POLAD BÜLBÜLOĞLU XANKƏNDİNDƏ
ÜNSİYYƏTDƏN və GÜZƏŞT AXTARMAQDAN DANIŞIB
2007-06-28,
20:19:00
«Qarabağ
münaqişəsində tərəflər arasında körpü
qurmaq yaşlı nəsil üçün asandır». Bu sözləri bu gün
Xankəndinə getmiş Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu deyib.
|
|
|
Polad |
«Turan»
İnformasiya Agentliyi xəbər verir ki, P.Bülbüloğlu
səfər zamanı qarşılıqlı dialoqdan danışıb:
«Bizim nəsil bir-birini tanıyır, ona görə nə
qədər ki, biz varıq, dialoq, əlaqələr qurmaq, öz
nöqteyi-nəzərimizi açıq söyləmək, çıxış
yolları, güzəştlər axtarmaq lazımdır».
Bu
gün Azərbaycan nümayəndə heyəti Ağdərə-Tərtər
yolunda cəbhənin minalardan təmizlənmiş sahəsini
keçərək Xankəndinə gedib. Xankəndinə
Ermənistanın Rusiyadakı səfirinin başçılığı
ilə Ermənistan ziyalılarından ibarət nümayəndə
heyəti də gəlib.
Səfər hər iki səfirin təşəbbüsü ilə
təşkil olunub. Jurnalistlərlə söhbətdə P.Bülbüloğlu
media işçilərinin, deputatların və digər nümayəndələrin
iştirakı ilə gələcəkdə də görüşlər
keçirilməsinin zəruriliyini vurğulayıb. «Bir-biri ilə
tolerantlıqla ünsiyyət qura, fikrini bildirə bilən insanları
seçmək, bizi birləşdirən nöqtələri, böhranın
həllinə xidmət edən imkanları axtarmaq lazımdır»
deyə Azərbaycanın səfiri bildirib.
POLAD
BÜLBÜLOĞLU QUKASYANDAN SONRA KÖÇƏRYANIN DA QƏBULUNDA OLUB (Materiala
fotoşəkil əlavə edilib)
2007-06-28 - 20:59:00
|
Şəkildə:
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu,
Musiqi Akademiyasının rektoru Fərhad
Bədəlbəyli və Bakı Slavyan Universitetinin
rektoru Kamal Abdulla Köçəryanın qəbulunda. |
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun
və Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyanın
rəhbərliyi ilə Dağlıq Qarabağa səfər
edən Azərbaycan və erməni nümayəndə
heyətləri bu gün Xankəndindən Yerevana yollanaraq
Ermənistan prezidenti Robert Köçəryanla da görüşüb.
«Media
forum» «Novosti-Armeniya»ya istinadla xəbər verir ki, Köçəryan
nümayəndə heyətlərini qəbul edərkən
səfəri müsbət təşəbbüs kimi
dəyərləndirib. R.Köçəryan deyib ki, Azərbaycanla
Ermənistan əməkdaşlıq yollarını axtarmalı,
iki ölkənin cəmiyyətləri arasında təmas yaradılmalıdır.
Azərbaycan
nümayəndə heyətinin üzvləri bildiriblər ki, iki xalq
arasında dostluq, tərəfdaşlıq və əməkdaşlıq
münasibətlərini bərpa etmək üçün Ermənistanın
və Azərbaycanın yaşlı nəsli arasında əlaqələri
güncləndirmək və məsələyə gənc
nəsli də qoşmaq lazımdır.
«Media
forum»
ERMƏNİSTANIN
SƏFİRİ BAKIYA GƏLİR
2007-06-28 - 21:10:00
Ermənistanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Armen Smbatyanın rəhbərlik etdiyi nümayəndə
heyəti bu gün Azərbaycanın Rusiyadakı fövqəladə
və səlahiyyətli səfiri Polad Bülbüloğlunun
rəhbərlik etdiyi nümayəndə heyti ilə birgə Bakıya
yola düşüb. Bu barədə «Media forum» saytı «Novosti-Armeniya»ya
istinadla xəbər verir.
|
|
|
Armen |
Hər
iki nümayəndə heyəti bu gün əvvəlcə Dağlıq
Qarabağda, sonra isə Ermənistanda olub. Xankəndində
onlar Qarabağ separatçılarının lideri Arkadi Qukasyanın,
Yerevanda isə Ermənistan prezidenti Robert Köçəryanın
qəbulunda olub.
Bakıda nümayəndə heyətlərini Azərbaycan
prezidenti İlham Əliyevin qəbul edəcəyi bildirilir.
«Media
forum»
AZƏRBAYCAN
SƏFİRİNİN DAĞLIQ QARABAĞA SƏFƏRİNƏ
İLK REAKSİYALAR
2007-06-28 - 20:45:00
«Qarabağa
səfər - iki səfirin, Azərbaycan və Ermənistanın
sabiq mədəniyyət nazirlərinin şəxsi təşəbbüsüdür».
Bu sözləri «Turan»a açıqlamasında Azərbaycanın
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Xəzər İbrahim Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlunun Dağlıq Qarabağa
səfərini şərh edərkən deyib.
X.İbrahimin
sözlərinə görə, Xankəndində «Dağlıq Qarabağ
icmasının nümayəndələri ilə» görüş olub.
Bu görüş «Dağlıq Qarabağın münaqişə
tərəfi olaraq tanınması kimi qiymətləndirilə
bilməz, çünki səfirin şəxsi təşəbbüsü
ilə həyata keçirilib».
Lakin
ictimaiyyət nümayəndələri bununla razı deyillər.
«Bu,
rüsvayçılıq və biabırçılıqdır» deyə
Qarabağ Azadlıq Təşkilatının lideri Akif Nağı
P.Bülbüloğlunun Dağlıq Qarabağa səfərini münasibət
bildirərkən deyib: «Səfir buna görə cavab verməlidir.
Bu məsələ bizim 3 iyul tarixli iclasımızda xüsusilə
müzakirə olunacaq. Lakin artıq aydındır ki, biz
səfirin geri çağırılması məsələsini
qaldıracağıq».
Xarici
siyasət üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə
P.Bülbüloğlunun səfərini yolverilməz addım kimi
qiymətləndirib: «Bu, münaqişə həll olunana
qədər Azərbaycan nümayəndələrinin
Ermənistana və Qarabağa səfərlərinin
yolverilməz olduğu haqda Azərbaycan hakimiyyətinin çağırışlarına
ziddir. Amma tamamilə aydındır ki, Polad Bülbüloğlu öz
istəyi ilə Qarabağa gedə bilməzdi».
Müsavat
Partiyasının başqanı İsa Qəmbər səfirin
səfərindən təəccübləndiyini deyib: «Kifayət
qədər informasiya olmadan vəziyyəti
qiymətləndirmək olmaz. Amma rəsmi qurumlar bu müəmmalı
səfərə aydınlıq gətirməlidirlər».
Demokrat
Partiyasının sədri Sərdar Calaloğlu bildirib: «Polad Bülbüloğlu
səlahiyyət sahibi olmadığı üçün dövlət adından
danışa bilmir. Burada qorxulu olan Dağlıq Qarabağı
tərəf kimi tanıtdırmaq istəyidir. O biri y andan Dağlıq
Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır
və buna görə bu səfərə siyasi çalar vermək düzgün
deyil. Bu məsələ əvvəl-axır həllini tapmalıdır».
Xalq
Cəbhəsi Partiyasının sədri Əli Kərimliin münasibəti
isə belə olub: «Əvvəla, hesab edirəm ki, hökumət
bu məsələyə təcili aydınlıq
gətirərək səfirin hansı niyyətlə bu prosesdə
iştirakçı olduğunu izah etməlidir. Digər
tərəfdən, rəsmi Bakının nə
deməsindən asılı olmayaraq rəsmi şəxsin
separatçı qüvvələrlə görüşərək danışıqlar
aparması tədricən də olsa separatçı qüvvələri
danışıqlarda tərəfə çevirmək cəhdidir.
Erməni diplomatiyası bu məsələ ətrafında uzun
illərdir çalışır, amma nəticə əldə
edə bilmirdi. Bu Azərbaycan diplomatiyasının yeganə üsütnlüyü
idi ki, onu da əldən verir. Heç bir halda Dağlıq Qarabağ
tərəf olmamalı və danışıqlar
Ermənistan-Azərbaycan müstəvisində aparılmalıdır».
Hüquq müdafiəçisi Murad Sadəddinov qeyd edib ki, səfirin
Qarabağa səfəri hakimiyyətin ikiüzlülüyünün təzahürüdür:
«Bunu hüquq müdafiəçiləri edəndə onlara yumurta atırlar,
televiziyada pərt edirlər və təhqir edirlər. Mənə
indi bizim saxta patriotlarımızın necə
hərəkət edəcəyi maraqlıdır».
SENSASİYA!
AZƏRBAYCANIN SƏFİRİ QARABAĞ SEPARATÇILARININ QƏBULUNA
GEDİB (Materialdakı foto təzələnib)
2007-06-28 - 20:08:00
|
|
|
Bu şəkil
Qarabağ separatçılarının www.president.nkr.am
saytından götürülüb: |
Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və
səlahiyyətli səfiri Polad Bülbüloğlu Ermənistanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Armen
Smbatyanla birlikdə Dağlıq Qarabağa gedib və Qarabağ
separatçılarının lideri Arkadi Qukasyanın qəbulunda
olub. Bu sensasiyalı xəbər günün ikinci yarısında yayılıb.
«Turan»
İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycanın
Xarici İşlər Nazirliyinin mətbuat xidmətində bu
xəbəri kifayət qədər sakit qarşılayıblar
və bildiriblər ki, hələlik onlara heç nə bəlli
deyil, məsələ ilə bağlı şərhlər
sabah olacaq. Azərbaycanın Moskvadakı səfirliyindən
isə «Turan»a bildiriblər ki, səfir Moskvada deyil, harada olduğu
da məlum deyil.
Bununla
belə, «Arminfo» agentliyi bildirir ki, «Dağlıq Qarabağ
Respublikasının prezidenti Arkadi Qukasyan Armen Smbatyan və
Polad Bülbüloğlunun başçılığı ilə
erməni və Azərbaycan ziyalılarını qəbul edib».
«Arminfo»nun
xəbərində deyilir: «DQR ziyalılarının iştirakı
ilə keçirilən söhbət zamanı münaqişə
tərəflərinin xalqları və cəmiyyətləri
arasında dialoq qurulması və onlar arasında qarşılıqlı
etibarın bərqərar edilməsi problemi müzakirə olunub.
İştirakçılara müraciət edən Arkadi Qukasyan
səfirlərin təşəbbüslərinin əhəmiyyətini
qeyd edib və bildirib ki, bu, Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi prosesi ətrafında sağlam və
konstruktiv atmosfer yarada bilər. DQR prezidenti Qarabağ
tərəfinin tərəflər arasında olan
səbirsizliyin və müharibəyə çağırışların
yalnız münaqişənin həllinə mane olacağı
haqda mövqeyini təsdiqləyib. Görüş iştirakçıları
iki ölkə ziyalılarının dialoqunun gələcəkdə
də davam etdiriləcəyinə və daha da genişlənəcəyinə
ümid ifadə ediblər».
«Turan»
İnformasiya Agentliyinin məsələ ilə bağlı qısa
şərhində bildirilir ki, Azərbaycan prezidenti İlham
Əliyevin hərbi revanşa və işğal edilmiş
torpaqlarımızın azad olunmasına çağırışlarını,
gündəlik bəyanatlarını nəzərə aldıqda,
yəni rəsmi Bakının bəyan olunan mövqeyindən yanaşdıqda
bu hadisəni izah etmək kifayət qədər çətindir. «Baş
verənlər gəncləri qan tökmək və Vətəni
işğalçılardan azad etmək çağırışı
ilə bir yerə sığmır. Belə şəraitdə
səfirin Qarabağa səfəri və separatçıların
lideri ilə görüşü hökumətin nüfuzuna əhəmiyyətli
zərbə vuracaq və hakimiyyətin
vətənpərvər ritorikasına inamı sarsıdacaq»
deyə «Turan»ın şərhində vurğulanır.
http://mediaforum.az/