Asif Ata

          MİLLİ BİRLİK --   MİLLİ DİRİLİK

  (  İzhar )

 

Əyər Milli Birlik  Milli Təmizlənməylə birləşməsə o, milli Ölülük olacaq.

Əyər Özgəçilikdən Təmizlənməsək --  Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Qərbçilikdən Təmizlənməsək -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Xurafatçılıqdan Təmizlənməsək --  Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Hakimiyyətçilikdən Təmizlənməsək -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Rəiyyətçilikdən Təmizlənməsək --  Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

 Əyər Əsarətçilikdən Təmizlənməsək -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Zahiriçilikdən Təmizlənməsək -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

Əyər Təqlidçilikdən Təmizlənməsək -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

 Əyər Həsədçilikdən Təmizlənməsək  -- Milli Birliyimiz Milli Ölülüyümüz olacaq.

 Milli Birliyimizin Milli Dirilik olması üçün Milli Təmizlənmə gərək.

 

                                                             23 Qismət Günü, Od Ayı

                                                                           15 ci il. Bakı

 

 

 

 

  

                                           VƏTƏN -- SƏN

                                                  ( İzhar )

Vətən -- sənsən.

Özündən ayrı yaşaya bilməzsən!

Həyat sənə yad ola bilər.

Vətən həmişə doğmadır.

Çünki özünə yad ola bilməzsən!

 Vətəndən ayrı yaşayan --  özündən ayrı yaşayır.

 Tək qalanda belə Vətənləsən.

Maddi mənafe qurtarır -- Vətən yaranır.

Torpaq müqəddəsləşir.

Tarix müqəddəsləşir.

Adət müqəddəsləşir.

Əcdad müqəddəsləşir.

Vətənə Mütləq İnam doğur --  Vətən yaranır.

Vətən dərdlısı olursan,

Vətən qəhərlisi olursan,

Vətən qeyrətlisi olursan,

Vətən Həyanı olursan,

Vətən dayağı olursan.

Vətənə gərək olduğun dərəcədə özünüə gərək olursan.

Hamı Vətənli olmur.

Vətəndə Vətənsiz yaşayanlar var.

Vətənlə bir olmurlar.

Özləri ilə bir olmurlar.

Özgələşirlər.

Özgələşən --  eybəcərləşir. Şərləşir.

 

             İzharları təqdim edən Asif Ata Ocağının Evladı Eluca Atalıdır.