Ana
dili günü, Zəncanın fəthi və milli
hərəkətimizin taktiki;
Sözə başlamadan
öncə Ana dili günündə millətimizin böyük başarısını
qəhrəman mübarizlərimizə və bütün Azərbaycanlılara
təbrik deyir və boğulmuyan səslə haray çəkirəm
əziz cavanlar, gələcək sizindir, hade, irəli.
Zəncan uğrunda
gedən savaş meydanının səngər daşları
Xurdad ayında qoyulmuş olsada Ana dili günü bu xanlığın
ana vətənə tam qovuşması milli
hərəkətimizin ən böyük nailiyətlərindən sayılır.
Bu yolda zəhmət çəkən bütün bölgə əhalisini ,
fəaliyət göstərənləri və zəncirə çəkilənləri
qucaqlıyaraq bağrıma basıb uca səslə hayqırıram
gələcək sizindir.
Azərbaycanımızın
bütün şəhərlərində, Qumdan Tehrana, Ərdəbildən
Sulduza, Urmudan Təbrizə qədər qeyrət damarları coşan
millətimiz, bu ağır şəraitə baxmıyaraq
ayaqlanması ilə sübut etdiki öldü var döndü yoxdur.
Bütün iman və inancımla güvən qələmimi güclənmiş
barmaqlarım arasında oynadaraq yazıramki Azərbaycan Türk
Milləti , gələcək bizimdir. Xurdadın biri dirçəlişinin
il dönümünə bütün gücümüzlə hazırlaşmalı, Farsçılıq
siyasətinin əyilmiş belinə düzəlmə imkanı
verilməməlidir.
Bu ilki ana dili günü
dirçəlişini analizində üç məsələyə
toxunmaq niyətindəyəm!
1-
Zəncanın
fəthi və milli hərəkətimizin taktikləri;
Türk ordularının
tarixi başarılarının səbəblərindən biridə,
düşmən qoşunlarını bəlli bir taktiklə bölüb
müxtəlif qol ordularının əlaqlərini
kəsmək olmuşdur. Qədim klasik qoşunkeşliklərdə
ordular əsasən üç bölmədən( cinah) ibarət olduğu
halda Türk ordularında bu dörd olmuşdur. Əsas gücü təşkil
edən və ortada yerləşən baş ordunun iki
tərəfində yerləşən sağ və sol qanatdan
əlavə Türk ordularında birdə ön qoşun olmuşdur.
Bunu adına qərbi Hunlarda Altung və güneyə doğru
öncül deyilsədə şərqi Türküstanda toğlama adı
ilə tanınmışdır.
Geçən əsrin
sonlarında yazdığım məqalələrin bir çoxunda
bu fikiri ortaya atmışdımki
Tehranın başını Tehranda qatmalıyıq. Əslində
bu düşüncələr birdə biz tək başına bu işi
başara bilmərik məfkürəsində olan dostlarımızın
fikir dairələrindəki tərs anlayışı aydınlığa
qovuşdurmaq üçün yazılır və deylilirdi. İçlərində
səmimiyətlərinə inandığım şəxslərində
bulunduğu, İran demokratlari- milli məzhəbiləri
vəya iki xurdad cərəyanını dəstəkliyən Güneyli
dostlarımızın xətali təhlillərinin islahında
da bu düşüncə meydanının genişlənərək
açıqlanması gərəkməkdədir. Azərbaycan Milli
Hərəkatının apardığı bu mübarizədə,
millətimizin əleyhinə aparılan asdı-
kəsdi siyasətinə biganə qalan Farsçı
alternativlər və tamamiyətçi təşkilatlara bel bağlamaq,
quyunun dibinə düşməkdən başqa bir məna daşımaz.
Ona görədə Azərbaycan Mərkəzli Düşüncə
Sistəminə daxil olan qüvvələrin birləşərək
güc mərkəzinə dönüb öz haqqını və
istəklərini təmin etməsi siyasəti ən güvənilir
körpüdür.
Zəncanın
fəthi bir yandan da bəzi bəhanələrlə bizi Fars
şovinizminin quyruğuna bağlamaq istəyənlərə
verilən bir möhkəm cavabdır. Azərbaycan milli
hərəkati bu taktiki uyguluyaraq Azərbaycanın bölünmüş
və ondan ayrı salınmış hissələrində öz
təbliqatını gücləndirərək düşmənin
beynini qarışdırması vacibliyi artıq əyandır.
Tarixdən dərs almaq gərəyinə inanaraq milli hökümət
zamanı Tehran və Təbriz arasındakı Zəncan
davasını unutmamalıyıq. Hərəkətimiz
demokratik, istəklərimiz ədalət məfumu iə dolu
və beynalxalq qanunlara uygun olduğuna görə səsimizi eşidən
hər Türk harayımıza gələcəkdir. O ölkənin
yarısını təşkil etdiyimizə görə yetərki
onlara səslənə bilək və
bu barədə GünAz- TV- nin roluna daha çox diqqət
yetirək. Beş il öncə Həmədan milli çalışqanları
bir əlin barmaqları sayında ikən, bu bölgələrə
Türklük şuurunun yayılmasından ciddi təşvişə
düşən Fars hakimiyəti onlardan birini şkəncə altında
şəhid etdiyini unutmamışıq. Bugün Bahar bölgəsinin
nümayəndəsi sayın Təlai
Nikin Həmədan Türklərinin haqqını tələb
etməsi Fars şovinizminin başımıza ələdiyi külün
altındakı közün alovlanmasından xəbər verir. Bütün
gücümüzlə bu közləri körükləməliyik.
1992 və 93- də
rəhmətlik Eli bəy Kəmalinin hazırladığı
Savə səfərlərində olanlar, nə demək
istədiyimi daha yaxşı başa düşərlər.
Həmin toplantılardan
birində dəyərli ustad Mir Hidayət Hisarının
Xələc Türkləri tarixi haqqindaki çıxışına
Savə və ətrafından dəvət olmuş Türklərin
müsbət münasibətləri və sevgi dolu alqışları
unutulmazdır. Əkilən bu toxumların yavaş- yavaş gövərməsi
və bugün Qum , Tehran , Qəzvin , həmədan və sayir bölgələrdəki
artan nisbətlərdə artan milli hərəkət
fəaliyətləri umud qaynağımızdan biri olmalıdır.
Bu barədə müxtəlif misallar gətirmə imkanı olsada
sözü uzaltmamaq üçün tələbələrimizin boynuna düşən
görəvi xatırladaraq geçirəm. Ancaq Cənubi azərbaycanın
birinci bölgəsi saydığımız Zəncan , Ərdəbil
, Təbriz və Urmu xanlıqlarındakı mübarizlər
və xaricdəki dostlarımız uzaq düşmüş bölgələrdəki
milli mübarizlərimizi möhkəm dəstəkləməli
və onların səsinə səs verməlidir.
Bu davranış uzun
yolumuzu qisalta biləcəyi kimi birinci bölgədəki basqılarıda
azalda bilər.
2 Tehranın qəmə
qəddarəsi və milli dirçəliş;
Ana dili gününün Güney
Azərbaycanda olduqca görkəmli şəkildə qeyd
edilməsi açıqca göstərirki hakimiyətin zorakılıq
siyasəti artıq öz fonksyonunu itirb və millət öz haqq
hüququnu almaqda israrla dirənməkdədir. Xurdad qiyamından
sonra milli fəalların geniş şəkildə tutulub
incidilməsi mübarzə əzmini dahada şiddətləndirib.
Başqa deyimlə artıq bəlli olubdurki, bugünkü dünya şərtlərində
özbaşınalıq həddini aşamaz.
Bəzi bölücü söz, yazı və davranışların,
iştirakçıların beynində sual yaratması və
təbiəti ilə etirazlara qoşulma rəğbətinə
mənfi təsir buraxması inkar edilməzdir. Ancaq bununla
belə və hazırlıq mərhələsindəki geniş
tutulmalara baxmıyaraq xiyabanlara
tökülənlərin nisbi dəyəri düzgün tərəzidə
ölçülməlidir. Zəncandaki rastgələ tutuqlamalar birdə
bunu göstərirki, hakimiyət organları başını
itirib, nə edəcəklərini bilmədən əl- ayağa
düşüblər.
Bu məsələni
öz arşınımızla deyil , gərçəkçi bir usulla
dəyərləndirsək açıqca görünürki, güney
Azərbaycanda uygun şəraitdə milyonlar türkün küçələrə
tökülüb milli müqəddəratını təyin etmə
istəyi gözlənilməkdədir. Ana dili ügnünün sabahi
Təbrizlə- Tehran arasındakı fotbal müsabiqəsində
və arxasınca küçələrdə
verilən milli şuarlar bu iddeanın sübutudur.
Məsələyə bu açıdan baxanda, öndə gedən qüvvələrin
və milli fədailərin çiyinlərinə böyük yük düşməkdədir.
Gərçi prezident seçgilərində
Günüydəki milli siyasi düşünürlərimizin doğru
tədbiri nəticəsində milli hərəkatımızın
potansiyeli ölçüldü. Ancaq olaylar göstərirki , zaman daha sürətlə
bizim xeyrimizə işləməkdədir, bunu düzgün
dəyərləndirməliyik.
3- Parçalama
cəhdləri və millətin ayıqlığı;
Fars şovinizminin çeşitli
mütəfəkkirlərinin parçala hakim ol tezinin
dəriniklərinə qədər işləyib hazırladıqları
programların təsirsiz halə gəlməsi sevindirici bir haldır.
O cümlədən ittilaat teorisiyənlərinin serçə
bəzəmə metodu ilə yaratdığı milləti doğrama
qılıncının qınında
qalması türk millətinin böyük başarısı sayılmalıdır.
Bu barədə Xurdad dirçəlişinin təhlilində yazmışdım
hakimiyət organları parçalamağa zaman tapmadı çünki
o dirəniş sürətlə baş tutdu və qarşısının
alınması üçün planların hazırlanmasına fürsət
buraxmadı.
Ancaq ana dili günündə
bu çirkin oyunların oynanamsına cəhd edənlərə
şahid olsaqda millətin ayıq sayıqlığının
buna imkan verməməsinin də şahidi olduq. Bu
məsələdə də GünAz.Tv- nin aydınlatıcı
roluna dəyər verməklə birlikdə, Güney
azərbaycanda millətimizin siyasi təfəkkürünü inkişaf
dərəcəsinədə sevinməmək
olmaz. Əsasən milli
hərəkatımızın son 10-15 illik
fəaliyətindən dəqiq məlumatı olanlar yaxşı
bilirlərki bu milləti aldatmaq olmaz. 5-10,
taxma ad ilə bir birlərinə göndərdikləri saxtakarlıqlar
vəya millətçi qız- oğlanlarımıza qara yaxaraq onu
başqalarına pas verən aldanmışlar, ancaq öz zamanlarını
itirir və bəzi xəbərsizləri tidərgin salır.
Ona görədə bu oyunlarla xaricdə yaşıyanları geçici
aldatmaq və şimali azərbaycanlıları çaş- baş
salmaq olsada daxildə heç bir təsirinin olmadığı aydındır.
Özəlliklə 4-5 il
öncədən başlanmış saxtakarlıqlardan diskinən
daxildəki bəzi millətçi hərəkətçilərimizin
tidərginlikləri artıq bitməlidir. Görünürki, ayıq
millətimiz bütün o nigarançılıqları süpüprüb basdırmışdır.
Fars şovinizminin gələcəkdə öz aramızda qanlı
müharibə salaraq qaymaqlarımızı öz əlimizlə qıracaq
düşüncəsi artıq geridə qalmışdır. Azərbaycan
milli hərəkati milli demokratik çizgi üzərində heç bir dönəmdə
bugünkü səviyədə birləşməmişdi, bugün bu
baş tutmuşdur. O zaman haqlı olaraq beyinlərizi üşəndirən
, ruhuza qovra çəkən , cismizi əziyətə salan
hətta fəaliyətlərizin millətə xeyir
verməməsindən yanıxlığız , bu gün yerini
daha köklü, daha diqqətli və daha sistematik çalışmalara
verməlidir. Fars
hakimiyətlərinin bu oyunu millətin ayaqları altında
paiz xəzəli kimi ayaqlanıb- əzildiyinə görə
bundan sonrakı hilələridə millətimizin ayıqlığı
və dözümlü mübarizəsi nəticəsində silinəcəkdir.
Əmin və arxayın
olmalıyıqki gələcək bizimdir.
Böyük Rəsuloğlu
: 25. 02. 2007