Sülalə rejiminə qarşı Stokholumda etiraz aksiyası

Dəyərli soydaşlarımız!
Sizi 2007.06.12 tarixində, saat 18: 00 - dan 19: 30- dək İsveç Parlamentinin qarşısında keçiriləcək mitinqə dəvət edirik.
Mitinq Azərbaycan Respublikasında İnsan hüquqlarının, o cümlədən jurnalist hüquqlarının müdafiəsinə, onların öldürülməsi, nahaqdan həbsə salınması, döyülüb, təhqir olunması, haqlarının pozulmasına həsr olunur.
14 illik Əliyev sülaləsinin hakimiyyəti dövründə Azərbaycan xalqının vəziyyəti günü - gündən ağırlaşıb və heç bir ümidverici addım atılmayıb.Qeyd etmək lazımdır ki, sülalənin hakimiyyətdə olduğu gündən xalqın heç bir problemi həll olunmamış, əksinə ölkə maddi və mənəvi baxımdan hər tərəfli iflic olmuşdur. Onun maddi və mənəvi sərvətləri talanmışdır. Vətənimizin sərvəti bir ovuc adamın şəxsi hesabına axır və xarici banklardan alınan borclar getdikcə artır.Başqa bir tərəfdən gündəlik təlabat mallarının və bu kimi çox işlənən malların, nəqliyyatın qiymətlərinin ağlasığmaz dərəcədə, əlbəttə xalqın aldığı maaş müqabilində artması sübut edir ki, mövcud hakimiyyət xalqı qəti düşünmür və ona əzabdan başqa bir şey deyil. Bunun ücün sübutu kənarda axtarmaq lazim deyil, xalq arasında getdikcə artan narazılıqdan da acıqca hiss olunur.
Milli hökumətin xalqa bəxş etdiyi azad fikir, azad düşüncə və onu azad şəkildə ifadə etmək kimi ən ümdə insani haqqı da indi onun əlindən alınıb.Demokratik düşüncəli hər kəs Azərbaycanda qəddarcasına işgəncəyə məruz qalır.
Əlavə məlumat üçün qeyd edək ki, Azərbaycanda 2003 - cü ilin prezident və 2005 -ci ilin deputat seçkiləri zamanı hökümətin xüsusi göstərişi və ölkə polisinin vəhşiliyi artıq web sitələrdə yayılması nəticəsində bütün dünyaya məlum olub.
Hakimiyyət xalqın sərvətinə yox, onun probleminə sahib çıxmalıdır!
Mitinqin təşkilatçısı Musavat
Partiyasının İsveç özəkləridir.
Əlaqə telefonlarımız:
0737638688 -- Sərdar Ağayev və 0737223414-- Əli Ağayev
Azadfikirliliyinə görə müəmmalı şəkildə qətlə yetirilmiş və hələ də qanı yerdə qalan Elmar Hüseynov
Sülalə rejimi tərəfindən azadfikirliliyinə görə məhbus olmuş jurnalistlərin şəkilləri

Eynulla Fətullayev

Rafiq Tağı

Mirzə Sakit

Samir Sədaqətoğlu

Yaşar Ağazadə

Fərəməz Nazimoğlu

Rövşən Kəbirli