|
|
Say
(No.): 453 / 2007 Tarix
(Date): 12 May 2007 |
|
BMT, İnsan Haqları üzrə Ali
Komissarlıq, Cenevrə
Lütfən bu məktubu aşağıdakı qruplara
çatdırasınız: ·
Öz-xoşuna
Tutuqlanma üzrə Çalışan Qrup, ·
Çağdaş
irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə
Özəl Raporter ·
Milli
Azlıqlar üzrə Müstəqil Mütəxəssis Xanım
Harrison və
Dyke bəy,
Amnesty International, London |
|
Sayın
xanımlar və bəylər,
İLƏTİ.ŞMƏ
GÜNEY AZƏRBAYCANIN MAY 2006 KÜTLƏVİ ETİRAZLARI
İLƏ BAĞLI İLDÖNÜMÜNÜN QARŞISINI ALMAQ ÜÇÜN
İRANIN AMANSIZ BASQILARI !
Güney
Azərbaycanlılar tərəfindən anılacaq May 2006 xalq
etirazlarının birinci ildönümünü diqqətinizə çatdırmaq
istəyirik. İranın yaramaz hökumətinin irqçilik
siyasətindən irəli gələn millətimizin qatı
dirənişməsi, əsil mənada tariximizdə tektonik parçalanma
yaratmaq hadisəsi kimi təzahür etdi. İndi bu hadisəni açıq-açığına
qeyd etmək əzmi bunu göstərir ki, Güney Azərbaycanlılar
milli haq və mənafe uğrunda mübarizədə kompromizə
girən deyillər. Bu İlətişmə vasitəsi ilə
Tehraının qeyri insanı davranışlarının
kəsilməsində dəstəyiniz üçün sizə müraciət
edirik. Əminik ki, aşağıda verilən faktlara əsasən
İran yetgililəri tərəfindən bu İldönümə qarşı
aparılan basqı hazırlığını məhkum
edərək onu dayandırmağa çalışacaqsınız.
Bir
il öncə beynalxalq hüquq çərçivəsində qanuni haqlarını
tələb edən etirazçılardan 15
nəfər can itgisinə məruz qaldı; təqribən 200
fərd bəsici-pasdarların əlləri ilə yaralanıb
ya şikəst olundu; və minlər tutuqlu və başqa
əzab əziyyətlərə qatlaşmalı oldular. DünAzHAK
Azərbaycanın bir qeyri-hökumət örgütüdür ki, İran
yetgililəri tərəfindən qıyılan bu insan haqlarının
tapdanmasını sənədləşdirməyə çalışır
və diqqətiniz üçün ilətişmə, raport və
məktublar təqdim edir. May hadisələrinində raportları
geniş ölçüdə huzurlarıza təqdim edilmişdir.
Bugünkü
modern və demokratik dünyada insan haqlarının qorunması,
azad fikirli insanlar və beynəlxalq təşkilatlar
tərəfindən öncəlikli olaraq qəbul edilmişdir.
Ancaq 30 milyon Güney Azərbaycanlının insan haqlarının
qəddarca tapdanması, millətimizi, özəlliklə
gənclərimizi, həddindən artıq əsəbiləşdirmişdir.
Buna görə can və mal təhlükələrinə baxmıyaraq,
May ayının ildönümünü demokratik üsullarla
qeyd etmək üçün geniş hazırlıqlar aparılmaqdadır.
Ancaq
Fars şovinizmi və özəlliklə Faşistlər, bugün
Əhmədi Nəjad adında bir cümhur başqanının
simasında təzahür edərək hədə-qorxu edib və
asıb-kəsməklə bu ildönümünün keçirilməsini önləmək
üçün əllərindəki bütün imkanlardan istifadə
etməkdədirlər. İrticai təfəkkür
dairəsindən özünü nəcat verə bilməyən bu cümhur
başqanının, dünyaya, demokrasi və azadlığa meydan
oxuması sizlərə məlumdur. Ancaq ölkə əhalisinin
yarısını təşkil edən Günüy Azərbaycanlıların
başına ağla gəlməyən bəla və əziyyətləri
gətirmək üçün qaqların açarı öz əllərindədir.
İran
yetgililəri May 2006 Kütləvi Etirazların ildönümünü boğmaq
üçün hələ iki ay qalmışdan başlayaraq müxtəlif
metodlarla basqı və asdı-kəsdi siyasətinə əl
atmış. Bunlardan bir neçə örnək aşağıda
hüzurlarınıza təqdim edirik. İndi bu ildönümünün ərəfəsində
millətimizin müdafiəsi üçün bir dəfə daha sizə müraciət
edib və həmişədən daha çox dəstəyinizə
ehtiyacımızı ifadə edirik. Ümid edirik ki, bütün varlığı
talanmış xalqımızın insan haqlarını qorumaq uğrunda
həmrəylik ifadənizi əsirgəməyəcəksiniz.
Hörmətlə: Böyük Rəsuloğlu
Dünya Azərbaycanləlarının Haqlarını Müdafiə
Komitəsinin Sədri
Cədvəl
1: May 2006 Kütlə Etirazlarının İldönümünü
Məğlub etmək üçün İran Yetgililərinin Qıydığı
Basqılardan Örnəklər 1-
Təbrizdə,
Nurullah Huseyni və Huseyin Nəsiri adında iki gənc
April ayının 27- də ittilaat tərəfidən
saxlanılıb. 2-
Təbrizdə,
Araz Təbrizli adında bir soydaşımız April ayının
28-də ittilaat polisləri tərəfindən tutulub,
indidə harda olduğundan xəbər yoxdur. 3-
Təbrizdə,
Cahanbəxş Bəxtavər adında soydaşımız
geçən il may hadisələri ilə bağlı muhakimə
olunub, 6 ay zindan kəsərək Təbriz zindanına göndərilib. 4-
Təbrizdə,
İbrahım Fərəczadə adında soydaşımız
May ayınin 5-də ittilaat tərəfindən yaxalanıb. 5-
Təbrizdə,
milli hərəkatın tanınmış şəxsiyəti
Purvəli cənablarının iki oğlu Həbib və
Həmid Pur Vəli qardaşlar ittilaat tərəfidən
yaxalanıb, 3 gün işkəncə olaraq sorgu- suala çəkiləblər. 6-
Urmuda,
Xudayar Teymuri adında soydaşımız
21 Azər mərasminə görə 2 ay zindandan sonra 6
ay şərti zindana məhkum olub. 7-
Urmuda,
jurnalist məhəndis Rəsul Cəfəri üçün
kəsimiş 6 ay zindan qətiləşib. 8-
Urmuda,
ana dili günü tutulmuş jurnalist Əlirza Qovmi üçün bir il
qəti zindan kəsildi. 9-
Urmu
universitəsində tələbə olan Təbrizli Hadi
Həmidi milli fəaliyti üçün yaxalanıb və indi iki
aydırki, zindandadır. 10-
Urmuda,
May ayının 2-də iki cavan xiyabanda polis
tərəfindən öz xoşuna güllülünib. 11-
Marağada
tələbə olan iki təbrizli, Pərviz Azmındiyan
vəƏrsalan Azməndiyan April ayının 9-da tutulub
və indiTəbriz zindanındadırlar. 12-
Marağada,
daha öncələri Zəncanda oxuyan və milli
fəaliyəti üçün tutulmuş Yashar Həkkak pur adında
bir gənci Universitələrə giriş imtihanına
buraxmamışlar. 13-
Ərdəbildə
adlım azərbaycanlı siyasi zindani Abbas bəy Leysanlının
zindanın içində müxtəlif metodlarla sinsidərək
ölümlə təhdid ediblər. 14-
Zəncan,
Urmu, Təbriz,Ərdəbil universitələrində
fəaliyət göstərən öyrənci ocaqlarını
milli fəalyət gərəkcəsi ilə bağlayıblar.
Bütün tələbəri təhdid edərək qorxux içində
yaşadırlar. 15-
Zəncanda,
öyrətmənlər ocağı daxili işlər
nazirliyinin 26 April tarixli 15/1/
MTA/ 171 nümrəli məktubu ilə bağlanmışdır. 16-
Urmu
təhsil idarəsi bütün vilayət məktəblərinə
gənəlgə ( bəxşnamə) göndərərək
milli fəalları pan Türkist adlandırıb. Onları
tanıyıb mərkəzi idarəyə və polisə
məərrifi etməsini tələb edib. 17-
Güney
Azərbaycan şəhərlərinin əksəriyətində
öğrətmənlər və öğrənciləri milli
ruhdan salmaq üçün təhsil idarələri
tərəfindən milləti alçaldıcı elnlar verilir.
Mərəndin təhsil idarəsinin bu haqda öğrətmənlərə
xitabən məktubu sancaqlanmışdır. 18-
Güney
Azərbaycanın Mərənd şəhərinin
təhsil idarəsinin, bu barədə Azərbacanlıları
alçaldıcı gənəlgəsinin ( Bəxshnamə)
əsli və tərcuməsinində diqqətininzə
təqdim edirik. ( cədvəl
2) 19-
Həmədan
öyrətmən ocağının fəaliyətinə
yasaq qoyublar. 20-
Azərbaycanın
sərhəd şəhərlərində milli azlıqlar
arasında toqquşma yaratmaq siyasəti aparılır.
Azərbaycanın Soyuq Bulaq şəhərindəki bir
sərgidə Türkləri alçaldıcı tablo və yazılarla
qarşı durma yaratmağa çalışıblar. 21-
Bütün
vasitələsrdən istifadə
edərək, bu il dönümü ərəfəsində xalqın
milli ruhunu sındırmağa çalışırlar. Rdio
televizyonlarda olduğu kimi hətta futbal müsabiqələrində
də saxtakarlıq edərək Azərbaycanı sındırmağa
çalışırlar. 22-
Son
zamanlar islam dininin hicab məsələsini bəhanə
edərək Azərbaycanın bütün şəhərlərinə
pasdar və polis quvvələri yeridiblər. Bu vəsilə
ilə xalqı xiyabanlarda tutub, incidib və polis
idarələrinə apararaq şkəncə edib, gözdağı
verirlər. Həmin quvvələr geçən həftə
Təbriz şəhərində öz maşınlarında
musiqi dinlərkən iki gənci arxadan güllələyiblər.
Onlarında şəklini tablo 3- də təqdim edirik. Diqqət: Yuxarıdakı
olayları qeydə alandan bəri İranın yürütdüyü
basqı daha qalanmaqdadır. Buna baxmayaraq, millətimizin
əzmi anılacaq ildönümünü qeyd etmək üçün daha möhkəmlənir.
|
|
|
Cədvəl
2: Mərənddə
Eyitmə (təhsilat) Dairəsinin Buraxdığı bir
Buyruq (Cədvəl 1, Maddə 18)
|
|
|
Cədvəl
3: Təbrizdə iki Gəncin Bəsici-Pasdar Muzdurları
Əli ilə Güllələnmələrinə
Foto-Bəlgə - Bax Cədvəl 1, Maddə 22. |
|
|
|
|
|
|
|