KİMDİR VƏTƏN XAİNİ ? 

                      

     Bu sətirleri qələmə  almaga məni məcbur edən bir guneyli soydaşimizin digər guneyli soydaşimiza zəng edib , niye bu vətən xainlərini ətrafina toplamisan deyə sual verməsi oldu. Zəng edən soydasimiz  “vətən xainləri” deyendə  Azərbaycanin muxtəlif siyasi partiyalarinda fəaliyyət göstərmiş , bu gunki iqtidrin daxili siyasəti nəticəsində Azərbaycanda yaşaya bilmeyib vətəni tərk  etməyə məcbur olmuş və İsveçdə yasayan milli-demakratit duşunçəli quzeyli  Azərbaycan  turkləridir ki, bu insanlar Azərbaycanin mustəqilliyini qazanmasinda , Qarabag ugrunda döyuslərdə istirak etmişdir. Bu insanlar öz səxsi mənafelərini vətən ,dövlət uçun qurban vermisdir ki, bu gun xaricdə də urəkləri daim vətən uçun döyunur. Bu insanlar  buradaki sakit, rahat,  hər səraitlə təmin olunmuş həyatda da özləri uçun yox , vətən  ucun yaşayirlar, vətənə xidmət etməyə calisirlar. Bunun uçun də vətəni sevən hər kəslə birgədirlər.

     Amma cox  təəssuf  olsun ki, bu gun  bəzi soydaşlarimiz Azərbaycan dövləti dedikde  Azərbaycanda  siyasi hakimiyyeti və hökuməti çevrilis və silah gucunə zəbt eləmiş indiki iqtidari başa duşurlər ya da özlərini belə göstərirlər.

     Əziz soydaşlar! Biz vətənimizi və millətimizi sevdiyimizdən bu iqtidara qarsiyiq. Və nə qədər ki, bu iqtidar vətənin və millətin mənafeyindən cixiş etmir, dunyanin harasinda olmasindan asili olmayaraq yenə onlara qarsi olacagiq.

      Məgər siz bilmirsiniz ki, hakimiyyəti zəbt etmis bu qrup Azərbaycanda hansi siyasəti yurudur? Bilmirsiniz ki, Azərbaycan xalqina mənsub olan yerustu və yeralti sərvətlər talan edilir, dəyər-dəyməzinə satilir, ailənin budcəsinə yerləsdirilir? Neftdən gələn gəlirlər şişirdilmiş layihələr vasitəsi ilə mənimsənir. Elə bir sahə yoxdur ki, korrupsiya icində bogulmasin.   Polis qanunlari qorumaq əvəzinə onlari pozmaqla məşguldur, cəza masini rolunu oynayir. İnsanlari siyasi fikirlərinə , yazilarina görə həbs edirlər,döyərək əlil edirlər, öldururlər. İnsanlarin hec bir huququ qorunmur.Haqqi tapdanan səsini belə cixara bilmir. Məhkəmələr hakimiyyətdəkilərin sifarisini icra etməklə məşguldur.Polis idarələrində , həbsxanalarda işgəncənin həddi yoxdur. Bu iqtidarin daxili siyasətinin nəticəsində Azərbaycan xalqinin  yarisindan coxu bir tikə cörək axtarmaq ucun vətəndən didərgin duşub. Azərbaycan kəndlərində iş qabliyyətli kişi demək olar ki qalmayib. Azərbaycan qadinlari, qizlari Dubayda, Turkiyədə, İranda daha nə bilim haralada satilir. Butun bunlardir  Azərbaycana xəyanətdir əziz soydaş.                                                                                                                                                                                                                                          

      Bu iqtidarin ən böyuk xəyanətidir ki, bu gunə qədər Qarabaga dair hec bir siyasətimiz olmayib.  Guya sulh danisiqlar aparirlar ve hamiya aydindir ki, bu danisiqlar bos hay- kuydən basqa bir sey deyil.Qarabagi azad etmək ucun muharibə konsepsiyasi isə  “lazim gəlsə” dən uzaga getməyib. Siravi vətəndaşdan tutmuş ölkə rəhberinə qədər  (Hakimiyyətin nəzarətində olan KİV –lerin apardigi tebligata görə) hami “lazimin gəlməyini” gözləyir.

       Butun bunlari sizlər  cox gözəl bilirsiniz. Və məhz butun bunlari görərək susmaq, görməməzliyə salmaq vətənə, millətə xəyanətdir. Ən azindan ona görə ki, bu vətən bizlərə babalarimizdan miras qalmis əmanətdir və bu əmanətə xəyanət etmədən onu gələcək nəsillərə öturməyə borcluyuq.

     . Və sonda bunlari da deməliyəm ki, bu iqtidarin xalqa,millətə  zidd siyasəti guneyli soydaşlarimizin azadiq hərakatina da ciddi ziyan vurur. Son dövrlərdə Azərbaycan hakimiyyətinin  beynalxalq  qurumlarda  İranda insan haqlarinin pozulmasi məsələsi muzakirə olunarkən tutdugu  mövqe bunu subut edir. Hakimiyyətin öz şəninə duzənlədiyi tədbirlərdə isə , öz xidmətciləri tərəfindən təlimatlandirilmiş  bəzi “natiqlərin” dediyi 50 milyonluq bir xalqin prezidenti olmaq iddiasindaki dövlət başcisi bu gun ən yaxsi halda 50 min nəfərin prezidentidir, onlari xoş gunə cixarib. Yerdə qalan  49 milyon 550 min ucun  ise həlli uzun illər cözulməyəcək problemlər  yaradib.

       İmkaniniz olsa səmimi cavab verin, əziz soydaşlarim.   KİMDİR VƏTƏN XAİNİ ?

 

                                                                                                    Sərdar Agayev,  İsvec