki, həbs müddətinin son günlərini yaşayırdılar.
İranda
təqribən 28 illik fars rejiminin siyasi məhbuslarla davranışı
nişan verir, istənilən vaxt təhlükə var ki,
həbsdə olan şəxsə qarşı yenidən ittiham
vurula və o mühakimə oluna. Bununla bağlı sonsuz misallar
çəkə bilərik, amma çox da uzağa gedib sizləri yormaq
istəmirəm. Sadəcə fikrimi aydınlaşdırmaq
üçün hamımıza yaxşı məlum olan bir
həqiqəti ortaya qoymaq istəyirəm. Bu da bizim milli
aktivimiz Abbas Lisani bəylə bağlıdır. Baxmayaraq ki,
məhkəmə onun haqqında höküm çıxarıb və o
cəzasını çəkir. Lakin yenə intizami qüvvələr
tərəfindən ona qarşı ittihamlar vurulur. Və bu
səbəbə görə yenidən mühakimə olunacaq. Ümumi
halda demək olar ki, İran
adlanan məkanda siyasi
məhbusların vəziyyəti məhkəmənin qərarından
yox, bəlkə
hakimiyyətin tutduğu mövqeydən asılıdır.
Çox
təssüf ki, 1988 - ci ildə Güney Azərbaycanda siyasi
məhbusların edamı ilə əlaqədar dəqiq bir
siyahı və konkret məlumat yoxdur. Lakin
bu siyahı tarixi sənəd kimi böyük
əhəmiyyət daşıdığından
ümid var onun hazırlanmasına cəhd olunsun.
Qeyd
: Edam olunanların siyahısını bu linki yükləməklə
oxuya bilərsiniz.
İranda
siyasi müxaliflər terrorla da cəzalanırlar
İranın
fars rejimi xaricdə və xüsusən də daxildə, baxmayaraq
ki, polis və məhkəmə orqanları onun nəzarəti
və nüfuzu altındadır, amma siyasi müxalifini meydandan çıxarmaq
üçün terrordan da faydalanır.
1998 - ci ilin payızında bir neçə nəfər
hakimiyyətə müxalif olan şəxslər çox müammalı
halda qətlə yetiriliblər və bu hadisələr
zəncirvari qətllər adlanıb. Həm də bu
hadisələr daxildə və xaricdə rejimə qarşı
güclü reaksiyalara səbəb olub və nəhayət ki, ettelaat
idarəsi ( Milli Təhlükəsizlik Nazirliyi ) məcbur oldu bu
barədə açıqlama versin və etiraf etsin ki, bu
qətilləri bir neçə nəfər ettelaat məmuru özbaşına
edib.Burada xatırlamalıyıq ki, bir neçə nəfər
siyasi şəxsiyyətin 1998 - ci ilin payızında
şübhəli ölümləri ilə
məsələ bitmir. Çünki İranın fars rejiminin
28 illik həyatında ölkənin dörd guşəsində
siyasi şəxsiyyətlərin müammalı ölümünə şahid
olmuşuq. Misal üçün bir neçə il bundan əvvəl
Ərdəbilin tanınmış millətçi aktivi
Məhəmmədrza Nəsiryan iş yerindən ettelaat
məmuru tərəfindən sorğu - suala aparılmış
və qayıdandan sonra rəngi avazamış
və özünü çox pis hiss etmişdir. Xəstəxanaya aparılmış
və orada həyatını dəyişmişdir.
Son günlərdə Nima Rəzəviyaninin şübhəli
ölümünü misal çəkə bilərik. İnformasiya orqanlarının
verdiyi məlumata görə N. Rəzəviyaniyə "Misaq
"adlı dərginin sorumlusu Məhəmmədi
tərəfindən ölümlə hədələnmiş və
ölümündən bir neçə gün öncə
növbəti dəfə ettelaat
idarəsinə çağrıldığı vurğulanır.
Torpağa tapşırılma törəni də
ettelaat məmurlarının
nəzarəti altında səssizcə həyata keçirilmişdi.
Son
illərdə bəzi Azərbaycanlı aktivlərin
hətta müammalı formada maşın qəzası
təsadüfündə həyatını itirməsi bir növ adət
şəklini alıb. Elə bu mövzu ilə əlaqədar
Abbas bəy Lisaniyə qarşı hazırlanmış, lakin
üstü açılmış həyata keçirilməsi
nəzərdə tutulmuş qətli xatırlamaq
istəyirəm. Ona görə xatırlamaq deyirəm ki, bu haqda
azadtribun sitəsində geniş məqalə ilə çıxış
etmişdik. Təqribən beş - altı ay bundan qabaq
məlum oldu ki, İran ettellaatı Abbas bəy Lisanini azadlığa
buraxdıqdan sonra bir
cinayətkar məhbus vasitəsi ilə xüsusi təşkil
olunmuş maşın təsadüfü nəticəsində müəmmalı
qətl planı həyata keçirilsin. Xoşbəxtlikdən
elə təsadüf nəticəsində də bu qətlin üstü
açıldı və rejimin arzusu doğulmamış gözündə
öldü.
İranın
cəza normalarında məsuliyyət şəxsi deyil
Hüquq
elmində əsas prinsiplərdən biri də
məsuliyyətin şəxsi olmasıdır. Bu mənada
hər bir fərd etdiyi iş üçün özü məsuldur və
məsuliyyəti də özü tək çəkməlidir. Burdan da alınan
nəticə bundan ibarətdir ki, onun işinə görə
kimsə cəzalana bilməz və cəzalandırmaq qeyri
insanidi. Amma İranda, xüsusən də, Güney Azərbaycanda
siyasi məhbusların ailələri də cəzalanırlar.
Misal üçün, Abbas Lisanini tutduqda onun maqazasını da bağlamışdırlar
və onun həyat yoldaşının, eyni zamanda üç körpə
uşağının məişəti nəzərə alınmamışdır.
Həyat üçün ən zəruri olan boğazlarını qidalandıran
yeganə dolanacaq yerləri də əllərindən çıxmışdır.
Bu misaldan belə nəticə çıxır ki,
İranın cəza qanunlarının əsasında
ancaq siyasi məhbus yox, onun ailəsi, yaxınları da
cəzalanır.
Güney Azərbaycanın tanınmış jurnalisti
İnsafəli Hidayət bəyin müxalif fikirlərinə
görə onun qızının universitetdə təhsil almasına
izin verilməmişdir. Bu misalda demək olar ki, qız atasının
siyasi fikirlərinə görə cəzalanıb. Başqa bir
misalda göstərə bilərik ki, ettelaatın məmurları
bəzi gənc millətçi aktivlərin ata - anasın sorğu
- suala aparıb və onlardan iltizam alırlar
ki, övladları siyasi fəaliyyətlərinə davam
verməsin. Əgər davam versələr, valideyinlər
də övladları ilə bərabər bu işdə
cavabdehdirlər. Əlbəttə,
bəzi vaxt millətçi aktivlər ettelaatın məmurları
tərəfindən oğurlanıb
və onların şəxsi ailəsi, ata - anası
ilə sadistcəsinə, lap
siçan - pişik oyunu başlanır. Bəlkə də yaxşı
olar bu barədə son zamanlar ölümü ilə hamını sarsıdan
yaşlı qadın Səyyarə Rəştbərini
misal çəkək. İyun
ayının sonlarında onun oğlu tələbə Hüseyn
Yusifi ettelaat tərəfindən oğurlanıb və
naməlum yerə aparılıb. Ana öz oğlu haqda məlumat
istəyəndə "bir daha onun dirisini görməyəcəksən!
" - demişlər.
Oğlunun
dərdindən xəstə düşmüş ana, bu sözün ağırlığına
dözməyib psixoloji sarsıntı
keçirmiş və bəxti yatmış qadın beyin infarktına
düçür olmuşdur. Bir neçə gün Təbriz xəstəxanasında
yatdıqdan sonra, koma vəziyyətindən ayılmamış
və bu ilin 6 iyulunda faciəli şəkildə dünyasını
dəyişmişdir.
Milyonlarla
Güney Azərbaycanlı sürgündə yaşamaqla cəzalanır
İranın fars rejimi, istər pəhləvilər
və istərsə də indiki hakimiyyətin dövründə bais
olmuşdur ki, Güney Azərbaycanlılar ana yurdlarını
tərk edib İranın farsistan bölgələrinə köçələr.
Çox hissəsi də İranı tərk edə.
Hər insaflı insan özündən bu sualı soruşmalıdır
: "Nə səbəbə görə milyonlarla Azərbaycanlı
farsistana köçdüyü halda, niyə əksinə olmur ?
Yəni farsların yaşadığı ərazilərdən
azərbaycanlılar yaşayan torpaqlara farslar köçmürlər
?"
Bəs demək olar ki, İranın
fars rejimi Güney Azərbaycanlıları
ağır siyasi və iqdisadi ayrı - seçkiliyə məruz
qoyub və milyonlarla insanların
ancaq türk olduqlarına görə sürgündə yaşamaqla
cəzalandırırlar. Verilən
məlumatlara görə təxminən 2 milyon insan Güney
Azərbaycanı tərk edib və
dünyanın müxtəlif ölkələrində yaşayırlar.
Bunların çoxu da siyasi səbəblərə görə
Azərbaycanı tərk etməyə məcbur olublar.
Bildiyimiz kimi hələ də bu siyasi mühacirətlər
davam edir və xüsusən də, 2006 - cı ilin may milli qiyamından
sonra Güneydən Avropaya gələn siyasi mühacirlərin sayı
şiddətli dərəcədə artıb. Əlbəttə
bəzi vaxtlar bu mühacirətlər çox ağır
vəziyyətdə baş turtub və insanların faciəsi
ilə nəticələnib. Misal üçün bu ilin qış aylarında
baş vermiş müdhüş hadisəyə diqqət edək.
Fars dilində yayılan "Fərda" radiosu xəbər
vermişdi ki, İranla Türkiyə sərhəddində 9 İranlı
qaçqının cəsədi tapılıb.Tapılan
cəsədlərin kimliyini müəyyən etmək mümkün
olmamışdı.Çünki onlar yolu azıb, qış olduğu
üçün soyuq, don onları vurub və bəzi cəsədləri
qurd - quş eşib - dağıdıb.Bu səbəbdən
də qaçqınlar çox tanınmaz hala düşüblər.Onların
meyidini Başqala və Diyarbəkir xəstəxanalarına
aparıb və Türkiyə
polisi araşdırmalara başlayıb.İlkin tədqiqatlar
yalnız bunu bildirir ki, bu qaçqınlar Urmiyədən Türkiyəyə
dağ yolu ilə qaçanlardır.
Son
zamanlar İran fars rejimi millətçi aktivlərə
təzyiqləri artırıb.Beləki bəzilərinin işini
əlindən alır, mallarını müsadirə edir, uzun müddət
işsiz qalıb hədə, işgəncə,ciddi iş
problemi, zindan və sair bu kimi ağır üzüntülərdən
qurtarmaq üçün qonşu ölkələrə,ən çox da qardaş
Türkiyə Respublikasına üz tuturlar.Amma qeyd etmək lazımdır
ki, Türkiyəyə getmək, özü də qışda bir o
qədər ucuz başa gəlmir.Gedənlərin çoxsu bu yolu
geder. gəlməz hesab etdikləri üçün getməmişdən
əvvəl ailəsinə öz vəsiyyətini edir və yaxın
qohum, dost - tanışla gğrüşüb vidalaşırlar.
Bu
gün Güney Azərbaycanda gedən mübarizə adi mübarizə
deyil, bəlkə də ölüm - dirim savaşıdır. Mən
inanıram ki, qəhrəman millətimiz bundan artıq zülmə
dözməyəcək və yaxın gələcəkdə buna
son qoyacaq.
Ayətulla Şəriətmədari öz azadfikirliliyinə və türk olduğuna görə fars rejiminin qəzəbinə düçar oldu

Türk qadın Səyyarə Rəştbəri oğul ölmü ilə qorxudulub və koma vəziyyətinə düşüb
Bir bəxti yatmış qadın zinaya görə daş - qalağa hazırlanır

Bir Azərbaycan türkü şərab içdiyi üçün şallaqlanır

Ettelaat məmurları tərəfindən bıçaqlanan Azərbaycan gənci

Güney Azərbaycandan olan bəzi siyasi məhbuslar