Azərbaycan hakimiyyətinin dillə bağlı antimilli siyasəti

Babək Azəri hüquqşünas
Hamıya
bəlli olan məlum həqiqəti xatırladıb sonra əsas
mətləbə keçmək istəyirəm. Belə ki, hamımıza
yaxşı məlum olduğu kimi bir demokratik cəmiyyətdə
müxalif mövqe
ola bilər və belə bir halda müxtəlif fikirlərin ortaya
qoyulması da lazımdır.
Ola bilməz ki bir demokratik rabitədən danışaq
və bu demokratik rabitəni müxalifətsiz təsəvvür
edək. Yeri gəlmişkən bu cümləni xatırlayıb
fikrimi aydınlaşdırmaq üçün misal çəkmək
istəyirəm : "İnsan öz müxalifindən öyrənər.
" İnsanların təhsili, yaşayışı,
həyat təcrübəsi
və s. Bir -birindən fərqlənir. Ona görə də
onlar arasındakı baxışlar, siyasi, ictimai və
mədəni məsələlər bir - birindən fərqli
olur. Bir demokratik rabitədə bir mövzu müzakirəyə qoyulur,
çeçidli fikirlər ortaya gəlir və nəhayət, mövzu
ilə əlaqədar məlumat islah olunur və mütərəqqi
fikirlər inkişaf tapır. Bu çeşidli informasiyalar içərisində,
sözsüz ki, öz milli mənfətimizə uyğun olanını,
milliliyimizə xələl gətirməyən
fikirləri qoruyub, yetişdiririk.
Əlbəttə, biz ilk növbədə müxalifəti
ziddiyyətlə ayırmalıyıq. Yoxsa, ziddiyyət özü
də bizi məngənəsində sıxıb çaşdıra
bilər. Qeyd edim ki, ziddiyyət bir totalitar sistemin əlamətidir
və bu rabitədə bir fikirlə müxalif yox, bəlkə o
fikrin sahibin meydandan çıxarmaqdır. Bu son günlər Borçalıda
yaşayan Azərbaycanlıların ana dilində təhsil alması
ixtilaflı mövzu kimi özün göstərmişdi. Və bu mövzu
ilə əlaqədar bəzi siyasi maraqlar səbəb olmuşdur
ki, müxalif mövqe yox, bəlkə ziddiyyətli mövqeydən
məsələyə yanaşalar.Burda söhbət dildən gedir
və həm də nəzərə alaq ki, dillə bağlı
mübahisə bir elmi söhbətin mövzusudur. Siyasi maraqları bu mövzuya
qatanda məsələ
mürəkkəbləşir
və xüsusən rabitənin qeyri...demokratik olması
səbəb olur ki, bir düzgün nəticə almaq qeyri - mümkün
olsun. Belə olan tərzdə bu yerdə hər şeydən
qabaq dillə bağlı
bəzi ümumi məsələləri sizə çatdırmaq
istəyirəm.
Tarixdə elə hadisələr var ki, dünyanın tam
dəyişməsinə və ya sonrakı inkişafının
istiqamətinin başqalaşmasına səbəb olur.
Məsələn, insanın Ay kürrəsinə səfəri ya
da Amerikanın
Xirosimaia və Noqasakiyə atom bombası atması, alman
Quttenberqin kitab çapı maşınını ixtira etməsi,
ya insanın ilk dəfə odu əldə etməsi. Bu
misallardan çox saymaq olar və doğrudur ki, bu hadisələr
hərəsi öz yerində dünyanın ciddi dəyişməsinə
səbəb olub.
Amma şübhəsiz demək olar bu hadisələrin heç
birini dilin yaranması ilə müqayisə etmək olmaz. Əgər
insanın dili olmasaydı, insan bu günkü mənada insan olmazdı.
Tərəqqi və inkişaf prosesləri də baş
verməzdi. O şeyi ki, biz tarix adlandırırıq, o da heç
mövcud olmazdı. Sözsüz, dildi ki mümkün elədi
insan fikrini qura, onu irəli sürə başqalarına çatdira,
birgə plan həyata keçirə, özünün və başqalarının
təcrübəsini yığıb yaya.
Bildiyimiz kimi insanlar müxtəlif dillərdə danışır.
Məsələn, türk, ingilis, alman, fransız və s.
Əlbəttə ki, bu məqaləni yazmaqda
məqsədim dünyada olan dillərin necə yaranmasından danışmaq
və bununla da sizlərin bildiyi həqiqəti bir daha
təkrarlamaq deyil. Məqsədim türk dili və bu gün onun
ətrafında yaranmış müxtəlif ziddiyyətli
fikirlərin nə dərəcədə insanlığa
xidmət etməsini üzə çıxarmaqdır.
Ümumi halda dili şifahi və yazılı dilə bölürlər.
Ən qədim yazılı dil təqribən 6 min il bundan qabaq
yaranıb. Bunu əldə olan tarixi sənədlər sübut
edir və bəlkə də sonrakı araşdırmalar bizə
daha dərin faktlar vəd edəcək, tarix dərin qatlarını
təqdim etməklə bəşər evladını
sevindirəcək. Amma yenə burda tarixə üz tutmaqda
məqsədim bir daha xatirlatmaq istəyimdən doğur ki,
əldə olan ən qədim yazılı abidələr biz türklərə
məxsusdur.
Və bu yazılı daş yaddaşlar bu günkü türklərin
ulu əcdadı Şumerlərin yaratdıqları
ədəbiyyatdır.
Bu yerdə onu da qeyd etmək yerinə düşərdi ki,
həmin abidələrdə oxunan sözlərdən 60 - dan artıqı
bu gün Azərbaycan dilinin leksikonunda fəal şəkildə işlənir.
Bu hesabala türkün yazılı dilinin 6 min il tarixi olsa da, amma onun
şifahi dilinin daha qədim dövrə gedib çıxdığını
görərik və həqiqətdə də yaşı qədim
dillər sirasındadır.
Alimlərin araşdırmasına görə hər bir dil
iki səbəbə görə əhəmiyyətlidir. Xüsusən
dünyanın ən qədim dili, yəni türk dili kimi bir uzun zaman
formalaşma dövrü keçib
və bu dildə xüsusən yazılı formada çoxlu elmi,
fəlsəfi, ədəbi və tibbi məlumat var. Təbiidir
ki, dünyada ən qədim dillərdən biri hesab olunan türk dili
kimi bir dilin məhv olması və yaxud onun
zəifləməsi səbəb olur ki, bu dildə yazılan
yuxarıda qeyd etdiyimiz dəyərli məlumatlar aradan getdisn.
İkinci səbəb
dilin və mədəniyyətin əlaqəsində əsasdır.
Dil ancaq ünsiyyət vasitəsi yox, həm də bir
mədəniyyətin köçürmə vasitəsidir.
Məsələn, bir yerə ki, ingilis
dili hakim olur, o özü ilə geyimini, musiqisini,
incəsənətini,
yemək mədəniyyətini, daha doğrusu
mədəniyyətin bütün növlərini və
bütün bunlarla yanaşı yeni düşüncə tərzini də
dillə birgə aşılayır.Təcrübə bunu açıq
şəkildə sübut edir. İngilis dilinin bir yerdə yayılması
Amerikanın Makdunalda
hamburger yeməklə, cins şalvarları geyməklə,
rokinrol musiqisini dinləməklə və müəyən siyasi düşüncə
tərzi ilə nəticələnir. Elə bu səbəbə
görədir ki, alimlər deyirlər : "Bir dil öləndə,
bir millətin mədəniyyəti də ölür". Bu da öz
yerində, ancaq bir millətə yox, mən deyərdim dünya
mədəniyyətinə faciə sayılır. Çünki bu günki
qloballaşma dünyasında informasiya texnologiyası səbəb
olub ki, çeşidli mədəniyyətlər bir - birinə
təsir qoyub
və həmçinin təsir götürürlər. Nəhayət,
milli - məhəlli normaların kənarında qlobal normalar
yaranmaqdadır. Bu hesabla türk mədəniyyətinin məhv
olması və ya zəifləməsi ancaq türk
mədəniyyətinə deyil, həqiqətən də dünya
mədəniyyətinə ciddi bir zərbədir.
Tamam təcrübələr
nişan verir ki,
bir məmləkətdə ki, müxtəlif millətlər
və etnik qruplar yaşayırlar, onlarla bağlı aparılan
siyasət o məmləkətinin siyasi sisteminin
mahiyyətindən asılıdı. Bir ölkədə ki, siyasi
sistemin demokratik mahiyyəti var, orada təbii ki, inteqrasiya
siyasəti aparılır. Yəni hər kəs öz milli kimliyin,
o cümlədən ana dilində təhsil haqqın saxlamaqla bu
imkan var ki özü yaşadığı ölkədə öz qanunu hüququndan
istifadə edib sosial, ictimai, mədəni
sahələrdə fəal iştirak edə. Bunun
mənası, o fərdin bəzən iki dildə təhsil alması
vacibdir --ana dilində və yaşadığı ölkədə
danışılan
dildə.
Burada insanı öyrənən alimlərin fikrinə
diqqət edək. Onlar belə bir iddiadadırlar ki, insan beyninin
çox mürəkkəb mexanizmi var və insan 70 - 80 il yaşadığı
ömründə beynin anacaq 2 - 3% imkanlarından istifadə edir.
Və bu gün alimlər çalışırlar yeni metodlarla imkan
yaradalar insanlar bundan artıq beyinlərinin qabiliyyətindən
istifadə edələr.
Cənab Nazim İbrahimov Azərbaycanın qədim yaşayış
məskəni olan və sonradan gürcülərə bağışlanmış
(görəsn bunu Nazim bəy bilirmi ? ) Borçalıda ana dilində
məktəblərin bağlanmasını məsləhət görəndə
bizi iki yolun ayrıcında qoyur : ya ana dilin seçək, ya
da gürcü dilin. Məsələyə bu cür baxış təkcə
anti milli yox, həm də elmə və bilgiyə ziddi. Çünki
alimlərin araşdırmaları nişan verir ki, yuxarıda
qeyd etdiyimiz kimi beynin qabiliyyəti həddən artıqdır
və həm də hər bir insanın on dil öyrənmək
imkanı var.
Bu gün Avropanın sərvətli ölkələrində mühacirlərin
üç - dörd dildə danışması çox adi bir
haldı. Burda qeyd etməliyəm ki, inteqrasiyanın qabağında
assimilyasiyadan danışmaq olar. Bir məmləkətdə ki,
siyasi sistemin totalitar mahiyyəti var orada müxtəlif
millətlərə və etnik qruplara qarşı inteqrasiya
siyasətinin
yerinə assimilyasiya siyasəti gedir. Assimilyasiya
siyasəti, yəni hansısa milləti içində
əridib məhv etmədi və bunun bariz nümunəsini
də İranda görürük.
İranda
təqribən 61 il bundan qabaq Güneydə milli hökumətimiz yıxılandan
sonra 50
min soydaşımızı
qətlə yetiriblər. Təbrizin mərkəzində
türk dilində kitablar
odlanıb yandırılıb, türk dilində dərs
deyən qadın müəllimlərə təcavüz olunub. Bütün
bunlarla yanaşı, 61 il ərzində İran fars rejimi
tərəfindən Azərbaycanın tarixi düşünülmüş
şəkildə saxtalaşdırılıb, ana dili yasaq
olub.Hətta onu türk irqi yerinə qondarma ari irqi adlandırmağa
cəhd ediblər. Bunların hamısı böyük bir milləti
öz içində əridib məhv etməyə xidmət edib. Əlbəttə,
İranın fars rejiminin assimilyasiya siyasətindən danışmaq
adamı təccübləndirmir. Onun açıq - aydın düşmən
olduğunu bilirik. Amma cənab Nazim İbrahimovun Azərbaycan Dövlət
Komitəsinin sədri olduğu və xaricdə yaşayan
Azərbaycanlıların təssübünü çəkmək kimi müqəddəs
bir işi öhdəsinə götürmüş şəxsin durub öz
millətinin Borçalıda assimilyasiya olunmasını
istəməsi və onların gürcülərin içində əriyib
itməsinə xidmət etməsi adamı çaşdırır.
İlk növbədə belə bir fikirlə ortaya atılmasına
inanmasam da, amma onun adından kimsənin də belə bir söz
danışmasına inanmıram.
Yenə də təcrübələr nişan verir ki, bir
məmləkətin vətəndaşları başqa
məmləkətdə sosial, ictimai, mədəni
fəaliyyətlərə müvəffəq olurlar ki, onların
ana yurdlarında
demokratik siyasi sistem hakimdir
və onlar bu ruhda tərbiyə olunublar. Ona görə bu gün
bir ingilis vətəndaşının İsveçdə və ya
İsveç vətəndaşının Alamniyada inteqrasiyası
çox rahatdır. Amma bir İran vətəndaşının
demokratik, azad
ölkədə inteqrasiyası çox çətindir.
Çünki demokratik ölkələrdə İran və bu kimi ölkələrə
cəmiyyətin içində mənfi reaksiya var və oranın da
vətəndaşı olmaq istər - istəməz inteqrasiya
prosesini çətinləşdirir.
İndiki
Azərbaycan hakimiyyəti də içəridə o siyasi strukturu
demokratik etməklə və dünya ictimaiyyətində
siyasi abır və hissiyyat qazanmaqla biz xaricdə yaşayan
Azərbaycanlılara yardım edəcək, biz inteqrasiya
prosesində çətinliyə düşməyəcəyik.
Nazim
İbrahimova və bütün nazimlərə bir
məsləhətim var - mətbuatda çıxış
etməzdən qabaq çalışsınlar ki,
nədə olmasa da, bəzi ciddi mövzulardan danışarkən
o məsələni alimlərlə müzakirə
etsinlər. Həm də çıxış etməzdən əvvəl
inteqrasiya və assimilyasiyanın fərqini heç olmasa özü üçün
araşdırsın. Əslində burda mədsədim onu savadsız
adlandırmaq deyil, adam hansısa məsələni bilmirsə
bu eyib də deyil. Eyib odur ki, bilmirsən və bilməyə
cəhddə etmirsən. Bu artıq millətin yükünü boynuna götürmüş
bir adam üçün faciədi, biyabırçılıqdır.
Sözümə qüvvət üçün deməliyəm ki, bu günkü
Avropanın inkişaf etmiş ölkələrində elm və
bilgi həddən artıq əhəmiyyət daşıyır.
Ona görə də bu ölkələrdə
parlamentlə paralel müxtılif elmi komitələr yardılır.
Məsələn, texnoloji komisiya , ətraf mühitin mühafizə
komitəsi, təhsil - təlim komitəsi və s. Bu komitılərdə
fəaliyyət göstərən alimlər, ziyalılar millət
vəkillərinə, siyasətçilərə
məsləhət verirlər, yol göstərirlər.
Sonda üzümü yenə ADK sədri cənab Nazim İbrahimova
tuturam və deyirəm : millətin
tale yüklü məsələləri ilə bağlı hər
hansı bir qərar çıxarmamışdan qabaq millətin
alimləri, ziyalıları ilə məsləhətləşin.