Hörmətli
millət vəkilləri!
Sayın
cənablar. Bir il öncə Azərbaycan türkləri
öz tökülən qanları ilə insan haqlarına
hayqırı İran
İslam rejiminə qarşı 22 may 2006 hadisələrinə öz imzalarını atdılar. Biz millətimizin demokratiya və insan haqqları uğrunda
ayaqlanmasının
il dönümünün sevincini
siz dəyərli dostlarla bölüşməkdən
qürur duyuruq.
Güney Azərbaycan türkləri,
İran İslam Respublikası əhalisinin 25 milyonun təşkil
edir. Azərbaycan türkləri öz tarixi yerlərində, Güney Azərbaycanda yaşayırlar (İranın güney
doğusu) və İ.
İ. Respublikası iqtisadiyyatının əhəmiyyətli
bölümünü öz çiyinlərində daşıyır.
Özəlik ilə Təbriz, və Tehran bazarları. Hər
kəsə məlum olduğu kimi Azərbaycan milli
hərəkatı 1980 ilindən bəri daha fəal olmuşdur.
Belə
ki, bütün çabaların ölkənin
demokratiyası uğrunda və insan haqlarının təməlində
dayanan ana dillində təhsil almaq olmuş. İllər boyu ulu
millətimiz təhqir edilmiş və insani haqları əlindən alınmaqla yox
edilməyə çalışılmışdır. Neçə 10
illərdir ki şovinist idarəçilik üsulu
müxtəlif
yollarla İran xalqlarının dil və bütün varlıqlarını
yox etməyə çalışır.
Azərbaycanda may
hadisələrinin baş verməsi keçən il "İran"
adlı dövlət qəzetində dərc olunan karikatura ilə başladı. Bu nazı düşüncəli
məmləkət başçısı M. Əhmədinəjad düşüncəsi
ilə üst üstə düşən qəzetdə belə anladılır.
Farsca basılan sadısm düşüncəli qəzetin uşaq
bölməsində yazılır ki necə Azərbaycan türk
millətini yox edə bilərik. Bu yazı 9 bölümdən ibarətdir.
Misal ucun şəkildə farsca danışan bir qız
və ya oğlan masanın üstündə bir böcəyi
Azərbaycan Türkünün yerinə oturdub danışır. Və
böcək farsca bilmədiyi uçun öz ana dillində cavab verir: Nəmənə. Bu yazıda uşaqlara 9 örnək verir ki necə və hansı
yolar ilə Azərbaycanları yox ədəbilərik. İlk
onların yeməklərin kəsmək və fiziki olaraq onları yox etmək.
Azərbaycan türklərini alçaldıb
təhqir etmək fars şovinizminin yeni siyasəti deyil. Yeni olan, yalnız onların daha sistematik
sadizm və rasısm düşüncələrini
rəsmi dövlət mediasında
və kitablarda,
bilim yurdlarında bütün dövlət orqanlarında açıqcasına
ortaya qoymalarıdır.
Və bu səbəbdən Azərbaycan türklərinin
İran rejiminə qarşı, etiraz aksiyaları baş verdi.
22 mayda olan ayaqlanma 1979 ilindən sonra İran rejiminə
qarşı bizim ən böyük ayaqlanmamızdır. Beləki,
milyonlarla insan bütün küçə və şəhərə çıxdı.
Azərbaycanın 15-dən artıq ayrı-ayrı şəhərləri,
kəndləri, baş kənd Təbriz başda olmaqla
etirazların mədəni şəkildə bildirdilər.
Təbriz şəhərindən başlayaraq Milyonlar insan bir
anda küçələrə çıxıb etirazların
mədəni şəkildə bildirib haqlarını
tələb etdilər: Demokratiya, insanlara azadlıq, ana dilində
təhsil və s...
Yazıqlar ki İran rejimi bu mədəni hərəkata vəhşicəsinə silahla cavab verdi.
Əhmədi Nəjad başda olmaqla hakim
rejim
hərbi qüvvəni
Tehrandan və başqa fars dilli şəhərlərdən Təbrizə
köçürdülər və bu faciənin sonucu 24 şəhid, 600-dən
çox yaralı və 10 minlərlə
həbsə atılmış insan. Həbs edilmiş
insanların bir qismi sonrada azad edildi. Amma təəssüflər
ki azad olanlar işlərin əldən verdilər. Öyrəncilər, öyrətmənlər, məktəb
və digər təhsil ocaqlarından xaric edildilər. Yalnız
350-dən çox insan hələdə həbsxanadadır. Son aldığımız
xəbərlərə görə cəza evində yatanların özlərinə vəkil tutma haqları yoxdur. Və
hər gün işgəncəyə məruz qalırlar.
Bu gün Azərbaycan türklərinin İran rejiminə qarşı
hərəkəti ən önəmli
hərəkətlərdən biri sayılır və
İranda yaşayan millətlərin əksəriyyətini
təşkil etməkdədir. Bu gün dünya içtimaıyəti Güney
Azərbaycan türklərinin terrorist fars molla rejiminə qarşı hansı
rol oynadığına biganə yanaşması insafdan uzaqdır.
Və ən gözəl
nəticə Norveç Milli məclisi başda olmaqla demokratik ölkələrin
və beynəlxalq ictimaiyyətin yardımı ilə əldə
etmək olar.
Və bunu heç
vaxt unutmamalıyıq ki, 22 may 2006-cı
ildə
çoxlu günahsız insanlar azadlıq üçün canlarını qurban
verdilər. Biz Azərbaycan türkü olaraq
bunları yazmaqda məqsədimin sizin
diqqətinizi ana dili başda olmaqla təbii haqlarından
məhrum olan həmvətənlərimizin problemləri üzərinə
çəkməkdir. Öz mübarizə
yolunda demokratik dünyadan yardım gözləyən Azərbaycan türkləri
adından sizə dərin təşəkkürümüzü bildiririk.
Sevgi
və hörmətlə
Norveç-Azərbaycan
"Xəzər yanar" dərnəyi .
Təbrizli. M.
Rza