Ali Komitəni yaratmaqla, Ali Təşkilatın yaranmasına zəmin yaradaq

Babək Azəri hüquqşünas
( Mülahizələrim, təklifim və reallaşması
vacib olan məsələ )
Biz
yaşadığımız dünyada müxtəlif
millətlərin taleyi ilə bağlı çoxlu pis - yaxşı
misallar çəkmək olar.Dünyanın bəzi yerlərində,
misal üçün İsveçrədə və ya Kanadada müxtəlif
millətlər müvəffəq olublar bərabər hüquqluluq
şəraitində
bir - biri ilə yaşayalar və qeyd etdiyim ölkələr
dünyanın ən sərvətli
və tərəqqi tapmış ölkələrindən
sayılır. Amma dünyanın başqa
yerlərində bəzi vaxtlar baş vermiş unudulmaz
faciələrə şahidik.Məsələn, 1994 - cü ildə
Afrikanın Ruanda ölkəsində hutu millətinə aid olan
ekstrimist qüvvələr ancaq 3 ay ərzində tütsi
millətindən təqribən bir milyon öldürüblər. Əlbəttə,
bu faciə Afrikada baş verdi. II dünya müharibəsindən sonra
belə bir fikir var idi ki,
almanların yəhudilərə etdiyi cinayətlər heç
vaxt Avropada təkrar olunmayacaq. Amma Yuqoslaviyada serblərin
Bosna, Hersoqoviyada elədikləri dəhşətli
cinayətlər nişan verdi ki, bir millətə qarşı
genosid ancaq Afrikada, Asiyada yox,
Avropada da təkrar oluna bilər.
Azərbaycan türkləri də təcavüzkar
millətlərin genosid vəhşiliyindən kənarda qalmamışdırlar.
Onun nümunələri Güney Azərbaycanda Milli Hökumətimiz yıxılandan
sonra 50
mindən artıq günahsız insanın qətlini fars şovenistlərinin
həyata keçirmələrini misal göstərmək olar. Və ya
başqa bir misalda Quzey Azərbaycanda, Xocalıda
ermənilərin millətimizə qarşı etdiyi
genosidi misal çəkə bilərik.
Əgər
bir məmləkətdə bir neçə millət və ya etnik
qruplar yaşayırsa,
o zaman bu millətlər müvəffəq olmalıdırlar
bərabər hüquqlu
yaşamağa. Əlbəttə, əgər burda bütün
millətlər bunu istəyirsə. Demokratik siyasi sistem çoxmillətli
məmləkətdə müxtəlif millətlərin
bir müştərək
siyasi qərarının nəticəsidir. İran adlanan
məmləkətdə, xüsusən hakim millət siyasi, iqtisadi,
mədəni gücə malikdir. Bu hakim millət, yəni farsların
bir demokratik sistemə marağı olması həddən artıq
əhəmiyyət daşıyır.
Çünki İranda əgər qərardı bir demokratik
siyasi sistem yarana və əgər onun bir tərəfi
Azərbaycan milləti olsa, digər tərəfi də
fars milləti olmalıdır. Əks halda, əgər
hakim millətdə demokratik rabitəyə maraq olmaya, bu
təhlükə var ki, ixtilafların şiddəti çoxala
başqa millətin genosidi ilə nəticələnə.
Təcrübə kimi bu yerdə keçmiş Yuqoslaviyanı göstərə
bilərik. Təbiidi, Güney Azərbaycanda
biz çağdaş mədəni formada problemlərimizin
həll edilməsinin tərəfdarıyıq. Amma ata - baba sözüdür
deyirlər : "Şər
deməsən, xeyir gəlməz! "
Çətin müharibə şəraitində
əgər düşmən bizə qarşı genosid
etmək istəsə,
bizim bu şəraitə hazırlığımız
varmı ? Bu
cür müharibə
şəraitində zaman və millətlərin aktiv qüvvələri
həddən artıq rol oynayır. Ruandada ancaq 3 ayın ərzində
bir milyon tütsi milləti qətlə yetirildi. Əgər hazırlığımız
olmasa bir neçə gün ərzində Güney
Azərbaycanda
yüz minlərlə adam amansızlıqla qətlə
yetirilib və ərazimiz işğal oluna bilər. Yuxarıda
qeyd etdiyimiz kimi, millətlərin aktiv
qüvvələridir ki, mübarizənin nəticəsin
təyin edirlər. Əgər İranda sayımız
təqribən 35 milyon olsa da, bu sayımızın çoxluğu
deyil ki kömək edə mübarizə bizim xeyrimizə qurtara. Bu
zaman sözsüz, o aktivlərdir ki,
mübarizənin gedişatına təsir qoyacaqlar. Əgər
müharibə şəraitində fars şovenizmi müvəffəq
ola kürd millətinin ekstrimist qrupları ilə birlikdə
bizdən artıq qüvvələri bizə qarşı aktiv
edə bu təhlükə var Güney Azərbaycanda dəhşətli
genosid baş verə. Mövcud hadisələrin təhlili göstərir
ki, bu gün Güney Azərbaycan bir milli böhranla üzbəüzdür və
bu milli böhranı da ancaq milli birliklə həll edə
bilərik.
Milli böhran nədir ?
Bəzi vaxt müəyyən səbəblər bais olur ki,
bir millət milli
böhranla üz - üzə olsun. Məsələn, bir
millətin ərazisi
xarici qüvvələr vasitəsi ilə
işğal olunur, ya bir məmləkətdə bir
totalitar sistem uzun zaman hakim olur və elə bu totalitar sistem o
məmləkətin milli mənfətlərin
ciddi şəkildə təhlükəyə salır. Ya da
zəlzələ və ya sel kimi bəzi təbii
hadisələr milləti milli böhranla üz - üzə edə
bilər. Hətta bu gün Afrikanın bəzi ölkələrində
spid xəstəliyi o şəkildə geniş yayılıb
ki, deyirlər burda yaşayanlar
milli böhranla üz - üzədi.
Milli
böhranın mənası budur ki, mövcud olan böhranı heç bir
fərd və heç bir təşkilat ayrı - ayrılıqda
həll edə bilməz. Ancaq bu böhran milli birliklə həll
oluna bilər.
Güney Azərbaycanda 61 il bundan qabaq onun qanuni milli hökuməti
başqa millətin hərbi təcavüzü nəticəsində
yıxılıb.
Güney Azərbaycana qarşı İranın fars rejimi
çox şiddətlə assimliasiya, yəni onu içində
əridib kimliyini
məhv etmək siyasəti yeridir.Əgər bəzi istisnaları
bir kənara qoysaq,
ümumi halda demək olar fars millətinin iqtidarı və
onun müxalifi Güney Azərbaycanın dirəniş hərəkatın
sındırıb təslim etmək fikrini gizlətmir. Prosesin
bu formada davamı ixtilafın çoxalması ilə milli demokratik
qüvvələrin Güney Azərbaycanın bəzi şəhərlərin
İranın fars rejiminin hakimiyyətindən azad etməsi
ilə nəticələnə. Və bu da öz yerində müharibə
şəraitinə gətirib çıxara bilər.
Bundan sonra isə
Güney Azərbaycanın
milli demokratik qüvvələri ilə fars şovenizmi, üstəgəl
Güney Azərbaycanın ərazisində torpaq iddiası olan
bəzi kürd ekstrimis qüvvələri arasında toqquşma baş
verə bilər. Burda hər bir vətənsevər
Azərbaycanlıya
bu sual verilməlidir : "Əgər bu cür şərait
baş versə, hər hansı bir təhlükəni aradan götürməyə
bizim hazırlığımız varmı ?" Bu
vəziyyətdə hazırlıq ancaq milli birlikdə ola
bilər. Çünki bir yerdə ki, milli böhran var, milli böhrandan ancaq
milli birliklə çıxa bilərik.
Əlbəttə, milli birlikdən danışanda
bizim nəzərdə tutduğumuz yaranmasına çalışdığımız
demokratik formada milli birlikdir. Bu milli birliksə, Ali təşkilat
formasında , yəni təşkilatların təşkilatı
şəklində
özünü göstərə.
Bir demokratik rabitədə müxtəlif təşkilatlar
müştərək üsulun üstündə qərara gəlib
və nəhayət bir ali orqan yarana. Yəni əvvəl
təşkilatın bədəni, sonra onun başı vücuda
gələ. Çox təssüflə qeyd etməliyəm ki, indi
bəzi təşkilatlar var özlərin ali təşkilat kimi
təqdim edirlər. Əslində bunlar bədənsiz başlardır.
Ali təşkilatda məqsəd odur ki,
milyonlarla soydaşımızın üstündə
siyasi, əxlaqi, mənəvi nüfuzu
ola və elmi mübarizə metodları ilə millətimizi bu ağır
vəziyyətdən çıxarda. Əgər bu gün
millətimizin
M. Ə. Rəsulzadəyə, S.C. Pişəvəriyə,
Ə. Elçibəyə böyük sayqısı varsa, əslində
buna səbəb
odur ki, bunlar bir demokratik rabitədə ali təşkilatın
yaranmasında çox önəmli rol oynayıblar. Əməldə görürük
ki, adı
çəkilən hər üç milli liderimiz bu gün bizə hava, su kimi
lazım olan ali təşkilatı öz mübarizə apardıqları
zamanda yarada biliblər və soydaşlarımızın üzərində
siyasi, əxlaqi və
mənəvi nüfuzları olub.
Müxtəlif səbəbə görə bu gün müxtəlif
fərdlərin və təşkilatalrın
çabaları ali təşkilatı yaratmağa
əməldə uğur qazanmayıb. Və yuxarıda
qeyd etdiyimiz kimi xüsusən müharibə şəraitində ali
təşkilatın olmamağı milli faciə səbəb
ola bilər. Nəinki faciə, hətta millətimiz genosid kimi
dəhşətli hadisəni yaşaya da bilər. Özümüzə
açıq - aydın məlum olan, lakin aradan götürə
bilmədiyimiz məsələləri bizdən kənarda durub
müşahidə edənlər də düzgün şərh
etdikləri üçün bu yerdə xatırlatmaq istəyirəm.
Belə ki, Qərb mətbuatı Güney Azərbaycanın indiki
vəziyyətini araşdırıb iki nəticəni əsl
problem şəklində bizim qarşımızda qaldığını
öz mətbuat
orqanlarında yazmışdırlar. Bir
tərəfdən İran fars rejiminin milli aktivlərə
hədsiz təzyiqidir, digər tərəfdən hərəkatı
istiqamətləndirən
təşkilatın olmamasıdır. Əslində
qərb mətbuatının göstərdiyi iki əsl
səbəb bizim üçün heç də təzə deyil. Bu ağrıları
biz hər birimiz bilir və hər anda yaşayırıq.
Kənardakılar
bizim hərəkatı müşahidə edib düzgün
nəticə çıxartsalar da, amma həqiqətdə bizim canımızın
ağrısını olduğu kimi yaşaya bilməzlər.
Bu səbəbdən də öz ağrımıza özümüz
məlhəm tapmalıyıq. Əgər bu vəziyyət
davam tapa milli
hərəkatımıza
öz içindən çoxlu xəsarət vurula bilər.
Əlbəttə, indiyə kimi müəyyən
xəsarətlər də vurulub. Məsələn, son
illər Babək Xürrəmdin doğum
günü ilə bağlı Babək qalasında keçirilən
mərasimə müxtəlif tarixlərin təklif verilməsi,
İranda Mehr ayının 1 - də mədrəsələrdə
dərslərin başlanması ilə bağlı
bəzilərin baykot etmə və bəzi təşkilatların
küçə - bazarda etiraz aksiyası təklifi vermişdirlər.
Bu cür bir - birinə zidd təkliflər
milli hərəkatda ciddi problemə dönə bilər.
Digər tərəfdən ali təşkilatın olmaması
səbəb olub ki,milli hərəkatın adına diplomatik danışıqlar
aparmaq və xarici amillərdən milli hərəkatın
nəfinə istifadə etmək mümükün olmayıb. Çünki indi
milli hərəkatın bütövlükdə siyasi təmsilçisi müəyyən
deyil. Əlbəttə, burdan belə bir sualda ortaya çıxa
bilər : Bu
çətin şəraitdə nə üçün milli birlik adına güclü
bir təşkilat
yaranmaya ? Aydındır
ki, milli birliyin qarşısında olan maniələri araşdırıb
öyrənmək, onları tanımaq, bilmək ümümi işimizdə
əsas olduğu kimi, arzusunda olduğumuz birlik
məsələsində də dadımıza çatacaq. Elə bu
da milli hərəkatımızın qələbəsini
istəyən hər kəsin düşüncəsinə hakim olduğu
üçün indi mənim qələmimin mövzusu olduğu kimi, əminəm
ki, sabah başqa soydaşlarımızın da yazacağı
yazının əsas mövzusu olacaq. Hər halda həqiqət
budur ki, tamam çabalar
bu günə kimi bu mövzu ilə əlaqədar nə
qədər deyilsə də, çox təssüf ki, istədiyimiz
nəticəni verməyib. Bu ağır vəziyyətdən
çıxmaq üçün mənim müəyyən təklifim var. Üstəlik
qeyd etdiyim kimi,
zaman tez gedir
və bizlər bir demokratik prosesin
əsasında əgər bir ali təşkilat yaratmağa
müvəffəq olmasaq, onun yerinə ali komitə yarada
bilərik. Amma bu ali komitə keçid dövrü və ya ali təşkilatın
yaranması üçün formalaşma mərhələsi rolunu da oynaya
bilər.
Mən öz şəxsi təcrübəmə əsaslanaraq
ali komitənin iş pirinsipini və daxili quruluşunu belə
müəyyənləşdirmişəm. Bəri başdan qeyd
edim ki, burda xüsusi başqan olmur və eyni zamanda
başqa təşkilatlardan, cəmiyyət, qurum, partiya
və bu kimi ictimai, siyasi birliklərdən fərqli olaraq
təmtəraqlı əsasnamə, nizamnamə yazılmır
və eyni zamanda lazım da deyil ki, bu komitənin adına
qurultay keçirilsin. Yalnız burda əlaqələndirici, gedişatı
nizamlayan şəxs olur. Ayrı - ayrı təşkilatların
üzvü burda öz təmsil olunduğu təşkilatdan nümayəndə
kimi iştirak edə bilər, Güneyin mediya nümayəndələrinin
üzv kimi iştirakı əsasdır. Bu komitə ancaq və
ancaq bu gün Güney Azərbaycanda aktual olan və zamanında
həyata keçirilməsi əsas olan, vaxtın və mövqeyin düzgün
müəyyənləşdirilməməsi uduzmağa
bərabər olan hadisələrin gerçəkləşməsini
öz iş prinsipində birinci növbədə etməlidir.
Bura daxildir tarixi, ictimai, siyasi, mədəni
hadisələr və eyni zamanda elə hadisələr ki, onlar
ötəri deyil,
MİLLİ BİRLİK İNAMIMIZIN
ana xəttidi! Məsələn,
Babək qalasındakı mərasim,
21 Azəri Günü -- Milli
Hökumətimizin ildönümü,
1 Mehr İranda məktəblərin açıldığı
gün, Xordat hadisələri və s. Bu ali komitə aktual mövzularla
əlaqədar münasibət bildirib və bu münasibət milli
hərəkata son qərar kimi qəbul olunmalıdır. Və
bu ali komitənin bir başqa vəzifəsi də Güney
Azərbaycanın milli hərəkatının təmsilçisi
kimi xarici ölkələrlə diplomatik əlaqələrə
girməlidir.
Yeri gəlmişkən iki məsələyə toxunmaq
istəyirəm : Bunlardan
biri yuxarıda qeyd etdiyim mənim şəxsi təcrübəm
kimi işarə etdiyim məsələdir ki, onun haqqında açıq
yazmağı və bu uğurlu iş pirinsipinin ali komitənin
yaranmasında və bu gün Güney Azərbaycan hadisələrinin
gedişatına müsbət təsir göstərəcəyinə
tam əminəm.
Soydaşlarımıza yaxşı məlumdur ki, biz bir
qrup Azərbaycanlı "İnam" layihəsi ilə
internet Tv -nin yayılmasına müvəffəq olduq. Bu
layihədə aşağıdakı qruplar iştirak
edirdilər:
1.
Vahid Azərbaycan TV adından www. azadtribun.net sitəsi
2.DDAK
TV adından Dünya Demokratik Azərbaycanlıları
Komitəsi
3.
Müsavat TV adından Müsavat Partiyası
4.FDH TV adından Federal Demokratik Hərəkatı
Gördüyünüz
kimi 4 təşkilat və hər birinin də özünə görə
müəyyən qədər üzvü var. Amma iş üsulu elə
qurulmuşdu ki, heç bir qarşı durma, söz - söhbətə
yer olmadı. Çünki işin idarəçiliyi məsələsində
daxili nizamnamə əsas idi və
işin irəli uğurla aparılması hər kəsin
şəxsi keyfiyyətindən aslı idi. Həm də burda iştirak
edənlər dərk etmişdilər ki, maddi qazanacaqları heç
nə olmayacaq, əksinə xalqa, millətə, öz tamaşaçılarına
mənəvi dəstək olacaqlar.
Millətinin
siyasi və ictimai mübarizədə qələbə çalmasında
onun hazırladığı verilişlər
maariflənmə rolunu oynayacaq. Bir də o zaman hər hansı
bir ideya həyata uğurla keçmir ki, orada vəzifə, başqan,
kreslo davası olur, maddi mənafe milli mənafedən qabağa
keçir, heç nə itirmədən daha çox maddi qazanc əldə
etmək, millətdən şəxsi mənafeyi üçün
faydalanmaq, yəni milli məsələ ilə alver etmək,
ideyada "xalq" deyib amma stol qamarlamaq və s. və ilaxır
mənfi hallar beynə hakim olanda milli məsələ müsbət
həll olunmur.
Sonda yalnız bunu demək istəyirəm : ali komitəyə
təmənnasız, şəxsi fayda güdməyən, milli
mənafeyi şəxsi mənafeyindən üstün tutan, ədalətli,
mənəviyyatlı adamlar hər hansı bir təşkilatdan
nümayyəndə kimi iştirak edə bilər. Bu komitə
MİLLƏTİN XİLASINDAN başqa heç kəsə heç
nə vəd etmir!
Bu gün biz Azərbaycanlıların öhdəsində vacib
bir milli vəzifə var, o da düşmənin qabağında
bir səs və bir yumruq olmaq. Əgər bu gün bu
vəzifəyə şübhə ilə baxsaq,
sabah təhlükə var Güney Azərbaycanda kütləvi qırğına
və ərazimizin əldən getməsinə şahid olaq.