Abbas Leysanlıya ithaf

 

Saxhanı Paşa

Düşünürəm səni qardaşım,

 Gördüyüm zaman sitələrdə,

  Məhzun sədaqətlə birləşən,

Təmənnasız gözlərüvi

Və uca dağlardan aldığın,

Sarsılmaz mətanətlə,

Yavaş, yavaş,

Göylərə ucaltdığın,

Həqiqət binasını

 

Sən,

ilk qalxışınla,

Su caladın,

Yorqunca tövşüyən,

Teşnə ləb ölkəvin,

Atəşli qəlbinə,

Və tazə qan axıtdın,

 İblisin cadısıyla büzüşən,

Xəstə ruhuna

 

İndi,

Yontursan,

Yavaş, yavaş,

Namərdin qara hiləsini,

Və doldurursan şərəflə,

Elin umud dəryasını,

Dusdaqlarda yataraq,

Və acı hüzünlərin,

Titrək əllərinə,

əl ataraq

 

Çox düşündüm səni qardaşım,

Bu gecə anidən,

Atarlar günü münasibətilə,

Sevgili sevda,

Oxtay ilə Atilanın,

Sənə hədyəsi,

Ol neçə sözü

 

Ax tanrım,

Nə çətindir,

Sevgi yükünü daşıyaraq,

Öz sevgilisindən,

Uzaqda qalmaq

 

Abbas Leysanlı,

Sağ ol, uzun yaşa

Yavrularuvun adları,

Bahar qonçaları kimi,

Yavaş, yavaş,

Meyvəyə dolmaqdadır,

Xalquvun iftixarı,

Umudu adlar,

Neştər kimi,

Yağının,

Çirkin qəlbinə batmaqdadır

 

Abbas qardaş,

Hər dərdə dözmək bir yana,

Yavruları özləmək,

Onların dərdinə dözmək,

Bam-başka

Senin amma qardaşım,

Ürəyin çox geniş,

Bütün yavruların,

Özləmini daşıyan bir ürək

 

Birdə son zamanlarda yazdığın,

Bir şerini oxudum,

  Zindanda yazdığın

“Aslan Busat ilə Təpə gözün” nağılı

Nə qədər uyqun bir ünvan,

Ve inci kimi,

Doğma sözlər,

 

 

Sen,

əziz qardaş,

üstün seçənək gücünə maliksən;

el yolu, vətən sevgisi

Savaşıb, dirənmək,

Yaşayıb, yaratmaq,

“ sevda, Oxtay, Atila”,

“ Busat ilə Təpə göz”

və atalar günündə,

yavruların sevgisini,

zindanlarda yaşamaq

və “Təpə göz”lə,

pəncələşmək

 

Sağ ol, uzun yaşa

 Abbas Lesani

Qəmlərə çox uzatma əllərini,

Qələm al əllərinə,

Bir şer daha yaz

Qurqudun sazıyla,

Bu yol yavrulara yaz

Qoy ölüm  həsrətdən,

can çəkib, ölsün

Və gülümsəsin “Göy dalğa”ya

 Mavi əbədiyyət

Saxhanı Paşa 28.07.2007