Xurdad (May) dirçəlişi ildönümü və gələcəyimiz !

 

22 may 2007- də (  xurdadın biri 1386) Təbriz qiyamının birinci il dönümü bütöv Azərbaycanda olduğu kimi dünyanın bir çox ölkəsində də Azərbaycan Türkləri tərəfindən anlamlı bir şəkildə qeyd edildi. Şübhə yoxdurki, bu il dönümünün Güney Azərbaycanda geçirilən hissəsi daha böyük əhəmiyət daşımaqdadır.  Çünkü Azərbaycan milli hərəkatının və Azərbaycanın gələcəyinin necə olacağının dəyərləndirilməsində bu dirəniş düzgün ölçü dəyəri mahiyətindədir. Ona görədə müxtəlif təfəkkür sahibləri, güc mərkəzləri və özəlliklə Fars şovinist quvvələri öz mənafeilərinə ağırlıq verən tərəzidə çəkərkən milli hərəkətçilər məsələyə doğru zaviyədən baxmalıdırlar.  Əslində demokratik qaydalarla apardığımız ədalət mübarzəsində indilik söykəndiyimiz güc, elimizin – millətimizin sel kimi axıb qarşısındakı maniələri yıxması teorisindən ibarətdir. Bu durumun haracan dəvam edəcəyi, məzlumiyət sacında qıvrıla- qıvrıla qovrulan millətimizin gənclərinin hansı nöqtəyə qədər dözəcəyi sualı başqa bir müzakirə qaynağıdır. Ancaq Tehranın bu vəhşiyanə basqıları, özəlliklə 80 il müddətində talanmış bütün milli, mədəni, Siyasi, Iqtisadi və sosyal varlığımızın son zamanlar daha da şiddətlənməsi, bəzilərinin səbir kasəsini doldurabilər.Onun üçündürki, Güney Azərbayvan probləminə çeşitli zaviyələrdən baxanlar təzadlı fikirlər ortaya atır və bu dirəniş və dirçəliş şahlanışını rəqəmlərlə ölçməyə çalışırlar.

Bu yazıda, il dönümü günlərində bəzi soydaşlarımızın Güneydən, özəlliklə Təbrizdən GünAz Tv-yə zəng açaraq məsələni təhrif etməyə çalışmalarına münasibət bildirmək istəməzdim. Ancaq bu televizyonun aparıcılarının tam məharətlə, peşəkarcasına davranaraq atılan daşları atanlara qaytarma bacarığıda danılmaz bir həqiqət, sevindirici bir olay və təqdirə layiq bir davranış olmuşdur. Ona görədə bu zəhmətkeş dostlarımıza minnətdarlıq bildirməyimiz özü- özlüyündə düşmənin ağzından yumuruqla vurmaq savabındadır, sağ olsunlar. Ama mən bir sualın cavabını hələdə tapabilməmişəm. O günü Güneydəki bəzi dostlarıma, hətta tanımadığım bəzi telefon nümrələrinə dəfələrlə zəng açsamda qarşı tərəfdən heç bir səs eşidilmirdi, başqa sözlə bütün telefonları kəsmişdilər. Bunlar hardan və nece danışırdılar suali  hələdə beynimi qıcıqlandırır.

Heç bir Azərbaycan Türkünün “ Azerbaycana “ xəyanət edəbiləcəyinə inanmadığım kimi  heç bir Türkün də nökərçilik istəyi olmasına inanmıram. Bu sözlərə dəqiq inancım olduğuna görədirki, iqtisadi çətinliklərdən doğan fəsad və bədbaxtlıq fəlsəfi anlayışına toxunmaq istəyirəm. Ancaq bu çətinliklər nə qədər ağır olsada ayda yüzmin tümənə, bir tay düyüyə, bir çəllək yağa vəya.............. öz millətini satan varsa əslində öz şərəfini tərəzinin bir gözündə yerləşdirmişdir. Qaldıki, azad Azərbaycanda, demokratik ölkədə sizin dəyəriniz bir tay düyü vəya ayda yüzmin tümənlə deyil, insan ləyaqətinə yaraşır həyat biçimi ilə ölçüləcəkdir. Millətin qoynu ən isti qucaq, ən əmniyətli yuvadır, özünüzü bu batlaqdan qurtarın, heç olmazsa uşaqlarızın gələcəyinə bir gün ağlayın.

Bu barədə əsas sözüm Fars şovinizminin bugünkü icraçılarının xəbər organları o cümlədən “cumhuriye İslami“ qazetinin gülünc münasibəti və özlərini gələcək alternativ sayanların səsini yayan “ Fərda “ radyosunun qərəzli təhlilini aydınlatmaqdır.

Cumhuriye islami və ona tay qazetler, utanmadan – qıpçanmadan və eyni halda bir qaynaqdan tapışırılan eyni cümlələrlə “Güney azərbaycanda tam başarı ilə sonuçlanan xurdad qiyamının il dönümünü” tehrif etməyə çalışdılar.  Milli dirənişimizin başarılı deyil” tam başarılı “ olduğu görüşünün nədənlərini az sonra açıqlıyacağam. Ama bu qazetlərin hamısının eyni təhlillər və hətta cümlələrlə millətimizi və özəllikklə gənclərimizi sovudaraq milli müdafiədən uzaqlaşdırma cəhdlərinin aydınlanmasına öncəlik vermək gərəkir. Bu sözü bir daha yazmalıyam “ bu qazetlər utanmadan” yazırlarkı, “ geçən il Təbrizdə baş verən hadisələrin il dönümündə bəzi pan Türkist və separatçi quvvələr, xarici düşmənlərin əli və yardımı ilə Təbrizdə yürüş yapmağa çalışsalarda, ayıq xalq onların qarşısını aldı və təzahürat baş tutmadı”. Görəsən bu etirazlar ərəfəsində Güney Azərbaycanı böyük bir qışla ( padigan) halinə gətirən hakimiyətin Fars bölgələrindən toplayıb gətirdiyi yüzminlər silahlı quvvələrə mi “ ayıq xalq” adı verirlər. Görəsən Təbrizdə, Urmuda, Sulduz və Azərbaycanın başqa şəhərlərində milli haqlarını tələb edərkən güllələnərk şəhid olanlar, yaralananlar, zindana düşənlər, işdən qovulanlar xaricidilər, yoxsa onlara güllə sıxmağa gətirilmişlər. Əlbəttəki bizim xalq ayıq olmasaydı belə bir sıxı yönətim ( Hökümət Nizami) və asdı – kəsdi ortamında Güney Azərbaycanın bir çox şəhərlərində özəlliklə qəhrəman təbrizin müxtılif məhəllələrində imkan daxilində təzahürata qoşulub” haray – haray mən Türkəm “ şuarını verməzdi. İl dönümünün qarşısını almaq üçün o günlərdə minə yaxın milli mübarizi ittilaat idarəsinə çağırıb, hədə qorxu gələrək iştirak etməmək üçün iltizam almaq istədikləri, müxtəlif bəhanələrlə zindana saldıqları, ailələri təhdid edərək cavanlarının canının təhlükədə oldğnu söyləmələri, açıqca göstərirki, biz qalib gəlmişik. Qaldıki, 5-6 il bundan öncə milli kərəkətçiləri yaxalarkən onları başqa və qeyri siyasi ittihamlarla məhkəməyə çəkdikləri halda, bugün Tehran hakimiyətinin məhkəmələrinin, ittilaat organlarının, daxil və xaricdəki Fars kütləvi informasyon vasitələrinin “ Azərbaycan Milli Hərəkatının “ varlığına etirafı  bizim üçün böyük başarı və şovinizm üçün böyük məqlubiyət sayılmaqdadır. Onun yanında, daxildən aldığımız dəqiq məlumatlar əsasında, bütün bu təhdid və təhrimlərə baxmıyaraq, milli hərəkətçilər doğru taktik işlədərək müxtəlif küçə və məhəllələrdə öz etiraz aksiyalarını geçirdiklərinə görə bu il dönümü ən güclü şəkildə baş tutmuş sayılmaqdadır. Bu taktikə görə  onların sayına bir rəqəm söyləmək mümkün olmasada, boğuntu duvarlarını yıxmaq ən böyük başarı hesab olunmaqdadır.  Bu belə olmasaydı, son günlərdə Təbriz xiyabanlarında genədə “ Azərbaycan İranın Başıdır” aldatmacası ilə milləti tovlamağa ehtiyac duymazdılar. Bütün bu qolçaq oyunbazlıqları ona görədirki,  milli hərkət belə dəvam edərsə yaxında bu millət bu şovinistləri paiz xəzəli kimi xışa- xış ilə əzib – ayaqlayıb öz nilli haqqına sahib çıxacaqdır.

Bu qədər sıxntı içində səsini ucaldaraq sözünü diyəbilən “Azərbaycan Milli Hərəkatı” ölkə daxilində ən güclü quvvə kimi artıq təzahür etməkdədir. Bu ildönümü açıqca göstərdiki, balaca imkan yarandığı təqdirdə çoxdan arzu etdiyimiz milyonluq yürüyüş Təbrizdə baş tutacaqdır. Ona görədirki “ Radyo Fərda” kimi quruluşlarda gicələrək nala- mixa vurmaqdadırlar. Bir tərəfdən bütün çətinliklərə rağmən Xurdad dirçəlişinin il dönümündəki şahlanışdan qorxuya düşərək onu küçümsəməyə çalışırlar. Başqa tərəfdəndə “ Azərbaycanın Milli müqəddəratını Təyin “ yolunda düşmənin güllələrinə sinə gərən cavanlarımızın gür səsini Farsçılıq rənginə boyamağa çalışırlar. Bu günə qədər milli hərərkatımızın fəallarının başına gətirilən bəlalardan bir kəlimə belə danışmıyan bu fürsəttələblər müxtəlif metodlarla bizi İranda Farsçılıq siyasətinin arxasınca süründürməyə can atır və bundan sonrada atacaqdır. Çünkü istər daxil , istərsədə xaricdəki alternativlər milli hərəkatımızın dirçəliş günlərindəki yürüşlərə tay demirəm, hətta ittilaat tərəfindən bu günlərdə çağırılmış o, min nəfər sayında bir güc ortaya qoya bilməzlər. Bunu xatəmiçilərin “ iki Xurdad “ gününün 10- cü il dönümündəki tədbirlərində aydıncasına gördük. Bu hesabı götür və xaricdəki Apadanalar, cumhuriyətçilər və Radyo fərdalarla çaprazlaşdır.

Bunda da şübhə yoxdurki, şovinizmin xidmətində olmuyan əllərin bizə uzanacağı təqdirdə onu düzgün dəyərləndirmək siyasi bir görəvdir. Ancaq bu əllər öncə İranda Farsçılq siyasətindən arınmış olduqlarını sübut etməlidirlər.

“ Azərbaycan Milli Hərəkatının “ gücü artan nisbətlərdə artdığına görə tam arxayınlıqla demək olarki “ gələcək bizimdir”. Yetərki :

1-      Daxildə və xaricdə bugünə qədər apardığımğız taktiklərin doğru uygulamasında indiyə qədər olduğu kimi titiz davranaq və düşmənlərimizin aldatmacalarına uymuyaq.

2-       Birlik və bərabərliyimizi pozan amilləri özümüzdən uzaqlaşdıraq və öz gücümüzə inanaq.

3-      “Azərbaycan Mərkəzli Düşüncə Sistemi”  daxilində demokratik bütövləşmə modeli ilə açıq şəkildə mütəşəkkilləşək.

4-      Daxildəkilərin, özəlliklə gənclərimizin və aydınlarımızın uyguladığı mübarizə metoduna dəstək verərək, məntiqi və demokratik usullara boyun əyək.

5-      Milli düşüncəni daha qabarıq yaymaq üçün təbliqat gücümüzü artıraq, anti- Türk, anti Azərbaycan təbliqatların qarşısını alaq.

6-      Milli günlərimizdə səsimizi qaldırmaq üçün yeni taktiklər uyguluyaraq basqınçı quvvələrin gücünü parçalıyaq. Bunun üçün bugünkü şərtlər altında ayrı-ayrı məhəllələrdə, məktəblərdə, biliyurdlarda az sayıda olsada xəbərsiz toplaşaq.

7-      Böyük yürüyüşə hazırlaşaq və imkan yaranan kimi onu sistemli şəkildə gərçəkləşdirək.

8-      Bugün Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi mərkəzi olan Bakıya düzgün düşüncə ilə yanaşaraq düşmənin oyunlarını qısırlaşdıraq.

Azərbaycana aran adı taxanları, islam fədailərinin Qafqaz iddialarini, Bakıdakı 3000-ə yaxın Güneyli tələbələri kontrol üçün göndərilən Əkbər adında mallanın oyunlarını yaxından izləyib ifşa edək.

Hamısından vacibi sabah 28 may bayramı günündə İran səfirliyinin Güneyli tələbələrə hazırladığı yeməkli və eyləncəli gəzi və ordunun nədənlərini dəqiqliyi ilə gənclərimizə anladaq.

Yaşasın Azərbaycan, tanrı Türkü qorusun.

 

Böyük Rəsuloğlu :  27  May 2007