Gənc aktivistlə danışıq ( 5 )

 

 

 

1)      Güney Azərbaycan mərkəzli siyasi düşüncənin formalaşmasında Fedralçı və BAB.çılıq ciddi əngəl törədir deyirsiniz. Bunu teorik alana məhdud bilirsiz yoxsa praktik alandada mənfi təsir buraxır ?

 

-          Təbiki axsaq teorilərlə yaranan təşkilatlar , praktik alanda yetərincək aktiv olabilməzlər. Bunu xaricdə açıqcasına görürük. Örnək olaraq baxın Güneyli BAB.çılara. Bir bölümü Q.Az İqtidarına səcdə edir və başqalarıda muxalifətə ! Halbuki Q.Az vətəndaşları olan BAB.çılarsa hamısı muxalifətdədir ! Bu necə olabilər ?!? Deməli bu ideanın SİYASI alanda bütöv Azərbaycana müştərək analizi yoxdur. Güneyli BAB.çı , “ Fars sevinməsin “ diyə  Quzeyi mudafiə edəcək. Sonrada düşəcək kələfçəyə və İqtidar-muxalifət savaşına qatılacaq və beləliklə buların birindən asılı qalacaq. Quzeydəki BAB.çısa rahatcasına heç bir siyasi sorular kələfçəsinə ilişmədən , asanlıqla həm Quzey İqtidarın və həmdə İran hakimiyyətinə mozein bildirəcək. Arada kimin gücü dağılır ? Təbiki Güney aktivistlərinin gücü. Maraqlısı budurki Güney BAB.çısı “ amandı Fars sevinər , İlhama toxunma “ dedikdə, dolaysıyla Quzeydəki BAB.çıya xəyanət etmiş olur. Açıqcasına İqtidarı dəstəkləyən Güneli BAB,çılarsa rəsmən Quzey BAB.çılarına savaş elan etmişlər məncə. İndi siz baxın görün BAB.çılıq PRAKTİKDƏ Güneyə nəqədər ziyan vurur !

 

2)      Deməli sizcə Güney Azərbaycan milli dirəniş hərəkatı , Quzey Azərbaycana tam laqeyd qalmalıdır ?

 

-          İlk öncə açıq aydın özümüzdən siyasi tərif ortaya qoymasaq, belənçi BAB.çılığın nə Güneyə və nədə Quzeyə heç xeyri olmayacaq. Mənim durub dayandığım nöktə buradır. Bunu ortaya qoya bilməsək, nə BAB, nə Fedral İran ideası heç yerdə deməyə sözü olmayacaq. Bu gedişlə Autonomi almaq belə mümkün deyil. Biz öncə bu istəkləri tələb edən Güney Azərbaycan hərəkatının özünə ayid olan Siyasi fəlsəfəsin ortaya qoymalıyıqki sonra bunun əsasında Praktik Manovrlar vermək imkanı yaransın. Yani istər Fedralçı , istər BAB.çı vəya mənimkimi ancaq bağımsız Güney Azərbaycan itəyənlər, bir məsələ üzrə müştərək nöktədən yola çıxmalıdırlar. Bu nöktənin adıda Güney Azərbaycan milli hərəkatının Siyasi fəlsəfəsidir. Bu fəlsəfənin qaynağıda Güney Azərbaycan adlı hələlik bölgənin Milli mənafeidir. Biz öncə bunu başa düşməliyikki bugün bu an 2007.ci ildə, Quzey Azərbaycan Ölkəsinin və Güney Azərbaycan Bölgəsinin milli mənafei eyni deyil. Teoridə belədir ama Güney bağımsız olmayanacan, praktikdə kəsinliklə eyni milli məanfedən danışmaq olmaz. BAB.çılıq ideası Quzeyli ve Güneyli həvəskarlarına bütün prakrik manovların qapısını bağlayır. Özəlliklə Güney hərəkatın demək ola rəsmən formalaşmaqdan saxlayır. Quzeydə İqtidar var, Muxalifət var və BAB.çılarda eyni zamandaki muxalifətdədilər ( Əks halda BAB.çı olmazlar zatən ! ), Quzeyin Demokratlaşması yolunda mubarizə apardıqda, Güney hərəkatına qayğı göstərib və gələcək bağımsız Güney Azərbaycan ölkəsiylə birləşmək ideasın reklam edirlər. Bu tam olaraq normaldır və beləliklə olar nə Stratejidə və nədə praktikdə siyasi sorular kələfçəsində dolaşıb qalmırlar. Ancaq Güneydə durum belə deyil. Güney BAB.çısı Stratejik sorunlar yaşamasada, Praktikdə bir sürü problemlərlə üzbə üz qalır.

 

3)      Örnək olaraq bir neçə praktik problemə toxuna bilərsiz ?

 

-          Hamısından başqa gələb budurki Güneyin aktivistləri parçalanır. İkinci budurki Güney Azərbaycan milli mənafei diyə bir anlayış gedir durur ikinci yerdə və onun yerini hələlik xəyalda yaşıyan BAB tutur. Yani biz yaranmamış bir ölkənin milli mənafein düşünüb və guya uğrunda mubarizə edirik. Buda səbəb olurki Güney Azərbaycan bölgəsinin BUGÜN aktual olan Siyasi-iqtisadi problemləri kölgədə qalır və sonunda bunlar hamısı əl ələ verib və səbəb olurki G.Az hərəkatının Siyasi fəlsəfəsi formalaşa bilməsin. Çünkü siyasi fəlsəfə, iqtisadi durumu nəzərə almadan yarana bilməz. Güneyin və Quzeyin iqtisadiyyatı tam başqa-başqa əllərdə idarə olur. BAB hələlik sadəcə Tarixi-kültürəl alanda yarana bilər və buda yaranmaqdadır. BAB ədəbiyyatı. BAB tarixi. BAB sənəti, folkloru və sayra. BAB siyasi fəlsəfi diyərək bir idea kəsinliklə ozünü praktikdə yaşada bilməz. Çünkü ortada nə G.Az ölkəsi vardır və nədə G.Az siyasi fəlsəfəsi. İkinci olmasa, birinci heç zaman yarana bilməz. Bunun qabağın alanda BAB siyasi ideasıdır və biryandanda Fedral İran ideası. Bu iki “ idea “ Güney hərəkatını rəsmən parçalayır və Modern siyasi düşüncə məntiqindən uzaqlaşdırır. Fedral İran ideası Stratejini zay edir. Biz sözlə desək Fedralçı heç bəlli deyil hansı məntiqlə “ Haray Haray mən Türkəm “ diyə içdən bağıran hərəkatı aparıb və bu kimliyi kökündən danan Farsla Fedral qurmaq tərəfinə yönətmək istəyir ! Başqa yandanda BAB.çı adı daşıyanlar heç bəlli deyil hansı məntiqlə Güney hərəkatının iqtisadi-siyasi sorunların , Q.Az siyasi-iqtisadi sorunlarıyla bircə görüb və ortaq siyasi fəlsəfə yaratmaq istəyir ! Əgər belə hesab edirlərki birgün İran adlanan ölkə istər xarici saldırıyla vəya içdə kütləvi üsyanla dağılacaq və beləliklə Güney Azərbaycan dərhal İrandan ayrışıb və Quzeylə birləşəcəksə, qısası diyə bilərəmki bu çox komik düşüncədir məncə. Bu xəyalı silməkçün yetərki 3-5 soruyu ortaya qoymuş olaq :

 

A) Bu arada Güney və Quzey Türklərindən refrandom məsələsi yoxamı çıxacaq?

B) Tutaq 40 milyon Az.Türkü buna hən dedi. Güneyin ərazisi bəllimidir ?

C) Tutaq bunuda 1 gecədə bəlləndirdik. Güneyin bütün Brukratik idari işləri bu İldırım sayaq birləşmə günü sabahısı, nə formada çozüləcək ?

D) Huquq deyilən qanun qaydalar özəlliklə ekonomi bölümü, istər özəl istər devlət malları, hansı qanunlar əsasında Quzeylə birləşib və idarə olacaq ?

Əgər birbaşa Quzey Ana yasasın qəbul edib və məsələni bitirmiş sananlar varsa, məncə bu artıx dünyanın ən komik Coku olabilər.

 

 

4 ) Ozaman sözün qısası sizcə Fedral və BAB ideaları Lokal alanda tam məntiqsiz teorilərdir və praktikdədə ancaq dağıdıcı rolu oynayırlar. Bu baxışdan biz Global siyasət alanında necə yer alabilərik ?

 

-          İşin ən məzəli yeridə elə burasıdır. Oki BAB.çılardır onlar bu alanda At çapmağa özlərini hazır bilirlər. Sadəcə meydanı daracıq gördükdəndirki hələlik bu alana girmək istəmirlər. Bunuda Bütöv Azərbaycan yaratdıqdan sonra çözüb və meydanı genişləndirməklə çözəcəklərin sanırlar. Turanın Atların hamısın toplayıb və Global siyasət alanında Çapacaqlar. Sözü şakaya çevirdim ama içimdən gəldi. Əslində mən onların özlərindən eşitdiyim sözlərdir. Sadəcə biraz komik formada dedim. Ciddi söhbətə qayıtsaq mən məsələyə bu formada baxıram :

 

BAB deyilən ideanın günü bugün Global siyasət alanında deməyə heç sözü olabilməz. Bunu elə burda bitirimki BAB ozaman bu alanada öz sözünü ortaya qoyabilərki Güny Azərbaycan ölkəsi yaranmış olsun. Sonra 2 ölkə içində refrandom keçər və qazanarlarsa ozaman BMT də bunu rəsmiləşdirərlər. 2 ölkə deyirəm onagörəki 8 milyonluq Quzey , 30 milyonluq Güneylə bircə refrandom etməsi nə olasıdır və nədə demokrasiyə uyqundur. Bugün gəlib çatmayıncan, BAB diyə ideanın Global siyasət alanında deməyə 1.cə kəlmə sözləri yoxdur məncə. Ogünəcən BAB ədəbiyyatı, BAB tarixi və belənçi konularda tam LOKAL sahədə Güneyə və Quzeyə birlik məsaji verməklə reklam edə bilərlər. Bununda daha öncə dediyimkimi ziyanı Güneyə dəyəcək çünkü Gücünün ən azı bir qismi bu sahədə işlənəcək və formalaşmaqdan dala qalacaq. Dünyanın heç bir rəsmi internastional organı İKİ ÖLKƏDƏ fəaliyyət göstərən EYNİ partini ciddiyə almaz ! Sözü uzatmayım. Məncə BAB və Global siyasət alanı arasında kəsinliklə ortaq söz yoxdur.

 

Fedralçılara gəldikcə məsələnin forması dəyişir. Bunlar BAB.çıların tam tərsinə olaraq öz aləmlərində bütün “ Strateji və taktiklərin “ Global siyasət alanıyla kökləmişlər. Hətta Lokal alandada çox “ uzamncasına “ Fars Şovnistlərin allatmışlar guya. Fars Faşisminə inanmadıqlarına görə asanlıqla son 80 ildə Güney Türkünün başına gələnləri “ Qomi “ ixtilaflar vəya savaşlar bilib və beləliklə “ qomi “ savaşlar bitsin diyə əskidən dal ciblərində olan “ internasionalism “ kartının pasın alıb və mocüzə etmək istəyirlər. Fedralçılar Lolak siyasət alanında bu “ nailiyyətləri “ əldə etməkçün, Güney hərəkatının Stratejisin “ bir balaca “ yumşatmışlar və beləliklə Fars Şovnistlərin “ Qolun daldan baqlamışlar “ ! Bunlar bu saxtakarlığın cavabını məncə ilk öncə qurmaq istədikləri “ Fedral İran “ ORDUSUNda alacaqlar. Baxalım bu Fedral İran ordusunda Türk-Fars-Ərəb əsgərlərini necə barışdıracaqlar ! Yaxud Fedral İranın mədrəsələrində Tarix  kitabların necə yazacaqlar ! “ Böyük Kuroşmu yoxsa Tumrus xanimin əlilə gəbərmiş Koruş ?“ ! Milli qəhrəman Pişəvəri yoxsa Satqın Pişəvəri ? Yerli Türk və sondan gəlmə Farsmı yoxsa BARBAR Türkmü ? Xarici siyasətdən dedikləri əfsanələr qalsın bir yana. Fedralçı bütün bu “ ustalıqları “ ö üzdən edirki guya Global siyasət alanında uzmandır və bilirki Super güclər İranın parçalanmasın istəmirlər. Bu kəşfi edən Fedralçı , dərhal çıxış yolun tapıb və Fedral şuarın verir ve beləliklə Lokal alanda super güclərində əllərin daldan bağlamış olur. Çox bağışlayın belə qeyri ciddi formada cəvab verirəm ama əslində mənlik deyil, Fedralçı komik olduğun özü öz susmasıyla ortaya qoyur. Bütün siyasət sırrlarını susmaqla dünyanın gözündən uzaq saxlayır və beləliklə ustalıqla siyasi məsuliyyətdən qaçır.

Ciddi söhbətə keçsək Fedralçı Global siyasət alanında nesə deməyə ehtiyac duymur. Çox aktiv olsa İranda yaşıyan Türklərin sayın və basqıda olduqların diyəcək və İranda “ qan tökülməyin “ qarşısını Fedralismlə alabiləcəyin iddia edəcək. Məzəlisi burdadırki onlar hətta Fars Şovnismindən danişdıqcan və İranda milli apartaydın dərinliklərinə vardıqcan, özləri qazdıqları Quyunun içinə düşəcəklər ama axırda çozüm nədir sorusu sırası gələndə, birdən birə Şöbədə edib və 1 gündə Fedral İran yaratmaqla bu dərin ixtilafları siləcəklərin iddia edirlər. Sanki Güneydə qan verən, şikəncə olan, dustaq olan aktivistlərin çəkdikləri əzab əziyyətləri bir gündə unudub və bir gündə Adam olmuş Fars Faşistlərilə barışacaqlar ! Bütün bunlara heç bəlli olmayan məntiqlə göz yuman Fedralçı özünü elə uzman bilirki, SUSMAQ “ taktikilə “ dunyanı allada biləcək ! Hələ günü bugünəcən özünə Fars lələsi tapmayan Fedralçı, belə hesab edirki bu durumda olarkən Global siyasət alanında kimsə onu ciddiyə alacaq. Qyri Fars millətlərlə yaranmaq halında olan MƏQTƏİ ittihadı ustalıqlan öz xeyrinə MUSADİRƏ etmək istəyir və bu karti Super güclərin masasında yerə vurmasın düşünür. Biz sözlə desəm günü bugün Fedralçının Lokal alanda ( Güneydə ) deməyə 1 cümlə məntiqli sözü yoxdur və özləridə bunu bilirlər və bu üzdən susurlar ama ustalıqla bunu “ Taktik “ adına hesaba soxmaq istəyirlər. Global siyasət alanına gəldikdə diyə bilərəmki , ogünəcənki Fars fedralçıları ortaya çıxmayıb, Türk vəya başqa qeyri Fars fedralçıların Global alanda satacaq heç bir sözləri olmayacaq. Fars Fedralçısıda əl atdan kadırların hazırlayır və vaxtında ortaya çıxıb və bu cənabların içindən “ Fedral İarana “ əməkdaş seçəcək. Hər halda böyük uğur əldə etmiş olacaqlar. 80 il Azəri kimi xidmətdən sonra, Türk məqamında qulluqda durmaq özü böyük irəlişdir ! Nədə olsa Azərbaycan əyalət olacaq.

 

Fedralism Global alanda hər nə uğur qazansada, bu uğur ancaq Güney hərəkatının Stratejisinə xəyanətin sonucunda mümkündür məncə. Buda çox qısa müddətli olacaq. Dediyimkimi “ Fedral İran “ Ordusu özü bu qondarma Fedralı dağırdacaq.

 

5 ) İrakda Fedralism planı rəsmiləşir. Buna nə deyirsiz ?

 

-          Birinci buki İrakda 10 ildirki Autonom Kürd devləti vardır. Şiə-Sünni blokları formalaşıb və Türkmənlər diyə aktiv olaraq susan bir qom. Əslində İrakın Fedralismi bu ölkənin qonşuları tərəfindən verilmiş qərardır. Qonşu olkələrin durumu dəyişsə, dərhal parçalanacaq. Kürdləri buraxsan günü bugün istiqlal elan edərlər. Yani İrakda Fedralism akual olub diyə bu kəsinliklə o demək deyilki İrak millətləri bunu seçibdir. Bundan əlavə bu plan hələlik sadəcə sözdədir. Əmələ keçsin görək necə olur ! Baxalım Kürd əsgəri necə Sünni Ərəblərin bölgəsində xidmət edəcək vəyaxud tərsinə. Məncə ordada əslində Konfedralism olacaq. Sadəcə adını Fedralism elan edirlərki qonşu olkələrin buğuna toxunmasın. Buda parçalanmağa zəmin yaratmaqdır.

 

Güney hərəkatın kim Fedral təhmil edə bilər ? Məncə bunu ilk öncə öz Fedralistləmiz və sonra hərəkətin mahiyyəti aparıb ora çıxara bilər. BAB.çılar Atlarından düşməsələr, təbiki qondarma Fedralismdən başqa yol olmayacaq. Buda o deməkdirki bizdə İrakkimi birneçə il qanlı savaşlarla yaşamalı olacaqyiq. Xəyali BAB yaranmasından dəm vuranlar bunu birbaşa əldə edə bilməyəcək və eyni zamanda Atlarına Global siyasət alanın heç olmasa Nalsız sürməyə razı olmayacaqlar. Qonşulardandan danışsaq mən arxayınamki nə Quzeyin bugünkü hakimiyyəti və nədə tutalım gələcək demokrat hakimiyyəti birbaşa BAB ideasına girmək istəmiyəcək. Türkiyəy gəldikdə yaxşısı budurki bunu kökündən dəstək verməyin unudaq getsin.

 

6) Nədən Türkiyə və Quzey Azərbaycan BAB ideasına dəstək vermirlər? Siz deyirsiz bu gələcəkdədə mümkün deyil ?

 

- Doğrudur. Nədənləri barədə sonra öz düşüncələrimi ortaya qoyaram.    

 

Şənbə, 5 May 2007