گونتاي
جاوانشير(گنجآلپ)
قوزئي
آذربايجاندا
فئوداليزم
يئنيدن
باشلايير!
1918-
جي
ايلده قوزئي آذربايجاندا
ايلک
دئموکراتيک
دؤولت
قورولموش
اولور. بو
دؤولت اؤز
پروقرامينا
بوتونو ايله
غربلشمه ني
يئرلشديرميشدي.
1918- جي
ايلده
قورولموش
اولان
دئموکراتيک
آذربايجان
جومهورييتي
شرق
تاريخيندن
بؤيوک قوپوش و
آيريليش
پلانلاري
ايله
مؤوجودلوغونو
دويورموشدو.
اؤزلليکله
ايقتيصاديياتداکي
پلانلاري
قيسا زامان
ديليمي
ايچينده
بؤيوک
سيچيراييش
ساغلاياجاقدي.
چونکو،
يالنيز
سيياستده
دئموکراسيني
و
سئکولاريزمي،
کولتورده
چاغداشلاشماني
دئييل،
ايقتيصاديياتدا
دا مودئرن
ايمکانلارا اساسلانماغي
دوشونموشدولر.
يعني
هم تاريمدا
(اکینچیلیکده)،
هم ده صنايعلشمه
ده غرب
مودئليني
پلانلاميشديرلار.
لاکين
بورونلاري
نين اوجوندان
اوزاغي گؤرمه
ين زاواللي
آذربايجان
کوممونيستلري
ايله روس
کوممونيستلري
بيرله شيب
و 1920-
جي
ايلده رسولزاده نين
ميللي
دئموکراتيک
دؤولتيني
دئويرديلر.
قوزئي
آذربايجان
ايشغال
ائديلدي.
ايشغال
دؤنمينده
آذربايجانين
ميللي
آيدينلاري
نين باشينا
نئجه ظولم
آچديلار او حاقدا
دانيشماياجاغام.
آذربايجانين
يئرآلتي
و يئراوستو
زنگينليکلريني
تالاديلار.
ايکينجي
دونيا
ساواشيني استالين
باکي
پئترولونون
حسابينا قازاندي.
لاکين
آذربايجان
گئت-
گئده
ميسکينلشدي،
فقيرلشدي. ان
اؤنمليسي
ايسه
قالخوزلارين
تشکيلي ايله
آذربايجاندا
مين ايللر
بويونجا
بيريکميش
اولان
اکينچيليک
تجروبه لريني
محو ائتديلر.
1991-
جي
ايلده
دونيادا گئدن
پروسئسلر
نتيجه سينده
آذربايجان
موستقيل
دؤولت اولدو.
موفليسلشميش،
بير چوخ ماددي- معنوي
واليغيني
ايتيرميش
قوزئي
آذربايجان
يئنيدن
باغيمسيز
اولدو. لاکين
اؤلکه
نين
باغيمسيزليغيني
مودئرن
پلاندا ايره
لي
یه
آپاراجاق
کادرولار
يئتيشمه ديگي
اوچون يئنه ده
فلاکت باش
وئردي. تاريخ حئيرانلاري
ايقتيداردان
کؤنوللو
اولاراق
اوزاقلاشديرلار
و قوزئي
آذربايجان
اسکي
کوممونيست
سليقه ايله
يؤنه تمه
تجروبه سي
اولان کسيمين
الينه کئچدي.
ميللي حئيثييتدن،
ميللي
بيلينجدن
محروم اولان
بو که
سيم
دئمک اولار
کي، اؤلکه
ده
هئچ بير ميللي
تطبيقاتدا
بولونماديلار.
حتّی
اؤلدوکلرينده
ده روس سوي
آد
اکي(شکیلچیسی)
ايله
گؤمولدولر.
کئچن
14 ايل موددتينده
اؤزللشديرمه
آدي آلتيندا
تاريم
(اکینچیلیک)
ساحه
سينده فئودال
سيستئمي
يئنيدن گئري
قايتارديلار.
قالخوزلارين،
اکين يئرلري
نين ان
وئريملي
تورپاقلاري
ايجرا
حاکيملري و
ديگر
حاکيمييته
ياخين چئوره
لر طرفيندن
اؤزللشديريلدي، منیمسندی.
فئودالا
دؤنوشن
يوزلرجه
حاکيمييت
يانداشلاري
نين
تارلالاريندا
10 مينلرجه
يوخسول رعيت
چاليشماقدادير.
باشلاري نين
اوستونده هئچ
بير قانوني
گووَنجه
لري
اولمايان،
يالنيز
فئوداللاري
نين مرحمتينه
بوراخيلميش رعيتلر.
کوراوغلو
اوپئراسيندا
دئييلديگي
کيمي " ظولم
آلتيندا
اينله ين رعيتلر.
قادينلار و
کيشيلر"
بو
فئوداللاردان
بيريسي ده
ايرانين
قوزئي
آذربايجاندا
ايدئولوژي و
فيکير
جاسوسلوغونو
ائدن شئيخ
الایسلام
آللاهشوکور
پاشازاده
دير. فئودال
شئيخ-الايسلام
دوه چي
رايونونون
بؤيوک بير
بؤلومونو اؤز
آدينا
اؤزللشديرميشدير.
ايندي فئودال
شئيخ-الايسلامين
تارلالاريندا
يوزلرجه رعيت
چاليشماقدادير.
شئيخالايسلام
دا اؤز رعيتلري
ايله اصيل
موسلمانين
کؤله لرله
نئجه
داورانديغيني
مشق ائتمکده
دير. ديندار که سيمين
نبضيني
الينده
توتماق ايسته
ين اينديکي
ايقتيدارسا
فئودال شئيخه
اؤز ماددي دسته
گيني
اسيرگه مير.
اؤلکه نه قدر
جهالتده
قالسا بير او
قدر ياخشي يؤنه
تيلر ذئهنييتيندن
يانا اولان
اينديکي
ايقتيدار
فئوداليزمي
اؤلکه
ده
رواج وئرمکده
ايکن، ديگر
طرفدن ده
اؤلکه نين
آيدين کسيمي
نين اؤلکه دن
فرار ائتمه
لرينه شرايط
يارادير. 1993-
جو
ايلده
دئوريلن
ايقتيدار
داها بؤيوک
سؤيله
ملر
يئرينه قوزئي
آذربايجاندا
گئرچک ميللي
بير باشاري
ساغلاسايدي،
بو گون هم
قوزئي
آذربايجان بو
دورومدا
اولمازدي، هم
ده گونئيده
ميللي- سياسي
دوروم
قوزئيين
گليشميش
ايمکانلاريندان
عيبرت درسي
آلاراق داها
ايريليلرده
اولاردي. اونا
گؤره ده
پراقماتيک
اولماق بيزيم
غربدن
اؤيرنمه ميز
گرکن ايلکين
درسدير.
مجهول
بير شکيلده
ائوي نين
اؤنونده
گوللله نيب
اؤلدورولن ائلمار
حسین اوف "مانيتور"
درگيسينده
يازيردي کي،
فئودال
شئيخين
آتلاري نين
بيري نين
ديشينده
چوروکلوک
پئيدا اولموش.
فئودال شئيخ
آتين چوروک
ديشلريني
چکديرميش و
يئرينه قيزيل
قويدورموشدور.
گؤروندويو
کيمي
دونيا هئچ
بیر میللت فئوداليزم
کيمي
سينانميش
سيستئملري
بير داها دئنه
مک
ايسته مزکن،
قوزئي
آذربايجان
تکرار
فئوداليزمين
باتاقليغينا یووارلانماقدادیر. بئله
آنلاشيلير
کي،
قارشيميزداکي
10-20 ايل ايچينده
قوزئي
آذربايجان
داها دا چتين
ايجتيماعي
دوروملارلا
راستلاناجاقدير. اؤلکه ده
ایقتیصادی
قالخینما
ایله
تورپقلاریمیزین
آزاد
ائدیلیشینی
موازی گلیشمه
لر اولاراق
آدلادیغیمیززامان
یوردوموزون
نئجه بیر
تهدید
آلتیندا
اولدوغونو
آچیق شکیلده
گؤرموش
اولاجاغیق
17.06.07
Güntay
Cavanşir (Gəncalp)
Quzey
Azərbaycanda feodalizm yenidən başlayır!
1918-ci ildə Quzey Azərbaycanda ilk demokratik dövlət
qurulmuş olur. Bu dövlət öz proqramına bütünü ilə
qərbləşməni yerləşdirmişdi. 1918-ci ildə
qurulmuş olan Demokratik Azərbaycan Cümhuriyəti Şərq
tarixindən böyük qopuş və ayrılış planları
ilə mövcudluğunu duyurmuşdu. Özəlliklə iqtisadiyatdakı
planları qısa zaman dilimi içində böyük sıçırayış
sağlayacaqdı. Çünkü, yalnız siyasətdə demokrasini
və sekularizmi, kültürdə çağdaşlaşmanı deyil,
iqtisadiyatda da modern imkanlara əsaslanmağı düşünmüşdülər.
Yəni həm tarımda, həm də sənayeləşmədə
Qərb modelini planlamışdırlar. Lakin burunlarının
ucundan uzağı görməyən zavallı Azərbaycan
kommunistləri ilə Rus kommunistləri birləşib və
1920-ci ildə Rəsulzadənin milli demokratik dövlətini
devirdilər. Quzey Azərbaycan işğal edildi.
İşğal dönəmində Azərbaycanın milli aydınlarının
başına necə zülm açdılar o haqda danışmayacağam.
Azərbaycanın yeraltı və yerüstü zənginliklərini
taladılar. İkinci Dünya Savaşını Stalin Bakı
petrolunun hesabına qazandı. Lakin Azərbaycan get-gedə
miskinləşdi, fəqirləşdi. Ən önəmlisi
isə Qalxozların təşkili ilə Azərbaycanda min
illər boyunca birikmiş olan əkinçilik təcrübələrini
məhv etdilər.
1991-ci ildə dünyada gedən proseslər nəticəsində
Azərbaycan müstəqil dövlət oldu. Müflisləşmiş,
bir çox maddi-mənəvi valığını itirmiş Quzey
Azərbaycan yenidən bağımsız oldu. Lakin ölkənin
bağımsızlığını modern planda irəliyə
aparacaq kadrolar yetişmədiyi üçün yenə də
fəlakət baş verdi. Tarix heyranları iqtidardan könüllü
olaraq uzaqlaşdırlar və Quzey Azərbaycan əski kommunist
səliqə ilə yönətmə təcrübəsi olan
kəsimin əlinə keçdi. Milli heysiyətdən, milli
bilincdən məhrum olan bu kəsim demək olar ki, ölkədə
heç bir milli tətəbiqatda bulunmadılar. Hətta öldüklərində
də Rus soyad əki ilə gömüldülər.
Keçən 14 il müddətində özəlləşdirmə
adı altında tarım sahəsində feodal sistemi yenidən
geri qaytardılar. Qalxozların, əkin yerlərinin ən
verimli torpaqları icra hakimləri və digər hakimiyətə
yaxın çevrələr tərəfindən özəlləşdirildi.
Feodala dönüşən yüzlərcə hakimiyət yandaşlarının
tarlalarında 10 minlərcə yoxsul rəiyət çalışmaqdadır.
Başlarının üstündə heç bir qanuni güvəncələri
olmayan, yalnız feodallarının mərhəmətinə
buraxılmış rəiyətlər. Koroğlu operasında
deyildiyi kimi zülm altında inləyən rəiyətlər.
Qadınlar və kişilər
Bu feodallardan birisi də İranın Quzey Azərbaycanda
ideoloji və fikir casusluğunu edən Şeyx-ül İslam Allahşükür
Paşazadədir. Feodal şeyx-ül islam Dəvəçi rayonunun böyük
bir bölümünü öz adına özəlləşdirmişdir. İndi
Feodal Şeyx-ül İslamın tarlalarında yüzlərcə
rəiyət çalışmaqdadır. Şeyx-ül İslam da öz
rəiyətləri ilə əsil müsəlmanın kölələrlə
necə davrandığını məşq etməkdədir.
Dindar kəsimin nəbzini əlində tutmaq istəyən
indiki iqtidarsa feodal şeyxə öz maddi dəstəyini əsirgəmir.
Ölkə nə qədər cəhalətdə qalsa bir o
qədər yaxşı yönətilər zehniyətindən
yana olan indiki iqtidar feodalizmi ölkədə rəvac verməkdə
ikən, digər tərəfdən də ölkənin aydın
kəsiminin ölkədən fərar etmələrinə şərait
yaradır. 1993-cü ildə devrilən iqtidar daha böyük söyləmlər
yerinə Quzey Azərbaycanda gerçək milli bir başarı sağlasaydı,
bu gün həm Quzey Azərbaycan bu durumda olmazdı, həm də
Güneydə milli-siyasi durum Quzeyin gəlişmiş imkanlarından
ibrət dərsi alaraq daha irılilərdə olardı. Ona görə
də praqmatik olmaq bizim Qərbdən öyrənməmiz
gərəkən ilkin dərsdir.
Məchul bir şəkildə evinin önündə güllələnib
öldürülən Elmar Hüseynov Manitor dərgisində yazırdı
ki, feodal şeyxin atlarının birinin dişində çürüklük
peyda olmuş. Feodal şeyx atın çürük dişlərini çəkdirmiş
və yerinə qızıl qoydurmuşdur. Göründüyü kimi dünya
feodalizm kimi sınanmış sistemləri heç bir millət bir
daha denəmək istəməzkən, Quzey Azərbaycan
təkrar feodalizmin bataqlığına quylanmaqdadır.
Belə anlaşılır ki, qarşımızdakı 10-20 il
içində Quzey Azərbaycan daha da çətin ictimai durumlarla
rastlanacaqdır. Ölkədə iqtisadi qalxınma ilə torpaqlarımızın
azad edilişini paralel gəlişmələr olaraq anladığımız
zaman yurdumuzun necə bir təhdid altında olduğunu açıq
şəkildə görmüş olacağıq.
17.06.07