گونتاي
گنجآلپ
باکی نی
قارانلیقلارا
سوروکله یَن
روشوت و دینی
فاناتیزم
Bakını
qaranlıqlara sürükləyən
rüşvət
və dini fanatizm
اساس
آماجيم علم
اؤيرنمک
اولموشدور
حياتدا.
دوغرودور علم
اؤيرنمک
اوچون هئچ بير
زامان گئج
اولمور،
آنجاق بللي
بير ياشدان
سونرا
اينسانين
قاوراييجيليق
ائنئرژيسي
آزالماغا
باشلايير. علم
اؤيرنمک هدفي
ايله باکيدا
اونيوئرسيته
يه گيرديم.
اونيوئرسيته
لرده علم
اولدوغونو
سانيرديم.
بيلميرديم
کي، اورادا
علمدن اثر-علامت
يوخدور. 10 ايل
حياتيمين ان
ائنئرژيلي
واختي باکيدا
بوشلوقلار
ايچينده
کئچدي.
بوشلوقلاري
دولدورماق
اوچون ده
ايستر-ايستمز
باکيدا
يايقين اولان
پسيکولوژييه
ياواش-ياواش
آليشير آدام. يعني
بوللوجا ستاندارد
اولمایان عاراقلارلا
حياتي
چوروتمک.
اونيوئرسيته
يه گيرديم.
ايمتحانلار
واختي
ياخينلاشديقغيندا
اؤزوم اؤز
گؤزومدن
دوشور، حتی
باکیدا
یاشاماغیمدان
عذاب چکیردیم.
فردی
حیاتیمدا
آرخاسینجا
اولدوغوم علم
و بیلگی
بوجاغیندان
باخدیغیمدا
حیاتیمین
اؤنَملی بیر
قیسمینی
باکیدا
ایتیرمیش
اولاراق
گؤرورَم.
باکیداکی
حیاتیم علمین
یوللاریندا
اوغور
قازانماغیما
انگل اولدو. هر
معلليمين
فيياتي وار
ايدي. يعني
مثلن بير معلليمين
ايلده 200
ساعاتليق
درسي وار
ايديسه اونون
آلاجاغي
روشوتين
ميقياسي دا
آرتيردي.
اوزاق
رايونلاردان
گلميش گنج
قيزلار،
اوغلانلار،
گويا علم
اوخوماغا
گلميشلر باکي
يا.
هر صينفين
نوماينده سي
اولان بير
اؤيرنجي
اولوردو. صينیفه
گيريب و يوکسک
سسله معلليمين
هر بير طلبه دن
نه قدر پول
ايسته ديگيني
دويوروردو.
روشوتي
توپلاييب
آپاريب
وئريردي معلليمه.
کئفلری
سازالان معلليملر
ده پوللاري
ساييب و بير
نفرينکي نين
عکسيک
اولدوغونو
گؤروب "قهرمانجا!"
سببيني
سوروردولار.
سبب من ايديم.
من روشوت
وئرميرديم. معلليملر
سببيني سوروب
و "او ايرانلي(!)
اوغلان
قودوروب دئيه
سن!" -
دئييرميشلر.
داها سونرا
اونيوئرسيتئتده
بير نئچه دفعه
يوبيلئيلر
کئچدي. خوصوصن
فوضولي
نين
يوبيلئيينده
منيم چيخيب
معروضه مي
سونماقلا هر
شئي آلت-اوست
اولموشدو.
آرتيق کيمسه
مندن روشوت
ايسته
مه يه
جورأت
ائتميردي.
يالنيز
اونيوئرسيتئتده
کي روشوت اساسيندا
قورولان
موناسيبتلردن
چوخ اذييت
چکيرديم.
اونيوئرسيته
نين
کيتابخاناسيندان
کيتاب آليب
درس مؤوضوعلاري
ايله باغلي
اوخوماق، بير
شئيلر
اؤيرنمک
ايسته ييرديم.
جاذيبه
سيز
کاغيذلاردا
چاپ اولموش
کيتابلارين
ايچلري بوش
ايدي.
اؤيرنجيلر
کيتابلاري
آليب
اوخودوقلاريندا
لازيم اولان
يئرلري جيريب
و تقللوبده
ايستيفاده
ائتميشلر.
بئله ليکله
کيتابلارين
ايچينده ان
چوخ اؤن سؤز و
بير ده گرکسيز
بيلگيلر
قالميشدي.
اونيوئرسيته نین کيتابخاناسي
نين
کيتابلاري
نين ايچي
بوشالميشدي.
بو دوروم،
گلير
قايناغيني
روشوت
اولاراق
دوشونن معلليملر
اوچون داها دا
الوئريشلي
ايدي.
چونکو،
حتّی اوخوماق
ايسته ين
اؤيرنجيلر ده
کيتابسيزليق
اوزوندن
روشوت اؤده مک
زوروندا
قاليرديلار.
اوخودوغوم
اونيوئرسيتئتده،
يالنيز بير معلليم
وار ايدي منه
گؤره. او دا
پروفسور خئيرالله
مممدوف
ايدي. گئرچکدن
بيلگيلي و
قطعيتلي بير معلليم
ايدي.
بیلگی
هر زامان
اینسانا
گووَن و قطعیت
وئریر. بئله
اینسانلارین
دا سایی
جمیتده آز
اولور. رشوت و
عدالتسیزلیکلر
ایسه بو نؤوع
اینسانلاری
اؤز
قارانلیقلاریندا
هضم ائدیر.
بو
وضعييت سبب
اولور کي، بير چوخ
"عالي!"
تحصيللي
ساوادسيزلار
توپلومدا
بوي
گؤسترسينلر.
ايشين
ايلگينچ ياني
بودور کي،
روشوتي
اوراتادان
قالديراجاق
ذهنييت ده
گليشمه دي
آذربايجان
باغيمسيز
اولدوقدان
سونرا. ميللي
حرکتين
ليدئري ائلچي
بئي
"آز روشوت
آلين" دئمکله
يئتيندي. بير
کولتوره
دؤنوشموش
روشوتي بو
مساژلارلا
البتته کي،
اورتادان
قالديرماق
اولماز. پروبلئم
هردن بیر
هانسیسا
ناظیری
روشوتخورلوق
آدی آلتیندا
توتوقلاییب و
بئله لیکله ده
روشوتخورلوقلا
موباریزه نین
گئتدیگینی
تبلیغ ائتمک
دئییل. سیتئم
کؤکوندن
دَگیشمه
لیدیر. کؤکدن
دَگیشیمی ده
یالنیز غرب
ذئهنییتی
ساغلایا بیلر.
اوخودوغوم
اونيوئرسيته
ده بير
تک آدام فيکير
دوستو
اولاراق تاپا
بيلمه ديم.
سببيني ده
آنلاييرديم.
فيکيرلر
کيتابلاردا
اولار،
فيکيرلري معلليملردن
اؤيرنمک
اولار.
بونلارين هئچ
بيريسي
يوخکن، فیکير
نئجه
گليشسين؟
شيمالي
آذربايجاني
بو دورومدان
قورتاراجاق
قاپاسيته اؤز
وارليغيندا
قطعي شکيلده
مؤوجود
دئييلدير.
يئگانه چيخيش
يولو بو اولا
بيلر کي، بوتون
رئکتورلاري
آوروپادان
کيراليق
اولاراق
يوکسک معاشلا
گتيرسينلر
اؤلکه
يه.
بوتون ناظيرليکلرين
موشاويرلري
آوروپادان،
خوصوصن
سکانديوانييا
اؤلکه
لريندن
و ژاپونیادان
اولورسا
روشوت "کولتور"نو
اورتادان
قالديرماق بلکه
مومکون
اولا بيلر.
خوصوصن تحصيل
ناظيرليگي
آوروپاليلارا
بوراخيلماليدير.
حياتيندا بير
دفعه ده اولسا
روشوت آلميش
بيريسي ناظير
اولورسا،
اونون
روشوتخورلوقلا
موباريزه
آپارماسي
اينانديريجي
گؤرونمز.
ژاپونييا 1868-
جي
ايلده "مئيجي"
حرکتينه
باشلارکن، بو
شکيلده ائتدي.
بوتون
موتخصيصلري غربدن
گتيردي و
باشاردي. باکي
نين آوروپا
شوراسينا
گيرمه سي
ياخشي بير
فورصت اولسا
دا، آنجاق هئچ
بير ايره
لیله مه
سؤز قونوسو
دئييلدير.
آذربايجان
يوخاريدا
سؤيله
نيلديگي
شکيلده غربلشرسه،
قيسا مودتده غرب
ستانداردلارينا
اويوم
ساغلايار و
بئله ليکله
گئت-
گئده
ديرچَلمکده
اولان ديني
فاناتيزمين
ده قارشيسي
آلينار. ديني
فاناتيزم
يوخسوللوغون،
بيلگيسزليگين
اورتايا
قويدوغو چاره
سيزليکدن
دوغور.
فاناتيزم
جاهيلين و
کاسيبين بير
نؤوع
حياتينا
آنلام
قازانديرما و
چاره
سيزليگينه
چاره بولما
شکلينده
اورتايا
چيخير.
آذربايجان
اونيوئرسيته لرينه
حاکيم اولان
موحيط يالنيز
بيلگيسيز "عالي"
تحصيلليلر
يئتيشديرر.
آذربايجان
ظاهيرن سئکولار
بير دؤولتدير.
لاکين هئچ بير مدرن
دایاناغی
اولان ديني
پروژئسي
يوخدور.دینی
ایشلردن
سوروملو (مسئول)
اولان
هیدایت
اوروجوفلا
ایکی دفعه
اولان
گؤروشومده
گؤردوم کی، نه
دین حاققیندا
نه ده دین
تاریخی
حاققیندا
بیرجه کیتابی
دوغرو- دوروست
اوخومش دئییل.
آدربایجاندا
سیاسی-ایقتیصادی
منافعلرینی
تعقیب ائدن
ایسلام
دؤولتلری
اوچون دین بیر
سؤمورو
واسیطه سینه
دؤنوشموشدور.
بو دؤولتلر
ایسلام آدی
آلتیندا
اؤزلرینه
صداقتلی و حتی
یئری
گلدیگینده
اینتیحار
عمللری
گئرچکلشدیره
جک جاسوسلار
تربیه
ائدیرلر.
آذربایجان
وطنداشلارینین
دینی
دویغولارینی
تئهران و
عربیستان
یؤنلندیریر.
اصلینده بو
دؤولتلر اؤز
منافعلرینین
قورویوجولارینی
یئتیشدیریرلر.
بو
اوزدن ده
گوندن گونه شيعه،
وهابي آدلاري
ايله
جاميلرده کي
ايزديحام
آرتماقدادير.
باشقا بير 10
ايلليکدن
سونرا ديني
فاناتيزم
دؤولتين
وارليغیني
ان
آز ائرمنيلر
قدر
تهديد ائتمه
يه
باشلاياجاقدير.
بو
پروسئس
آذربایجان
دؤولتینین
وارلیغینی
اوزون وعده ده
سوآل آلتینا
آپارا بیلر.
اولکه ده
ایندی
اولدوغوندان
دا داها سرت
شکیلده فرقلی
و چااغداش
دوشونجه لره
دین آداملاری
حیات حاققی
تانیمایاجاقلار.
بو
اوزدن ده
بؤيوک بير
سورعتله غربله؛
غربين
علمي، صنايئعلشمه،
دئموکراتيک
مرکزلري ايله
هماهنگ
اولماق گره
کير. بو دا
حاکيم حزبین
منافعينه
اويغون
گلمير، چونکو
ايقتيداري
پايلاشماق و
آذربايجانی
آچيق جمعييت
شکلينه گتيرمک
ايسته ميرلر.
دوشونمورلر
کي، بو گئديش
اونلارين
اؤزونو ده
اورتا وعده
ده
تاختدان
سالار و اؤلکه
ني ده
فلاکته
سوروکلر.
بیر
طرفدن آزاد
فیکیرلیلر
یاشام
موجادیله سی
اوغرونا
اؤلکه نی ترک
ائدیر، دیگر
طرفدن ده رشوت
و دینی
فاناتیزم گئت-گئده
یوردوموزو
اوچوروما و
قارانلیقلارا
سوروکله ییر.
بو گئدیشین
گؤنئی
آذربایجاندا
یوکسلن میللی
روحا دا منفی
تاثیری
اولاجاقدیر.
Güntay Gəncalp
Bakını
qaranlıqlara sürükləyən
rüşvət
və dini fanatizm
Əsas amacım elm öyrənmək olmuşdur həyatda. Doğrudur elm öyrənmək üçün heç bir zaman gec olmur, ancaq bəlli bir yaşdan sonra insanın qavrayıcılıq enerjisi azalmağa başlayır. Elm öyrənmək hədəfi ilə Bakıda universitetə girdim. Universitələrdə elm olduğunu sanırdım. Bilmirdim ki, orada elmdən əsər-əlamət yoxdur. 10 il həyatımın ən enerjili vaxtı Bakıda boşluqlar içində keçdi. Boşluqları doldurmaq üçün də istər-istəməz Bakıda yayqın olan psixologiyaya yavaş-yavaş alışır adam. Yəni bolluca standard olmayan araqlarla həyatı çürütmək.
Universitetə girdim. İmtahanlar vaxtı yaxınlaşdıqğında özüm öz gözümdən düşür, hətta Bakıda yaşamağımdan əzab çəkirdim. Fərdi həyatımda arxasınca olduğum elm və bilgi bucağından baxdığımda həyatımın önəmli bir qismini Bakıda itirmiş olaraq görürəm. Çünkü həyatımın ilk çağlarından elm aləmində özümü görmək istəmişdim. Hər müəllimin fiyatı var idi. Yəni məsələn bir müəllimin ildə 200 saatlıq dərsi var idisə onun alacağı rüşvətin miqyası da artırdı. Uzaq rayonlardan gəlmiş gənc qızlar, oğlanlar, güya elm oxumağa gəlmişlər Bakıya. Hər sinfin nümayəndəsi olan bir öyrənci olurdu. Sinifə girib və yüksək səslə müəllimin hər bir tələbədən nə qədər pul istədiyini duyururdu. Rüşvəti toplayıb aparıb verirdi müəllimə. Kefləri sazalan müəllimlər də pulları sayıb və bir nəfərinkinin əksik olduğunu görüb qəhrəmanca! səbəbini sorurdular. Səbəb mən idim. Mən rüşvət vermirdim. Müəllimlər səbəbini sorub və o iranli oğlan qudurub deyəsən!- deyirmişlər. Daha sonra universitetdə bir neçə dəfə yubileylər keçdi. Xüsusən Füzulinin yubileyində mənim çıxıb məruzəmi sunmaqla hər şey alt-üst olmuşdu. Artıq kimsə məndən rüşvət istəməyə cürət etmirdi. Yalnız universitetdəki rüşvət əsasında qurulan münasibətlərdən çox əziyət çəkirdim.
Universittetin kitabxanasından kitab alıb dərs mövzuları ilə bağlı oxumaq, bir şeylər öyrənmək istəyirdim. Cazibəsiz kağızlarda çap olmuş kitabların içləri boş idi. Öyrəncilər kitabları alıb oxuduqlarında lazım olan yerləri cırıb və təqəllübdə (saxtakarlıqda) istifadə etmişlər. Beləliklə kitabların içində ən çox ön söz və bir də gərəksiz bilgilər qalmışdı. Universitetin kitabxanasının kitablarının içi boşalmışdı. Bu durum, gəlir qaynağını rüşvət olaraq düşünən müəllimlər üçün daha da əlverişli idi. Çünkü, hətta oxumaq istəyən öyrəncilər də kitabsızlıq üzündən rüşvət ödəmək zorunda qalırdılar.
Oxuduğum universitetdə, yalnız bir müəllim var idi mənə görə. O da Professor Xeyrulla Məmmədov idi. Gerçəkdən bilgili və qətiətli bir müəllim idi. Bilgi hər zaman insane güvən və qətiət verir. Belə insanların da sayı cəmiyətdə az olur. Rüşvət və ədalətsizlik isə bu növ insanları öz qaranlıqlarında həzm edir.
Bu vəziyət səbəb olur ki, bir sürü ali!
təhsilli savadsızlar toplumda boy göstərsinlər.
İşin ilginç yanı budur ki, rüşvəti oratadan qaldıracaq
zehniyət də gəlişmədi Azərbaycan bağımsız
olduqdan sonra. Milli hərəkətin lideri Elçibəy Az rüşvət
alın deməklə yetindi. Bir kültürə dönüşmüş
rüşvəti bu məsajlarla əlbəttə ki, ortadan qaldırmaq
olmaz. Problem hərdən bir hansısa naziri rüşvətxorluq
adı ilə tutub və beləliklə də rüşvətxorluqla
mübarizənin getdiyini təbliğ etmək deyil. Sistem kökündən
deyişməli. Kökdən dəyişimi də yalnız
Qərb zehniyəti yapa bilər.
Oxuduğum universitetdə bir tək adam fikir dostu olaraq tapa bilmədim. Səbəbini də anlayırdım. Fikirlər kitablarda olar, fikirləri müəllimlərdən öyrənmək olar. Bunların heç birisi yoxkən, fikir necə gəlişsin?
Şimali Azərbaycanı bu durumdan qurtaracaq qapasitə öz varlığında qəti şəkildə mövcud deyildir. Yeganə çıxış yolu bu ola bilər ki, bütün rektorları Avropadan kiralıq olaraq yüksək maaşla gətirsinlər ölkəyə. Bütün nazirliklərin müşavirləri Avropadan, xüsusən Skandivaniya ölkələrindən və Japoniyadan olursa rüşvət kültürnü ortadan qaldırmaq bəlkə mümkün ola bilər. Xüsusən təhsil nazirliyi Avropalılara buraxılmalıdır. Həyatında bir dəfə də olsa rüşvət almış birisi Nazir olursa, onun rüşvətxorluqla mübarizə aparması inandırıcı görünməz. Japoniya 1868-ci ildə Meyci hərəkətinə başlarkən, bu şəkildə etdi. Bütün mütəxəssisləri Qərbdən gətirdi və başardı. Bakının Avropa Şurasına girməsi yaxşı bir fürsət olsa da, ancaq heç bir irəliləmə söz qonusu deyildir.
Azərbaycan yuxarıda söylənildiyi şəkildə Qərbləşərsə, qısa müddətdə Qərb standardlarına uyum sağlayar və beləliklə də get-gedə dirçəlməkdə olan dini fanatizmin də qarşısı alınar. Dini fanatizm yoxsulluğun, bilgiszliyin ortaya qoyduğu çarəsizlikdən doğur. Fanatizm cahilin və kasibin bir növ həyatına anlam qazandırma və çarəsizliyinə çarə bulma şəklində ortaya çıxır. Azərbaycan universitetlərinə hakim olan mühit yalnız bilgisiz ali təhsillilər yetişdirər.
Azərbaycan zahirən sekular bir dövlətdir. Lakin heç bir modern dayanağı olan dini
projesi yoxdur. Dini işlərdən sorumlu olan
Hidayət Orucovla iki kərə gerçəkləşən görüşümdə
anladım ki, o nə din haqqında nə də din tarixi haqqında
bir tək kitabı belə, doğru-dürüst oxumamışdır.
Qumun, Ərəbistanın cənəvar din xadimləri ilə
qarşı-qarşıya gələ biləcək birisi
deyildir. Azərbaycan siyasi-iqtisadi mənafelərini təqib
edən islam dövlətləri üçün din bir sömürü vasitəsinə
dönüşmüşdür. Bu dövlətələr din adı altında
özlərinə sədaqətli və hətta yeri gəldiyində
intihar əməlləri gerçəkləşdirəcək
casuslar tərbiyə edirlər.
Azərbaycan
vətəndaşlarının dini duyğularını