Müsavat Partiyası
Stokholmda mitinq keçirdi.
Azərbaycanda KİV-lərə,
azad sözə qarşı repressiyalara cavab olaraq iyun aynın
12-də İsveçin paytaxtı Stokholm şəhərində
etiraz mitinqi keçirilmişdir. Mitinqin təşkilatçısı Müsavat
Partiyası İsveç özəkləri olmuşdur. İsveç
parlamenti qarşısnda keçirilən mitinqdə İsveçın
müxtəlif şəhərlərində yaşayan müsavatçılar
və digər azadlıqsevər insanlar iştirak etmişlər.
Mitinqin aparıcısı, Müsavat Partiyası Stokholm özəyinin
sədri Əli Ağayev mitinq iştirakçılarını
salamlayaraq Azərbaycandakı son vəziyyət barədə ümumi
məlumat vermiş, iqtidarın mətbuata qarşı terror
taktikası seçdiyini vurğulamşdır. Sonra söz alan Upsala özəyinin
sədri Sərdar Ağayev, Linşöpinq özəyinin üzvü
Zərrabi Kərimov, Azadtribun sitesinin və Vahid Azərbaycan
TV-nin sahibi Babək Azəri, Əli Mollazadə, Teymur
Eminbəyli, Mübariz Əzimli və başqaları çıxış
edərək, azad sözün, azad medianın demokratiyanın
təminatçısı olduğunu, müstəqil mətbuatsız
inkişafın mümkün olmadığını vurğulamışlar.
Mitinqin sonunda İsveç parlamentinə və digər təşkilatların
Stokholm nümayəndəliklərinə müraciət qəbul
olunmuşdur (müraciətin mətni əlavə olunur).
Müsavat Partiyası İsveç özəklərinin
Azərbaycan Respublikasında KİV-nə qarşı
repressiyalara etiraz mitinqinin müraciəti
İsveç Parlamentinə,
İsveç Jurnalistlər Federasiyasına,
BMT-nin Stockholm nümayəndəliyinə,
AŞPA-nın Stockholm nümayəndəliyinə,
Sərhədsiz Reportörlər Təşkilatının
Stockholm nümayəndəliyinə,
Amnesty İnternational Təşkilatının
Stockholm nümayəndəliyinə.
Hörmətli cənablar,
Avropanın
əksər demokratik qurumlarının üzvü olan, bu qurumlar qarşısında
demokratiya və insan haqlarının təmini üzrə bir sıra
öhtəçiliklər götürmüş Azərbaycan Respublikasının
hazırki iqtidarı öz vətəndaşlarına,
cəmiyyətin güzgüsü olan mediaya qarşı əsl müharibə
elan etmişdir. Monitor jurnalının baş redaktoru Elmar
Hüseynovu vəhşicəsinə qətlə yetirən rejim
indi də yerdə qalan jurnalistlərə divan tutmağa başlamışdır.
Hal-hazırda 7 tanınmış jurnalist həbsdədir, bir neçəsi
barədə qondarma məhkəmə işləri açılmışdır,
yüzlərlə jurnalist isə Azərbaycandan mühacirət
etməyə məcbur olmuşdur.
Biz, bu mürtəce rejimin əlindən İsveçdə sığınacaq tapmış müsavatçılar və digər azadlıqsevər insanlar doğma vətənimiz Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin qurulması, insan haqq və azadlıqlarının təmin olunması, azərbaycan xalqının layiq olduğu azad, müstəqil, firavan gələcək qurmaq yolunda birinci şərt olan söz azadlığının təmin olunması, azərbaycan jurnalistlərinə azad və təhlükəsiz şəraitdə faliyyət göstərmək üçün şərait yaradılmasını tələb edirik.
Mitinq iştirakçıları adından Sizi, hal-hazırda
həbsdə olan jurnalistlərin dərhal azad olunması, yeni
məhkəmə işlərinin, KİV-nə qarşı
repressiyaların dayandırılması üçün Azərbaycan
Respublikası iqtidarına təsir göstərməyə çağırırıq.
Mitinq
iştirakçıları
Stockholm,
İsveç
2007.06.12










