BABƏKLİYİMİZ
--
XÜRRƏMDİNLİYİMİZ
ASİF
ATA
I. FƏRƏH İNAMI
Babək
Ləzzət İnamı yaratmamışdı.
Fərəh İnamı yaratmışdı.
Ləzzət
İnamçısı 23 il Xilafətlə döyüşməzdı --
ləzzətindən keçməzdı,
--
Babək özündən keçmışdi.
Babək İnamının Yazılarını məhv
eləyiblər, amma Babək əməli gəlib bizə çatıb.
Babək əməli əsasında Babək İnamını
fəhm etmək olar. İnsan
Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh --
isə
Azadlıqdır. Azadlıq --
İnsanın özünəməxsusluğu, özünəsahibliyi,
özündən asılılığıdır.
Azadlıq --
İnsanı İnsandan kənardakı Zorakı Qüvvəyə
yox, özünə tapşırır :
Azadlıqda --
İnsan Aqibətini özü yaradır, ömrünü özü yaradır, ömrünü
özü Yazır, özündən kömək diləyir,--
əfsanələrdən, xurafatdan, xülyadan yox
özünə əl uzadır
--
əfsanələrə, xurafata, xülyaya yox. özünə çatır
--
əfsanələrə, xurafata, xülyaya yox
həqiqətə inanır --
cəfəngiyyata yox Azadlıqdan
böyük cənnət tanımır, əsarətdən böyük
cəhənnəm Xeyirdən
böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə
qərq edir.
O,
Yenilməzlik Tələbidir --
Zora əyilməmək, özümlüyü qorumaq --
Vüqari, Ləyaqəti...
Xalq --
İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik --
Müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs
Fərəhə qərq edir.
Zora yenilməmək, zoru yenmək --
Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı --
Xəlifət İnamına daxilən, üzvi surətdə,
qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı.
Xəlifət Babək Peyğəmbərliyi və
qəhrəmanlığından dəhşətə gəlmişdi.
Peyğəmbərlik ilə Qəhrəmanlığın
misilsiz birliyi yaranmışdı və bu birlik başı Bağdadda,
ayağı Hindistanda olan Xəlifət Həşəmətini
yerindən oynadırdı.
II. ŞİRVİNLİK
Babək
daxilində Şirvin gəzdirdiyinə inanırdı. Şirvin
qədim Şərq Allahlarından biriydi və insandan
kənarda yox, insanda yaşayırdı. İnsanı yaratmamışdı,
ancaq onu Allahlığa --
İlahi qüdrətə çatdırırdı,--
hər dövrdə bir Şəxsin ömründə zühur edirdi,--
Xürrəmilər zamanında Babəkin aqibətinə düşmüşdü.Rəmzi
biçim Ruhani həqiqət söyləyirdi.
Allahlıq
İnsandan kənarda deyil, İnsandadır. İnsan öz
mahiyyətinə görə İlahi
xilqətdir bu
İnam Babəkə --
Möhtəşəm Yaıyla döyüşən Peyğəmbərə
və Qəhrəmana gərək idi.
Babək Şirvinin qulu deyildi, o Şirvinə itaət
eləmirdi. Şirvindən qorxmurdu, Babəkin üzərində
Şirvin hökmranlığı durmurdu
Şirvin Babəkin qəlbində, ağlında, əməlində
yaşayırdı.
Babək özünü Allah sayırdı, bununla da ülvi bir
həqiqəti izhar edirdi İnsan
özü Allahdır, onu yenmək, əzmək, tapdamaq olmaz
daxildə Allah gəzdirən üçün mümkün olmayan əməl
yoxdur, bu səbəbdən də Xəlifət adlanan Azmanla döyüşmək
olar, Qüdrət sındıran Zoru sındırmaq olar, daxilində
Şirvin gəzdirən Fatehlik Dünyasına qarşı dura
bilər : --
Dünyanı əyənlərə əyilməmək
İnadı yaradərdə Şirvinlik Babəkdə --
Ərdəbildə Şirvin zühur etmişdi, Bəzz qalası
ucalığında dayanan, dəhşətlə döyüşən.
III. BABƏKİLİK --
MƏZDƏKİLİK
Babəkliyi
Məzdəkliyin davamı sayırlar. Əslinə isə
Babəkliklə Məzdəkliyi yalnız Zərdüştlüyün
Ümumi İdeyası --
hürmüzdlə Əhrimənin, İşıqla Qaranlığın
dğyüşü birləşdirir həm Babək, həm də
Məzdək öz əməllərində Zərdüşt İnamına
tapınırdılar.
Məzdək
Umumi Mülkiyyətə bel bağlayırdı, Babək Ümumiçiliyi
--
Fərziyyədir. Babəkçiliklə Hürmüzd
İşığı müqəddəs Fərəhə çevrilmişdi
bu Fərəh Xəlifət Etiqadı adlanan Qaranlığa
qarşıydı. Babək Qəhrəmanlığı Peyğəmbərliklə
tən idi. Babək Yurdunu Xəlifət əsarətindən --
Cəhalətindən xilas edirdi, İnsanları İtaət
Fəlakətindən qurtarırdı Azad Ağil, Azad Ürək,
Azad İradə uğrunda döyüşürdü.
Babəki
təkcə üsyankar kimi anlamaq --
səhvdir, Babək --
İnamçıydı, etiqadçı, Ruhçuydu
o, Xəlifətçiliyi İnsan Aqibətindən silmək
istəyirdi. Məzdək Zərdüştçülüyə arxalanan Üsyançı
idi.
Babək
Zərdüştçülükdə yüksələn
Peyğəmbər idi, həm də Peyğəmbərə
Qəhrəmanlıq bəxş olunmuşdu.
IV. BABƏK və SPARTAK
Babəki Spartakla müqayisə edirlər. Bu müqayisədə
üstünlük babəkin tərəfindədir.
Spartak Roma İmperiyasıyla bir il döyüşdü, Babək
Xəlifətlə 23 il . Spartakın məqsədi Roma imperiyasını
yox etmək deyildi Vətənə
fraksiyaya qayıtmaq idi.
Babəkin məqsədi --
Xilafəti --
Xəlifətçiliyi
yer üzündən silmək idi.
Spartak --
Üsyan yaradıcısıydı, Babək --
İnam yaradıcısı. Spartak da Babək kimi Azadçıydı
--
ancaq Babək Azadçılığı İnam
səviyyəsindəydi.
V.BABƏK və ƏFŞİN
Babək də Xəlifətə qarşıydı,
Xəlifət sərkərdəsi əfşin də.
Babək Xəlifətin Mövcudluğuna, mahiyyətinə --
İnamına, İdrakına, Əxlaqına, İradəsinə
qarşıydı, Əfşin --
hakimiyyətinə.
Babəkin İdealı --
Azad İnam, Azad İdrak, Azad Mənəviyyat, Azad İradə
--
Azad Yurd ... idi, Əfşinin İdealı, Fatehlərdən
Azad olmuş Sasani İranı.
Babək Xəlifətlə açıq döyüşürdü, Əfşin
gizli.
Əfşin Babəklə birləşmək istəyirdi
;
Babək
Əfşinlə birləşmədi:
Sasani İranı daxilində AZƏRBAYCAN MÜSTƏQİLLİYİNƏ
küsənmədi.
Babəkə əsl müsəqillik gərək idi.
Babək Əfşinlə birləşsəydi --
Öz Azadlıq İnamına dönük çıxardı.
Babək xəlifətə qarşı olduğu
dərəcədə əslində Əfşinə qarşıydı.
Əfşinə -- Möhtəşəm
İran gərək idi :
Azərbaycan Müstəqilliyi həmin möhtəşəmliyə
xidmət etməliydi.
Babəkə -- Azad
Azərbaycan gərək idi: --
Azadlıq özü ən böyük Möhtəşəmlikdir --
Bütöv, bölünməz.
Babək --
Əfşin birliyi yaranmadı, çünki əslində
Babək --
Əfşin Təzadı var idi.
VI. BABƏK --
SƏHL
Səhlin İnamı --
varidat idi :
bu İnam
naminə Ləyaqətdən keçmişdi
Babəkin başına çoxlu varidat düşürdü.Onu qazanmaq
üçün riyaya tapınmaq, xainlikdən, müxənnətlikdən,
biclikdən, qəbahətdən, həqarətdən faydalanmaq
gərək idi.
İnsanlıq
varidata satılırdı:
Vicdan, Namus, Qeyrət.
Babəki
satmaqla Səhl --
İnsaniliyi satdı.
Babək
--
Azadlıq pərvanəsiydi, Səhl --
varidat divanəsi.
Satqınlıq
Varidatı Səhlə cahcəlal gətirdi
Baqratilər adlı çar sülaləsi yarandı xain əməldən.
Səhl
Babək ölümündən Qazandı.
Babəki qətlə yetirən Xəlifət Səhli
taxta çıxartdı.
VII, BABƏK --
HÜRUFİLƏR
babək "Mənəm Allah "--
deməyib --
"Məndə Şirvin var" --
deyib. Hürufilər "Mənəm Allah!"
deyiblər --
mahiyyətcə BAbəkə xas olanı deyiblər.
Babək "İnsan --
Allahdır!" demirdi:
Azad İnsan uğrunda döyüşürdü. Əslində Azadlıq
--
elə Allahlıqdır.
Hürufilər "İnsan
--
Allahdır" deyirdilər;
mahiyyətcə Babəkə
xas olanı deyirdilər.
Babək " İnsan Qəlbi --
Göydür!" demirdi, ancaq Mənəviyyat Azadlığı
uğrunda dğyüşürdü.
Hürufilər "İnsan Qəlbi --
Göydür!" deyirdilər. Mahiyyətcə BAbəkə xas olanı
deyirdilər.
Babək "İnsan sifəti Müqəddəs Kitabdır"
demirdi, ancaq İnsan
Ləyaqəti uğrunda döyüşürdü.
Hürufilər "İnsan sifəti müqəddəs Kitabdır"
deyirdilər , mahiyyətcə
babəkə xas olanı deyirdilər.
Babək "İnsan kainatın Ali nəticəsidir"
demirdi, ancaq İnsan Vüqarı uğrunda döyüşürdü.
Hürufilər " İnsan kainatən Ali nəticəsidir!"
deyirlər, mahiyyətcə Babəkə xas olanı
deyirdilər.
Hürufilərin İnsan İnamı Babəkin Azadlıq
İnamına Doğmadır.
Babəklə Hürufilər arasında Müqəddəs Bağlılıq
var.
VIII. BABƏK --
FÜZULİ
Babək fərəhi --
Füzuli Eşqində yaşayır. Eşq Füzuliyə
Əzabəyla, Məşəqqətiylə, Dəhşətiylə,
Yanğısıyla Kamillik yoludur Füzuli
Eşq bəlasından cuşa
gəlir, onu çağırır, ona qovuşur
Yanmaq -- Fərəhə
çevrilir Eşq Füzulidə;
Müqəddəs Kədər Sahibidir Füzuli --
Mahiyyətcə Fərəhlidir.
Füzuli Kədərinin Mənası
--
Fərəhlidir.
Füzuli Kədərində Babək Fərəhi yaşayır.
IX.
BABAK --
MUĞAM
Muğam Müqəddəs Fərəh yoludur.
Mütləqə qovuşma vasitəsiylə Müqəddəs
Fərəhə çatmaqdır.
Dünya qəmini anlamaq Fərəhidir.
Şərlə döyüş Fərəhidir.
Müqəddəs
hiddət Fərəhidir.
Müqəddəs heyrət Fərəhidir.
Muğam Ali İnsanilik vəsfidir, bu səbəbdən
də Müqəddəs Fərəh izharıdır. Babək
Ruhuyla təndir.
X. AQİBƏT
Misilsiz böhtanlara məruz qalıb Babək.
İnamını nəşəlik, haramlıq, zinalıq
kimi qələmə veriblər."Xürrəmi"liyi
fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar.Döyüşünü
qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim
ediblər.
Çünki qorxublar.
Əvvəl Babəkin özündən, sonra Xatirəsindən.
Bu səbəbdən də əvvəl özünü, sonra
xatirəsini şaqqalayıblar.
İndi də qorxurlar.
Ruhundan qorxurlar.
İtaət İnamından qorxmurlar.
Azadlıq İnamından qorxurlar.
XI. GƏRƏKLİK
FƏRƏH İnamı gərəkdir Yurdumuza, Şərqimizə,
Dünyamıza.
Fərəh Müqəddəsliyi gərəkdir.
Müqəddəs Fərəh gərəkdir.
Fərəh Ruhu gərəkdir.
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
25 İşıq Ayı, 14 cü
il.
25 may, 1992.
Bakı