گونتاي
جاوانشير
هادي
موسوي جاسوس
اولا بيلر مي؟
Hadi
Musəvi casus ola bilər mi?

آذربايجان
میلللي حرکتي
گوجلنديکجه
يان طرفلردن
گلن ضربه لر
اونا چوخ ضرر
وئره بيلر. بير
گنج آدامي
باکيدان
ديشلاييب،
چوخ چيرکين
وضعييتده
ايران
رئژيمينه تحويل
وئرديلر. بو
حاديثه
اؤزلليکله
شيمالي
آذربايجاني
ذره
بين
آلتينا آلان
فارس
شووينيستلريني
حدسيز درجه ده
سئوينديردي،
جنوبي
آذربايجاندا
ايسه 2
ايستيقامتده
میللتين
پسيکولوژيسينه
ضربه ووردو:
1- شيمالي
آذربايجاني
ايداره ائدن حؤکومت
خيانت ائتدي،
چونکو بير
آذربايجان
سئوري فارس
رئژيمينه تحويل
وئردي. بو عمل،
شکيللنمه سي
گرکن اورتاق
میلللي هدفه
و میلللي
پسيکولوژييه
گئرچکدن ضربه
ووردو. شيمالي
آذربايجانا
اولان گووَن
بو وسيله ايله
سارسيلميش
اولدو.
بيرينجي کسيم
هر حالدا بو
شکيلده
دوشونمکده
دير.
2-
ايکينجي
کسيم ظن و
گومانلاريني
موطلق حقيقت
ساياراق، بو
زاواللي
گنجين جاسوس
اولدوغونو
ساوونورلار.
بو خسته و مسئولیتسیز
آداملارين
بو گنج آدامين
جاسوس
اولماسي ايله
باغلي
اللرينده هئچ
بير بلگه لري
يوخدور.
سادجه،
تأسوفلر
اولسون کي،
میلللي
اؤزلليگيميزه
چئوريلميش و
داها چوخ کؤله
ليک
دوروموموزدان
قايناقلانان
بؤهتان
آتمالار
چوخ
يايغينلاشميشدير،
بونو
دوردورماق
لازيمدير.
يعني
بيريسي ديگري
نين
داورانيشيندان
خوشلانمير،
يا دا اونون
منسوب
اولدوغو
تشکيلاتا
آنتيپاتيسي
وارسا، همن
جاسوسلوق
دامغاسيني
راحاتليقلا
وورا بيلير!
ايرانا
جاسوسلوق
ائدن بو
زاواللي گنج
آدامدير،
يوخسا
اولوسلارآراسي
گئنيش مکاندا
ايرانين
منافعيني
قورويان
آذربايجانين
ب م ت-
دکي
نوماينده سي؟
بو آچيق
جاسوسلوق
دئييلمي؟
گئرچکدن
ايراندا
اينسان حاقلاري
دئيه بير
مفهوم وار مي؟
آذربايجان
نوماينده سي
نين ب
م ت-
ده"
ايراندا
اينسان حاقلارينا
حؤرمت وار" -
دئمه
سي
آذربايجانين
ياخين، اورتا
و اوزون وعده
ده
هانسي
منافعيينه
خيدمت ائدير؟
ايران،
شيمالي آذربايجاندا
شيعه
فاناتيزميني
اؤز اوزون
وعده
لي هدفلري
ايستيقامتينده
آچيقجا
دستکلرکن،
آذربايجان
آيدينلاري
حاققيندا
ايران
موللالاري
اؤلوم
حؤکمو
چيخارارکن،
آذربايجان
جومهورييتي
ندن ايرانين
منافعييني
قوروماقدا
جانفشانليق
ائدير؟
ايندي فرض
ائدک کي، بو
تؤهمتچيلرين
دئديکلري
دوغرودور و
گئرچکدن ده بو
گنج آدام
جاسوسدور. بو
فرضييه نين
اوستونده
دوراليم و تحليل
ائده ليم:
1- ايران
غربله،
خوصوصن
آمئريکا ايله
اولان
موناسيبتلري
نين ان چتين
دؤورونو
ياشايير.
آمئريکا
ايرانين
بوتون سياسي
داورانيشلاريني،
شيعه ژئوپوليتيگيندن
نئجه
ايستيفاده
ائتمه سيني
ذره
بين
آلتينا
آلميشدير.
بئله بير
دورومدا
ايران بو گنج
کيمي بسيط
بيريسيندن
جاسوس کيمي
ايستيفاده
ائتمک
ايسترمي؟ بو
جاوان
اوغلان،
مثلن،
جاسوسلوق
ائديب، باکي
نين کوچه
لريندن
ايرانا هانسي
بيلگيني وئره
بيلر کي،
ايرانا
جاسوسلوق
ائتمه یي
شرعي
و ايسلامي
وظيفه سايان
باکيلي شيعه
فاناتيکلر او
بيلگيلري هر
دفعه مشهده
زيارته
گئدنده وئرمه
سينلر؟
2- فرض
ائدک کي، اؤز
سويداشينا
جاسوس دئيه
بيلن بو
سايقيسيز
اينسانلارين
تؤهمتلري
دوغرودور. اگر
بو گنج آدام
جاسوس
اولسايدي،
آمئريکانين و
ايسرايلين
باکيداکي
سفيرليکلري
اونو بئله
راحات
بوراخارديلارمي؟
يعني
بو
سفيرليکلرين
جاسوسلوق
شؤعبه لري
آذربايجان
دؤولتينه موراجيعت
ائتمزديلر مي
کي، او جاسوسو
وئرين، بيز ده
دانيشديراق،
آخي بيزيم
تئرورلا
موجاديله
ايله باغلي
قارشيليقلي
آنلاشماميز
واردير. بو
سفيرليکلر
طرفيندن بئله
بير تکليف
آذربايجان
دؤولتينه
گلمز مي ايدي؟
3- بو
گنج،
جاسوس
اولسايدي،
آذربايجان حؤکومتي
بونو بو
تئزلييه
ايرانا ندن تحويل
وئرسين؟ او
زامان بو
جاوان اوغلان
ايران اوچون
چوخ اهمييتلي
جاسوس ايميش
کي، ايران
بونو درحال
گئري آلماق
اوچون
آذربايجان حؤکومتينه
بؤيوک گوذشتلره
گئتميش و اونو
درحال
گئري
آلميشدير!..
اگر
بئله
ايميشسه،
آذربايجان
دؤولتي ندن بو
جاواني ايران
سفيرليگينه تحويل
وئرمه ميش؟
همين گنج
آدامي
تئهرانا گئدن
اوچاقلا
آذربايجان
میلللي
تهلوکه
سيزليگي نين
مأمورلاري
يولا
سالميشلار و
آدام يولا
دوشمه دن
اؤنجه ده
باکيداکي
آرخاداشينا
زنگ ائتميش کي:
"من گئتديم!"
آذربايجان
دؤولتي نين
تهلوکه
سيزليک
اورقانلاري
وار. اونلار
بيليرلر کي،
بو آدام
جاسوسدور يا
يوخ و بيليرلر
کي، جاسوس
دئييلدير. او
زامان ندن
بعضي
مسئولييتسيز
و خسته
آداملار
آذربايجان
دؤولتي نين
يانليش
سيياستيني
تنقيد ائتمک
يئرينه، بير
گنج آدامين
شخصييتيني
تئرور
ائديرلر؟ "بو
گنج آدام
جاسوسدور" -
دئينلر بلکه،
آذربايجان
میلللي
تهلوکه
سيزليگي نين
گيزلين
بيلگيلريندن
خبردارديرلار؟
او زامان ندن
سؤيله
ديکلريني
دقيق بير
بيلگييه اساسلانديرميرلار؟
گئرچک اولان
بودور کي، بو
گنج آدام
جاسوس-
فيلان
اولماميشدير.
روشوت وئره
بيلمه سي
اوچون محکمه
يه وئره جک،
مثلن، 1.000
دوللار پولو
اولسايدي،
ايندي
ايراندا بير
زيندانين
کونجونده
بوزولوب
اوتورمازدي،
آذربايجان
سئورليگيندن
پئشمان
اولمازدي.
باکيداکی
بدبخت
حياتينا
داوام
ائدردي
Hadi
Musəvi casus ola bilər mi?
Azərbaycan
Milli Hərəkəti gücləndikcə yan
tərəflərdən gələn zərbələr ona çox
zərər verə bilər. Bir gənc adamı Bakıdan dışlayıb,
çox çirkin vəziyətdə İran rejiminə təhvil
verdilər. Bu hadisə özəlliklə Şimali Azərbaycanı
zərrəbin altına alan fars şovinistlərini hədsiz
dərəcədə sevindirdi, Cənubi Azərbaycanda isə
2 istiqamətdə millətin psikolojisinə zərbə vurdu:
1.
Şimali Azərbaycanı idarə edən hökümət
xəyanət etdi, çünkü bir Azərbaycan sevəri fars rejiminə
təhvil verdi. Bu əməl, şəkillənməsi
gərəkən ortaq milli hədəfə və milli
psikolojiyə gerçəkdən zərbə vurdu. Şimali
Azərbaycana olan güvən bu vəsilə ilə sarsılmış
oldu. Birinci kəsim hər halda bu şəkildə düşünməkdədir.
2.
İkinci kəsim zənn və gümanlarını mütləq
həqiqət sayaraq, bu zavallı gəncin casus olduğunu
savunurlar. Bu xəstə və məsuliyətsiz adamların bu
gənc adamın casus olması ilə bağlı əllərində
heç bir bəlgələri yoxdur. Sadəcə, təəssüflər
olsun ki, milli özəlliyimizə çevrilmiş və daha çox köləlik
durumumuzdan qaynaqlanan böhtanatmalar çox yayğınlaşmışdır,
bunu durdurmaq lazımdır. Yəni
birisi digərinin davranışından xoşlanmır, ya da
onun mənsub olduğu təşkilata antipatisi varsa,
həmən casusluq damğasını rahatlıqla vura bilir!
İrana
casusluq edən bu zavallı gənc adamdır, yoxsa uluslararası
geniş məkanda İranın mənafeyini qoruyan Azərbaycanın
BMT-dəki nümayəndəsi? Bu açıq casusluq deyilmi? Gerçəkdən
İranda insan haqları deyə bir məfhum var mi?
Azərbaycan nümayəndəsinin BMT-də İranda
insan haqlarına hörmət var-deməsi Azərəbaycanın
yaxın, orta və uzun vədədə hansı mənafeyinə
xidmət edir? İran, Şimali Azərbaycanda şiə
fanatizmini öz uzun vədəli hədəfləri istiqamətində
açıqca dəstəklərkən, Azərbaycan aydınları
haqqında İran mollaları ölüm hökmü çıxararkən,
Azərbaycan Cümhuriyəti nədən İranın
mənafeyini qorumaqda canfəşanlıq edir?
İndi
fərz edək ki, bu töhmətçilərin dedikləri doğrudur
və gerçəkdən də bu gənc adam casusdur. Bu
fərziyənin üstündə duralım və təhlil edəlim:
1.
İran Qərblə, xüsusən Amerika ilə olan münasibətlərinin
ən çətin dövrünü yaşayır. Amerika İranın bütün
siyasi davranışlarını, şiə geopolitiyindən
necə istifadə etməsini zərrəbin altına almışdır.
Belə bir durumda İran bu gənc kimi bəsit birisindən
casus kimi istifadə etmək istərmi? Bu cavan oğlan,
məsələn, casusluq edib, Bakının küçələrindən
İrana hansı bilgini verə bilər ki, İrana casusluq
etməyi şəri və islami vəzifə
sayan Bakılı şiə fanatiklər o bilgiləri hər
dəfə Məşhədə ziyarətə gedəndə
verməsinlər?
2.
Fərz edək ki, öz soydaşına casus deyə bilən bu
sayqısız insanların töhmətləri doğrudur. Əgər
bu gənc adam casus olsaydı, Amerikanın və İsrailin Bakıdakı
səfirlikləri onu belə rahat buraxardılarmı? Yəni
bu səfirliklərin casusluq şöbələri Azərbaycan dövlətinə
müraciət etməzdilər mi ki, o casusu verin, biz də danışdıraq,
axı bizim terrorla mücadilə ilə bağlı qarşılıqlı
anlaşmamız vardır. Bu səfirliklər
tərəfindən belə bir təklif
Azərbaycan dövlətinə gəlməz mi idi?
3.
Bu gənc casus olsaydı, Azərbaycan hökuməti bunu bu tezliyə
İrana nədən təhvil versin? O zaman bu cavan oğlan
İran üçün çox əhəmiyətli casus imiş ki, İran
bunu dərhal geri almaq üçün Azərbaycan hökumətinə böyük
güzəştlərə getmiş və onu dərhal geri almışdır!..
Əgər belə imişsə, Azərbaycan dövləti
nədən bu cavanı İran səfirliyinə təhvil
verməmiş? Həmin gənc adamı Tehrana gedən uçaqla
Azərbaycan Milli Təhlükəsizliyinin məmurları yola salmışlar
və adam yola düşmədən öncə də Bakıdakı
arxadaşına zəng etmiş ki: Mən getdim!
Azərbaycan
dövlətinin təhlükəsizlik orqanları var. Onlar
bilirlər ki, bu adam casusdur ya yox və bilirlər ki, casus
deyildir. O zaman nədən bəzi məsuliyətsiz və
xəstə adamlar Azərbaycan dövlətinin yanlış
siyasətini tənqid etmək yerinə, bir gənc adamın
şəxsiyətini terror edirlər? Bəlkə bu gənc
adam casusdur- deyənlər Azərbaycan Milli Təhlükəsizliyinin
gizlin bilgilərindən xəbərdardırlar? O zaman
nədən söylədiklərini dəqiq bir bilgiyə əsaslandırmırlar?
Gerçək olan budur ki, bu gənc adam casus-filan olmamışdır. Rüşvət verə bilməsi üçün məhkəməyə verəcək, məsələn, 1.000 dollar pulu olsaydı, indi İranda bir zindanın küncündə büzülüb oturmazdı, Azərbaycan sevərliyindən peşman olmazdı. Bakıda bədbəxt həyatına davam edərdi