Xocalıdan qaçan kiçik qiz!

Bu sözlər,
1992, 25-26 fevral gecəsi, Daşnakların
yaratdığı vəhşət nəticəsində, anasıyla
beraber bilinməz çöllərə qaçıb, can verən kiçik bir
qızın xatirinə və eyni günlərdə yazıldı.
Onlar
toplayaraq ürəklərinə, yüz illərin kiçiglik, qısqanclıq
və nifrət duyğularını,
çirkin
və məsmum axıntılar kimi toplanaraq bir yere dünyanın
dörtbir yanından,
döşlərindən
asıbaqn ən qara xaçlarını, qıcırdadıb dişləri,
hücum etdilər Xocalıya
üç
yöndən. Yandırdılar evləri, öldürdülər kiçicik
bəbələri və dağıtdılar yuvasını
qaranquşların. Bir çoxları, görüncə bu barbarca dəhşəti,
açıq qalan dördüncü yöndən
qaçaraq,
çöllərdə, qışın acımasız şaxdasına
təslim oldular. Bu arada, ruhumuzu əbədiyyətə
qədər titrədən, 7 yaşında bir qızın,
anasıyla bərabər qar içində donması,
sözümüzə
simbol oldu.
Xocalıdan qaçan kiçik qız!
Xəstə anan,
bir
vəhşət kimi dünyani bürüyən,
şaxdalı gecənin qaranlığında,
qara qarlara bürünüb, can verərkən;
sən bu dünyanı necə gördün?
İnsanlığı
necə duydun?
Sən ananın dodağında,
çarəsizcə
donub, qalan,
son təbəssümü görüncə,
kimsədən bir diləkdə bulunmaq istədin mi?
Bax bu çox marağlıdır:
Kiçik
ürəyində sənin o zaman,
var idi mı ən kiçik bir ümid?
Xocalıdan qaçan kiçik qız!
son
damlasını tükədib ümidin,
düşərkən,
qara qarların buzlu qarnına,
bir söz oçdu,
azəri türkcəsində,
donmuş dodağından
və incə bir səs çıxdı,
incə
boğazından.
Hələdə o səs,
anasın
itirən yavru bir quş kimi,
gəzib,
dolanır Xocalının paslı göylərin.
hələdə o səs,
məni çağırır,
bizi çağırır
və cümlə insanlığa, haray
çəkir:
Haydı qalxın!
Utanın da qalxın!
Qanadlarınız qırılıbsa,
Insanlıq adına bari,
bir iki,
axsaq addım atın!
Xocalıdan qaçan kiçik qız!
hələdə sənin son nəfəsin,
buzları əridb,
dəlməkdədir hisli göyləri
Sarxanlı
Paşa/ fevral 1992