Puç olmuş "High Hope"-larımız
Nəqədər
içmədiyim araq var
Nəqədər
dibinə qusmadığım ağac
Nə
qədər ağzını ... "insan" (Əlavə-Abbas)
Hələ yaşamağa
maraq var, maraq
Mən niyə
ölməliyəm axı?
Zahir Əzəmət
Norveçə
gəldiyim ilk günlər Oslo kənarında Sandivika deyilən
trustik qəsəbədə yaşayırdım. Qonaq saxlayırdılar
məni. Qeyri-adi təbiət, gözəl insani münasibət -
hər şey əla idi, tam ürəyim istəyən. Amma o
kilsənin gündə üç dəfə vurulan zəngi necə
dəhşət idi, bir bilsən. Hər eşitdiyimdə onun
dingiltisini üzü üstə yerə sərilib ağlamaq
istəyirdim, nəsə edib onun dingiltisini yerli-dibli məhv
etmək keçirdi ürəyimdən. Amma bacarmırdım, anormallaşmışdım
orda olduğum 10 gün ərzində...O vaxtan bəri Kilsəyə
qənim kəsilmişəm...Anlamazsınız bəlkə
də. Amma çox az adamlara demişdim bunu səbəbini, sizə
də deyim. Sadəcə Onun ruhunun şad olması üçün.
Təqvim
2 il öncəni (28 Aprel, 2005) göstərirdi. Günorta vaxtları idi.
Mobil tel-da Üzeyir bəyin "Arazbari"-si səslənirdi.
Gecələr işləyib gündüzlər oxuduğum üçün indi
yatmaq vaxtım idi. Normalda bu vaxtlar məni narahat edəni acılayardım
utanmadan. Amma bu dəfə buna imkan tapmadan yuxum ərşə
çəkiləcək, illər boyu unuda bilməyəcəyim
xəbəri dinləmək üçün dostum Mirqasım
Bədəllini könülsüz dinləməli olacaqdım:
-
Alo, Kimdi?
-
Abbas, adə ölmüsən, tez ol dur gəl Papaninə.
-
Miri, hirsləndirmə məni, yuxusuuuuuz...
-
Yuxuvu soxacağam gözüvə, tez ol gəl, Vüqar özünü asıb...
Tələbə
yoldaşım idi. 4 il bir yerdə gəzib dolaşmış,
treninglərdə olmuş, müəllimciklərlə dalaşmış,
hətta 2003-cü ildə bir yerdə həbs edilmişdik. İrreal
bir dostluğumuz var idi. Nifrətin xarabalıqları üzərində
qumuşduq bu dostluq sarayını. Dövlət İdarəçilik
Akademiyasında eyni kursda oxuduğumuzu biləndə sadəcə
2 gün idi görmüşdüm onu. Amma onu görmək sifətim yox idi,
sanki uzun illərin qan düşmənim idi O. Sonralar ona olan haqsız
nifrətimin səbəbini sadəcə onda olan qeyri-adi
xarakterin, ideal insana bənzər xüsusiyyətlərin
cəmləşməsində görürdüm. Özümə dərd etmişdim
onda olan hədsiz qüruru, sindirə bilmirdim onun ədalət
axtarışını. Bu hələ harasıdı, qızların
da ilk seçimi o idi. O olan yerdə bizə kimsə baxmazdı,
hirsimizdən qudurardıq. Girələyərdik ki, onu döyək
- niyə gülürsüz, gənciydik də. Xoşbəxtlikdən
onunla dalaşan yalnız mən olmuşdum. Elə dalaşmışdıq
ki, bir-birimizə vurduğumuz yumruqlar, ağız-burnlarımızdan
axıtdıqlarımız qanlar bizi bir-birimizə yaxınlaşdıran
ilahi dostluq eşqi olmuşdu. Üst-başımız it günündə
olsa da qucaqlaşıb ağlaşmışdıq. O gündən
də ta onun intiharına qədər birgə olduq.
Qeyri-adi
insan idi. Normal təsəvvür etdiyimiz tələbə evə
kilidlənəb mənasız kitablar oxuduğu halda onun idmanın
bütün növlərinə olan həvəsi, həyatının
rəngarəngliyi, gecə klublarında oynadığı
fərqli-fərqli rəqslər yüksək intellektinə maneə
sayıla bilməzdi...Bir
dəfə prorektor onun soy adını soruşanda "Mövsüm-zadə-li-yev-ski..."
kimi cavab verib "Azərbaycan kimliyinə sığa
bilmirəm, dünyaya açılmaq istəyirəm" demişdi, sözsüz
ki, onu derk edebilmeyecek seviyyede olan prorektor hirslənmiş, biz
də gülmüşdük.
Gecələr
bir un məmulatları mağazasında birlikdə satıcı
işləyirdik. Əslində göründüyü qədər şən
insan deyilmiş. Tez-tez oxuduğumuz Dövlət İdarəçilik
Akademiyasından danışardı. Nifrətlə qan püsgürürdü
bu Akademiyaya. "Ümüdlərimizi puç etdi, gələcəyə
inamımızı tərsinə çevirdi bu Aakademiya"
deyərdi sevdiyi Pink Floyd qrupunun "High Hope"-nu
dinlərkən. Sonra o kassir oldu. Zarafatından qalmayıb
mənə "Sən də fərqlənmə diplomunu
ilə Seyfəddin Qəndilovun mübarək əllərindən
almiş olsaydın satıcı işləməzdin" deyib
mırtlaşardı...Eh gidi o günlər. Yadımdan heç vaxt çıxmır
birlikdə olduğumuz sonuncu gün. Səhərə yaxın idi,
gizlincə konyak içirdik, kartla "duraki" oynayırıdıq.
Şərt qoymuşdu ki, kim uduzsa udanı öpəcək.
Mən də zarafatla "ədə, bəlkə cinsi
oreantasiyandan bezmisən?" demişdim. Amma oynamışdıq,
bilərəkdən uduzur, məni öpürdü - gülməyin lütfən,
sizin üçün əttökənlik ola bilər, amma özünüzü mənim
yerimdə hiss edin bir anlıq. Bilmədim necə oldusa məni
musiqi mərkəzindən gələn mahnını
dinləməyə məcbur etdi, Pink Floyd "High Hope"
oxuyurdu. Sonra kartları paylayıb "Abbas, qulaq as, onlar da
bizim kimi bədbəxt insanlardı, amma utanmadan,
gizlətmədən deyirlər xəyallarının puç
olduqlarını". Çox narahat olmuşdu həmin gün,
qəbul edə bilmirdi Sevda Rzayeva kimi bir adamın reytinq üzrə
Azərbaycanda 1-ci olan təhsil ocağında dərs deyib
hər şeyi tərs deməsini, sindirməyə aciz idi Abbas
Vəliyevlərin, "bazik" Sadıx Səlimovların
kafedralara rəhbərlik etmələrini. Çox "tərbiyəsizləşmişdi"
rektorumuz haqqında dedikləri söyüşləri dilinə
gətirəndə...Səhərə yaxın 12 saat iş müqabilində
2 şirvan alıb ayrılırdıq, yenə məni qucaqladı,
"Abbas, alarsan qisasımı" deyəndə axmaqcasına
"get yat, gecə çox içdik" demişdim...O da gülümsəmişdi...Ayrıldıq,
mən sağa, Sahli metrosu tərəfə, rəzilliliyə,
qorxaqlığa, həyata doğru getdim, o, diriliyə, şərəfə
doğru addımladı...
Ölümündən
öncə "WORD"
proqramında
yazdığı məktubu cibindən çıxdı. Öləndə
də zarafatından qalmayıb "WORD-də
yazılmış ilk intihar məktubu olduğu üçün
Microsoft-un arxivinə təqdim edərsiz" yazmışdı.
Sonda isə yenə mənə səslnirdi: "Ona deyin qisasımı
alsın". Amma kimsə bilmədi ki, "O" kimdir.
O,
bir dəfə özünü öldürməklə həmişə yaşayır,
qəlbimizdə hər gün doğulur. Amma biz taxtabaş, insan
hesab olunmayan tələbələr mübarizəni deyil, intiharı
deyil, yaşamağı - rəzilcə yaşamağı,
Seyfəddinlərin, Abellərin, Misirlərin, Fatmaların,
"Məleykə" Abbassovaların rəzil köləsi olmağı
seçdik, həm də sevə-sevə seçdik...Allah hamımıza
lənət eləsin...Hər dəfə pəncərəmin
içindən qulaqlarıma soxulan kilsənin cingiltilərini eşidəndə
onun HİGH HOPE-u "Oyan taxtabaş tələbə, oyan
yuxudan" deyir, gözlərimin içində kilsədən onun ağ
kəfənli lüt bədəni üstümə qaçır. Day dözə
bilmirəm, o bir dəfə öldü, əbədi yaşayır,
amma mən hər gün ölürəm, hər dəfə kilsə
zənginin DİNG-ini eşidəndə.
O
sadəcə ədalət aşiqi idi, sadəcə onu sevdi
və ona qovuşdu...
Saat
12. Kilsə zəngi vurulur. DİNG-DİNG-DİNG Hardasa
məsum uşaqlar ağlayır. DİNG-DİNG-DİNG. Müəllifin
gözləri dolur. DİNG-DİNG-DİNG. Ağ buludlardan bomba yağır.
DİNG-DİNG-DİNG. Biz günəşə qaçırıq, o
da bizdən qaçır. DİNG-DİNG-DİNG. Misir Mərdanov
maşına minir. DİNG-DİNG-DİNG. Həmişə
insan eşşəyi minərmiş DİNG-DİNG-DİNG.
indi eşşəklər insanı minir DİNG-DİNG-DİNG.
Müəllifin sol gözündən yaş gəlir. DİNG-DİNG-DİNG
"Həyat nə gözəldir" deyir axmaqlar. DİNG-DİNG-DİNG.
Fucking oil.
DİNG-DİNG-DİNG Fərid, nooolar
DİA-a sənəd vermə, qoru özünü DİNG-DİNG-DİNG.
Kimsə üstündə dayandığı stulu itələyir. DING-DING-DING.
Hardasa
ana qucağında can verən uşağına ümüdsüz gözlərlə
baxır. DİNG-DİNG-DİNG Fahişəni gündə
birdəfə "zoralayırlar", DİNG-DİNG-DİNG
Azərbaycandakı ədalət ilahəsi "Femida"nı
isə hər gün...
DİNG-DİNG-DİNG
Tələbələr ətçəkən maşına
gətməkdədir. DİNG-DİNG-DİNG Şeytan
insanlardan qorxur!
DİNG-DİNG-DİNG "DEMON" Eker Berg zirvəsinə çıxıb
bağırır: DİNG-DİNG-DİNG Ata normal düşüncəli
qızına norkaman diaqnozu qoyursa, DİNG-DİNG-DİNG körpələrin
başına raketlər yağırsa, DİNG-DİNG-DİNG
yaratıq yaltaqlıq edirsə, DİNG-DİNG-DİNG 1 milyard
ac insanı olan dünyada hamı silaha pul xərcləyirsə, DİNG-DİNG-DİNG
ozon problemi, istiləşmə kiminsə vecinə deyilsə, DİNG-DİNG-DİNG
"qorxu"dan başqa hər şeydən qorxuruqsa, DİNG-DİNG-DİNG
ana 9 aylıq canını ölü doğursa, DİNG-DİNG-DİNG
World
Bank-ın ofisindən prezervativ tapılırsa, DİNG-DİNG-DİNG
ata-anasız, sevgidən məhrum uşaqlar çöldə soyuqdan
titrəyərək yatarkən DİNG-DİNG-DİNG masajçıların
əlləri (və başqa yerləri) altında kişilər
məst ola bilirsə DİNG-DİNG-DİNG tüpürüm 5 min illik
dünya sivilizasiyasına, DİNG-DİNG-DİNG 5 min illik bəşəriyyətin
qazandığı bütün "uğur"lara DİNG-DİNG-DİNG
ki bu "uğur"ların sonunda zavallı bir körpəciyin
göz yaşı var. DİNG-DİNG-DİNG... Çox-çox uzaqlardan
xor səsi eşidilir DİNG-DİNG-DİNG Ümüdləri sönmüş,
DİNG-DİNG-DİNG arzuları puç olmuş insanlar DİNG-DİNG-DİNG
kəndirin öz balası kimi qucaqladığı 2 il öncə
asılan
dostum DİNG-DİNG-DİNG Məhbəslərdə çürüyən
günahsız insanlar DİNG-DİNG-DİNG butulka qarşısında
dayanıb günahkar olduğunu "etiraf" edən təqsirkar
DİNG-DİNG-DİNG Sevgi - Azadlıq uğrunda Qafqaza
zəncirlənmiş Prometey DİNG-DİNG-DİNG Haqq yoldan
çıxmış "DEMON"...DİNG-DİNG-DİNG bütün
cinlər-şeytanlar DİNG-DİNG-DİNG hamı Pink Floydla
birgə bağırır:
The grass was greener
The light was brighter
The taste was sweeter
The nights of wonder
With friends surrounded
The dawn mist growing
The water flowing
The endless river
ABBAS / OSLO