İranın fars rejiminin Babəkin doğum günü ilə bağlı uğursuz cəhdləri

  

 

Babək Azəri   hüquqşünas

 

 Bu il də keçən ilki kimi İran fars rejimi tam imkanlarından istifadə edərək Babək qalasında Babək Xürrəmdinin -- başı Bağdadda ayağı Hindistanda olan azman ərəb xilafətinə qarşı 23 il dönmədən mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş və " Bir gün azad yaşamağı qırx il qul kimi yaşamaqdan üstün tutmuş!"  Azərbaycanın milli qəhrəmanının   doğum günü ilə bağlı kütləvi keçirilən mərasimlərin qabağını almışdı. O cümlədən, İranın "Cümhuri islami" Xəbər Agentliyinin verdiyi məlumata görə  Bəsicin hərbi və mədəni qüvvələri geniş formada Babək qalasında  mərasimlər keçirmişlər.

   Bizə verilən məlumata görə bu hərbi qüvvələrin sayı 40 min nəfərdən artıq olmuşdu. Amma rejim onların sayın  dövlətin televiziya, radio və qəzet kimi kütləvi mətbuat orqanlarında  800 nəfər elan edib. Qeyd edək ki, bu hərbi qüvvələrin çoxu və demək olar ki, hamısı  farsların kompakt yaşadığı məntəqələrdən  Babək qalasına gətirilmişdir. Bu hərbi qüvvələr Babək qalasında hərbi manevr bəhanəsi ilə  hərbi nümayişlər keçirir  və oradan müntəzəm  güllə və ağır silahların səsi eşidilmişdi.Hətta hərbi vertaliyotlar çox az fasilə ilə qalanın ətrafında uçmaqla məşqlər etmişdirlər. İran fars rejiminin Babək qalasında onun ad gününü qeyd etməsi bununla bitməmiş, belə ki, hərbi məşqlərlə paralel  mədəni fəaliyyət bəhanəsi ilə  Babək qalasında  səs gücləndirən aparatlar  vasitəsi ilə fars dilində dini mahnılar  yaymışdırlar. Və üstəgəl millətə hədə - qorxu gəlib, bura  gələnləri axmaqcasına Türkiyə cəsusu  adlandırıb  və allahın düşməni kimi  təqdim etmişdirlər.

  İran fars rejimi  Azərbaycan xalqının azadlıqsevər oğlunun dağ başındakı məkanına gələn bütün yolları tamam kəsmiş  və bu yolların üzərində hərbi məntəqələr qurmuşdurlar. Həmin məntəqələrdə bilgisayarlar yerləşdirilmişdir ki, onların da yaddaşında bütün Azərbaycanlı aktivlərin adı, şəkli,  barmaq izləri olmuşdur. Elə bu hərbi məntəqələrdə  fars yaşayış zonalarından gələn məmurlar, qalaya doğru gələn maşınları saxlayıb  və o bilgisayarda olan məlumatlar əsasında Azərbaycan aktivlərini tuturmuşlar.  Aldığımız məlumatda göstərilir ki, "Mumtaz " adlı kibrit fabrikinin  sahəsində saxlayıb  və qisa sorğu - sualdan sonra  Təbriz ettillatının maşınları ilə Təbriz zindanına və naməlum yerlərə göndərirmişlər. Hətta raportlarda göstərilir ki,  bu hərbi məntəqələrdə başı, üzü qanlı Azərbaycanlı  aktivlər saatlarla yol qırağında saxlanılaraq ordan gəlib keçən milləti qorxutmaq üçün göz dağı kimi nümayiş etdirilirmiş.

   Bu ildə keçən ilki kimi bu hərbi təzyiqlər  səbəb olub ki, Azərbaycan milləti kütləvi formada,  yüz minlərlə insan eyni vaxtda Babək qalasında mərasim keçirə bilməyə.  Bu ildə keçən ilki kimi  Azərbaycan aktivləri İranın fars rejiminə  xəbərdarlıq ediblər ki,  əgər Babək qalasında mərasimin qabağı alınarsa, Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçiriləcək. Və Azərbaycan xalqı həmişə olduğu kimi indi də dediyinə əməl edib. Beləki, Babək Xürrəmdin ad gününü kütləvi şəkildə qalada keçirmək mümkün olmasa da,  Güney Azərbaycan şəhərlərində  də çox təntənəli keçirilmişdir. Azərbaycanlılar ad günü ilə bağlı gördükləri maraqlı hazırıqlıqları ilə fars rejiminə surpiriz etmişdirlər. Beləki Güneyin çeşidli şəhərlərində  Babəkin ad günü ilə bağlı damlara çıxıb səmaya fişəng buraxıb, şəhərdə şadlıq səs - küyü salmışdırlar. Aldığımız məlumata görə yüzlərlə ailə üzvləri  Urmuda şəhərdəki çay qırağına və parklara  yığışıb axşam saat 9 : 00 - da göyə fişəng atıblar. İranın ettillat məmurları  fişəng atılan yerə hücüm edib çatana qədər şəhərin başqa nöqtələrindən  fişəngdən yayılan işiq göyə qalxıb. Qeyd edək ki, bu iş uğurla davam tapıb.

    Amma çox təssüf, bu məsələ ilə əlaqədar 21 nəfər tutulub və ağır ittihamlarla Urmunun inqilab məhkəməsinə aparılıb. Tutulanların içərisindən  öyrənci aktiv Əkbər Nikcunun da adı gözə dəyir.

   İran fars rejiminin agentləri güclənib, amma bu mərasimlərin qabağını heç cürə ala bilməyiblər. Əlbəttə, Güney Azərbaycanın şəhərlərində etiraz aksiyaları da keçirilib. Ən kütləvi etirazlar  Güney Azərbaycanın baş kəndi Təbrizdə olub. 07.07.07 - ci il tarixində  şəhərin Rasta küçəsində  Azərbaycanlı gənclər etiraz aksiyası keçirib və İranın fars rejiminin   Babək qalasında keçiriləcək mərasimin  qabağını almalarını pisləmişlər. Amma İran rejiminin agentləri, çoxlarının üzü bağlı motoskletlə millətə həmlə edib vəhşicəsinə polis zopası ilə onları vurmağa başlayıblar. Tutulanların sayı çoxdu və biz aldığımız məlumata görə Həmid Purvəlı ( 27 yaşı var ) və Vəli Fatullahhi  ettillat məmurları tərəfindən tutulub və naməlum yerə aparılıb.

    Təbrizdə keçirilən etiraz aksiyası  Güney Azərbaycanın  şəhərlərində olacaq kütləvi etiraz aksiyalarına bir qığılcımdır.

2006 - cı il may qiyamında Güneydə ağır yaralanmış gənclərin şəkli

Babək qalasından bəzi şəkillər

Babək qalası

Haydı, millət, Qartal qalasına!

Kəlibər

Qala - çevrə

Qala dərəsi -- uzaqdan

Qala ətrafı meşələr

Qala yol çəkir

Qala - çevrə

Qartal qalası -- yolunuz açıq

Qartal qalası

Qartal qalasından aşağıya doğru

Savalanda Ay batır

Savalanda bayraq dalğalanır !

Savalanda Ay və Gün -- iki işıq qaynağı

Savalanda Günəşin yüksəlişi

Savalan -- mən türkəm!

Savalanda milli sinvol

Savalan sıldırımlı dağ

Savalan -- uzaqda bir göl

Savalan --Yaşa Azərbaycan!

Savalan --Yurdumun uzaqları