Xaricdə yaşayan Azərbaycanlılar ana dilində təhsildən vaz keçsinlər!!!

Son gunlər mediyada (XYAİDK-nin) sədri Nazim İbrahimovun Gurcustanda yaşayan Azərbaycanlıların öz dilindı məktəblərin bağlanması haqda çıxışı çox sayıda soydaşlarımızı narahat edib. Çox deyerli soydaşlarımıza bir neçə məqami xatırlatmaq istəyirəm, belə ki, xatırlasanız hələ sovet ittifaqı dövrundə ermənistan adlanan yerdə Azərbaycanlılara öz dillərində məktəbdə oxumaq hüqüqü verilmişdir hətta təkid edilirdi ki, orada yaşayan Azərbaycanlılar öz dillərində məktəbdə təhsil alsinlar və yaxud indinin özundədə Rusiyada Azərbaycan dilində məktəblər açılmış və orada yaşayan Azərbaycanlılar öz dillərində təhsil almaları üçün rusiya dövləti gərəkən çabanı göstırir. Belə numunələr çox saymaq olar. Bu faktları sadalamaqda diqqətinizi bir məqama çəkmək istəyirəm, baxın biz öz topragımızda və öz dövlətimizdə , dövlət başinda Azərbaycanlılar oturub öz dilimizdə təhsil almasaq buna böyuk faciə diyə bilərik, və ya guney Azərbaycanda 35 millyondan artiq soydaşımız öz dilindı təhsil almaması böyuk faciədir, amma Gürcüstanda və ya Rusiyada və ya hər hanki bir xarici ölkədə Azərbaycanlilarin öz dilində təhsil alib və o ölkənin dilini mükəmməl bilməməsi və dövlət strukturunda yer almamasi faciədir. Misal üçün elə Gürcüstani götürək, orada yaşayan Azərbaycanlilarin heç biri gürcü dilin bilmir ve dövlət dilin bilmədiyi üçündə dövlət sturukturlarinda yer almirlar, hetta orada orta məktəbi bitirənlər gəlib Azaərbaycanda təhsillərini dəvam etdirirlər, nətincədə yenədə dil bilməmək ucubatindan öz dədə baba yurdlarinı tərk edib Azərbaycana köç edirlər, indi sual ortaya çıxır burda kim itirir ? tebi ki biz itiririk , Azərbaycanlilar həm Gürcüstanin dövlət dilin bilmədikləri üçün dövlət sturukturunda yer almirlar həmdə oradaki torpaqlarımız zamanla boşalır və özumuz de hiss etmədən etnik təmizləmə siyasətinin qurbanı oluruq ve ya orada qalib yaşayanlarda ya kənd təsərrufati ilə və ya fəhləliklə məşğul olurlar. Bu numunə, xsusi ilə Rusiyada və həmçenin başqa ölkələrdə yaşayan Azərbaycanlilara. Qəbul etdirilib. Çoxları, Nazim ibrahimovu bu haqda qınayir və bu çıxışın pisləyir, amma mən bunu diyə bilərəm ki mənim Nazim İbrahimova simpatiyam olmasada onun bu çıxışın alqışlayiram, hetta  bunuda diyə bilərəm ki, bəlkədə bu fikir N.İbrahimovun fikri deyildir. Amma əgər belədirsə biz bunu alqişlayaraq bir az fərqli shekioldə onəri verə bilərim ki, Azərbaycanlilar öz ana dilində formalaşmaq üçün  ibtidayi sinifləri Azərbaycan dilində təhsil almaları təşəbbüsü irəli sürülsün, orta və ali təsil Gürcü dilində dəvam etdirilsin.

Eziz soydaşlarım, bildiyiniz kimi xarici ölkələrdə bizləri savadsiz və kor qoymaq və dövlət sturukturlarinda Azərbaycanlilarin yer almaması üçün bu siyasi oyunu ortaya atib özlərini demokratik və milli azliqlara sayqili davranmaq üçün biziləri öz ölkələrində sdavadsiz saxlamağın ən rahat oyununu oynayirlar və beləliklə köləliyi bu formada bizlərə uyqulayirlar. və tessuflə bizdə mahiyyətini dərk etmədən bu oyunlarin alətinə çevrilirik. Mən düşünürəm. Bu fikir Gürcüstanda yaşayan Azərbaycanlılar tərəfindən çoxdan ortaya qoyulmalidi və Gürcüstan dövlətindən tələb edilməlidi.

Baxin Gürcüstan Dövlət sturukturunda nəqədər Azəerbaycanlı təmsil olunur, mən diyərdim ki heç yoxdur olsada belə bir neçə nəfərdən çox deyildir. Bütün bunların səbəbi yaşadiqları ölkənin dövlət dilinin bilməməsidir. Tək Gürcüstan deyil başqa ölkələrdə də belədir, ona görə ki onlarin ölkələrində yaşayan Azərbaycanlılar o ölkənin dövlət dilini yaxşi bilməsin və heç bir sturukturda təmsil olmasın və o ölkənin ən geri qalmış etnikinə çevrilsin. Amma baxin ermənilər Azərbaycanda, Gürcüstanda, rusiyada ve digər ölkələrdə yaşayir, hətta öz dillərində məktəb açılsda belə gedib o məktəbdə oxumurlar, o ölkənin dövlət dilində təhsil alirlar. Məncə bütün bunlardan biz nəticə çıxartmalıyiq. Ümid edirəm ki fikrimi qısada olsa çatdıra bildim.

 

Hörmətlə Sirus Azadi