TƏBRİZ
ŞƏHƏRİNDƏ QACAR
MUZEYİ
( ƏMİR
NİZAM EVİ )
BU
MUZEY TƏBRİZ ( Güney Azərbaycanın ən böyük şəhəri
) ŞƏHƏRİNİN ƏN QƏDİM MƏHƏLLƏLƏRİNDƏN
BİRİ OLAN ŞEŞGİLAN MƏHƏLLƏSİNDƏ
DİR.
Qacar
türk şahlıq sülaləsi dövründə Təbrizin bu
məhəlləsində çoxlu gözəl və tarixsəl bina
salınmışdır , Əmir Nizam Gəruslu binasıda bu
görkəmli binalardan sayılmaqdadır.
Hal
hazırda Qacar muzeyi kimi istifadəyə verilən bu bina
Nasirəddin şah qacar dövründə və Əmir Nizam
Gərusinin xidməti zamanı tikilmişdir.
Ədəbiyyata
( qaynaqlar) əsasən bu
bina o tarixdən Qacar dövrünün sonunadək
Azərbaycan Əyalətinin ( Qacar dövründə indiki
İran adlanan ölkənin adı
Qacar qorunmuş məmləkətləri adlanırmış
ki Azərbaycan əyaləti bu ölkənin ən önəmli
və ən öncül əyaləti kimi tanınırdı ) ,
valilik binası kimi istifadə edilirmiş.
Bina bu il ( 1385-2007 )
uzun və yorucu təmir fasiləsindən sonra ( 1991-2007 , 16 il
təmir sürəsi ???!! , İsfahan şəhərində
də təmir işləri belə uzun sürər bilməm ???!!
)
Qacar muzeyi kimi
istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin
Darolsəltənə ( sultanlıq divanı ) olması və
Tehrandan sonra Qacar qorunmuş məmləkətlərinin
ən önəmli şəhəri olmasıdır.
Qacar sülaləsinin başlanğıcından
və Abbas Mirza vəliəhd ( sultanın əvəzedicisi
və ya prəns ) olan zamandan bəri Təbriz şəhəri
vəliəhd və şahzadə şəhəri kimi önə
sürüldü , Qacar şahzadələri Təbriz və
Azərbaycanda vali və başçı kimi
başarılı olarsaydılar , Şah öləndən
sonra Tehrana və siyasi başkəndə gedərlərmiş.
Bu əsasda Təbriz gələcəkdə şah olacaq
fərdin sınaq və imtahan yeri kimi idi !! həmçinin Rus
və Qacar Türk sülaləsinin savaşları zamanı
Təbriz orduya komandanlık və başçılıq yeri
kimi görünürdü.
BİNANIN ÖZƏLLİKLƏRİ
( KARAKTERİSTİKASI )
Bina 1500 metr kvadrat ( mürəbbə-kare
) və iki qatda tikilibdir , içində hovuzlar və
fəvvarələr olan iki iç
və dış həyətə malikdir. 16 ədəd sütun
bu binanın balkonun saxlayıb. başqa sözlə desək bu
bina memarlıq sərgisi və incə sənət nümunəsidir.
MUZEYDƏ QALERİLƏR
Birinci qatın
qaleriləri ; pul , tikiş , çini , şüşə , metallar
və musiqi qaleriləri.
Yer altı qatın
qaleriləri ; daş , silah , sərkərdələr və paşalar
və memarləq və şəhər salma qaleriləri.
Yazını fars
dilindən çevirən ; Alpay Söytürk