Ö Z
U M U Z VƏ
Ö Z G Ə L Ə R
Bu gunlərdə
Hollandiyada fəaliyyət
göstərən Hollanda
Azərbaycan Turk Kultur
və Dayanısma
dərnəyinin basqanı
İLHAN bəy
ASKİN azərbaycanlılara
muraciət unvanlayıb.
Muraciətdə göstərilir
ki, dərnəyin
təşəbbusu ilə
Hollandiyanın Den
Haaq səhərində
Xocalı şəhidlərinin
xatirəsinə abidə
qoyulması ucun
icazə alınıb,
amma maddi sıxintı
uzundən bu
isin gerçəkləşməsi
gecikir. Azərbaycan
hökumətinə dəfələrlə
muraciət olunmasına
baxmayaraq heç
bir cavab
yoxdur. Ona
görə hörmətli
İlhan bəy soydaşlarımıza
muraciət edərək
bu işin
gerçəkləşməsində
ona yardımçı
olmalarını xahiş
edir.
Çox
sağ olun, İlhan
bəy. Nə yaxşi
ki, az da olsa
Sizin kimi
vətən övladları,
soydaşlarımız var.
Və əslində
millətim şərəfli
adını Sizlər
daşıyırsınız, Sizlər
bu milləti şərəflə
təmsil edirsiniz,
hörmətli İLHAN
bəy ASKİN. Hərdən
baş verənlərə
baxarkən adam
hər şeydən
bezir, həyatdan kusur.
Fikirləsir ki, böyuk dusmələrimizin
əsrlər boyu
millətimizə qarşi
apardığı manqurtlaşdırma,
özgələşdirmə siyasəti
öz bəhrəsini
verib, bu millət
bir daha
toparlanıb ayağa
qalxa , haqqını tələb
edə bilməyəcək. Amma
Sizin kimi
soydaşlarımızı gördukdə
tam əminlik
yaranir ki, yox, bu
millət hələ
ölməyib, bu milləti
tamam məhv
etmək mumkun
deyil. Tarix boyu
cox sınaqlardan
cixmişiq. Bu sınaqdan
da cixacağıq. Az da olsa qeyrətli
vətən övladları
var ki,
millətimizin şərəfini
hər şeydən
ustun tutur, bu
millətin haqqını
qorumaq uçun
hər şeyə
hazırdır. Sizlər
kimi İLHAN
bəy.
Mən inaniram
ki, həqiqətən
vətəni sevən,
urəyi vətən
ilə döyunən soydaşlarimiz
Sizi tək
qoymayacaq, sərəfli
işinizi başa
catdirmaqda Sizə
yardımcı olacaqdir.
Bu gunki
Azərbaycan iqtidarından
isə heç nə
gözləməyə dəyməz.
Vətən uçun
yanmaq, vətənin təssubunu
çəkmək, vətən
uçun şəhid
olanlara hörmətlə
yanaşmaq, onlarin
xatirəsini uca
tutmaq, bunların
xislətinə ziddir. Bunlar
pulu başqa
yerlərə xərcləyirlər.
Azərbaycan xalqının
pulu kazinolarda,
kurortlarda, əyləncə
yerlərində xərclənir.
Xalqi döydurmək
uçun qocu
dəstələri maliyələşdirilir,
rəqiblərini öldurtmək
uçun pullu
qatillər tutulur.
Özlərini təriflətmək
ucun şoular,
tamaşalar duzənləndirilir,
yaltaqlar ordusu
yetişdirilir. Yuxarıda qeyd
etdiyim kimi
duşmənlərimizin millətimizə
qarsı apardığı siyasəti
həyata keçirməklə
məşğuldurlar. Tarix boyu
duşmənlərimiz bu
siyasəti içimizdən
seçdiklərinin əli
ilə həyata
keçiriblər.
Dostlarimizin dediyinə
görə bir muddət
əvvəl Nazim
İbrahimov İsveçdə
olarkən bir nəfər
azərbaycanlını soruşaraq
deyib: Hanı filankəs,
məndən restoran
almaq uçun
pul istəyirdi,
bəs niyə
fəaliyyəti görunmur?
Vətən uçun
şəhid olanlara
abidə qoymaq
istəyənlərin
muraciətləri cavabsız
qalır, restoran
almaq, pul
qazanmaq istəyənlərin
arxasınca isə
özləri gəlir,
axtarırlar. Çunki
belələri rahat
idarə olunurlar,
pulunu ver
hər seyə
hazirdilar.
Bir sahidi
olduğum söhbəti
də nəzərinizə
çatdırım. Təqribən
7-8 il öncə
bir dostum
ilə bulvarda
çay icərkən
dostumun tanışı
olan bir
polis mayoru
bizə yaxınlasdı.
Bir
az söhbətdən
sonra polis
mayoru cox
ağrili məsələyə
toxundu. Dedi
ki, H.Əliyevin
butun siyasətinə
göz yummaq olar,
bu gun
acıq, torpaqlarimiz
işğal olunub, ruşvətxorluq,
korrupsiya ifrat
dərəcədədir. Bunların
hamısını sonra
aradan qaldırmaq
olar, amma
mənəviyyatımız pozulur,
bəla bundadır. Onu
geri qaytarmaq
cox çətindir. Misal
olaraq 28 May
meydanı yaxınliığındakı
bazarı göstərib (o
vaxtlar 28 May
bazarı hələ
fəaliyyət göstərirdi)
dedi ki, o bazarda
sabitliyə, qayda-qanuna nəzarət edən
polis, rəisinə
haqq ödəmək
və evinə
çörək aparmaq
uçun göyərti
satan qadinı
kuçə söyusləri
ilə təhqir edir,
təpik ilə vurub səbətini
dağıdır, hətta
qadini döyməkdən
belə çəkinmir. Təki
o qadından
min manat
qopartsın. Göyərti
satan qadın
isə min
manatı verməmək
uçun o
təhqiri, söyuşu, təpiyi
qəbul edir. İnsanlar
min manat
uçun necə
alcalir,alçaldilirlar. Bu dəhşətdir, faciədir,
mənəvi dəyərlərin
məhv olması
deməkdir. Bu dəyərləri
geri qaytarmaq
çox çətin
olacaq.
Həmin polis
mayoru isinin öhdəsindən
gələ bilmədiyi
uçun sonralar
DİN-dən uzaqlaşdırıldı,
indi Rusiyada
övladlari uçun
çörək qazanır.
İkincilər isə
meydandadırlar, polis
mundirində, əli
dəyənəkli. Səlahiyyətləri
bir azda
artırılıb. Bir ay
önçə dövlət
basçısı İ.Əliyev
daha da arxayın
etdi ki,
qorxmayın bərk
vurun, arxayın
şəkildə qanunları
pozmaqla məşğul
olun, arxanızdayam.
Hec kim
sizə gözunuz
ustə qaşınız
var deyə
bilməz.
İlhan bəy,
bu millətin
və vətənin
yukunu öz
övladları, özumuz
cəkəcəyik. Özgələr
isə sadəcə
özgədir. Onlardan yaxşi
heç
nə gözləməməliyik.
Gucumuzu cəmləyib
yolumuzdan kənara
atmalıyıq. Allah
yardimçimiz olsun.
Sərdar
Agayev, İSVEÇ