Bütöv
Azərbaycan Dövləti
Urmu
xanı Məhəmməd Quluxan Əfşarın katibi,
əslən cənubi azərbaycanın Xoy şəhərindən
olan Mustafa Səidabadının o dövürdə azərbaycanda baş
verən hadisələri özünün gündəlik yaddaşlarından
çıxarıb bir kitab halinə gətirməsi artıq hamımıza
məlumdur.
Mustafa
Səidabadı 1172 hicri qəməridə (1758/1759) Xoyda doğulub.
1782-də Urmu xanı Məhəmməd Qulixan Əfşarın
Bütöv Azərbaycan dövləti yaratmaq fikri ilə qurduğu
Urmu xanlığı Əfşar hökümətində
(1781/1798) katib işləmişdir. Mustofi (katib) işlədiyi
sarayda gözləri ilə gördüyü hadisələri, iştirakçısı
olduğu olayları və ya eşitdiyi xəbərləri bir
araya toplayıb, bu kitabı yazmağa başlayıb,
nəhayət 1823-də onu sona çatdırıb.
Məhəmməd Quluxanın böyük oğlu Mustafa Quluxana
təqdim edilən kitabın əlyazması, oğlu Əmirgün
xana, ondan oğlu Əlixan Əfşara və ondan 16 yaşında
kiçik qardaşı Bahadur xana və nəhayət, onun oğlu
Əli Xoşnevisə (ikinci Əlixan) gəlib çatıb.
Atalardan
oğullara sıra ilə yazılmış
vəsiyyətlərdə göstərildiyi kimi, Fətəlişah
Qacar Azərbaycan xanlıqlarını mərkəzi Tehran olan
Qacar dövlətinə tabe etdikdən sonra Qacar-Əfşar düşmənliyi
ilə kitab çap olma imkanı tapmayıb. 1913-1914-də kitabın
artırılmış əlyazması istanbula çapa göndərsələr
də Ərzurumda türk-rus müharibəsində kitabı aparan
tacir giriftar olur və itir-batır.
Rza
Şah hakimiyyətində, fars şovinizminin qızğın
çağında çapı mümkün olmayan kitab, nəhayət, 2001-ci
ildə yuxarıda adını çəkdiyim və bu gün 80 yaşında
Urmuda (Urmiyə) yaşayan ikinci Əlixanın müəllifliyi
ilə çapa hazırlanır və işıq üzü görür.
Mustafa Səidabadı yazır ki, Urmu xanı
Məhəmməd Quluxan Əfşarın hədəfi bütöv
Azərbaycan dövləti yaratmaq idi.
Təhrif
olunmuş tariximizin qaranlıq səhifələrini aydınladan
Məhəmməd Quluxan Əfşar, Milli Federal dövlət
təşkili yolunda adını daşıyan bu kitabın
akademik səviyyədə tərcüməsi və çapı milli
dövlətimizin borcudur düşüncəsi ilə bu müqəddiməyə
son qoyaraq kitabın bəzi məqamlarının tərcüməsini
olduğu kimi millətimizin hüzurlarına təqdim edirəm.
Kitabın
139-cu səhifəsində Xudafərin qurultayında (1201 hicri
qəməri) (1786/87) Urmu xanının nitqi barədə
belə yazır:
Məhəmməd
Qulixan sərdari-kül, Gürcüstan və ətrafdakı
vilayətlərin məsələsini həll etdikdən sonra böyük
şövqlə Xudafərinə gəldi. Oturağın
nizam-intizamı, Yurd ordusunun dördüncü Qara Çuxalar bölük başçısı
Məhəmməd Tahirxan Gündüzlüyə tapşırıldı.
Ölkədə birlik yaratmaq üçün bütün hakimləri, xanları,
bəyləri, bəyzadələri qurultaya çağırdı.
Tiflis hakimi Ərkli xan, Bakı hakimi Hüseyn xan, Şirvan xanı
Mustafa xan, Şəki xanı Məhəmməd Həsən
xan, Gəncə hakimi Cavad xan, Qalanın başçısı
erməni Xaçatur, Sərab və Qarabağ hakimi Sadiq xan Şəqaqi,
Qərəni sərhədçilərinin başçısı,
Soyuqbulaq hakimi Budaq xan, Marağa xanı Müqəddəmi
Mərağeyi, Səfərquluxan Batmanqılınc Xoy nümayəndəsi,
Xudadad xan Təbriz hakimi, Nəzərəli xan Şahsevən
Ərdəbil hakimi, Şamşal xan Əfşar hakimi və başqaları
dəbdəbəli yığıncaqda iştirak edirdilər.
Məhəmməd Quluxan nitqində dedi: Yurd ordusunun gücü,
bizim ədalətli hökmranlığımız
nəticəsində artıq bütün xanlıqlar birləşib.
Bu birliyi qorumağa hamımız qeyrət göstərməli, ölkənin
inkişafına, xalqın rifahına çalışmalıyıq.
Millətimizin azad və yaxşı yaşaması üçün xarici
qüvvələrin, o cümlədən Rus-Rum, Qacar və
Zəndə ölkəmizə müdaxilə icazəsi
verilməməlidir. Yurdumuzu bütün gücümüzlə özgələrdən
qorumalıyıq.
Kitabın
275-ci səhifəsində Ağa Məhəmməd Şah
itirilmiş mövqeyini bir daha qazanmaq üçün saysız qoşunla
1211 hicri qəməridə (1796/97) Şuşaya hücuma başladı.
Məhəmməd Quluxan, Sadiq xan Şəqaqi və İbrahim
xan həm Şuşanın təxribinin qarşısını
almaq üçün, həm də özlərini nicat vermək üçün,
həm də keçmişdəki ilqarları gərəyi, İbrahim
xanın Şuşadan çıxmasına, şəhərin qansız
təhvil verilməsinə və sonra şahın qətlə
yetirilməsinə qərar verirlər. (Baş verən bəzi
hadisələrdə yardımçı olur, o gecə
Məhəmməd Quluxanın iştirakı ilə şahın
öldürülməsi geniş şəkildə izah edilir).
Kitabın
296-306-cı səhifələrində Ağa
Məhəmməd Şahın ölümündən sonra bütün
Azərbaycanda milli hökümət yaratmaq üçün Təbriz qurultayından
bəhs edərkən yazır: Daha öncə Azərbaycanın
böyük qurultayında təyin olunmuş idarə
heyətindən Məhəmməd Quluxan, İbrahim xan Cavanşir,
Sadiq xan Şəqaqi, Hüseynqulu xan Dünbili, Cəfərqulu xan Dünbili,
Xoyun dağ bağında bir iclas keçirərək,
Azərbaycanda milli dövlət qurmaq üçün Təbrizdə bütün
xanlıqların iştirakı ilə qurultay keçirmək
qərarına gəlirlər.
Müəllif
Mustafa Səidabadi qurultay haqqında yazır:
Bu
qurultayda Azərbaycanı idarə etmək üçün idarə
heyəti və onun sədrinin seçilməsi qarşıya
məqsəd qoyulmuşdur. Mən bu iclasın
əhəmiyyətini nəzərdə alaraq onun tarixdə
qalması üçün iştirakçılarının adını
və tutduğu vəzifələri bir-bir qeyd edirəm.
1-
Məhəmməd
Quluxan Əfşar Urmu xanı, bütöv Azərbaycan sərdarı,
rəyasət heyətinin üzvü.
2-
Hüseyn
Quluxan Dünbili Təbriz hökmranı, rəyasət
heyətinin üzvü.
3-
Sadiq
xan Şəqaqi Ərdəbil hökmranı, rəyasət
heyətinin üzvü.
4-
Cəfər
Quluxan Şəqaqi Xoy hökmranı, rəyasət
heyətinin üzvü.
5-
İbrahim
Xəlilxan Qarabağ hökmranı, rəyasət heyətinin
üzvü.
6-
Əhməd
xan Marağayi - rəyasət heyətinin üzvü.
7-
İbraim
Ağayi Mikri - Soyuqbulaq hökmranı,
rəyasət heyətinin üzvü.
8-
Mahmud
xan Əmir Əfşar Sayınqala hökmranı,
rəyasət heyətinin üzvü.
9-
Hüseyn
xan Badukubə - Bakı hökmranı, rəyasət heyətinin
üzvü.
10-
Məhəmməd
xan İrəvani İrəvan hökmranı, rəyasət
heyətinin üzvü.
11-
Cəfər
xan Şəqaqi Qaradağ hökmranı, rəyasət
heyətinin üzvü.
12-
Mustafa
xan Şirvan hökmranı, rəyasət heyətinin üzvü.
13-
Əfrasiyab
sultan Zərza Üşnü hökmranı, rəyasət
heyətinin üzvü.
14-
Qəmi
Ağayi Əşairlər əmiri, rəyasət
heyətinin üzvü.
15-
Ərgil
xan Gürcüstan valisi, rəyasət heyətinin üzvü.
16-
Cavad
xan Gəncəyi Gəncə hökmranı, rəyasət
heyətinin üzvü.
17-
Abbasqulu
xan Qanlıqılınc Naxçıvan hökmranı,
rəyasət heyətinin üzvü.
18-
Əta
xan Sərabi Sərab hökmranı, rəyasət heyətinin
üzvü.
Bunlardan
başqa, rəyasət heyətinin üzvü olmayan 12 nəfər
qoşun başçıları bir də katib kimi mən o
qurultayda iştirak edirdim.
O
davam edir: Bu qurultayda milli hökümətin ən ədalətli
(demokratik), kəskin və doğru qərarları qəbul
edildi. 18 nəfərdən 7 nəfəri yeni rəyasət
heyətinə seçildi, səs birliyi ilə Məhəmməd
Quluxan Əfşar ali rəyasət heyətinin sədri və
Azərbaycan qoşununun başçısı təyin edildi.
Azərbaycanda Dərbənd Dəmirqapıdan
Sənəndəcə qədər, İrəvandan
Qəzvinə qədər milli birlik yarandı. Bütün xanlıqların
qoşunlarının birləşməsi ilə milli ordu,
Fətəli şahın Azərbaycana hücumunun qarşısını
almaq üçün Tehrana tərəf yola düşdü və
Qəzvinlə Tehran arasındakı Soyuqbulaq yaxınlığında
Fətəli şahın ordusun məğlub etdi.
Böyük
Rüsuloğlu : Bakı 15
Avgust 2002
Müsavat
qazeti, say 220 ( 1795) tarix 19 Avgust 2002- də derc olunmuşdur.