Güney Azərbaycanı əsarətdən qurtarmaqla, analarımızın oğul dağına intizarına son qoyaq!

 

 Babək Azəri   hüquqşünas

  Elə xəbərlər var ki, onları oxuyub və çox rahat da unuduruq. Amma bəzən elə xəbərlər olur ki,

oxuyandan sonra o bizimlə yaşayır və bizim zehnimizdə müxtəlif  suallara səbəb olur. Elə bu növ xəbərlərdən biri də  bu yaxınlarda Güney Azərbaycanda baş vermiş hadisə ilə bağlı eşitdiyimizdir. Belə ki, xəbər ondan ibarətdir ki, milli hərəkatın öyrənci fəallarından olan Hüseyn Yusifi bu il may ayında Güney Azərbaycanda baş verən milli qiyamın il dönümü münasibəti ilə etiraz aksiyasında iştirak etmişdir. Elə buna görə də ettellat məmurları onu küçədən oğurlayıb naməlum yerə aparmışdırlar. Onun ata - anası çalışmışdı ki, oğlunun diri və ya ölü olduğunu, həm də harda saxlandığını bilsinlər, amma təssüf ki, bu çalışmalar bir nəticə verməmişdi. Onu da qeyd edək ki, rejimin məmurları onlarla siçan - pişik oyunu oynamış, düz məlumat verməmişdirlər.  Oğlundan heç bir xəbər tuta bilməyən Hüseyn Yusifinin anası ciddi ruh düşkünlüyünə tutulmuş və gecələr "Bala, vay!" -- deyə - deyə küçəyə çıxıb balasını axtarırmış.

    Məlumat üçün qeyd edək ki, tutulan milli aktiv Hüseyn Yusifi valideynləri iə birgə yaşayırmış.  Elə ona görə də ettellatın müsəlləh qüvvələri  onların evlərinə hücm etmiş,  evi alt - üst edərək bütün səliqə -səhmanını pozmuş, öyrəncinin bilgisayarını, CD, yaddaş kitabçalarını müsadirə etmişdirlər. Ahu - zar edən və balasından bir  soraq, nişan istəyən  anaya qeyzlə və özlərinə məxsus  tərzdə "onu bir daha diri görməyəcəksən!" - demişdirlər.

  Oğlunun dərdindən xəstə düşmüş ana, bu sözün ağırlığına dözməyib psixoloji sasıntı  keçirmiş və bəxti yatmış qadın beyin infarktına düçar olmuşdu. Bir neçə gün Təbrizin xəstəxanasında yatandan sonra, koma vəziyyətindən ayılmamış və bu ilin iyulun 6 - da faciəli şəkildə dünyasını dəyişmişdi.

   O ananın nisgilli hekayəti Təbrizdə dildən - dilə gəzib və millət içində İranın fars rejiminə qarşı nifrətə səbəb olmuşdu. Bu da öz yerində partlayışa hazır olan Təbrizdə yeni etiraz aksiyası ilə nəticə verə bilər. Elə bu səbəbə görə də ettellat məmurları  məzlun ananın dəfn və yas törənin göz altına alıb, xeyli nümayəndə burada iştirak edərək, bura yığılanları, başsağlığına gəlib - gedənləri  qorxutmaq üçün film çəkmişdirlər. Biz adətən güneylə bağlı siyasi məsələlərdən danışanda, yazanda və s. çox vaxt siyasi məhbusların, bədən xəsarəti almış və ya şəhid olmuş milli mücadilədə öz payını vermiş şəxslərin adını çəkirik. Bir sözlə, yalnız onları diqqət mərkəzində qoyuruq. Amma bunu unutmayaq ki, İran adlanan məkanda  Azərbaycanı sevmə  İranın fars rejiminin gözündə bir bağışlanmaz günahdı ki,  əgər insan bu günahla ittihamlana , ancaq özü yox, bəlkə əqrəbəsin, hətta öz ətrafındakı  tanışın da  rejimin qəzəbinə düçar edəcək. Sözsüz ki, burda birinci qurban analarımız olur!

    Hüquq elmində və indiki mədəni ictimaiyyətin cəza sistemində bir tanınmış prinsip var ki, məsuliyyət şəxsidir. Əgər mən qanunu pozmuşamsa, mən  ittiham olunuram, ancaq və ancaq  məsuliyyət mənim boynumadır. Bir şəxsin etdiyi günaha, xətərə görə onun oğlunun, qızının və ya əqrəbəsinin cəza çəkməsi gülünc bir işdir və tamam qeyri -  insani haldı. Çox təssüf ki, İran adlı məmləkətdə bu hal adidi və hər addımbaşı buna rast gəlmək olur. Götürək elə tanınmış jurnalist İnsafəli Hidayətin Azərbaycansevər duyğusuna görə onun yaxınlarının çəkdiyi cəzanı. Belə ki, adı gedən jurnalistə görə onun qızını universitete qəbul etməmişdirlər. Burdan görürük ki, atanın gördüyü işə görə övlad cəza çəkir.  Bu günkü dünyada bu cür işlər ən pis vəhşilik hesab olunur və onun bariz nümunələri indiki İrandan sonra,  tarixə nəzər salsaq XV əsrdə bəzi ölkələrdə icra olunduğunu görərik. Burda əsl mətləb üstünə, yəni söhbət açdığımız mövzuya qayıtsaq, görərik ki, günahsız yerə feodalizm qanunları ilə idarə olunan cəmiyyətdə faciəli şəkildə ölən ananın heç bir günahi yoxdur. Əgər Hüseyn Yusifi bir günahla ittiham olunursa, ettellat məmurları sadistcəsinə və psixoloji işgəncə ilə onun anasının qətlinə səbəb olurlar.

 Yeri gəlmişkən bir başqa misal da Abbas Lisani ilə bağlı çəkmək istərdim. Lisani bəy tutulan zaman onun mağazası da bağlanmışdır. Təkcə bu yox,  hətta bəzi aktivlərin malların müsadirə edirlər. Bir mağazanın bağlanması və ya bir fərdin malının müsadirəsi onun ailəsinin də dözülməz məhrumiyyətlərə düçar olması, maddi xəsarət görməsi deməkdir. Abbas Lisaninin mağazasının bağlanması ilə bağlı bu sualı verə bilərik : "Bəs onun qadını və iki balaca uşağının məişəti necə olacaq?"

  Yeri var burda sual oluna : "İranın fars rejimi bu işlərdən nə fayda götürür?"  Həqiqət budur ki, İranın fars rejimi  keçən il Güney Azərbaycanda baş verən milli qiyamın təkrarından çox qorxur və bu da sübut olunub ki, qorxunun çoxu paronoyd xəstəliyi kimi özünü göstərib  və ağıldan uzaq işlərə səbəb olar.

  İran fars rejiminin Güney Azərbaycanda adamları tutması, asması, kəsməsi, bir sözlə azğınlaşması sübut edir ki, bu onun qüdrətindən yox, qorxmasından əmələ gəlir.

  Bizim aldığımız məlumata görə İranın fars rejimi çalışır ki, nə yolla olur olsun, Güney Azərbaycada kütləvi aksiylrın qabağın alsın. Bu gün biz şahidik ki, Güney Azəraycanın şəhərlərində

 İranın fars rejimi çeşidli vəhşiliklər törədir, çox hərbi manevrlərə əl atır və bununla da millətin qabağında güc göstərib hədə - qorxu gəlir. Tutulanlar naməlum yerə aparılır, onlarn ailəsinə düzgün məlumat verilmir. Tutulmuş yaxınını soruşan adamı qorxutaq üçün deyirlər : "Onun ölüsünü və ya dirisini get xəstəxanadan axtar". Yenə də biz şahidik ki, nə qədər insan dəlilsiz tutulub, vurulub təhqir olunub. Bəzən bizə xəbər verirlər ki, elə vaxtlar olur ki, ettellat məmurları ittiham olunan adamın evinə girib onun ailəsinin, balaca uşağının və ya qoca ata - anasının gözünün qabağında tapançanı onun beyninə dayayıb yerindəcə öldürməklə hədələyirlər. Tutulanların qadınlarına təklif edirlər ki, ərindən boşansın. Fars rejiminin məmurlarının psixoloji və sadist siçan - pişik oyununda bəziləri Hüseyn Yusifinin anası kimi dözə bilməyib həyatın qeyb edir.

   Mən hər zaman Hüseyn Yusifinin anası kimi analara fikir edirəm və ya o gənc vətənsevər əsirin qoca anasını düşünürəm. O ananı ki, surəti heç zaman gözlərimin qarşısından çəkilmir. Oğlunun şəklini ürəyinin üstünə qoyub,  küçə - bazarda gəzib  balasından nişan axtarır, amma tapmır.

    Üzümü Azərbaycanın qəhrəman millətinə tutub  deyirəm :  “ Gəlin, Güney Azərbaycanımızı əsirlikdən qurtarmaqla məzlum, günahsız analarımızın oğul dağına, intizarına son qoyaq!”