Azərbaycan Milli Hərəkatında

Bir addım irəli, İki addım geri!

 

3-cü Bölüm

Xətalı “Güney Azərbaycan Türk Milləti”

termini

Əxlaqsəl açıdan!

 

EldarQaradağli

 

 “Azərbaycan Türk Milləti” anlayışı, Azərbaycan üçün ən azı aşağıdakı üç milli kimlik anlayışını ortaya qoymaqdadır:

Azərbaycan, Qafqazdan Zagrosadək çəkilən bütöv torpaqdır. Qacar Türk (Azərbaycan) dövlətinin Ruslara yenilməsilə, bu torpaq düşmənlər arasında parçalansa da, üzərində yaşayan toplum, bircə vətən və bircə millət anlayışını qorumuş, düşmənlərin verdiyi qondarma milli kimliklər içində əriməmişdir.

Azərbaycan, Türk düşüncə sistemli millətdir. Sumerlərdən üzü bəri Zaqros, Qafqaz, Xəzər yaxası (sahil), Göycə, Van, Azaq, Urmu çevrələrində yayqın olaraq yaşayan Hurri, İskit (Saqa), Kamer (Qamər), Quti kimi saysız el birləşmələri və bəyliklər əski Türk dillilər olmuşdur. Fəsil boyu Ortasiyadan, Onasiya, Kiçikasiya, Ortadoğuya və tərsinə köçən bu kütlə axınlarının ortaq mərkəziyyəti dil birliyi və ya dil yaxınlığı olmuşdur. Bu üzdən zaman sürəcində Türk Düşüncə Sistemi oluşmuş və günümüzədək özünü qorumuşdur.

Azərbaycan Türk Milləti anlayışı torpaq və millət vəhdətini oluşduran tarixsəl varlıqdır. Son zamanlar Azərbaycanın dəyərli tarixçisi F. Ağasıoğlu türk soylu “Azər xalqı” nəzəriyyəsi ətrafında geniş çalışmalar aparmışdır. O, Saqa və Qamərlərlə kölgədaş olmuş Urmu - Xəzər yaxalarında yaşayan və böyük mədəniyyət qurmuş “Azər Xalqından” danışır. Pro. Zehtabi əski “Az qovmundan” diyərkən, adlım dilçi alim Pro. Seyidov Az-ər-bay-gan birləşməsinin bir millət olqusu olduğunu ortaya qoyur. Bunlara yüklənilə bilər yüzlər örnəkdən başqa, Azərbaycan sözünün Rom -  Yunan varyantıları olan AzərbayganonAtrepaten adlarının M.Ö. ikinci yüzillikdə yayqınca yayılması və Makedoniyalı İskəndərlə dostluq müqaviləsi bağlaması, ölkənin çox böyük və güclü dövlət sahibi olmasını göstərməkdədir. Rus alimi Diakonov* isə M. Ö. 9, 7-ci illərdə yaşayan bugünki Azərbaycan və Kürdüstan əhalisinin quti və lulubi dilli olduğunu yazır. O, bugünkü Tehran və İsfəhanda danışılan dili irandili adlandırır. Göründüyü kimi bütün tərəfsiz və bilimsəl araşdırmalar, Azərbaycan və Türk sözlərinin doğal birliyinin danılmazlığını ortaya qoyur, Azərbaycanın bütöv və Türk yaşam sistemi içində olduğunun altını çızır.

 

GAMOH öz iddialarına görə, bir bütövçü, türkçü və millətçi quruluşdur. Ancaq son zamanlarda ortaya qoyduğu “Güney Azərbaycan Türk Milləti” terminilə bütün iddialarına qarşı durmaqdadır. Sözdə və niyyətdə daban-dabana zidd olan bu qonuya Əxlaqsəl və Qanunsəl açıdan qissa göz ataq.    

     

     GAMOH-ın Xətalarına Əxlaqsəl Baxımdan qissa bir baxış:

a)      Güneydə üzək halə gəlməkdə olan meydan hərəkatı, özəlliklə Xurdad 1385 (May 2006) gənəl qalxışma və İsfənd 1385 (Fevral 2007) Təbriz göstərisi milyonlar insanımızın arzusu olan Bütövlük haqqında verilən şüarlara dünya tanıq oldu: Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun! Azərbaycan bütövdür, bölüməz!, Ya Qarabağ, ya ölüm!, Qarabağda qan axır, Təbrizim gendən baxır!, vb. Bu şüarların hər biri yön bəlirləndirən ideolojik və stratejik şüarlardır. Milyonlar insanımızın ortaq düşüncəsi olan bu şüarların təkcə baxış mərkəzi isə BÜTÖVLÜK ruhudur.

b)       

Şəhriyarın:         “Sən kimi qardaş öz qarındaşını

                              Atmayıb, özgə kimsə dutmayacaq.

                              Qoca Təbriz də yüz min il keçsə,

                              Bakı qardaşların unutmayacaq”,

 

Bəxtiyarın          “Ağalar bilmədi birdir bu torpaq,

                           Təbriz də, Bakı da Azərbaycandır.

                           Bir elin ruhunu, dilini ancaq,

                           Kağızlar üstündə bölmək asandır”,

 

S. Vurğunun isə  “Cəllad Söylə sənmi xor baxırsan mənim şeir dilimə?

                              Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!

                              Sənmi (türkəxər) deyirsən ulusuma, elimə?

                              Dahilərə süt vermişdir Azərbaycan gözəli...

                              Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli! yürək çırpıntıları milyonlar  düşünür, yazar, şairimizin qələmindən axan birlik və bütövlük arzusudur.

 

c)   Ə.Elçibəyin düşüncəsinin təməl üçlüyü olan Bütövləşmə, Millətləşmə, Dövlətləşmə devizi ap-aydın bir millətin yenidən böyüməsinin əsasını göstərməkdədir. Buna əlavə olaraq “Dildə, Düşüncədə, İşdə Birlik”* və Azərbaycana özəl olaraq Torpaqda Birlik” birləşmələri Güneyli-Quzeyli milyonlar gəncmizin düşüncə tərzini biçimləmiş, ona forma vermiş və düşüncə sistemi kimi tanıqlanmasına şərayit yaratmışdır.

 

d)  İran Mərkəzli Fars Düşüncə Sistemi, Panfarsizmin siyasi fəlsəfəsini oluşduran düzənli, formalaşmış və dövlətləşmiş bir sistemdir. Bu sistem təkcə İran adlanan dövlət içində yaşayan başqa etnikləri Farslaşdırmaqla deyil, daha geniş miqyaslı bölgə siyasəti yürütmaqla uğraşmaqdadır. Bu sistem Əfğanistanda, Tacikistanda olan 10 milyonluq dəri və əfğan dilliləri və İranda yaşayan 20 milyonluq fars dillilərin vahid, qopulmaz və bütöv millət olmasını önə çəkir. Sistem daha da irəli gedərək, bu üç dövlət çəmbəri altında yaşayan bütün millətləri fars tanıtdırmaqla qondarma və saxta bir 100 milyonluq fars tablosu ortaya qoyur. Bu haqda milyonlar dolar para xərc edir. Buna olumlu şərait yaratmaq üçün qeri fars millət və xalqları vəhşicə assimilasiya edir. Onları, özünün siyasi fəlsəfəsi içində yoğramağa çalışır. GAMOH isə əzəldən bütöv və bölünməz millətimizi bir gecədə Güney və Quzey Millətlərinə bölür!!!

e)  Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi (AMTDS)-də Azərbaycan Türklüyünün panfarsiz siyasi fəlsəfəsi qarşısında ən dərin və ideolojik qoruma sistemidir. Bu doğma sistem sosiyal və siyasal düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan türklərini içərən bir gənəl milli ideya axarıdır. Necə ki, Fars düşüncə sistemi dünya görüşündən və sosiyal açısından fərqli olmayaraq bütün farsları içərir. AMTDS- də bunu bacarmalı və Azərbaycan üçün düşünən türk insanını öz içinə almalıdır. Ən önəmlisi budur ki, AMTDS Azərbaycan Türk Millətini bütövləşdirir, onun yönünü bəlli edir. Və daha da önəmlisi, bu sistem, qondarma İran Yaylası (İran Fəlatı) anlayışı qarşısında  Bütöv Azərbaycan Yaylası anlayışını sərgilir. Azərbaycanı bütün qonşu torpaqlardan ayırmaqla, qonşu torpaqlara da eyniyyət verir. GAMOH ortaya dıvırlatdığı Güney Azərbaycan Türk Milləti terminilə sadalanmış bu gərçəyi də böyük sorğu altına çəkir!

 

f)  GAMOH başçıları Azərbaycanı iki millətə bölməklə, tam-tamına panfarsisit nəzəriyysi olan Azərbaycan və Aran (Alban) –ı təsdiq edir. Panfarsisiz nəzəriyyəsinə görə, bügünki Quzey Azərbaycanın Güney Azərbaycanla heç ortaqlığı yoxdur. Orası Arandır və Burası Azərbaycan! GAMOH isə yeni tapıntısına görə deyir: Burası “Güney Azərbaycan Türk Milləti –dir və Orası “Quzey Azərbaycan Türk Milləti”!! GAMOH liderliyi bu gedişilə biraz keçmədən Azərbaycan – Aran fərqiliyini də qəbul edəcək duruma duşəçək siqnallarını verməkdədir.

 

 

AMH-da fəal olan dilçi kəsimdən tutmuş ən millətçi və istiqlalçı kəsimədək Azərbaycanın parçalanmasına və bu durumun bi gün sona çatmasına inanaraq, güneyi və quzeyi bir-birindən ayırmirlar. Onların arasında olan Milli İdeoloji (ülkü), Milli Strateji və Milli Taktiklərə baxmayaraq, bir millətdən, yalnız bir millətdən yəni Azərbaycan Türk Millətindən olduqlarını aydıncasına deyir və üzərində dayanırlar. GAMOH rəhbərliyi ortaya qoyduğu millət içi ayrı-seçgilik şüarilə yalnız ən aşağı milli kəsim durumuna deyil, həm də bütünlüklə AMH-nın qarşısında durur.

 

* (Mada Tarixi, farsca, Diakonov, s 146 ).

 

Əziz oxucu keçən bölümlərdə də qeyd etdiyim kimi bu məqalə kimsənin və ya hansısa quruluşun qarşısını kəsmək üçün yazılmayır. Sadəcə hamımızın milli vicdanımız olan Milli-Qurtuluş yolumuzun doğrudan doğruya getməsilə bağlı yazılır. Mən də milyonlar insanımız kimi yalnız və yalnız Güneyimizin şərtsiz istiqlalına, millət və torpağımızın birliyinə düşünürəm. Millətimizin bir milli düşünürü kimi AMH-nın yolunda əngəl olan bütün gözə görünər və görünməz yalnışlıqları, inhisarçılıqları açıb-aydınlaşdırmağı özümün vaz keçirilməz milli borcum sanıram.  

4-cü Bölüm: Xətalı “Güney Azərbaycan Türk Milləti”temini­ Qanunsəl açıdan!

                                                                       

 

      EldarQaradağlı

 

--------------------------------------------------------------------------------------------------------

Azərbaycan Milli Hərəkatında

Bir Addım İrəli, İki Addım Geri!

 

2-ci bölüm:“Azərbaycan Türk Milləti” anlayışına

qarşı yalnış terminlər!

EldarQaradağlı                          

 

...Gözlənilməz olayların üz verməsi, inanılmaz tobloların yaranmasına da səbəb ola bilər. Uzaq bir ehtimala görə, Azərbaycanın Güneyində bütövlüyü içinə alamayan azad və bağımsız bir kiçik dövlət yarana bilər. Belə olarsa, Azərbaycan indiki quzey, güney durumu daha fərqili olaraq azad quzey, azad güney və əsir güney durumuna dönəckdir. Görəsən Azərbaycan Türk Milləti də Quzey Azərbaycan Türk Milləti, Azad Güney Azərbaycan Türk Milləti və Əsir Güney Azərbaycan Türk Millətinə çevriləcəkdir!?...

 

 

Millətin siyasal anlamının nə zaman yaranması, nə zaman gənəl anlama çevrilməsi tam-tamına bəlli deyildir. Avrupa yazarlarına görə, kültürəl və sonra siyasal Renesansın yaranmasından doğan imperaturluq sistemlərinin çökməsinin ən doğal törənişi millət -dövlət çağı olmuşdur. Bu çağdaş Avrpa düşünürlərinə görə, elə həmin başlanqıcı millətləşmə çağı kimi qəbul etmək olar. Sözsüz ki, tarix boyu imperaturluqlar çənbərində idarə olunmuş Avrupalı kiçik toplumların qissa sürədə dövlət çatına yetişməsini bir təməl kimi qəbul etsək, millətləşmə qonusunda baxış açımız, istər-istəməz Avrupa bilgisinə dayanacaq və oranın düşüncə sisteminə çevriləcəkdir. Amma 7-min illik tarixsəl varlıq iddiasına dayanan halda, millət və dövlət anlayışının daha dərinliyini və özümüzün bu dərinlik içində olduğunu görə biləcəyik.

Qıssaca, iki yol ayrımındayıq:

a) ya iddialarımıza söykənərək Ulusal-Siyasal (Milli-Siyasi) ülküləri doğru dəyərləndirməli və doğrudan o yolda irəliləməliyik.

b) ya tarixsəl iddialarımızı söküb ataraq, millətimizin taleyini dünya güclərinin əlinə verməklə, dünyanın siyasal axarına göz dikəcəyik.*

Burada hər hansı seçənəyi seşməkdən öncə, sadəcə 18,19-cü yüzilliklərin olaylarına göz atmağımız yaxşı ola bilər. 18-ci yüzillikdən 19-cü əsrə keçən sürəcdə Avrupada yerləşən kiçik toplumların dövlət halına gəlməsi ilə yanaşı, Asiyada, özəlliklə Ortadoğu, Önasiya və Ortasiyada bağımsız dövlət, millət və toplumlar gənəl alanda əsarət çənbərinə düşürlər. Bu millətlərdən biri də Türk Millətidir. Həmin illərdə dil, el, torpaq vəhdətində olan tayfa və sülalə türklər darma-dağın ulur və millətaltı toplum çöküşünə uğrayırlar. Türk milləti təməl kimlik anlayışını min illərdən qazandığı üçün tam əriməyir, amma böyük darba görur. Çeşitli özgə dövlət və kültür əsarətinə düşən ulu türk milləti, zaman keçərində soy, dil, din, tarix, gələnək asimiliyasıya nədənilə keçmişindən qopma təhlükəsi ilə qarşı-qarşıya qalır. Həmin olayların sonucu olaraq ortaya gələn Tatar, Qazaq, Türkmən, Türkman, Qırqız, Üzbək, Azərbaycan, Türkiyə vb. kimi milli-siyasi anlayışlara meydana gəlir. Buna baxmayaraq tayfa və el birliklərinin xalq istatisi qazanmasının kökündə türklük təməli o xalqlara Ulusal (Milli) kimlik mahiyyəti bağışlayır. Örnək olaraq Qazaqlardan danışanda onların milli kimliklərində türklük görünür. Azərbaycandan danışanda onun kök kimliyində türklük dayanır. Habelə başqaları. Bu millətlərin içində bölünmüş duruma düşənlərdə vardır. Azərbaycan, Türkmənistan, Üzbətistan, Tataristan vb. Eyni Soy və torpaq adı daşıyan bu millətlər öz istəklərilə bölünməmişdirlər. Onları bulən milli düşmənlər olmuşdur. Demək, bölünmüş torpaqlar nə qədər də bölünsələr. Millət bölünmür və zaman-zaman başqa millət halına gəlmir. Millət anlayışı tarix sürəcində formalaşan vaz keçirilməz bir haqdır. İki Kariya (Kürə) dövləti az qala bir-birilə düşməndir. Amma ortada iki Kariya millətindən söz yoxdur. Hər iki rəqib dövlət özünü Bütöv və parçalanmaz Kariya millətinin gərçək dövləti sanır.

Hər kəsə bəlli olduğu kimi, Azərbaycan Türk Milləti və Güney Qafqazdan Zagrosadək çəkilən Azərbaycan Ölkəsi 28-illik Rus-Azərbaycan savaşları sonucunda basqıya alınmışdır. Belə ki, Ölkənin Arazdan yuxarısı ruslara və Türk Qacar dövlətinin çökməsilə Arazın güneyi farslara təslim edilmişdir. Göründüyü kimi, yüz minlər şəhid verən millətimiz, bütöv qalmaq üçün mücadilə vermiş, gücü tükənincə savaşmışdır. Ancaq düşmən çox güclü olduğuna görə bizi yenmiş və parçalamışdır. 165-il parçalanmadan sonra Millətimizin bir bölümü azad  dövlətimizi yenidən yaşatmağa can atmış və indi 17 ildir ki, Azərbaycan Türk Millətinin quzey bölümü dövlət istatusu qazanmışdır. Ancaq, bu quzeyin vahid bir millət olma anlamına gəlmir və gələ də bilməz! Çünki, tarixsəl türk torpağı olan Azərbaycanda az saylı xalqlarla birlikdə aparıcı etnos olan yalnız Bütöv və Bölünməz Azərbaycan Türk Milləti yaşamış, yaşayır və yaşayacaqdır! Gözlənilməz olayların üz verməsi, inanılmaz tobloların yaranmasına da səbəb ola bilər. Uzaq bir ehtimala görə, Azərbaycanın Güneyində bütövlüyü içinə alamayan azad və bağımsız bir kiçik dövlət yarana bilər. Belə olarsa, Azərbaycan indiki quzey, güney durumu daha fərqili olaraq azad quzey, azad güney və əsir güney durumuna dönəckdir. Görəsən Azərbaycan Türk Milləti də Quzey Azərbaycan Türk Milləti, Azad Güney Azərbaycan Türk Milləti və Əsir Güney Azərbaycan Türk Millətinə çevriləcəkdir!? Və ya başqa bir varyant olarsa “Güney Azərbaycanın Həmədan Türk Milləti” və ya “Güney Ərdəbil Azərbaycan Türk Milləti”mi doğulacaqdır!? Sizcə mahiyyətcə düşmən olan fars şovinizminin bölücülük düşüncəsilə, mahiyyətcə millətçi amma savadsız və dayaz olan “Güney Azərbaycan Türk Milləti” soluqanı yaradanların fərqi nədədir!?  

GAMOH rəhbərliyinin köksüz, təməlsiz və yalnız savadsızlıq və inhisarçılıq üzündən ortaya atdıqı “Güney Azərbaycan Türk Milləti” sözü, bu qurumun dərinlərə sürüklənməkdə olan Milli İdeolojik təslimçiliyin doğal sonucudur. GAMOH acı verə-verə ideolojik xətalarına xız verməkdədir. Kaşki, GAMOH rəhbərliyi gec olmadan qurup həvəslərini AMH xeyrinə bir kənara buraxıb Milli Hərəkatımızın axarına qovuşmuş olsun.Gələn yazıda GAMOH-un ortaya qondurduğu “Güney Azərbaycan Türk Milləti” termininin Azərbaycan türklüyünə vura biləcək zərbələri, Əxlaqsəl və Qanunsəl açılardan araşdıracağam. Umaram ulu millətimiz uçun xeyirli olsun.

 

*(Üçüncü yol, yəni varsayılan iki yolun birləşməsini də deyənlər vardır. Ancaq, bu yol, yoldan daha çox bir izahlandırmadır.)

 

3-cü bölümün ünvanı

“Güney Azərbaycan Türk Milləti”termini

Əxlaqsəl və Qanunsəl açıdan!

Eldar Qaradağlı

---------------------------------------------------------------------------------------------------------------------------------

Azərbaycan Milli Hərəkatında

Bir Addım İrəli, İki Addım Geri!

                                

                                   1-ci bölüm: Ön söz yerinə

                                                                                    

EldarQaradağlı                          

 

Son zamanlarda  Azərbaycan Milli Hərəkatı içində ortaya çıxan ülküsəl (ideolojik) çalarların yüksəlişinə tanıq olmaqdayıq. 1990-ci ildən üzübəri yüksəlişdə olan millətləşmə çabaları son zamanlar inhisarçı duyğuların dərin təhlükəsilə üzləşməkdədir.

Düşüncə və iş birliyinə möhtac olduğumuz bir zamanda, dərin qurup bataqlığına cummaqda olan bəlli quruplar, Azərbaycan Milli Hərəkatının (AMH) bütövçülük ruhunu süngü hədəfinə alaraq “bir addım irəli, iki addım geri” kaosu yaratmaqdadırlar. Bu dostlar, yalnızca öz dar düşüncələrinə dayanaraq, bir gün iranlı, başqa gün turanlı, bir başqa gün isə güney milləti (!!!?) olmaqla uğraşırlar. Onlar, elə düşüncə bulanımına tuşlanıblar ki, gərçəkdən yardıma ehtiyacları vardır. Ancaq, hər yardımdan öncə oturduğu boz buludlardan yerə yenməyi bacarmalıdırlar. Yoxsa bu uşaqlıq ədabazlıqlarıyla və onun-bunun gördüyü işləri mənimsəməklə sonu çox kötü olan yola düşdükləri gün kimi aydın görünməkdədir. Yarım rəsmi bir toplantı iştirakından sərməst olaraq, “Biz millət olduq, artıq” ifadəsini qullanan qurup liderinin bu sözləri, hansı aydın düşünürü səssiz saxlaya bilər!? Sözsüz ki, bir qurup özünün simgələrini yaratmaq üçün, qurup içi müzakirələr aparar, ortaq simgələr seçər və qurup dışından kimsənin də ona etiraz etmək haqqı ola bilməz. O qurup, hədəfi doğruntusunda ideya, strateji və taktiklər ortaya qoyar, onu savunar, yayımlar və geniş tanıtım alanları yaradar. Bunlar olduqca doğal və sorqusuzdur. Ancaq haman qurupun daha da irəli gedib tək başına bir millət adından danışması gözlənilməzdir. Bir millətin tərəfindən danışmaq çox böyük məsuliyyətdir, bu məuliyyətin varolan quruplar içində araşdırılması və ortaq görəvə çevrilməsi ən doğru seçənəkdir. Belə olan durum təkcə güc mərkəzinin yaranması demək deyil, həm də doğru baxış açısının yaranması və genişlənməsidir. Dağınıq qurup tipindən ortaya qonan bir gecəlik ölkə bayraqları, ölkə adları, ölkə liderlərindən bu əsir torpağa və millətə fayda olomayacaqdır.  Bir gecədə millət yaratmaq həvəsinə düşənlər, özləri də bilmədən formalaşmaqda olan Azərbaycan Milli Hərəkatı (AMH) İdeolojisini darma-dağın etməyə can atmaqdadırlar. Onlar, Azərbaycan Türklüyünün Millət olma sürəcinin uzun sürməsindən (19-cü yüzillikdən sürməkdədir.) darıxaraq, öz kiçik dünyalarında millət yaratmaq çabasına əl vurmaqdadırlar. Bu vətəndaşlar, özlərini isbatlamaq üçün bilimsəlliyə və ulusallığa daban-dabana qarşı olan soloqanlar və terminlər yaradırlar. Öz duyğusallıqlarıya Gülüstan və Türkmənçay muqavilələrini əbədiləşdirmək istəyənlərə yardımçı olurlar. Bu arxadaşlar özləri bilmədən belə bataqlığa düşür və ardıca başdan-ayağa milli həyəcanda olan gəncliyimizi də düşüncə böhrannına sürükləndirirlər.   

Kimsəyə gizli deyik ki, ulu millətimizin gənc kəsimi bütün sosiyal qatlardan daha artıq özgəlik çəmbərindən qurtarmaq çabasındadır. Gəncliyimiz, nə qiymətə olursa-olsun, millətimizin və torpağımızın bir an Panfaşizm fars şovinizmi basqısından qurtarmasını istəyir. Bu böyük milli savaşda gəncliyimizin yeri bəllidir. Gənclik həyəcanlıdır, tez qaynayar, radikalaşar və bir anlamda qurtuluşçu olar. Bu özəlliklərin ən təməl açarı isə gəncliyin doğal olması və inandığına inad bəslədiyidir. Kəsinliklə AMH-nın gənclik üzərində dayanması Ölkəmizin gələcəyinin qarantısıdır. Ancaq gərəkən olası şərtlərin olğunlaşması, ən başda gələn ana ideya olaraq unudulmamalıdır. Yırtıcı düşmən Azərbaycan Türklüyü üçün qutsal olan bu savaşa İran içi macera və avantorizm köynəyi geydirmək çabasındadır. Fars şovinizminin təkcə nəcat yolu AMH-nı ölkə içində sıxışdırmasıdır. Sözsüz ki, panfarsist teoriçilərin bu yolda böyük təcrübələri olmuşdur. Panfarsist düşünürlər keçmiş təcrübələrə dayanaraq, Azərbaycan türk düşünürünü yalnışlığa çəkmə niyyətindədir. Düşmən bu  taktikilə AMH-ı içdən bölmək istəyir. Bəlli olası, fars şovinizmi özü də bunu bilir ki, keçmişlərdən daha anlamlı, dərin və ülküsəl Azərbaycan gəncliyi ilə qarşı-qarşıyadır. Düşmən qarşılıqlı yollar axtarışında, bütün var olan və var sayılan yolları dənəməkdəndir. 100-illik Azərbaycan olaylarında yaşayan kəsik tərəfi yenidən yaratmaq çabasında olan tülkü düşmən, hər çabadan öncə AMH-nın milli ideolojisini bölmək istəyir. Panfarsizm AMH-nın gəncləşmış bir hərəkat olduğunu dəyərləndirərək, onu avantoraya çəkmək arzusundadır. Düşmən bu qonuya böyük üstünlük verməklə dərinləşməkdə olan bu selin qarşısını kəsmək umidindədir.

Panfarsistlər məşrutədən üzübəri təcrübə etdiyi və bu təcrübədən olduqca yararlı çıxdıqlarını bir daha sınamaq çabasındadırlar. Düşmən haqlı olaraq, bütün solu, sağı, dinçisi, millisi, pozisiyonu və opozisiyonuyla Azərbaycan Türklüyünün Millət olması qarşısını almaqdadır.  Düşmənin ən önəmli taktiki AMH-ı yalnız gündəlik şüarlara çəkməkdir. Belə ki, AMH-ı  milli strateji bağlardan qoparıb, yalnız siyasal çalarlarda saxlasın. İstəsək də, istəməsək də, milli ideyasını (bütövlük və türklük) unudan, yalnız gündəlik siyasətlərlə uğraşan keçmişlərimizin farslar üçün gətirdiyi dadlı, türklər üçün acı xatirəsi göz qabağındadır. Çox qəribədir ki, özlərini modern milliyətçi və türkçü adlandıranlar atalarımızın yolunu qınamaqla yanaşı, haman yalnışlıqları davam etməkdədirlər. Çağdaş inhisarçılarımız, sonu Tehrana bağlanan yolçuluqla irəliləməkdədirlər.

Bu məqalə iddiya etdiyi çalarları açmaqla yanaşı, onun çıxış yollarını da axtarmağa çalışacaqdır. Məqalə bir araşdırma çabasıdır. Yazar, bu məqalədə öz düşüncələrini ortaya qoyur. Yazının hədəfi kimsə və ya hansısa qurum deyildır. Yazıda gənəl olaraq AMH-ı qarşısını tutan ülkü (ideoloji) azqınlığı və ülkü çaları hədəf alınıbdır. Doğal olaraq milli ruhdan qıdalanan  bütövlük sevdası yazının başa-başında gözə çarpacaqdır. Başqa anlamda Azərbaycan Mərkəzli Türk Düşüncə sistemi yazının gənəl baxış açısıdır. Bir millətçi olaraq, bu yolu Azərbaycanın Millətləşməsi üçün ən gərəkli və vaz keçirilməz yol sayıram.

Bu yoldan bilə-bilə cayanları və öz yalnışlıqları üzərində israrla dayananları, adından, sanından, əzizliyindən asılı olmayaraq Milli Ülkümüzdən azanlar kimi dəyərləndirirəm. Hər hansı toplamda, millət hüzüründa, ikili və ya neçəli dəyirmi masada qarşı düşüncənin Azərbaycana gətirəcək fəlakətinin detallarını açmaqda özümü borclu hesab edirəm. Yazıya qarşı ədəbsəl və bilimsəl tənqidləri yanıtsız buraxmamaya çalışacağam. Alçadıcı, ər meydənı dışı davranışları kəsinliklə yanıtsız buraxacağam. Bilirəm ki, bu yolda beş-on soydaşın qəzəbinə uğraya bilərəm, amma kəsinliklə AMH-nın böyük kəsiminin ürək sözünü ortaya qoyduğum üçün, ulu millətimdən utanmayacağam. Məqalə uzun olduğu səbəbdən bölmə halına gəlmış və hər bölmə bir ideolojik çalar üzərinə yüklənməkdədir. Umaram gənc düşünür, AMH  fəalları və gənəl külə oxucusu üçün yararlı olsun.

Ardı var.

Sayqılı oxucu! 2-ci bölməni  Azərbaycan Türk Milləti anlamına qarşın anti milli terminlər! adıyla 3-gün sonra oxuya bilərsiniz.  

                   

Eldar Qaradağlı