Iran –Islam-Respublikasına  ayid ettelaat orqanı insan haqların müdafeə edən Azərbaycanlıları  oğurlamağa  başlayıb.

 

(xəbər Savalan səsi saytindan götürülüb və farscadan azərbaycan türkcəsinə çevrilib)

Nadir Bağırzadə

 

 

Bir çox güney Azərbaycan,eləcədə  başqa azınlıqlardan olan  milli hərəkat fəallarının məhkəmələrdə  qanuni vəkalətini öhdələnən tanınmış vəkil cənab Saleh bey Kamrani

Həftənin altıncı günü avgustun 18-də gecə saatlarinda ,Kərəc şəhərindən, çağrıldığı bir toy məclisindən evə sarı yolda olduğu çağ oğurlanıb.

 

Vəkilin hayatyoldaşı xanım Mina Əsğərinin dediklərinə görə öncə Kərəc şəhərinin inqılab məhkəməsinə sonra göndərildiği ettelaat idarəsinə tutuqlanmanın səbəbi və Saleh bey kamrani-nin olduğu  yeri sorduqda cavabı bir neçə saat gecişdirən ettelaat, Tehranın  Evin- türməsində saxlandığını söyləyib.

 

Bura dək Saleh beyin  tutuqlanması haqda ettelaat idarəsi hankı bir nədən söyləməyib Mina xanim sözlərinə artırır.

 

 

Bu olaydan bir gün sonra 36 yaşlı universitə öyrətməni və İran-mühəndisliyi-qurumun eləcədə  insanhaqları-müdafeə- təşkilatının  üzvü  Azərbaycanlı cənab mühəndis Abdullah Abbasi Cəvan hankı bir iz buraxmadan ortadan yoxolub.

Onun şübhəli yoxolması ettellaat məmurları tərəfindən tutuqlanmasın ehtimalandırır.

 

Xəbərdə belənsi dağdağ doğuran tutuqlamalar Azərbaycan milli kimliyini qoruyanlara qarşı yeni  planlanmiş geniş basqilar kibi  dəyərləndirilir.

 

Xatırladaq ki inqilabdan sonra kürdlərin terrorçu təşkilatları tərəfindən güney Azərbaycanın sulduz mahalına silahlı hucumlar oldu. Azərbaycanlılar öz şəhərlərini  müdafeə etdilər. Azərbaycanlı şəhidlərinin içində  Abdullah Abbasi Cəvan-in atasının da adi gəlir. 

 

Güney Azərbaycanlı jurnalistin dustaqdan azadlığa buruxılması istiqamətdə kampaniya yaranıb.Təşkil olunmuş komitənin birinci bildirisində belə gəlib:

 

Tehran şəhərinin Evin həbsxanasında ağır ruhi və cismi işkəncələrə məruz qalan Səid Mətinpur bayğın hal geçirib.

 

(Xəbər Güney Azərbaycan insanhaqları mudafiyə təşkilatı Savalan sesi internet- sitəsindən  götürülüb və farscadan Azərbaycan türkcəsinə çevrilib)

 

Əziz vətəndaşlar,

 

əlimzə çatdıyı məlumatlar əsasında insan haqların müdafiyə edən jurnalist cənab Səid Mətinpur cari ilin aprelində zəncan şəhərində tutuqlanıb və tehranın Evin dostaqxanasının 209-nci korpusunda  ağır bir  durumda  saxlanılır.

 

Güvənilən xəbər qaynaqlarından aldığımız məlumata görə ötən 80 gün sürəsində ağır ruhi və cismi işkəncələrə məruz qalan jurnalist səid mətinpur dəfələrlə komaya düşüb bayğin hal keçirib.

İran islam  respublikasına ayid anayasanın 38-nci maddəsində məhbusun  her türlü işkəncəsi yasaqlanıb və işkəncəylə alınan etirafa qadağa goyulub.

 

Məbusun  təcrid olunmuş tək-hücrəli  kamerada  saxlanılması, görüşçü-qadağasila onun təmamilə dustaqdışı hayatla bağlantısının kəsilməsi,vəkil və birinci dərəcəli ayilə üzvlərilə görüşünü əngəlləmək ,bəzi  zindan üçün nəzərdə alinmiş addı imkanlardan məsəla radio tiliviziya qazetə və mektubalma haqlarindan məhrum etmək , uzun sürən  sorğu-sual prosesləri rəva görülən ruhi işkəncələri təsdiqləyə bilər.

 

Daha 80 gündən artıqdır ki Səid Mətinpur ağır bir şərayitdə  təcridolunmuş təkhücrəli kamerada saxlanılır və hətta onun vəkillə görüşünə belə izin verilmir.Güvənc-doğuran  raportda ettelaat məmurlarının cəhdləri açixlanıb.Onlar insan haqlarin müdafiye edən jurnalisti və eləcədə hərəkatı bir qondarma TV-müsahibəsində rüsvay etmək niyətindədirlər.

Məhbusun ağır durumuna rağmən rejimin istəklerinə boyun əyməyib.

 

Raportda məmurlarin ağır ruhi və cismi işkəncələrdən yararlanmasi, qondarma casusluq suçunu  insan haqlari qoruyan jurnalistə təhmil etmə cəhdləri qeyd olunaraq vurğulanır.

Qonşu hücrəlerde saxlanılan  məhbusların dediklərinə  görə jurnalistin durumu ağırdır və nigərançıliq  doğurur. Hankı bir xoşa getməyən olaylar gözlənilə bilər.

 

Çalışqanın  azadlığı istiqamətində yaranıb çaba göstərən qurum onun butun fealiyətlərin qanuna uyğun dəyərləndirərək  havadan asılı durumda saxlanılmasın, eləcədə  vəkillə görüşünə izin verilməməsin ölkə qanunların  pozan  əməl  sanıb və tezliklə şərtsiz azadlığa buraxılmasın istəyərək siyasi çalışqanları və insan haqların müdafiyə edən örgütləri təşkilatları yardıma çağırıb.

 

Avqustun 12

2007

 

Təbriz dustağinda olan güney Azərbaycan milli hərəkat-çalışqanı

 Əmir Abbas Bənayi Kazemi “Sepahe-Pasdaran”adlanan inqılab-gözətçiləri qurumun Ettelaat dustaqına köçürülüb.

 

Cari ilin aprelindən təbriz dustağında ağır işkəncələrə məruz qalan milli hərəkat çalışqanı cənab Əmir Abbas Bənayi Kazemi ötən üçüncü gün Agustun 8-dən etibarən

“Sipahın” hankı bir gizli- türməsinə köçürülüb.

 

İran-İslam-Respublikasının əmniyət məmurları işkəncə etməklə hanki bir suçları milli hərəkat çalışqanın boynuna qoymaq niyətindədirlər.Xatırlatmalıyıq ki İşkəncə gücünə alınmış “etiraflar “daha doğrusu “deməyə məcbur etmələr”qanun qarşısında dəyərsizdir və bu məsələ dünya səviyəli məhkəmələrə aydindir..

 

Yeni azadlığa buraxılmış Azərbaycan milli hərəkat çalışqanlarının verdiyi raport əsasında Əmir Abbas Bənayi Kazeminin saxlandığı yer və ağır içkəncələrlə sürülən sorğu-sual gedişatı nigarançılıqdoğurucu görünür.

 

Təbriz dustağının 10-ncı  bölümündən yeni azadliğa buraxılmış  güney Azərbaycan milli hərəkat çalışqanları” Savalan-səsi” ilə danışıqda  Əmir Abbas Benayi Kazeminin tehlükə qarşısinda oldugunu söyləyiblər.

 

Məhbusun ayilə üzviləridə əmniyət məmurları tərəfindən məsələni mediya mərkəzlərinə qaldıqları təklifdə hədələnib təhdidləniblər.*( Xatırladaq ki, məhbusun anası Cəmilə Kazımi Amerikanın səsinə müsahibəsində oğlu ilə Təbriz həbsxanasında olarkən görüşdüyünü və onun saçlarının dartılaraq çıxarıldığını, dişlərinin sındırıldığını və digər ağır işgəncələrə məruz qaldığını bildirib. VOA News )

 

İran Hakimiyəti milli hərəkat çalişqanın qanuni vəkillə təminolma haqqını əngəlləyib. Sorğu-sual prosesləri əsla məhbusun  vəkili huzurunda keçirilmir.

 

Güney Azərbaycan milli hərəkat çalışqanı cari günəş ilinin ikinci ayının 24-den etibarən tutuqlanıb və ettelaat idarəsinin dustğında və üçüncü ayın 18-dən təbriz həbsxanasının 10-ncu korpusunda saxlanılıb.Ötən heftənin üçüncü günü Augustun 8-dən sipahın ettelaat dustağına köçürülüb.

 

Güney Azərbaycan aydınları,kültür və siyasi çalışqanları, şair və yazıçıları bir məktubla ölkədəki tənqidçilərə qarşı yünəlilən boğuntulu siyasətlərə,qanunsuz yerə jurnalistlərin tutuqlanmasına,geniş ölçüdə əzib tapdalama davranışlara öz etirazlarin bildiriblər

(Yazı  Farscadan Azərbaycan türkcəsinə çevrilib yanlışlıq varsa bağışlayın)

Yer üzündəki bəşər bir ayilədirsə onun şərəf və namusunun qorunması dünyayə ayid barış,ədalətsərbəstlikdən-azadliqdan asılıdır.Bütün insan- haqlarına çatmayınca zülmə qarşı kükrəyib qalxışmadan başqa ona yol qalmayır.

Toplumun bütövlikdə haqları qanun əlilə qorunursa kimsə son çıxış yolu olaraq gobud və xuşunətli yolu dayanış üçün seçməz.

 

Güney Ayərbaycan milli hərəkətinin təməli insani istəkərə,dünyayə tanınmış insan- haqları qanunlarına, vətəndaşların azadlığı və mədəni haqlarınin bərabər qorunması istiqamətinə söykənir.

Bu hərəkət milli kimliyin rəsmi tanınmasın və kültüründən bütün yaşayış sahələrində yararlanmasın, anadili seçimhaqqin rəsmi dil olaraq təhsil üçün istəyir.

 

Hərəkətin   qanunlu, dinc və mədəni özəyinə rağmən çalışqanları ağır basqılara ,qanunsuz tutuqlamalara məruz qalib ağır zindan hökmləri alırlar.

Bu arada insan haqların müdafiyə  edən Azərbaycanlı jurnalist Səid Mətinpur Cəlil qənilu Behruz Səfəri- birgə 70 gündən artiqdir ki zəncan şəhərində tutuqlanıb və tək-hücrəli kamerada saxlanılır,hankı bir vəkili avuqatı olmadan sorğu-soala alınıb  basqilara təziqlərə dözür.Hetta onun hayatyoldaşı ,ayilə üzvləri belə basqidan təziqdən qoruna bilməyir.

Bütün basqılar təziqlər və zindandakı  işkəncələr bir şərayitdə hayata geçirilir ki insan haqlari qoruyan qanunlarin 5-nci maddəsində insanlarin işkəncəsi insanlığa yaraşmayan davranış kibi pislənir.Bu məsələ İran-İslam-Respublikasına ayid anayasada qeyd olunaraq etiraf almaq üçün hər türlü işkəncə yasaqlanıb.

Bütün bunlar bir şərayitdəki bu insanlar dinc və mədəni yollarla insani istəklərin ortaya qoyublar hayata keçirilir.

Biz bir iddə Azərbaycan aydınları,siyasət və kültür sahəsində çalışqanlar,şairlər və yazarlar günü-gündən tənqidçilərə və insanhaqlarin qoruyanlara qarşı artan basqıları,qanunsuz davranışları ,insanlığa siğmayan insan heysiyətin pozan əməlləri pisliyərək şərtsiz  

Səid Mətinpur, Cəlil qənilu , Behruz Səfəri-nin və eləcədə başqa Azərbaycan tutsaqların azadliğa sərbəstliyə buraxımasın istəyirik.

Qolçəkənlər:

Hidayət Zakir,Kiyan Səfəri,İbrahım Cəfərzadə, İsmayıl Cavadı,Cəbrəyil Xəlili,İbrahım Rəşidi, Əsğər Əsğərzadə,Səfər-əli Xoyini,Yağub Salikiniya,Heydər Bayat,fethollah  Zoqlı,Nasir Əlizadə,Əsğər Əsədi,Mehdi Qərədaği,Mohammad  Əbbaspur,Səid Muğanlı,Atila kişizadə,mehdi Nəyimi,Əbbas Nəyimi, Yunes Zare-iyun, Əliriza Fərşi,Hüccət Qasemlu,Vəhid Şıxbeyli,Behnam Turkanpur ,Məhmud Fəzli,Nəvid Məhəmmədi,Yaşar Həkakpur,Hamed Yeganepur,Məcid Pəjuhfam,Davud Əzimzadə,Əliriza Həqqi,Riza Əbbasi,Səid Nəyimi, Davud Xudakərəmi,Hamed Məsudi,İbrahim Şəhbazi,Saleh Kamrani,Əlireza Yusefi-Sadat,Əhəd Dadaşi

Məktubun üzü :

Şura məclisin depudatlarina,Ölkə qanunverici başqanına,Metbuat xitmətinə,Tutsaqlanmişlar haqlarını mudafiye dərnəyinə,İnsan haqları qoruyan dərnəyə,İslami-insanhaqları qoruyan örgütə göndərildi.(www.savalansesi.blogfa.com)

Nadir-Bağırzadə