Sözünüzə qüvvət

Şəlalə Əbil

Müzakirəyə qoydugunuz məsələdə gileyiniz o qədər taniş,o qədər agrılıdı ki,səsinizə səs verməyə bilmədim.

Mən dərs dediyim siniflərdə sürəkli yazılı sorgu aparıram.Müxtəlif çeşidli sualları  uşaqlara ünvanlayar,cavablarından gah sevinər,gah da məyus olaram.Məsələn,  “Səncə,əlli ildən sonra Azərbaycanda nə dəyişikliklər olacaq?” sualina uşaq “Məncə,tarixi abidələrimiz qalmayacaq” demişdi bir dəfə. Yaxud “Dövlətimizin uşaqlar üçün daha hansı qanunların çıxarılmasını istəyərdin?” sualını uşaq sual şəklində mənə qaytarmışdı:”Müəllim,sualı belə qoysaq daha dogru olmazmı:Hansı qanunların işləməsini istəyərdin?”

Sırada olan suallardan biri  də oglanlara tuşlanmışdı və verəcəyi cavabın nədənini açıqlamagı istəmişdim:”Əsgər getmək istəyirsənmi?” İmkan olsaydı,o cavabların hamısını bura yazardım və görərdiniz ki,bütün bu real həqiqətlərdən,həyati bilgilərdən sonra ,özundə yalan adlı xoşagəlməz bir ünsürün elementlərini daşıyan”Bətənpərvərliyin təbligi” sözu nə qədər gülünc,saxta səslənirdi.Əsgərliyə getmək istəməməyin səbəbləri çox aydın izah olunmuşdu. Onun qardaşı,qonşusu,ya da başqa qohumu, tanışı əsgərlik xidmətində filan əziyyətləri çəkmiş (onu da deyim ki,bu əziyyətlərin möhkəmlənib kişilik məktəbi keçmək kimi şeylərə heç bir dəxli yoxdur) ,hansısa xəstəliyı tutub geri qayıtmışdı.Sonra da nəinki qiyməti verilmişdi,hətta əsgəri xidmətini yerinə yetirmədən cıbində hərbi bilet gəzdirən qonşu oglanın kinayələ baxışlarını üstündə gəzdirəcəkdi:”Çox böyük qəhrəmanlıq etmisən?!”Unutmayaq  ki, əsgərlik xidmətinin durumunu danışan və ozündən kiçiklərin getməyini məsləhət bilməyən adam özgəsi deyil, məhz xidmətini başa vurub geri qayıdan gəncdir.

...və bütün bunlardan sonra uşaqlarda vətənpərvərlik ruhunu aşilamaqdan otrü aparilan təbligat boş deyintiyə bənzəmirmi? Mən bu şeiri bir-iki il qabaq yazmışdım :

GÖRÜNTÜ,YOXSA DEYİNTİ

Müəllimlərə olunan töhmət,

məzəmmət:yoxdur təbligat!

ətəkləri yorgun-yorgun yellənən

müəllimlər

əsəbi,qaygılı səslərinə

qatıb bir az da hüzn:

-Uşaqlar,sabah ölkəmizdə matəmdir,

o müdhiş hadisənin ildönümü...

-Bilirik,müəllim,

televizorda göstərməyəcəklər fərli bir şey,

hamı qabaqcadan alıb kaset

baxmaq üçün...

Milli ordunun yaranması gününün idönümü ilə baglı bir veriliş  gedirdi televizorda.Gənclərdə vətənpərvərlik hissinin olmamasının səbəbini müxtəlif yerlərdə axtarırdılar:təbligatın yetərincə olmaması, esgər marşının zəif yazılması və s. və i. Gülüncdür! Verilişi aparan da ,orada iştirak edənlər də, milyonlarla tamaşaçı da çox yaxşı bilir ki, bunun səbəbi Azərbaycanda artıq kristallaşmış, daşlaşmış,kökləri “yuxarılardan”gələn rüşvətxorluqdu. Kim kimi aldadır?

Uşaq dünyaya gələndə , dogal olaraq , onunla birgə içində vətən sevgisi də dogulur.Yetər ki,   azacıq alovlandırasan.Ola bilməz ki, türk oglu türkün qanında bu hiss olmasın! Amma həmin gənc güvəndiyi,təpindiyi “əsgər marşı” altında elə yola düşməmiş qeyri-bərabər bölgünü görəndə,xidməti zamanı yan-yörəsində “yüksək təbəqənin”birinin də oglu gozünə dəyməyəndə...

Amma bir dəfə qəsdən verdiyim”Vətən sizə nə verib?”sualına yuxarı sinif şagirdim belə düzəliş eləmişdi:”Müəllim, gəlin sualı belə qoyaq:biz Vətənə nə vermişik?”

Sizi bilmirem,Babək bəy, mən hələ də ümidliyəm...