Almaniyanın Köln şəhərində keçirilən mitinq haqqında bildiriş

 

Bu gün 24 fevral Almanıyanin köln şəhərində yüzlərcə soydaşımızın iştrakı ilə „Xocalı soyqırımı“ nın 15-ci ildönümü qeyd edildi.

  Bu toplandıda eyni zamanda Tehran şovenist hakimiyyətinin güney

Azərbaycandakı assimilasiyon siyasətini qınayaraq siyasi məhbusların azadlığı istənildi.Bu boyük mitinq ilk öncə Azərbaycan milli himninin sədaları və şəhidlərin ruhuna bir dəqiqəlik sayqı duruşu ilə başlandı. Daha sonra „Azərbaycan Kültür Ocaği Köln“ tərəfindən gündəlik açıqlandı  və sıra ilə çox sayda ziyalı soysaşlarımız Xocalı və güney Azərbaycan haqqında öz fikirlərini dilə gətirdilər. Bu çıxışda iştirakçılar tərəfindən alqışlandı. Proqramın davamında xaricilərə İnqilis və Alman dillərində bilgi verildi. Nəhayət Alman dilində oxunan iki qətnamə ilə mitinq sona çatdı. Mitinq bitər-bitməz soydaşlarımız qətnamələri dəstəkləmək üçün açılan imza kompaniyasına qatılaraq yüzlərcə imza toplandı. Daha sonra Tədarük komitəsinin təklifi ilə çox sayda soydaşımız „Türk-Alman Kültür Ocağı“nın mərkəzində toplanaraq gələcəkdəki hərəkətlərimizdə Azərbaycana layiq ola bilmək üçün təklif və məsləhətlərini dilə gətirdilər.

 

Qəhr olsun erməni işğalçıları

Qəhr olsun fars şovinismi

 

 

Azərbaycan Kültür Ocaği Köln