گونتای
جاوانشیر (گنجآلپ)
باکي-آوروپا
موناسيبتلري
و گونئي
آذربايجان
محوري
Bakı-Avropa
münasibətləəri və Güney Azərbaycan mehvəri
اسکي
سووئتلر و
سوسياليست
اؤلکه لرينده
کي دؤولتلرین
هئچ
بيريسي نين
اؤزلريني
قورتارا بيله
جک
ايمکانلاري
مؤوجود دئييل.
بو اؤلکه لري
قورتاراجاق
سياسي، حقوقي،
تئکنولوژي
ايمکانلارين
ايستيثناسيز
اولاراق
هاميسي غربي
آوروپادا
تجروبه لر
شکلينده
بيريکديرميشدير.
چونکو
روشوت،
بيلگيسيزليک
بو اؤلکه لري
چؤکَرتميشدير.
بونون
بيلينجينده
اولان اسکي
سوسياليست
شرقي آوروپا
اؤلکه لري درحال آوروپا
بيرليگينه
گيريب و بو
بؤيوک حقوقي،
ايقتيصادي،
مدني سورعتلي
ترققي نين بير
پارچاسي
اولماغا اؤزَن
گؤسترديلر.
اونلار هئچ
بير
کومپلئکسه
قاپيلمادان
عکسيکليکلريني
و
کنديباشلارينا
بو سورونو چؤزه
بیلمه یه
جکلريني
اعتيراف
ائديب،
قورتولوشو
غرب دَيَرلرينده،
غرب
دئموکراسيسينده
گؤردولر و بو
هدفه دوغرو
يورودولر.
بؤيوک
آتاتورک ده
کئچن عصرين
باشلاريندا
بو شکيلده بير
تثبيتده
بولونموشدو.
آتاتورک
آنلاميشدي
کي، تورک
تاريخينده
گونوموزده
کئچرلي
اولاجاق بير
تک اينساني،
میللی-سیاسی
اؤرنک مؤوجود
دئييلدير. بو
سببدن ده غرب دَيَرلريني
مودئرن تورک
تاريخينه هدف
گؤسترميشدير.
ياخلاشيق 100
ايلليک بير
زامان ديليمي
آتاتورکون حاقلي
اولدوغونو
ايثباتلاميشدير.
گونوموزده
شيمالي
آذربايجان
دونيا
طرفيندن
باغيمسيز
دؤولت کيمي
تانينماقدادير.
بو باغيمسيز
دؤولتين
تحصيل
سيستئمي
روشوت اساسيندا
قورولموشدور.
روشوت سادجه
تحصيل
سيستئمينده
دئييل،
جمعييتده بير
کولتور، بير
آليشقانليق
حالينا گلميش
و آديني دا "حؤرمت"
قويموشدور.
بو
چيرکين
موناسيبتلري
آذربايجان
جمعييتيندن
سيله بيله جک
ايمکان اونون
تاريخينده
مؤوجود
دئييلدير. ذاتن
موسلمان
تاريخي ايله
روشوت قوشوت
(موازی)
اولاراق
گليشميشدير.
آذربايجاني
قورتولوشا
آپاراجاق
سياسي،
ايقتيصادي،
مدني دَيَرلري
اونون
تاريخينده
آختارماق
عاغيلسيزليقدان
باشقا
بير شئي
دئييلدير کي،
بو
عاغيلسيزليغي
بعضي اؤز
جهالتينه حئيران
اولان
موحافيظه
کار
ميللييتچيلر
عينادکارليقلا
سوردورمک
ايسته ييرلر.
آيريجا،
شيمالي
آذربايجانين
کيچيک بير
دؤولت
اولاراق
روسييانين و
ايرانين
ائتکيسيندن
قورتارا
بيلمه سي
اوچون ده
حربي،
ايقتيصادي،
مدني گوجو
يوخدور.
اؤزلليکله 1992-جي
ايلده بؤيوک
خياللارلا
ايقتيدارا
گلن خالق جبهه
سي مغلوبييتي
سببي ايله
ميللي هيجاني
تاريخه گؤمدو.
بير داها او هيجانين
و او ائنئرژي
نين اورتايا
چيخاجاغي
غئيري-
مومکوندور.
او ائنئرژيني
ميللي هدفلر
ايستيقامتينده
يؤنلنديره جک
کادرولار
مؤوجود
دئييلدي. اونا
گؤره ده
شيمالي
آذربايجانين
قارشيسيندا،
يالنيز
غربلشمک
دورماقدادير.
باشقا مدني
بير
آلتئرناتيو
يوخدور. غئيري- مدني
آلتئرناتيو
ايسه ايرانين
تاثيرينه
دوشمه سيدير. ذاتن
ايران،
شيمالي
آذربايجانين
بير چوخ شيعه
بؤلگه لرينده
مرثيه ،
آغلاشما و
شاخسئي
کولتورونو
گليشديرميشدير.
ايرانين بو
تخريباتي نين
قارشيسيني
آلاجاق گوج ده
آذربايجاندا
مؤوجود
دئييلدير.
چونکو
آذربايجانين
اؤز تاريخي ده
اصلینده صفوي
خسته ليگينه
موبتلادير. بونو
اؤنله
یه جک
گوج ده غربده
دير، غرب
مدنييتينده
دير،
چاغداشليقدادير.
ماددي حياتي
غرب مدنييتي
کشف ائتدي.
ماددي حياتين
چؤکدويو بير
يئرده
معنوييات دا
اولماز. بو
سببدن ده
شيمالي
آذربايجانين
غربله
ياخينلاشماسي
اونون
قورتلوشونو
حاضيرلار.
شيمالين
قورتلوشو اؤز-اؤزونه
گونئي
آذربايجاني
دا ائتکيليه
جکدير.
قورتولماميش
شيمالي
آذربايجاندان
گونئيیین
قورتولوشو
اوچون بير
شئيلر بکله مک
بيتميشلیگین
و
توکنميشليگين
گؤسترگه
سيندن باشقا
بير شئي
دئييلدير.
شيمالي
آذربايجانين
آوروپا
شوراسينا عضو
اولماسي بو
باخيمدان
گئرچکدن
تاريخي بير
فورصتدير. او
زاماندان
گونوموزو قَدَر
آوروپانين نظارتي
نتيجه سينده
روشوتين
چؤکرتديگي حقوق
سيستئمينده
جوزیي
ده اولسا
گليشمه لر
اولموشدور.
بير چوخ قلم
صاحيبلري
حاکيمييتين
غضبينه
توش
گلديکلري
اوچون
زيندانا
آتيلديقلاري
زامان آوروپا
شوراسي سسيني
اوجالتميشدير
کي، شورايا
عضولوک عؤهده
ليکلرينيزي
پوزماقداسينيز.
بير چوخ بو
کيمي حاديثه
لري سايماق
مومکوندور
کي، آوروپا
شوراسي نين
باسقيسي
نتيجه سينده
موثبت
ايستيقامته
گتيريلميشدير.
شيمالي
آذربايجانداکي
گلير
داغيليمينا
دا آوروپا
شوراسي نين نظارتي
اولمازسا
عدالتسيز
شکيلده
بؤلوشدوروله
جکدير. وحشي
کاپيتاليزم
اورتايا
چيخار کي،
اونون اوچون نه
اينکي
گونئي
آذربايجان،
حتّی قوزئي
آذربايجانين
دا بير آنلامي
قالماز، اونا
لازيم اولان،
يالنيز اؤز
منافعيي
اولار. پئترول
ساتيشيندان
الده ائديلن
گلير
داغيليمينا
غربين نظارتي
اولمازسا صينیفلرآراسي
مسافه گئت- گئده
درينلشه جک و
اؤلکه نين
زنگينلیگی،
آنجاق بير
اوووچ قدار
حاکيم
شخصلرين الي
آلتيندا
اولاجاقدير.
بونو اؤنله يه
بيله جک،
آنجاق و آنجاق
غرب مدنييتي
و غرب
دئموکراسيسي
نين اورتايا
قويدوغو آچيق
جمعيت
مودئليدير.
گونئي
آذربايجاندان
اولان بعضي
اينسانلاريميز
بوتون
بو
گئرچکليکلر
گؤز اؤنونده
ايکن،
گونئيين
قورتولوش
موباريزه
سينده شيمالي
آذربايجانين
نه کيمي رول
اوستله
نه
بيله جگيندن
دانيشماقدان
خوشلانماقداديرلار.
شيمالي
آذربايجانا
غربين
قوياجاغي
دئمکراسي
سرمايه سي
گونئي
آذربايجان
اوچون
فورصتلر جرگه
سينده گؤرونه
بيلر. يوخسا
شيمالي
آذربايجان
غرب مدنييتي
نين و حقوق
سيستئمي نين
خاريجينده
قالارسا
اونون
وارليغي دا
اوزون وعده
ده
سوال آلتينا
گئده بيلر.
گونئي
آذربايجانين
ميللي
موباريزه سي
غرب حقوق
سيستئمي
زمينينده بير
قورتولوشو
هدفله مکده
دير. بو سببدن
ده شيمالي
آذربايجان
غربلشديکجه
اؤز
کيمليگينه
مودئرن بير
آچيدان
باخماغي الده
ائده جکدير
کي، بو دا
گونئي
آذربايجان
ميللي حرکتي
اوچون
سينانميش
حاضير بير
تجروبه اولا
بيلر. يوخسا
اونيوئرسيته
لرينده،
اوخوللاريندا
تعليم- تربييه
نين روشوتله
اولدوغو، حقوق
سيستئمينده
مودئرن
اينسان حاقلاري
نين يئرلشمه
ديگي شيمالي
آذربايجاندان
اؤيرَنه
بيله جگيميز
آرتيق بير شئي
اولا بيلمز. شیمالی
آذربایجان
اقتیصادی،
سیاسی، حقوقی
باخیمدان نه
قدر مدرنله شه
جکسه، بیر او
قدر گونئی
آذربایجان
اوچون
گووَنچه
قایناغینا
دؤنوشه جکدیر.
15.06.07
Güntay
Cavanşir (Gəncalp)
Bakı-Avropa
münasibətləəri və Güney Azərbaycan mehvəri
Əski Sovetlər və sosialist ölkələrindəki dövlətlərin
heç birisinin özlərini qurtara biləcək imkanları mövcud
deyil. Bu ölkələri qurtaracaq siyasi, hüquqi, teknoloji imkanların
istisnasız olaraq hamısı Qərbi Avropada təcrübələr
şəklində birikdirmişdir. Çünkü rüşvət,
bilgisizlik bu ölkələri çökərtmişdir. Bunun bilincində
olan əski sosialist Şərqi Avropa ölkələri dərhal
Avropa Birliyinə girib və bu böyük hüquqi, iqtisadi,
mədəni sürətli tərəqqinin bir parçası olmağa
özən göstərdilər. Onlar heç bir kompleksə qapılmadan
əksikliklərini və kəndibaşlarına bu sorunu çözəməyəcəklərini
etiraf edib, qurtuluşu Qərb dəyərlərində,
Qərb demokrasisində gördülər və bu hədəfə
doğru yürüdülər. Böyük Atatürk də keçən əsrin başlarında
bu şəkildə bir təsbitdə bulunmuşdu. Atatürk anlamışdı
ki, Türk tarixində günümüzdə keçərli olacaq bir tək
insani, milli-siyasi örnək mövcud deyildir. Bu səbəbdən
də Qərb dəyərlərini modern Türk tarixinə
hədəf göstərmişdir. Yaxlaşıq 100 illik bir zaman
dilimi Atatürkün haqlı olduğunu isbatlamışdır.
Günümüzdə Şimali Azərbaycan dünya
tərəfindən bağımsız dövlət kimi tanınmaqdadır.
Bu bağımsız dövlətin təhsil sistemi rüşvət
əsasında qurulmuşdur. Rüşvət sadəcə
təhsil sistemində deyil, cəmiyətdə bir kültür, bir alışqanlıq
halına gəlmiş və adını da hörmət qoymuşdur.
Bu çirkin münasibətləri Azərbaycan cəmiyətindən
silə biləcək imkan onun tarixində mövcud deyildir.
Zatən müsəlman tarixi ilə rüşvət qoşut (paralel)
olaraq gəlişmişdir. Azərbaycanı qurtuluşa aparacaq
siyasi, iqtisadi, mədəni dəyərləri onun tarixində
axtarmaq ağılsızlıqdan başqa bir şey deyildir ki,
bu ağılsızlığı bəzi öz cəhalətinə
heyran olan mühafizəkar milliyətçilər inadkarlıqla sürdürmək
istəyirlər. Ayrıca Şimali Azərbaycanın kiçik bir
dövlət olaraq Rusiyanın və İranın etkisindən
qurtara bilməsi üçün də hərbi, iqtisadi, mədəni gücü
yoxdur. Özəlliklə 1992-ci ildə böyük xəyallarla iqtidara
gələn Xalq Cəbhəsi də məğlubiyəti
səbəbi ilə milli həyacanı tarixə gömdü. Bir daha
o həyacanın və o enerjinin ortaya çıxacağı
qeyri-mümkündür. O enerjini milli hədəflər istiqamətində
yönləndirəcək kadrolar mövcud deyildi. Ona görə də
Şimali Azərbaycanın qarşısında, yalnız
Qərbləşmək durmaqdadır. Başqa mədəni bir
alternativ yoxdur. Qeyri-mədəni alternativ isə İranın
təsirinə düşməsidir. Zatən İran Şimali
Azərbaycanın bir çox Şiə bölgələrində
mərsiyə, ağlaşma və şaxsey kültürünü gəlişdirmişdir.
İranın bu təxribatının qarşısını
alacaq güc də Azərbaycanda mövcud deyildir. Çünkü Azərbaycanın
öz tarixi də əslində Səfəvi xəstəliyinə
mübtəladır. Bunu önləyəcək güc də
Qərbdədir, Qərb mədəniyətindədir, çağdaşlıqdadır.
Maddi həyatı Qərb mədəniyəti kəşf etdi.
Maddi həyatın çökdüyü bir yerdə mənəviyat da olmaz.
Bu səbəbdən də Şimali Azərbaycanın Qərblə
yaxınlaşması onun qurtluşunu hazırlar. Şimalın
qurtluşu öz-özünə Güney Azərbaycanı da
etkiləyəcəkdir. Qurtulmamış Şimali
Azərbaycandan güney qurtuluşu üçün bir şeylər
bəkləmək bitmişliyin və tükənmişliyin göstərgəsindən
başqa bir şey deyildir.
Şimali Azərbaycanın Avropa Şurasına üzv olması
bu baxımdan gerçəkdən tarixi bir fürsətdir. O zamandan günümüzü
qədər Avropanın nəzarəti nəticəsində rüşvətin
çökərtdiyi hüquq sistemində cüzi də olsa gəlişmələr
olmuşdur. Bir çox qələm sahibləri hakimiyətin
qəzəbinə tuş gəldikləri üçün zindana atıldıqları
zaman Avropa Şurası səsini ucaltmışdır ki, şuraya
üzvlük öhdəliklərinizi pozmaqdasınız. Bir çox bu kimi
hadisələri saymaq mümkündür ki, Avropa Şurasının
basqısı nəticəsində müsbət istiqamətə
gətirilmişdir.
Şimali Azərbaycandakı gəlir dağılımına
da Avropa Şurasının nəzarəti olmazsa ədalətsiz
şəkildə bölüşdürüləcəkdir. Vəhşi
kapitalizm ortaya çıxar ki, onun üçün nəinki güney
Azərbaycan, hətta Quzey Azərbaycanın da bir anlamı
qalmaz, ona lazım olan, yalnız öz mənafeyi olar. Petrol satışından
əldə edilən gəlir dağılımına Qərbin
nəzarəti olmazsa siniflərarası məsafə get-gedə
dərinləşəcək və ölkənin zənginliyi,
ancaq bir ovuç qəddar hakim şəxslərin əli altında
olacaqdır. Bunu önləyə biləcək, ancaq və ancaq
Qərb mədəniyəti və Qərb demokrasisinin ortaya
qoyduğu açıq cəmiyyət modelidir.
Güney Azərbaycandan olan bəzi insanlarımız bütün
bu gerçəkliklər göz önündə ikən, Güneyin qurtuluş
mübarizəsində Şimali Azərbaycanın nə kimi rol üstlənə
biləcəyindən danışmaqdan xoşlanmaqdadırlar.
Şimali Azərbaycana Qərbin qoyacağı demkrasi
sərmayəsi Güney Azərbaycan üçün fürsətlər
cərgəsində görünə bilər. Yoxsa Şimali
Azərbaycan Qərb mədəniyətinin və hüquq sisteminin
xaricində qalarsa onun varlığı da uzun vədədə
sual altına gedə bilər. Güney Azərbaycanın milli mübarizəsi
Qərb hüquq sistemi zəminində bir qurtuluşu
hədəfləməkdədir. Bu səbəbdən də
Şimali Azərbaycan Qərbləşdikcə öz kimliyinə
modern bir açıdan baxmağı əldə edəcəkdir ki,
bu da güney Azərbaycan Milli Hərəkəti üçün sınanmış
hazır bir təcrübə ola bilər. Yoxsa
universitələrində, oxullarında
təlim-tərbiyənin rüşvətlə olduğu, hüquq
sistemində moder insan haqlarının yerləşmədiyi
Şimali Azərbaycandan öyrənə biləcəyimiz artıq
bir şey ola bilməz. Şimali Azərbaycan iqtisadi, siyasi
və hüquqi baxımdan nə qədər modernləşəcəksə,
bir o qədər də Güney Azərbaycan üçün güvəncə
qaynağına dönüşəcəkdir.
15.06.07