MİLYONLARIN HAQQINI TAPDALAYAN HAKİMİYYƏT

 

AZƏRBAYCANDA BÜTÜN PROBLEMLƏRİN MƏNBƏYİ MÖVCUD HAKİMİYYƏTDİR

 

Dünən Isvecin başkəndi Stokholmda Azərbaycan hakimiyyətinin həbs etdiyi jurnalistlərə dəstək aksiyası baş tutdu. Stokholm parlamentinin qarşisinda Azərbaycan hakimiyyətinin ünvanına o ki, var tənqidi fikirlər səsləndi. 

Məsələnin daha maraqlı məqamı bundan ibarətdir ki, aksiyaya bir gün qalmış xaricdə yaşayan soydaşlarımıza cox maraqlı bir məktub daxil olub. Öyüd verici kəlmələrlə "təəssübkeşliklə" yazılan məktubda soydaşlarımızı bu aksiyaya qoşulmamaq cağırışları var idi. Yaılanları izah etməyə calışan müəllif fikrinə belə bir cümlə ilə yekun vurur ki, bütün bu məsələlər Azərbaycanın daxili işidir və bu problemlər Azərbaycanda öz həllini tapmalıdır. Hec kim istəməz ki, öz evinin sirrini cölə cıxarsın, amma, insan haqlarıyla bağlı məsələlər hec bir ölkənin daxili işi deyil.

Bir qədər tarixə varıb statistika göstərmək, təlaşla yazılan bu yazını təkzib etmək olardı, amma mənasızdır. Bu yazinın aşbazı və mətbəxti bəlli olduğundan onu bizlərə ikram edənə nəsə demək boş qabı döyəcləmək kimi bir şeydir. Ən azından ona görə ki bu yazının müəllifi Azərbaycanda yaşamır. Onun bu hakimiyyətin vəkili rolunda cıxış etməsi öz işidir. Amma haqsizliqları görən, ordan baş götürüb qürbətə qacan insanlara bu mövzuda cağırış etmək, onlara öz vətənlərindən didərgin salan hakimiyyəti savunma təklif etmək hec bir əndazəyə sığmır və buna haqqı da catmır. 

Cağırış əvvəldən axıra kimi həqiqətə uyğun olmayan "dəlil, sübutlardan" ibarət olduğundan  yığcam şəkildə bu məsələyə müdaxilə etməyi zəruri edir.  

Problemsiz cəmiyyət yoxdur. O üzdən Azərbaycan da gənc müstəqil dövlət olduğundan təbii ki problemlər də olmalıdır. Lakin bu problemləri sadalayanda bunların qaynağının məhz indiki hakimiyyətin olması, əslində indiki hakimiyyətin dövlətcilik ücün təhlükə olması qənaətinə gəlirsən.

     Mətbuat cəmiyyətin güzgüsüdür. Ölkədə mövcud problemləri işiqlandırmaqsa mətbuatın işidir. Bütün dünyada bu belədir. Ancaq problemləri işiqlandıran, onu capıb talayan məmurlardan, xalqın sərvətini zəli kimi sümürüb əcnəbilərin cibinə axıdan hakimiyyətdən yazan qəzetlər bağlanır, jurnalistlər həbs edilir. Azərbaycanda hec bir əndazəyə sığmayan formada mətbuat sıxışdırılır, jurnalistlərə sırf fəaliyyətinə görə polis məmurları, yaxud da məmurların qocu dəstələri tərəfindən hücumlar olur və biz buan göz yummalıyıq. Avropa standartlarına uyğun mətbuat modelində bir cümləsinə görə kimisə tutub zindana salmırlar. Azərbaycanda yalnız Azərbaycan hakimiyyətinin qaydalarına tabe olan, ona məddahlıq yapan "saray mətbuatı" maneəsiz fəaliyyət göstərə bilir. Televiziyalarınsa fəaliyyətindən danışmağa dəyməz. Cəmiyyətin bir nömrəli təbliğat vasitəsi televiziyalarda cəmiyyətə yalnız mənəviyyatsızlıq aşılanır. 

Digər məsələ Azərbaycanda etnik qrularla bağlı Azərbaycanda hec bir problemin olmamasını vurgulayan cümlədir ki,  bunu bircə kəlmə ilə təsdiqləmək olar. Bəli, Azərbaycanda yaşayan etnik qrupların hüquqları yüksək səviyyədə qorunur. Hətta o səviyyədə ki, onlar artıq hakimiyyətin ən yüksək pillələrinə qədər yüksələ bilirlər. 

Azərbaycanda yaşayan hər bir kəs bilir ki,  burda hüquq mühafizə orqanları ölkədə qanunsuzluqla mübarizə aparib haqqı nahaqdan ayırmaq ücün deyil. Onlar yalnız hakimiyyətdə oturan bir qrup harın məmurun təhlükəsizliyini təmin etmək ücündür. Bir sözlə, bu ölkədə qanun şah yox, şah qanundur prinsipi hökm sürür. Haqq ədalət olmayan Azərbaycanda milyonlarla insanın haqqı ayaqlar altındadır. Bunun hesabı sorulacaq ünvansa yoxdur. Bütün bunlara ölkənin daxili işi kimi baxan insan gərək vicdanını itirmiş olsun.

Ən nəhayət, Azərbaycanı sevən hər bir kəs dövlətin milli mənafeyini üstün tutmalıdır. Hətta lazım gəlsə belə nəinki kreslosundan, hətta canından da kecməyi bacarmalıdır. Nəinki milli mənafemiz kürsülərin qurbanı olaraq yarısı qərbə, yarısı avpopaya paylanmazdı. Ən sonda düşünmək ücün milli mənafemizin hərraca qoyulduğu ilk vaxtlara- 1993-cü ilə qayıtmaq istərdim. Nəyin bahasına olursa olsun milli hakimiyyəti devirib onun yerində əyləşmək istəyənlərin arzusu 20 faiz torpağımızı girov qoymaqla reallaşdı. Bax buna görə də "Azərbaycanın 20 faiz toprağını milli hakimiyyət verdi" cümləsini yazıb altından imza qoyan şəxslərin mütləq ən yeni tariximizi varaqlamağı lazımdır.

  

Altay Oğuz  

 

Azərbaycan Dövlətinə qarşı etiraz aksiyasına qatılmayın !

 

Dəyərli yurddaşlar !

 

Azərbaycan milləti 1990-cı, yəni müstəqillik əldə edənədək xarici qüvvələrə qarşı mübarizə aparırdı. Müstəqillik əldə ediləndən sonra , dövlətçiliyimizin möhkəmlənməsi, demokratik dəyərlərin tətbiqi və ölkə əhalisinin maddi durumunun yaxşılaşdırılması uğrunda mübarizə ölkə içində tam gərginliyi ilə davam etmişdir.

Bu gün də bu mübarizə tam gərginliyi ilə davam edir və ölkənin siyasi qüvvələri çoxsaylı siyasi partiyalarda və ictimai təşkilatlarda birləşərək qanuni fəaliyyət göstərirlər.

 

Əziz həmvətənlər !

 

Azərbaycanın problemləri çoxdur. Bu problemlər bu günün və yaxud son illərin problemi deyil. Azərbaycanın üzləşdiyi çətinlikləri əsasən 3 bölümə bölmək olar.

 

1        Bütün dünya ölkələri kimi Azərbaycanın da öz inkişafı, gəlişməsi və tərəqqisi yolunda çətinlikləri var. Bu çətinliklər tam doğal və qaçılmaz və vaz keçilməz məsələlərdir.

2        Ölkənin idarə edilməsində plan və proqramların hazırlanmasında yol verilən səhvlər nəticəsində ortaya çıxan çətinliklər.

3        Azərbaycanı istəməyənlərin və düşmənlərimizin törətdiyi problemlər.

 

Əziz həmvətənlər !

Bir inci və ikinci bölmədə yer alan problemlər ölkəmizin iç işidir və özümüz ölkənin içində həll etməliyik. Azərbaycanda siyasi mübarizə üçün tam azad şərait var.
Azərbaycanda heç kim siyasi əqidəsinə görə cəzalanmır və həbs edilmir. Azərbaycanda senzura yoxdur.

Azərbaycanda yaşayan etnik qrupların milli, mədəni və insani hüquqları qanunla təmin olunmuşdur.

Azərbaycanın problemi qanunların icrasında yol verilən pozuntular, rüşvət, yerliçilik və korrupsiyadır. Bütün bu çatışmayan yönlərə qarşı mübarizə aparmaq üçün ölkədə tam münbit şərait var.
Azərbaycanda Avropa standartlarına uyğun mətbuat və söz azadlığı haqda qanun fəaliyyət göstərir. Bu qanun çərçivəsində işləyən bütün mətbuat orqanları, televiziya kanalları və başqa yayım vasitələri tam sərbəst fəaliyyət göstərir.

 

Bütün bu imkanlardan istifadə edərək mübarizəmizi ölkənin içində aparmağa həm haqqımız, həm də imkanımız var. Azərbaycanın məsələsi Azərbaycanda həll olunmalıdır.

 

Müsavat imzası ilə yayılan tarixsiz yazıda, qeyd olunan sosial məsələlər ölkənin iç işidir. Hüquq pozuntuları haqda deyilənlər isə ölkə dışında Azərbaycan dövlətinə qarşı aksiya keçirtmək mövzusu deyil, Azərbaycan hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələlərdir.
Müsavatçılar bilməlidirlər ki, hakimiyyətə gəlmək üçün milli mənafeyimizə qarşı çıxaraq hər vasitəyə əl atmaq düz deyil. Müsavat və AXC-nin bu siyasəti Azərbaycanın torpaqlarının 20% dan çoxunun itirilməsi ilə nəticələndi. Müsavat yenə həmin uğursuz siyasəti davam etdirərək  ciddi səhv edir və yuxarıda 3-cü bölmədə sadaladığım “ Azərbaycanı istəməyənlərin və vətənimizin düşmənlərinin “ arzusunu ifadə edirlər.

 

Semed Niknam

2007-06-11