گونتاي
گنجآلپ
آذربايجان
ايقتيداري
نين ميللي
مدنييتيميزه
قارشي
غدارجا
دوشمنليگي
Azərbaycan
iqtidarının
milli
mədəniyətimizə qarşı qəddarca düşmənliyi
مودئرن
جوغرافييانين
آتاسي
اولاراق
بيلينن
فرانسيز ژان
قاتمن`ين "iconography-
ميللي
خيصلتين،
ميللي ديلين
ياييلديغي
جوغرافييا"
آديندا بير
فورمولو وار.
نه دئمکميش
بو؟ يعني
بعضي میللتلر
تام شکيلده
ميللي
دؤولتلري نين
چاتيسي
آلتيندا
ياشامازلار.
تاریخی
اولایلار
بونو انگلله
میشدیر. ميللي
دؤولتين چاتیسی
آلتیندا
یاشایانلاردان
علاوه،
اؤزلليکله
چئوره اؤلکه لرده
ياييلميش
اولاراق
ياشارلار. ژان
قاتمن دئيير
کي، چئوره
اؤلکه
لرده
ياشايان
سويداشلاردان
باشلاري نين
اوستونده
ميللي دؤولت
اولان يوردا
آرديجيل
سئمپاتي
آخيشي
ساغلانير. بو
دا گؤوده
اولاراق
کيچيلميش
اولان بير
میللتين روح
پلانيندا
داها دا
بؤيومه سينه
ايمکان
يارادار. بونو
داها راحات
شکيکلده
آنلايا بيلمه
ميز اوچون اؤز
دوروموموزا
باخاليم. باکي
مرکزلي دؤولت
دونيادا
ياشايان
بوتون
آذربايجانليلارين
اورتاق
سئمپاتي
مکانيدير.
خوصوصن گونئي
آذربايجاندا
ياشايان
ميليونلارجا
اينسانين
قيبلگاهينا
چئوريلميشدير.
بابک
قالاسيندا
يوروشلرده
ياورولاري
نين آلنينا "قاراباغ"
يازيب
ياپيشديرمیش
اینسانلارین فوتولاريني
چوخ گؤردوک. گرَکن
تاريخي
مقاملاردا بو
سئمپاتي
باکيدا ميللي
دؤولتين
قورونماسي
اوچون
پوتانسيل گوج
آنلاميندادير.
يالنيز بونو
باکيدا بو
گون
ايقتيدار
اولان حؤکومت
آنلاييرمي؟
کئچن
هفته
آذربايجان
دؤولت
يئتيکيليلري
نين چوخ
چيرکين،
ادبسيز،
حئیثييتسيز و
اخلاقسيز
آچيقلامالارينا
تانيق اولدوق.
آذربايجان
دؤولت
يئتکيليلري
گورجوستاندا
ياشايان
آذربايجانليلارين
ايقتيصادي
پروبلئملري
نين حللي
اوچون
اوراداکي آنا
ديلينده
اولان
مکتبلرين
قاپانمالاريني
تکليف ائتدي،
اوتانمازجاسينا.
گويا
آذربايجان
ديلينده کي
مکتبلرين
قاپانيب و
گورجوستان
وطنداشي
اولان ياريم
ميليوندان
آرتيق تورک
اينساني
گورجو
ديلينده
اوخوسالار
اونلارين
ايشسيزليک
پروبلئملري حلل
اولاجاقميش.
نه قدر خاينجه
بير ياناشما.
سانکي
گورجوستانين
ايقتيصاديياتي
چوخ اينکيشاف
ائتميش و
آذربايجانليلاردان
باشقا بوتون
گورجولر
ايشله تامين
ائديليرميش.
گورجوستانين
ايقتيصادي
دورومو حاققيندا
بوتون
دونيانين
گرکلي
اورقانلاري
لازيمي
بيلگييه
صاحيبديلر.
اورادا
آذربايجان
ديلي لغو
ائديلسه ده
ايشسيزليک
پروبلئمي حلل
اولماز.
گورجوستانين
عومومي
ايقتيصادي
دورومو بونا
ايمکان وئرمز.
او زامان
دوروم بو
شکيلده ايکن
ندن
آذربايجان
دؤولت
يئتکيليسي
اوزون ايللر
بويو يازيب-اوخوما
تجروبه سينه
صاحيب اولان
گورجوستانداکي
آنا
ديليميزده
اولان
مکتبلرين
قاپانماسي
اوچون
جانفشانليق
ائدير؟
آذربايجان
دؤولتي نين
خاين تمثيلچيلريني
فارس
شووينيزمي
ايله بير جبهه
ده بيرلشديرن
عاميل ندير؟
بوتون
دونيا
دؤولتلري اؤز
ديللريني
باشقا اؤلکه
لره
داشيماق
اوچون، باشقا
اؤلکه
لرده
ياشايان اؤز
سويلارينا
آنا ديلينده
مکتب آچماق
اوچون
بوللوجا پول
خرجله ديکلري
بير اورتامدا
ندن
آذربايجان
ايقتيداري
آنا
ديليميزين
گورجوستاندا
ياساقلانماسينا
تشببوث
گؤسترير؟
آذربايجان
ايقتيداري
نين "بورچاليدا
بيزيم ديلده
اولان
مکتبلري
قاپادين!"
سؤيله مه سي
گورجوستانداکي
آشيري گورجو
ميللييتچيلريني
داها دا
جسارتلنديره
جکدير. اونلار
سادجه
مکتبلري
قاپاتماقلا
يئتينمه
يه
جکلر،
بورچاليني
تورکلردن
تميزله مه يه
ده
قالخيشاجاقلار.
آذربايجان
دؤولت تمثيلچيلري
نين وطن
خاينليگي
گورجولري بو
ايشه تشويق
ائده جکدير.
ساوونماسيز
قالان
بورچاليلار
چتين
وضعييتله
قارشيلاشاجاقلار.
ذاتن
آنا ديلي
ياساقلانان
بير ميلليتين
وارليغينا
سون وئريلير
آرتيق. ندن
آذربايجان
ايقتيداري
گورجوستانداکي
آذربايجان
کيمليگينه
سون وئرمه يه
چاغيرير
گورجو
دؤولتيني.
آذربايجان
دؤولت
يئتکيله ليري
نين بو
آچيقلاماسيني
دويان
گورجوستان
البتته کي، بورچاليداکي
آسيميلاسسيون
سيياستيني
داها دا
گوجلنديره
جکدير.
پئترول
کمري نين تيفليسدن
کئچيشي،
گورجوستانين
ايقتيصاديياتي
نين
آذربايجاندان
نيسبي شکيلده
آسيلي
اولماسي باکي
حؤکومتيني
داها فرقلي
پوليتيکالار
و
آلتئرناتیولرايزله
مه يه سؤوق
ائده بيلر.
آنجاق باکي
رسميلري نين
ايزله ديکلري
پوليتيکا
دئييل، ميللي
مدنييتيميزه
و ميللي
ديليميزه
خيانتدير.
آذربايجان
ايقتيداري
نين بو
اخلاقسيز،
حئیثييتسيز و
چاغ ديشي
داورانيشيني
محکوم ائتمک،
بورچاليداکي
آنا ديلينده
اولان
مکتبلرين
داوامينا
موراليزاسيون
دستک وئرمک
ميللي
بيلينجه
صاحيب اولان
هر کسين گؤروه
يدير.
16.07.2007
Güntay Gəncalp
Azərbaycan
iqtidarının
milli
mədəniyətimizə qarşı qəddarca düşmənliyi
Modern coğrafiyanın atası olaraq bilinən fransız
Jan Qatmən`in iconography-milli xislətin, milli dilin yayıldığı
coğrafiya adında bir formulu var. Nə deməkmiş bu?
Yəni bəzi millətlər tam şəkildə milli dövlətlərinin
çatısı altında yaşamazlar. Tarixi olaylar bunu əngəlləmişdir.
Milli dövlətin çatısı altında yaşayanlardan
əlavə, özəlliklə çevrə ölkələrdə yayılmış
olaraq yaşarlar. Jan Qatmən deyir ki, çevrə ölkələrdə
yaşayan suydaşlardan başlarının üstündə milli dövlət
olan yurda ardıcıl sempati axışı sağlanır. Bu
da gövdə olaraq kiçilmiş olan bir millətin ruh planında
daha da böyüməsinə imkan yaradar. Bunu daha rahat şəkikldə
anlaya bilməmiz üçün öz durumumuza baxalım. Bakı
mərkəzli dövlət dünyada yaşayan bütün Azərbaycanlıların
ortaq sempati məkanıdır. Xüsusən Güney Azərbaycanda
yaşayan milyonlarca insanın qibləgahına çevrilmişdir.
Babək qalasında yürüşlərdə yavrularının alnına
Qarabağ yazıb yapışdıran insanların fotolarını
çox gördük. Gərəkən tarixi məqamlarda bu sempati Bakıda
milli dövlətin qorunması üçün potansial güc anlamındadır.
Yalnız bunu Bakıda bu gün iqtidar olan hökümət anlayırmı?
Keçən həftə Azərbaycan dövlət
yetikililərinin çox çirkin, ədəbsiz, heysiyətsiz və
əxlaqsız açıqlamalarına tanıq olduq. Azərbaycan dövlət
yetkililəri Gürcüstanda yaşayan Azərbaycanlıların
iqtisadi problemlərinin həlli üçün oradakı ana dilində
olan məktəblərin qapanmalarını təklif etdi,
utanmazcasına. Güya Azərbaycan dilindəki
məktəblərin qapanıb və Gürcüstan vətəndaşı
olan yarım milyondan artıq türk insanı Gürcü dilində
oxusalar onların işsizlik problemləri həll olacaqmış.
Nə qədər xaincə bir yanaşma. Sanki Gürcüstanın
iqtisadiyatı çox inkişaf etmiş və Azərbaycanlılardan
başqa bütün gürcülər işlə
təmin edilirmiş. Gürcüstanın iqtisadı durumu haqqında
bütün dünyanın gərəkli orqanları lazımı bilgiyə
sahibdilər. Orada Azərbaycan dili ləğv edilsə də işsizlik
problemi həll olmaz. Gürcüstanın ümumi iqtisadı durumu buna
imkan verməz. O zaman durum bu şəkildə ikən
nədən Azərbaycan dövlət yetkilisi uzun illər boyu yazıb-oxuma
təcrübəsinə sahib olan Gürcüstandakı ana dilimizdə
olan məktəblərin qapanması üçün canfəşanlıq
edir? Azərbaycan dövlətinin xain təmsilçilərini fars
şovinizmi ilə bir cəbhədə birləşdirən
amil nədir?
Bütün dünya dövlətləri öz dillərini başqa ölkələrə
daşımaq üçün, başqa ölkələrdə yaşayan öz
soylarına ana dilində məktəb açmaq üçün bolluca pul
xərclədikləri bir ortamda nədən Azərbaycan iqtidarı
ana dilimizin Gürcüstanda yasaqlanmasına təşəbbüs göstərir?
Azərbaycan iqtidarının Borçalıda bizim dildə
olan məktəbləri qapadın! söyləməsi Gürcüstandakı
aşırı gürcü milliyətçilərini daha da
cəsarətləndirəcəkdir. Onlar sadəcə
məktəbləri qapatmaqla yetinməyəcəklər, Borçalını
türklərdən təmizləməyə də qalxışacaqlar.
Azərbaycan dövlət təmsilçilərinin vətən xainliyi
gürcüləri bu işə təşviq edəcəkdir. Savunmasız
qalan Borçalılar çətin vəziyətlə qarşılaşacaqlar.
Zatən ana dili yasaqlanan bir millitin varlığına son verilir
artıq. Nədən Azərbaycan iqtidarı Gürcüstandakı
Azərbaycan kimliyinə son verməyə çağırır Gürcü
dövlətini. Azərbaycan dövlət yetkiləlirinin bu açıqlamasını
duyan Gürcüstan əlbəttə ki, Borçalıdakı asimilassion
siyasətini daha da gücləndirəcəkdir.
Petrol
kəmərinin Tiflisdən keçişi, Gürcüstanın iqtisadiyatının
Azərbaycandan nisbi şəkildə asılı olması Bakı
hökumətini daha fərqli politikalar, alternativlər
izləməyə sövq edə bilər. Ancaq Bakı
rəsmilərinin izlədikləri politika deyil, milli
mədəniyətimizə və milli dilimizə
xəyanətdir.
Azərbaycan iqtidarının bu əxlaqsız,
heysiyətsiz və çağ dışı davranışını
məhkum etmək, Borçalıdakı ana dilində olan
məktəblərin davamına moralizasion dəstək
vermək milli bilincə sahib olan hər kəsin görəvidir.
16.07.2007