Azərbaycan
prezidenti İran prezidentindən rəsmi təkzib tələb
edəcəkmi ?

İranın fars rejiminin ən tanınmış ideoloqu,
" Keyhan " qəzetinin baş redaktoru,
Hüseyn Şəriətmədari
İran dövlətinin birinci kanalı olan
"Nigah bir" - in canlı proqramında Şimalı
Azərbaycan dövlətinə qarşı həyasızcasına
iddia ilə çıxış etmişdir.
Beləki, o, demişdir : "İmam Xomeyni deyib
Azərbaycanın şimalı - cənubu yoxdur və Şimalı
Azərbaycan, üstəgəl 17 Qafqaz şəhəri
İranınkıdır."
Qeyd etməliyik ki,
"Keyhan " qəzeti İran fars rejiminin
nəzarəti altında çap olunan mətbu orqandır və bu
məntiqlə yanaşanda bunu dövlətin rəsmi münasibəti
kimi qəbul olunmalıdır.
Sabah, yəni avqust ayının 21- də Əhmədi
Njad Bakıda Azərbaycanın prezidenti
İlham Əliyevlə görüşəcək. İndiki
vəziyyətdə, bölgənin ağır vaxtında Əhmədi
Njad kimi abırsız adamla görüşün ziyanından başqa heç
bir faydası yoxdur. Azərbaycan prezidenti İran prezidentini görəndə
hakimiyyətə gələn zaman Azərbaycan torpaqlarının
bütövlüyünü və istiqlalını hifz edəcəyinə içdiyi
and yadına düşəcəkmi ? Və
bunun üçün İran prezidentindən ŞİMALI AZƏRBAYCANI
İran torpaqları adlandırdıqları üçün izahat
və təkzib verməsini tələb edəcəkmi ?
Müstəqil Azərbaycan Respublikası hakimiyyətinin qətiyyətsizliyi İran fars rejiminə imkan verib ki, öz gündəlik mətbuat orqanlarında Şimalı Azərbaycanın torpaqlarını İran ərazisi adlandırsın. Aşağıda İran mətbuatında dərc olunmuş bir neçə nümunə verilmişdir.Aşağıda surətini verdiyimiz İranın fars Xəbər Agentliyinin, "Həfteye - nameye Ərdəbil" və "Misaq " qəzetlərindən nümulər verilmişdir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|