Azərbaycan hakimiyyətinin diaspora siyasəti: sözdə və əməldə

 

 

Babək Azəri   hüquqşünas

 

İndiki hakimiyyət geniş şəkildə və özü də inadkarcasına iddia edir ki, onun xaricdə güclü diasporası var. Və həmçinin bu yerdə onu da qeyd etmək lazımdır ki,  erməni lobbisinin qarşısında bunu yaratmağa müvəffəq olduğunda israrlıdı. Amma çox təssüf ki, müəyyən faktlar bunun əksini nişan verir.

  Azərbaycan qaynaqlarında və kütləvi informasiya orqanlarında diaspora ilə əlaqədar informasiyalar azdı və bəlkə elə buna görədir ki, diasporanın mahiyyətini çatdıracaq məlumatı kifayət qədər əldə etmək çətindir. Elə bu da səbəb olub ki,  diaspora adından sui - istifadə edib  və bəzi ucuz siyasi məhsulu Bakının siyasət bazarında çox baha qiymətə satmağa nail olublar.

 "Diaspora" termininin izahı və indiki hakimiyyətin bu ifadə ilə bağlı fikirlərinin üst.üstə düşmədiyini nəzərə alıb  bu yerdə adı gedən terminin izahına müyyən qədər yer ayırmağı özümə borc bilirəm. Əvvəlcədən qeyd edim ki, bu ifadənin akademik və elmi düşüncədə olan izahı ilə hakimiyyət dairələrinin təbliğatını apardığı diaspora çox fərqlidi.

  Diaspora nədir və diaspora təşkilatı hansıdır? Fikrimi sadə şəkildə aşağıdakı kimi izah edirəm :

 Bir məmləkətdə ki, icma və təşkilat çalışır siyasi, iqtisadi və mədəni fəaliyyətin üzərində təsir qoya, belə ki, alınan siyasi, iqtisadi və mədəni qərarlar onun müdafiə etdiyi  maraqlara zidd olmaya. Və ən yaxşısı o istədiyi yöndə ola. Bu fəaliyyətin adı lobbiçilik və ya diaspora adlanır. Və bu fəaliyyəti aparan təşkilatın adı diaspora təşkilatı sayılır.

   Diaspora iki formada özünü nişan verir :

 1. Bir məmləkətdə daxili qüvvələrin  diaspora fəaliyyəti.

 2. Bir məmləkətin başqa məmləkətdə diaspora fəaliyyəti.

Bir məmləkətin daxilində mövcud olan diaspora təşkilatının fəaliyyəti  o məmləkətin siyasi strukturuna bağlıdır və əslində bir demokratik rabitədə məna tapır. Lobbiçilik bir demokratik rabitədə fikirlərə təsir qoyma cəhdi sayılır. Bu gün lobbiçilik və ya diaspora Amerikanın siyasi sistemində əhəmiyyətli rol oynayır.Diaspora təşkilatları Vaşinqtonda özlərin diaspora təşkilatı kimi qeydiyyatdan keçirib  və bu təşkilatın təmsilçisi "Lobbister", yəni diasporaçu adlanır. Amma Avropada diaspora təşkilatının fəaliyyəti Amerikadakından fərqlidi. Yuxarıda qeyd etdiyimiz kimi bir məmləkətin içində daxili qüvvələrin diaspora fəaliyyəti bir demokratik siyasi sistemə ehtiyacı var.Əgər bir diaspora təşkilatı istər siyasi, istər iqtisadi və həmçinin mədəni qərarların alınmasına təsir qoya, gərək onda kütləvi informasiya vasitələrindən istifadə edə, millətin özünün  və onların siyasi təmsilçilərinin üzərində təsiri ola. Və nəhayətən bu təsir millətin səsində özünü göstərə. Çox təssüf, bu günkü Azərbaycanda kütləvi informasiya vasitələri ümumi halda bir qrupun monopolu altındadır və ondan da dəhşətlisi budur ki,  millətin səsində saxtakarlıq ola bilər. Elə bu səbəblərə görədir ki, Avropada və dünyanın inkişaf tapmış ölkələrində çeşidli siyasi qrupların arasında balans  və harmoniya yaranıb.  Çünki ciddi siyasi, iqtisadi, mədəni dəyişikliklər millətin səsi və istəyi ilə həyata keçir. Burda çoxdandır ki, siyasətdə intiqamla nifrətin yerini elmlə bilgi tutub.  

  Burda icazə verin əgər mövzuya dəxli olmasa da,  çox əhəmiyyətli olduğuna görə qısaca bu nöqtəyə işarə edim.  Tamam təcrübələr nişan verir ki, bir məmləkətdə ki uzun müddət nifrət və intiqam siyasətin əsil canı olanda  bu təhlükə var siyasətdə milli deproşiona, yəni milli kədərə səbəb ola. İnsan öz qabiliyyətinə fərd kimi və birlikdə millətin qabiliyyətinə şübhələnə. Bu halın ifadəsi milli deproşion adlanır və özünü ən çox bu fikirlərdə göstərir : " Bizim ləyaqətimiz elə bu hakimiyyətdir", "Bizim əlimizdən bundan artıq gəlməz",  "Biz heç zaman azadlıq üzü görməyəcəyik" və s. Və bəzən də onu öz gücünə inandırmağa çalışanda, bundan artığına layiq olduğunu deyəndə və ona çata biləcəyini söyləyəndə sənə sual verir: "Bizi Avropa ilə bir edirsən ? " Bu yerdə bu cümlənin işlənməsinə mən heç də təccüb etmirəm. Çünki millət içindən qırılıb.

 İndi Afrikanın bəzi ölkələrində uzun müddət siyasəti intiqamla, nifrətlə təcrübə edən və uzun müddət vətəndaş savaşına şahid olan millət, milli depreoşondan çıxa bilmir və hətta bəzi bu ölkələrdə deproşion səbəb olub mədəni ictimaiyyətin çağdaş nişanələri bu ictimaiyyətdə məhv ola və onun mədəni strukturunu dağıdıb XV əsrin normaları ilə feodalalizm qayda - qanunu ilə  idarə oluna.

   "Milli deproşion nədir və ondan necə çıxmaq olar ? " Bu mövzu mənim bir başqa yazımın bir başqa vaxtda mövzusu olacaq. Bizim bu yazının əsil mövzusu isə diaspora fəaliyyəti xaricdə, xüsusən Avropanın inkişaf tapmış ölkələrindəki  və Qərbdə diaspora fəaliyyəti ilə bağlıdır. Bir neçə səbəbə görə xaricdə diaspora Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

   1. Azərbaycanın inkişafı kapitala və xüsusən Qərbdə olan texnolojiyədir. Elə bu səbəbə görə xaricdə diasporanın fəaliyyəti  Azərbaycanın xarici siyasətinin xidmətində olmalıdır ki, bu sərmayəni və texnolojini Azərbaycana gətirə bilsin.

  2. İndiki qloballaşma dünyada bəzi vaxt qlobal və beynəlxalq normalar bir məmləkətin milli və məhəlli normaları ilə tutmur.  Və bu səbəb olur ki, bir məmləkətə dünya ictimaiyyətində maraq azala. Elə bu lobbiçiliyin əsas işi milli məhəlli normalarla qlobal normalar arasında harmoniya yaratmadı. Ona təsir qoyub və ondan təsir götürüb  və təmsil etdiyi məmləkəti dünya ictimaiyyətinin mədəni üzvi kimi göstərməyə nail ola. Bu yerdə məqam düşmüşkən fikrimə aydınlıq gətirmək üçün xatırladıram ki,  nə vaxt biz Azərbaycanda istəyirik  milli məhəlli normalarla qlobal normaları barışdıraq, bunun  iki tərəfi var. Necə ki, Azərbaycanı dünya ictimaiyyətinə təqdim edirik, o biri tərəfdən də lazımdır ki, dünya ictimaiyyətini Azərbaycana tanıtdıraq. İki misalla sözümə aydınlıq gətirəcəm. Bu gün xaricdə diaspora dünya ictimaiyyətinə nişan verir ki, gözü bağlı Ermənistana yardım eləmə səbəb olub ki, Xocalıda qadınların qarnını yarıb uşağını çıxarıblar. Bu Azərbaycan üçün qəbul olunan bir şey deyil. O biri tərəfdən əgər bu gün Azərbaycanın polisi müdafiəsiz insanları ancaq fikrinə görə meydanda batum altına salıb ölüncə döyür və bəzən də aldıqları zərbədən ölürlər. Bəlkə də bu Azərbaycanda  bir cəza norması ola bilər. Əlbəttə, burda sual etmək olar, bir məmləkətdə ki, ölüm cəzası ləğv olunub. Belə olan zamanda necə olur ki, polisin ixtiyarı var meydanda bir nəfəri ölənədək vura və həm də öldürə. Bu bir paradoks olduğunu gərək xaricdə olan diaspora xarici ölkələrlə müqayisə edərək Azərbaycan hakimiyyətinə çatdıra və bu vəsilə ilə Azərbaycanın milli məhəlli normaları  beynəlxalq normalarla tətbiq tapa. Azərbaycanın dünya ictimaiyyətinin gözündə siyasi, ictimai və mədəni mövqeyini artıra. Və bir başqa misalda demək olar yenə də diasporanın vəzifəsi çox şəffaf və aydın hakimiyyətə çatdırmaqdır ki, bu gün Azərbaycandan, xüsusən  Avropa ölkələrinə siyasi qaçqınlar gəlir. Və Azərbaycanda müxalif fikirli insanlara olan təzyiqə görə məcbur olurlar ki, ölkəni tərk edələr.   Azərbaycanı dünya ictimaiyyətinə mədəni bir ölkə kimi təqdim edən diasporanın fəaliyyətində  bu da ciddi maneə səbəb olur.

 Amma çox təssüf, indiki Dövlət Komitəsinin rəhbəri cənab Nazim İbrahimov çalışır ki, bəzi təşkilatları müvəffəq bir diaspora təşkilatı kimi Azərbaycan mediyasında təqdim edə.  Əgər bu təşkilatlara diqqət eləsək görərik ki, diasporaya aid olan xüsusiyyət bu təşkilatlarda yoxdur. Diaspora təşkilatı əgər istəyir müvəffəq ola, gərək müəyyən qədər olduğu ölkədə siyasi və iqtisadi gücə malik ola. Əslində o iqtisadi və siyasi gücünə görədir ki, ciddi tutulur. İldə bir - iki dəfə Avropanın bəzi şəhərlərində aksiyon keçirmə və ya bəzi şəxslərə e-mail göndərməni müvəffəq diaspora adlandırmaq olmaz. Diaspora təşkilatı gərək ki,  bir öz yaşadığı ölkədə siyasi, iqtisadi və mədəni icmalarla müntəzəm əlaqə saxlaya və nişan verə ki, xüsusən siyasi gücə malikdir. Məsələn, əgər seçimlərdə filan namizədə dəstək versə, onun mənası neçə min səsdi o namizədə. Ya bu diaspora təşkilatında bu güc var hər hansi iqtisadi proyektdə iştirak edə və min nəfərə iş yeri yarada. Və ya əksinə, bir iqtisadi müəssisəni bağlaya, min nəfər işsiz ola. Çox təssüf ki, Dövlət Komitəsi xaricdə o təşkilatları ki, diaspora adlandırır, onları diaspora adlandırmaq olmaz. Amma çox təssüf,  bu təşkilatın adları da diaspora olsa, əməldə özlərini YAP - ın özəkləri kimi aparırlar və işləri ancaq gözü bağlı hakimiyyətə reklam aparmaqdır.Elə bu səbəbə xatirdi bəzi fərdlərin savadının azlığına və xaricdə düz -  əməlli işinin olmadığına baxmayaraq, Bakının siyasət bazarında bir nömrəli diaspora şəxsiyyəti kimi təqdim olunurlar. Və elə bu yerdə Dövlət Komitəsi Azərbaycansevərlərdən bir qara siyahi düzəldib və onları Azərbaycanın düşməni kimi nişan verməyə çalışır. Özünüz bildiyiniz kimi diasporanın işi Azərbaycan hakimiyyətindən yox,  Azərbaycanın milli mənafelərindən müdafiə eləməkdir. Dövlət bir qrupun əlində əmanətdir,  hakimiyyət isə gələr - gedər. Amma milli mənafelər həmişəlikdir.Və diaspora milli mənafeyi müdafiə edir, xüsusilə xaricdə diasporaya hakimiyyət və müxalifət davası salmaq bizim milli mənafelərə ziddir. Çox təssüflə, indiki hakimiyyət diaspora təşkilatına özünün təbliğat aparatı kimi baxır  və adamların indiki hakimiyyətə münasibəti səbəb olur ki,  diaspora və ya qara siyahısından baş çıxara. Burda insanların qabiliyyıti, iş bacarıb, bacarmaması  əsas deyil. Bəlkə onun Harun  - ər - Rəşidin Əxvəş keçisi kimi "bə - bə - bə"  deməsi, yəni "bəli, bəli, bəli"si şərtdi. Əlbəttə, bunlar bir ümumi söhbətdir.  Gəlin Azərbaycanı dünyada başqa ölkələrlə müqayisə etək. Onun özünəməxsus bir xüsusiyyəti var, diaspora, lobbiçilik işinə əhəmiyyət verir. Çünki Azərbaycanın 20% ərazisi işğal olunub, bir milyon qaçqını var və imkanı var ki, müharibə yenidən başlana. Azərbaycanın xaricdəki lobbisi Ermənistanın güclü lobbisi ilə rəqabət məcburiyyətindədir. Bu cür  vəziyyətdə durub əsassız  iddia etmək ki, biz güclü diaspora yaratmışıq, bu milləti aldatmaq, ona səhv informasiya verməkdir.  Və milləti qəflət yuxusunda saxlamaqdır. Əslində siyasətdə yalan çox deyilər, mən özüm siyasəti müqəddəs bir şey hesab etmirəm. Ancaq o yalan ki, bizim milli mənafeyimizə ziyan vurur, bu da vətənpərvərlik prinsiplərinə uyğun deyil. Millətimizin ziyalıları problemləri tanımalı və azad şəraitdə onlara çıxış yolu tapmalıdırlar.