Öz
gözündə tiri görməyənlər
İsvec
parlamentinin qarşısında kecirilən həbs edilmiş
jurnalistlərə dəstək aksiyası Azərbaycan
hakimiyyətinin kürkünə birə salıb. Yenə yap-cılar
başlayıblar camaatın ünvanına ağızdolusu qara
yaxmağa.
Hakimiyyətin
bir-iki qəpik hesabına özü ücün düzəltdiyi cib müxalifətinin
qəzetində YAP-ın deputatı Aydın Mirzəzadə
İsvec və Hollandiya parlamentinin qarşısında
kecirilən aksiyalara münasibət bildirib. Aydın məllimin
fikrinin ana cümləsi belədir "xaricdə Azərbaycan dövlətinə
qarşı mübarizə aparan erməni diasporu ilə yanaşı
durmağı onlar özləri üçün qəbahət saymırlar.Neynəyək,
görünür ki, Azərbaycan xalqı belə oğullarının
olmasına da dözməlidir və belələrinin də
Azərbaycan dövlətinə, hökumətinə qarşı mübarizə
apardığını artıq bir reallıq kimi qəbul
etməliyik".
Lənət şeytana
deyib kecəsən, amma olmur. Görəsən Aydın müəllim
bu araşdırmasına necə nail olub. Necə nail olubsa
bilmirəm, amma bircə onu deyə bilərəm ki, YAP-cıların
xəbər aparan göyərcinləri onlara səhv məlumat ötürür.
Cünki burda yaşayan azərbaycanlılar həmin mitinqi
Azərbaycan dövlətinə qarşı yox, Azərbaycan dövlətciliyini,
azərbaycan millətini bütün dünyada biabır edən YAP
hakimiyyətinin yaramaz əməllərindən birinə-
demokratik mətbuata basqılara etiraz olaraq kecirib. Bu basqıları
isə Kandaliza Raysdan tutmuş Teri Devisə kimi hamı bilir.
Bu hakimiyyətin bütün əməlləri bütün dünyaya
məlum olduğu halda siz niyə günahı kənarda axtarırsız.
Cürətiniz varsa iradlarınızı ünvanına söyləyin.
Digər
tərəfdən, mən nə qədər yaddaşımı
qurcalayıramsa hələ hansısa müxalifət partiyasının
sayılıb secilən şəxslərinin hansısa
erməni ilə bir süfrə başında oturmasını xatırlaya
bilmirəm. Amma bir necə il bundan əvvəl
Sədərəkdə Ermənistanla sərhəddə
Ermənistan və Azərbaycan prezidentlərinin qəşş
edərək Qarabağ probleminin həlliylə bağlı
kabab yeyərək apardıqları danışığı
əks etdirən foto gözümdən getmir. Üzvü olduğu komanda 16
ildir ermənilərlə əməkdaşlıq etdiyini
bilən bir adamın kimisə belə bir ittiham irəli sürməsi
nə qədər məntiqə uyğundur. Bu sualı elə
onların özünə verirəm. Cox uzaga getməyək ele may ayında
baş verən ikicə hadisəni xatırlatmaq istərdim.
Ermənistan Olimpiya Komitəsinin katibi və üzvlərini gizli
Bakiya dəvət edib bütün təhlükəsizliklərini
təmin edib, lüks otelde saxlayıb gizlicə yola salan kimdir?
Onudamı xaricdəki azərbaycanlılar edib. Ya da ki,
erməni casusların sərhəddən kecirib ölkədə
bildiklərini etməyə şərait yaradandamı xaricdə
yaşayan təxribatcı azərbaycanlılardır. Hələ
David Qareci alban
məbədinin Gürcüstana verilməsini demirəm. Bütün bunlar
kimin erməniylə əməkdaşlığını sübut
edir? Hakimiyyətdə oturan məmurların da kimliyini sadalamq
olar, amma bu, başqa yazının mövzusudur. Və sizin bu
barədə dediklərinizə cavab olaraq sual edirəm ki 7
milyon insanın günahı nədir ki, bu cür iqtidarın boyunduruğunda
yaşamalıdır?
Bəli,
gülərüzlü millət vəkili. Dil ətdəndi, etibar yoxdu.
Birdən isdi, diliniz caşıb nəsə desə və
dilinizin bəlasına düşüb gülər cöhrəniz
kədər cökərsə o zaman sizi yenə də ittiham
etdiyiniz bu jurnalistlər müdafiə edəcək. Bu
hakimiyyətə hec etibar yoxdu, en yaxin adamını belə
şəxsi maraqlarına görə güdaza verər. Elə siz
də ən adi "ehtiyatsızlığınıza"görə
güdaza gedə bilərsiz. Ona görə elə edin edin ki, sizin
də nə vaxtsa kimdənsə üzr istəməyə üzünüz
olsun.
ALTAY
OĞUZ
-----------------------------------------------------------------------------------------------------------------------------
http://www.xalqcebhesi.az/
İsveç və Hollandiyada siyasi maraq güdənlər
Aydın
Mirzəzadə: "Onlar xaricdə Azərbaycan dövlətinə
qarşı mübarizə aparan erməni diasporuyla yanaşı
durmağı özləri üçün qəbahət saymırlar"
Ramiz Mikayıloğlu
Ötən gün Müsavat Partiyasının
İsveç özəklərinin təşəbbüsüylə Stokholmda
aksiya keçirilib. İsveç parlamenti qarşısında keçirilən
aksiyada bu ölkənin müxtəlif şəhərlərində
yaşayan müsavatçılar, siyasi mühacirlər, diaspor təmsilçiləri
qatılıblar. Çıxış edənlər Azərbaycanda
müstəqil mətbuata qarşı təzyiqlərin açıq
və zorakı müstəviyə keçdiyini, jurnalistlərin
təzyiqlərə, sui-qəsdlərə məruz qaldığını,
qanunsuz həbs edildiklərini söyləyiblər.
Qeyd edək ki, az öncə
Hollandiyada Azərbaycan səfirliyinin qarşısında da
anoloji şüarlarla bir qrup piket keçirmişdi.
Məsələyə münasibət
bildirən YAP Siyasi Şurasının üzvü Aydın
Mirzəzadə deyir ki, xaricdə Azərbaycan icması formalaşmağa
başlayıb. Bu icma müxtəlif səbəblərdən
xaricdə yaşamağa üstünlük verən insanlardan
ibarətdir. Onların içərisində azərbaycanlı
olmayanlar da var: "Ona görə də onların hansı formada
öz fəaliyyətlərini davam etdirəcəyi Azərbaycan
ictimaiyyəti üçün maraqlıdır". Aydın Mirzəzadə
vurğulayır ki, xaricdəki icma nümayəndələri vaxtaşırı
Azərbaycanın tale yüklü məsələləri barədə
həmin ölkələrdə hökumət və parlament binaları,
beynəlxalq təşkilatların ofisləri qarşısında
piketlər keçirir, informasiyalar, bülletenlər yayırlar: "Ancaq
təəssüf ki, həmin icma arasında öz siyasi simpatiyasını
önə çəkənlər də var. Bu gün onları
Azərbaycanın tale yüklü məsələləri, ümumilli
problemləri deyil, təmsil etdikləri, simpatiyası olduqları
partiyanın maraqları daha çox cəlb edir. Ona görə də
ara-sıra xaricdəki Azərbaycan nümayəndəlikləri
qarşısında piket keçirən azərbaycanlılara da rast
gəlmək olur. Bunlara beynəlxalq təşkilatların
ofisləri, yaxud ölkələrin parlamentləri qarşısında
milli problemlərimizlə bağlı piket keçirənlərin
arasında rast gəlmək olmur. Onların səsləri böyük
forumlardan gəlmir, həmin ölkələrin qəzetlərində
Azərbaycanla bağlı materiallar vermirlər.
Belələrini, ancaq simpatiya bəslədikləri partiyanın
maraqları daha çox düşündürür. Çox maraqlıdır ki,
xaricdə Azərbaycan dövlətinə qarşı mübarizə
aparan erməni diasporu ilə yanaşı durmağı onlar özləri
üçün qəbahət saymırlar. Heynəyək, görünür ki,
Azərbaycan xalqı belə oğullarının olmasına da
dözməlidir və belələrinin də Azərbaycan dövlətinə,
hökumətinə qarşı mübarizə apardığını
artıq bir reallıq kimi qəbul etməliyik".
YAP Siyasi Şurasının
üzvü hesab edir ki, xaricdəki həmin azərbaycanlıları
hərəkətə gətirənlər həm
Azərbaycanda, həm də xaricdədir: "Ona görə
də onların hansı siyasət apardıqlarını ciddi
araşdırmağa ehtiyac var".