Bildiriş!
Diqqət, diqqət!
Bütün www.azadtribun.net sitəsinin oxucularının nəzərinə!
Azadtribun sitəsi bizim məhdud imkanlarımızla ərsəyə gəlib və mərkəzdə Azərbaycanın milli mənfətləri olmaq şərti ilə idarə olunur. Əgər bizim adımız azadtribundursa, bunun mənası budur ki, burada azad fikir və milli demokrat qüvvələr - istər Güneydən, istərsə də Quzeydən olan şəxslər fikirlərin demək üçün meydan olsun. Amma azadtribun sitesi antimilli qüvvələrin düşüncələrini əks etdirən yazıları burada yerləşdirmir və onları ifşa etməyi özünə borc bilir. Bu yerdə təssüf edirəm ki, bizim bəzi soydaşlarımız "azadlıq" anlayışı ilə "anarxiya", "xaos", "özbaşnalıq" kimi ifadələri qarışdırır və demokratiya adı altında özlərinə bəraət qazandırmaq istəyirlər.
Son zamanlar bəzi soydaşlarımız telefon və yazılı məktub vasitəsi ilə bizi hədələyirlər ki, polisə şikayət edəcəklər. Fəqət, onlara bir cavbımız var : biz Vahid Azərbaycan əsgəriyik, həmişə ön cəbhədəyik və heç bir hədə, qorxu, böhtan bizi yolumuzdan çəkinməyə vadar edə bilməz. Çünki ideyamız bəlli, yükümüz böyük, yolumuz özümüz üçün aydındır.
Sonda açıq və aydın fikrimi ortaya qoyuram. Necə deyərlər : "Örtülü bazar, dostluğu pozar! " Kim ki, mövqeyini özü üçün aydınlaşdıra bilmir, kim ki, Azərbaycan Dövlət Komitəsi ilə əməkdaşlıq edir və hökumətin apardığı antimilli siyasətə qarşı çıxış edə bilmir, bizim nəzərimizdə bu fərdlər düşmən cəbhəsindədirlər və bunlara da azadtribunda yer yoxdur. Bu açıq - aşkar yazıdan sonra ümid edirəm bu fərdlər düşünüb öz ləyaqətlərinə sığışdırmayacaqlar ki, bizə məktub gondərib və ya zəng edib vaxtımızı alsınlar.
Hörmətlə azadtribunun baş redaktoru Babək Azəri.