Təbriz Prakrorluqunun ( dadsitanisi ) əmrinə əsasən Çıngız Bəxtavər Mordad (Avgost ) ayinin sonuna qədər həbsdə qalmalıdır.
22 may qiyamının il dönümü münasibətilə əlaqədar 40 gündən artıq qeyri qanuni həbs olunan Çıngız Bəxtavər Avgost ayinin sonuna qədər buraxılmayacaq. Çənqiz 20 mayda iş yerində İranın MTN ya İTTelaat və əmniyyət qüvvələri tərəfindən yaxalanıb. 10 gündən artıq qeyri qanuni şəkildə istintaq mərhələsini keçirdikdən sonra Təbriz məhkəməsinin 19-cu bölməsinin qərarına əsasən 2 ay muvvəqqət həbsə məhkum olub. Özü və həyat yoldaşı tərəfindən hökmə etiraz edib və ədliyyə başqanı və sayır məsul məqamlara etiraz məktubları yazdıqdan sonra 2 ay həb qərarı hakim cənab " Bahuş " tərəfindən sindirilib və vəsiqə qərarı ilə azadlıqa buraxılmasına çevrilib.
Amma nə yazıq ki Təbrizinin faşist və Fars şovinizminin quyruğu olan prakrorluqu onun ( çınqizin ) həyat yoldaşı və ailəsini alçaqcasına təhqir edərək hakimiyyətə bağlı olan məhkəmənin hökmünü qeyri normal şəkildə qəbul etmədən onu cənab " Əli Əkbəri " hakim olduğu başqa məhkəməyə irca edib . ailədən aldığım məlumata əsasən keçən həftə Şənbə günü ( 23.06.2007 )Çınqiz yenidən mühakimə olunub və yeni qərarın verilməsi gözlənilirdi , amma nə yazıqlar ki Təbriz prakrorluqu məhkəmənin təşkil tapmasına imkan verməyib və özü şifahi şəkildə Çənqizin Mordad ( Avgost ) ayinin sonuna qədər həbs olunmasının qərarın verib !
Bu kimi qeyri insani və qeyri qanuni işlər bütün Güney Azərbaycan Milli hərəkatının siyasi məhbuslarına qarşı tətbiq olunur və hədəf , İranın daxili və Beynəlxalq qanununlara və prinsiplərə etinasız yanaşması , onların İran İslam Respublikasında etibarsız olduğu , və əsasən siyasi məhbusların özləri və ailələrinə pesikolojik baxımdan təzyiq göstərmək və ruh düşkünlüyü yaratmaqdır !
Necə olur ki bir insan, curmu aydın olmadan , məhkəməsi təşkil tapmadan , ona ( guya ) qanuni məhkəmədən ! cəza verilmədən həbs edilir !?
« Əgər Azərbaycan Türk millətinin haqlarını Beynəlxalq qanunlara əsasən tələb etmək və onun uğrunda mübarizə etmək ,İran İsalam hakimiyyəti tərəfindən curm sayılırsa mən bu curumun cəzasını çəkməyə canla başla hazıram . Bu vasitə ilə qanuni məhkəmənin təşkil olmasını tələb edirəm .»
Bu paragiraf Çingiz Bextavərin zindandan söylədiyi sözlərdir .
Sonunda tamam beynəlxalq hüquq qurumları və umum milli fəallardan xaricə və daxildə Güney Azərbaycan milli hərəkatının siyasi məhbusların haqlarını müdafiə etməkdə ciddi və aktiv olmalarını xahiş edirik. Düşmən amansızcasına zərbələrin endirməkdədir , bəlkə bəzilərinə bu məsələ tam duyulmur ! , təzyiqlər həqiqətən ciddidir. Düşmən tədricən bizim enerjimizi tükəndirmək istəyir. fikir ayrılığı , təfriqə salmaqla gücümüzü bölməkdədir. Çox çətin ,həssas , gərgin durumdur. Gərçəkdən birləşmək çağıdır. Bir cəbhədə yumruq kimi olmalıyıq.
Vətənə , Millətimizə , gələcək nəslə cavab verməliyik .
Yaşasın Güney Azərbaycan Milli Azadlıq Hərəkatı
Babək Bextavər
29.06.2007