Tehranda Ermənistan Səfirliyinin qarşısında Xocalı Soyqırımı ilə bağlı keçirilmış mitinqdən ilk şəkillər 2007

Tehran rejiminin rəsmi nəzarəti ilə yayılan ”Bastab” sitəsinin  verdiyi məlumata görə  Təbrizdə Erməni Xəlifə şurası qabağında  və Tehranda  Ermənistan Səfirliyinin qarşısında 26 fevralda Xocalı soyqırımı ilə bağlı olan  kütləvi nümayiş haqqında  bildirir ki, iran rejimi rəsmən erməniləri müdafiə etmişdir. Həmçinin bu haqda İran parlamentində olan erməni deputatı Qeorik Vartanın çıxışı da maraq doğurur.Həmin gün iki böyük şəhərdə Azərbaycanlı türklərin keçirtdiyi mintinqi pantürküstlərin səfirliyə həmləsi adlandırmış və bununla əlaqıdar əvvəlcədən İranın rəsmi dairələrinə və eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşlarına xəbər verdiklərini bildirmişdir.Beləliklə, nümayişə icazə verilməmişdir və onlar tutulmuşdurlar.Erməni və fars şovinistləri birləşərək Xocalı soyqırımı ilə bağlı milli kədərini bildirən nümayiş iştirakçılarına pantürkist damğası vurmuş və 27-28  fevralda da xəbər verdiyimiz kimi tutulanları həbs edərək işgəncəyə məruz qoymuşdurlar.