|
Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) Azərbaycanda
Öyrənci Günü Münasibəti ilə Bağlı Bildiri Azərbaycan Milli Dirəniş Təşkilatının (A.M.D.T) Öyrənci Komitəsi Şübhəsiz dünya öyrənci hərəkatının
keçmişi özverilik, millət qarşısında borc
hissi, düşüncə istehsalı və cəsarətli yürümələr
ilə doludur. Bu arada bu gün cəsarətlə demək
olar ki Azərbaycan öyrənci hərəkəti dünyanın
modern öyrənci hərəkatını təmsil
edən Fransız, Almaniya, Latin Amerikan, Ortadoğu və
Uzaqdoğu bölgələrinin öyrənci hərəkatına
tay altyapısı qurulmuşdur eləcədə
Azərbaycan milli hərəkətinin bir çox teorik və
praktik bölümün öhdəsinə alma və mükəmməl
həyata keçirmə potensiyasını da zaman-zaman göstərmişdir.
Azərbaycan öyrənci hərəkəti zatən ideal
tutumları öz içində yaşatdığına görə
genellikdə Azərbaycan Milli Hərəkətinin ideal
istəkləri mövqeyində dayanmışdır ki bugünkü
günümüzdə yaşanan ağır fonlar üzündən
universitet dışında həmən idealları açıqca
müdafiə etməkdən aktivistlərimiz bəzən çəkinmişdirlər. Dünyanı
dolaşdığımızda 60 dan artıq
hərəkətinin doğuşu və gəlişimində
universitet öyrənciləri öncü çıxışları
və dinamizyalari ilə, gənclik hərəkətinin
böyük ölçüdə amili durumundadırlar. universitetlilerin
hərəkətə keçən dinamik bir yapısı
vardır və zatən hər zaman bu bəlirləyici
faktor kimi öyrənci hərəkətində rolu olmuşdur. Aydını
yiyən Fars şovinizmi pulun, zorakılığın
və cəhalətin hakimiyyəti altında böyük bir
qaranlıq ortamını təşkil etməkdədir.
Bu qaranlıq, bu gün dirənən öyrəncilərin mücadiləsi
ilə bir miqdar olsun aydınlanır. Ancaq hələ
qaranlıq hakim olmaqdadır. Pul və cəhalət, Fars şovinizminin qaranlıq sürəkliliyini sağlayır. Bu durum
isə, öyrənci bətnində təpkinin ağır-ağır
irəliləməsinə nədən olsa da
Azərbaycan öyrənci hərəkəti bu aşamanı
aşma yoluna gəlmişdir. Həmən aşamaları
biz 1995 və 2006 illərində açıqcasına görürük. 12 il
öncə (1995-1374) ili Azərbaycan öyrənci
hərəkətinin milliyyətçi görüşlərinin
isbatında dönüş nöqtəsi sayılan il kimi qeydə
alınsa da artıq diqqəti çəkən məsələ
hərəkətin bətnində olan anti-şovinizm özəlliyidir
ki həmən ildə Təbrizin xiyabanlarına
sərgilənən öyrənci protestosu türk milliyyətçiliyi
və Azərbaycan özəkli düşüncə sistemi özəlliyinin
istiqamətində olduğunu qanıtladı. Bu o
deməkdir ki 80-70(50-40 şəmsi) onillikləri əksinə
90 inci onillik içərisində Azərbaycan öyrənci
hərəkəti milli düşüncələrin və
milliyyətçi kəsimlərin öyrənci və gənc
qatlarında yüksəliş şahidi olur. Günümüzə
gəldiyimizdə artan və böyən sırasında
bulunan hərəkət kimi özünü təqdim edən
Azərbaycan öyrənci hərəkatı başqa İran
ekseni(mehvəri) və İran çıxarları uğrunda
fəaliyyət göstərən öyrənci
hərəkətləri əksinə öz görevini
Azərbaycan milli çıxarları uğrunda aldığını
ortaya qoymaqdadır. Azərbaycan
öyrənci hərəkətinin təşkilatsızlığına
rəğmən 90 inci on illərin sonu Azərbaycan milli
hərəkətinin vizyonlarına və amaclarınıa
aydınlıq gətirən dinamik qurum kimi ortada olması
ilə bərabər böyük çapda öyrənci yayınını
əldə etməsi onun ən böyük güc nöqtəsi kimi
dəyərləndirilir. Söz qonusu illər, öyrənci
hərəkəti universitetlər içi və arası öyrənci
dayanışmasını sağlaya bilmişdir ki
həmən dayanışmaların davamı hazır ki
əsrə çəkildiyində
May 2006 baş qaldırmalarında önəmli rolu üzə
çıxmışdır.
May-2006 baş qaldırmalarının startını
vuran və sürəkliliyini sağlayan öyrənci çalışqanları,
başda may baş qaldırmalarının yaradıcısı
olmaq üzrə digər tərəfdən universitet dışı
milli hərəkətin fəalları ilə işdə
və fikirdə koordinator amili kimi olduqlarına baxdığımızda
universitet dışı və içi əlaqələrin sıx-sıx
getməsi əldə edilən uğurların ən böyük
rəmzi kimi ortaya çıxır. A.M.D.T enin öyrənci qolu olaraq: A.M.D.T
enin öyrənci qolunda
fəaliyyət göstərdiyimiz vaxtdan bir il ötür. Bu bir il
içərisində təşkilata yararlı işlər
irəli sürdüyümüz ilə bərbər heç zaman öyrənci
hərəkətindən bir anda belə olsun ayrı düşmədik
. Biz inanırıq ki bugünkü sorunlarımızın
qaynağı, örgütsüzlüyümüzdür. İndi bu örgütlənmeyi,
milli mücadilənin hər alanında gəliştirmək
əsasdır. Bu mübarizə, həyatın hər alanında,
günün hər anında sürəcək bir mübarizədir.
enişlər çıxışlar əlbəttə
olacaqdır. Ancaq qazandıran şey sürəklilikdir. Bu
üzdən öyrənci hərəkəti də bu qaydadan
istisna olmur. Zamanı gəldiyində Şovinistlərin
çox amaclı olaraq düzənlədiyi istilalar altında
təşkilatı təcrübəsi olmayan öyrənci
hərəkəti zavala doğru getməsi düşündürücüdür.
Azərbaycan öyrənci hərəkəti ölçüsündə
yararlı və dinamik bir potensiyaya sahib
hərəkətin hər növ zərər alıcı
hava boşluğunu tıxmaqla eyni zamanda Önləyici
stratejilər öyrənci hərəkətinin qorunması
üçün seçilməsə, zamanı gələn kritik anlarda
Azərbaycan milli hərəkətinə böyük
təsirlər buraxa bilər. Artıq
Fars şovinizmi Sistematik olaraq millətimizin düşünüşünü
qaranlıqlara yönəldilməsi və iqtisadiyyatımızın
altyapısını düşük duruma gətirməsi
üçün çəkdiyi planlarını qısır qoyma yolu
aydınlarımız yanı sırası öyrəncilərin
millətimizə İranın bugünkü siyasi durumunun açıqlaması
ilə bərabər dünyanın başqa azad
millətlərinin əldə etdikləri uğurları
ilətmək üçün böyük çapda informasiya ilətişiminin
yapıqları ön planda görülməlidir. İnanırıq
ki Fars şovinizmini partladan təkcə informasiya partlayışı
olacaqdır. A.M.D.T enin öyrənci qolu olaraq: Bugünkü
günü (09 May) bütün dünya Azərbaycan öyrəncilərinə
və güney Azərbaycanın Fars şovinizminin yürüdüyü
çox amaclı agresyon siyasətə qarşı canı
və malı ilə dirənən öyrəncilərimizə
təbrik edirik. İnanırıq ki bugünkü Azərbaycan
öyrənci hərəkəti gələcək azadlıq
tariximizdə ucalarda əsən bayraq kimi əbədi
və ölümsüz əsəcəkdir.
Gələcək bizimdir... ülküsünə
doğru yürüyənlərə eşq olsun. Azərbaycan Milli Dirəniş Təşkilatının (A.M.D.T) Öyrənci Komitəsi |
|
-
Azərbaycan
-
şənbə
, 5 May 2007 |
|
Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) آذربايجاندا
اؤيرنجي
گونو
موناسيبتي
ايله باغلي
بيلديري
آذربايجان
ميللي ديره
نيش
تشکيلاتينين (آ.م.د.ت)
اؤيرنجي
کوميته سي
شوبهه
سيز دونيا
اؤيرنجي
حرکاتي نين
کئچميشي
اؤزوئريليک،
ميلت
قارشيسيندا
بورج هيسسي،
دوشونجه
ايستحصالي و
جسارتلي
يورومه لر
ايله
دولودور. بو
آرادا بو گون
جسارتله
دئمک اولار
کي
آذربايجان
اؤيرنجي
حرکتي
دونيانين
مودئرن
اؤيرنجي
حرکاتيني
تمسيل ائدن
فرانسيز،
آلمانييا،
لاتين
آمئريکان،
اورتادوغو و
اوزاقدوغو
بؤلگه لري
نين اؤيرنجي
حرکاتينا
تاي آلت
ياپيسي
قورولموشدور
ائلجه ده
آذربايجان
ميللي حرکتي
نين بير چوخ
تئوريک و
پراکتيک
بؤلومون
عؤهدهسينه
آلما و
موکممل
حياتا
کئچيرمه
پوتئنسيياسيني
دا زامان-زامان
گؤسترميشدير.
آذربايجان
اؤيرنجي
حرکتي زاتن
ايدئال
توتوملاري
اؤز ايچينده
ياشاتديغينا
گؤره
گئنئلليکده
آذربايجان
ميللي حرکتي
نين ايدئال
ايستکلري
مؤوقئيينده
دايانميشدير
کي بوگونکو
گونوموزده
ياشانان
آغير فونلار
اوزوندن
اونيوئرسيتئت
ديشيندا همن
ايدئاللاري
آچيقجا
مودافيعه
ائتمکدن
آکتيويستلريميز
بعضن
چکينميشديرلر.
دونياني
دولاشديغيميزدا
60 دان آرتيق
حرکتي نين
دوغوشو و
گليشيمينده
اونيوئرسيتئت
اؤيرنجيلري
اؤنجو
چيخيشلاري و
ديناميزيالاري
ايله،
گنجليک
حرکتي نين
بؤيوک
اؤلچوده
عاميلي
دورومونداديرلار.
اونيوئرسيتئتليلئرين
حرکته کئچن
ديناميک بير
ياپيسي
واردير و
زاتن هر
زامان بو
بليرله يجي
فاکتور کيمي
اؤيرنجي
حرکتينده
رولو
اولموشدور.
آيديني
ييين فارس
شووينيزمي
پولون،
زوراکيليغين
و جهالتين
حاکيميتي
آلتيندا
بؤيوک بير
قارانليق
اورتاميني
تشکيل
ائتمکده دير.
بو
قارانليق،
بو گون ديرنن
اؤيرنجي
لرين
موجاديله سي
ايله بير
ميقدار
اولسون
آيدينلانير.
آنجاق هله
قارانليق
حاکيم
اولماقدادير.
پول و جهالت،
فارس
شووينيزمي
نين
قارانليق
سورکليليگيني
ساغلايير. بو
دوروم ايسه،
اؤيرنجي
بطنينده
تپکي نين
آغير-آغير
ايره ليله مه
سينه ندن
اولسا دا
آذربايجان
اؤيرنجي
حرکتي بو
آشاماني
آشما يولونا
گلميشدير.
همن
آشامالاري
بيز 1995 و 2006
ايللرينده
آچيقجاسينا
گؤروروک.
12 ايل
اؤنجه (1995-1374) ایلی
آذربايجان
اؤيرنجي
حرکتي نين
ميلليتچي
گؤروشلري
نين
ايثباتيندا
دؤنوش نؤقته
سي ساييلان
ايل کيمي
قئيده
آلينسا دا
آرتيق ديقتي
چکن مثله
حرکتين
بطنينده
اولان آنتي-شووينيزم
اؤزلليگيدير
کي همن ايلده
تبريزين
خيابانلارينا
سرگيلنن
اؤيرنجي
پروتئستوسو
تورک
ميلليتچيليیي
و آذربايجان
اؤزکلي
دوشونجه
سيستئمي
اؤزلليیي
نين
ايستيقامتينده
اولدوغونو
قانیتلادی.
بو او
دئمکدير کي
80-70(50-40 شمسي) اون
ايلليکلري
عکسينه 90
اينجي اون
ايلليک
ايچريسينده
آذربايجان
اؤيرنجي
حرکتي ميللي
دوشونجه
لرين و
ميلليتچي
کسيملرين
اؤيرنجي و
گنج
قاتلاريندا
يوکسه ليش
شاهيدي
اولور.
گونوموزه
گلديیيميزده
آرتان و بؤين
سيراسيندا
بولونان
حرکت کيمي
اؤزونو
تقديم ائدن
آذربايجان
اؤيرنجي
حرکاتي
باشقا ايران
ائکسئني(مئهوري)
و ايران
چيخارلاري
اوغروندا
فعاليیت
گؤسترن
اؤيرنجي
حرکتلري
عکسينه اؤز
گؤرئويني
آذربايجان
ميللي
چيخارلاري
اوغروندا
آلديغيني
اورتايا
قويماقدادير.
آذربايجان
اؤيرنجي
حرکتي نين
تشکيلاتسيزليغينا
رغمن 90 اينجي
اون ايللرين
سونو
آذربايجان
ميللي حرکتي
نين
ويزيونلارينا
و
آماجلارينيا
آيدينليق
گتيرن
ديناميک
قوروم کيمي
اورتادا
اولماسي
ايله برابر
بؤيوک چاپدا
اؤيرنجي
يايينيني
الده ائتمه
سي اونون ان
بؤيوک گوج
نؤقته سي
کيمي
ديرلنديريلير.
سؤز قونوسو
ايللر،
اؤيرنجي
حرکتي
اونيوئرسيتئتلر
ايچي و آراسي
اؤيرنجي
دايانيشماسيني
ساغلايا
بيلميشدير
کي همن
دايانيشمالارين
داعوامي
حاضير کي
عصره
چکيلديیينده
ماي 2006 باش
قالدیرمالاریندا
اؤنملي رولو
اوزه
چیخمیشدیر.
ماي-2006 باش
قالديرمالاري
نين
ایستارتيني
ووران و
سورکليليیيني
ساغلايان
اؤيرنجي
چاليشقانلاري،
باشدا ماي
باش
قالديرمالاري
نين
ياراديجيسي
اولماق
اوزره ديگر
طرفدن
اونيوئرسيتئت
ديشي ميللي
حرکتين
فعاللاري
ايله "
ايشده و
فيکيرده "
کوورديناتور
عاميلي کيمي
اولدوقلارينا
باخديغيميزدا
اونيوئرسيتئت
ديشي و ايچي
علاقه لرين
سيخ-سيخ
گئتمه سي
الده ائديلن
اوغورلارين
ان بؤيوک
رمزي
کیمی
اورتایا
چیخیر. "
آ.م.د.ت
" ائنين
اؤيرنجي
قولو
اولاراق:
" آ.م.د.ت"
ائنين
اؤيرنجي
قولوندا
فعاليت
گؤسترديیيميز
واختدان بير
ايل اؤتور.
بو بير ايل
ايچريسينده
تشکيلاتا
يارارلي
ايشلر ايره
لي
سوردويوموز
ايله برابر
هئچ زامان
اؤيرنجي
حرکتيندن
بير آندا
بئله اولسون
آيري دوشمه
ديک . بيز
اينانيريق
کي بوگونکو
سورونلاريميزين
قايناغي،
اؤرگوتسوزلویوموزدور.
ايندي بو
اؤرگوتلنمئيي،
ميللي
موجاديله
نين هر
آلانيندا
گليشتيرمک
اساسدير. بو
موباریزه،
حياتين هر
آلانيندا،
گونون هر
آنيندا سوره
جک بير
موباریزه
دیر. ائنيشلر
چيخيشلار
البتته
اولاجاقدير.
آنجاق
قازانديران
شئي
سورکليليکدير.
بو
اوزدن
اؤيرنجي
حرکتي ده بو
قايدادان
ايستيثنا
اولمور.
زاماني
گلديیينده
شووينيست
لرين چوخ
آماجلي
اولاراق
دوزنله ديیي
ايستيلالار
آلتيندا
تشکيلاتي
تجروبه سي
اولمايان
اؤيرنجي
حرکتي
زاوالا
دوغرو گئتمه
سي
دوشوندوروجودور.
آذربايجان
اؤيرنجي
حرکتي
اؤلچوسونده
يارارلي و
ديناميک بير
پوتئنسييايا
صاحيب
حرکتين هر
نؤو ضرر
آليجي هاوا
بوشلوغونو
تيخماقلا
عینی
زاماندا
اؤنلیيجي
ستراتئژيلر
اؤيرنجي
حرکتي نين
قورونماسي
اوچون
سئچيلمه سه ،
زاماني گلن
کريتيک
آنلاردا
آذربايجان
ميللي
حرکتينه
بؤيوک
تثيرلر
بوراخا بيلر.
آرتيق
فارس
شووينيزمي
سيستئماتيک
اولاراق
ميلتيميزين
دوشونوشونو
قارانليقلارا
يؤنلديلمه
سي و
ايقتيصادياتيميزين
آلتياپيسيني
دوشوک
دوروما
گتيرمه سي
اوچون
چکديگي
پلانلاريني
قيسير قويما
يولو
آيدينلاريميز
ياني سيراسي
اؤيرنجيلرين
ميلتيميزه
ايرانين
بوگونکو
سياسي
دورومونون
آچيقلاماسي
ايله برابر
دونيانين
باشقا آزاد
ميلتلري نين
الده
ائتديکلري
اوغورلاري
ايلتمک
اوچون بؤيوک
چاپدا
اينفورماسييا
ايلتيشيمي
نين
ياپيقلاري
اؤن پلاندا
گؤرولمه
ليدير.
اينانيريق
کي فارس
شووينيزميني
پارتلادان
تکجه
اينفورماسييا
پارتلاييشي
اولاجاقدير.
"
آ.م.د.ت
" ائنين
اؤيرنجي
قولو
اولاراق:
بوگونکو
گونو (09 ماي)
بوتون دونيا
آذربايجان
اؤيرنجيلرينه
و گونئي
آذربايجانين
فارس
شووينيزمي
نين
يورودويو
چوخ آماجلي
آگرئسيون
سيياسته
قارشي جاني و
مالي ايله
ديرنن
اؤيرنجيلريميزه
تبريک
ائديريک.
اينانيريق
کي بوگونکو
آذربايجان
اؤيرنجي
حرکتي گله جک
آزادليق
تاريخيميزده
اوجالاردا
اسن بايراق
کيمي ابدي و
اؤلومسوز
اسه جکدير.
گله
جک بيزيمدير...
اولکوسونه
دوغرو
يوروينلره
عشق اولسون.
آذربايجان
ميللي ديره
نيش
تشکيلاتي
نين )آ.م.د.ت)
اؤيرنجي
کوميته سي |
|
-
Azərbaycan
-
şənbə
, 5 May 2007 |