Gənc aktivistlə danışık

 

1) Fedralism və Bütöv Azərbaycan idealarıyla bağlı artıracaq sözünüz varsa buyurun sonra keçək başqa sorulara.

 

-         Məncə bugün Güney Azərbaycan milli hərəkatının stratejisi nə Fedralçılıqda və nədə Babçılıqda formalaşan bir hərəkət deyil. Güney hərəkatının bəlli stratejisi vardır məncə. Anti Fars Faşism.i vəya ən konservativ formada desək Anti-Fars Şovnism-dir. Bunu mən özümdən kəşf etməmişəm. “ Haray haray mən Türkəm “ şuarının siyası tərcüməsi budur məncə. Mən bu stratejiə inanıb və söykənərək Fedralismi nəqd elədim. Yenədə təkrar edirəmki Fedralism ideası ancaq və ancaq formalaşmağa əngəl törədən bir ideadır. Çünkü güclü siyasi məntiqə əsasən ortaya qoyulmuş plan deyildir və bu üzdəndə verilən sorular vəya intiqadların qabağında özünü mudafiə etməkdən acizdir və beləliklə bulanıq bir siyasi atmosfer yaratmaqdan başqa heç xeyri yoxdur. Sözün qısası buki mənim düşüncəmdə bugün Fedralism planı G.Az hərəkatilə Stratejik ixtilafdadır. Bunu Ploralism vəya taktiki ixtilaflar altında gizlətmək olmaz.

BAB.çılara gəldikdə demək olarki onlar hərəkətin stratejisin daha real görüb və bü üzdəndirki Fedralistlərin yaşadıkları bir sıra teorik tənaquzlərdən uzaq qala bilirlər. Ancaq Praktikdə mən arxayınlıqla diyəbilərəmki hətta Fedralistlərin teoridə dayandıqları yerin yarısınacan çata bilməzlər. Bu heç təsadüfi deyilki bugünəcən birnəfərdə olsun belə BAB.çı olaraq gəlib və bu ideanı mudafiə etsin. Əslində bugünəcən bu konuda Günazda aparılan danışıqlar bir tərəfdən Konfedralçı olubdur və başqa yandanda İstiqlalçı. Ama təssüfki Dr Sedr Konfedralism planın formalaşdırdiqcan, axırda yenədə onu Fedralism adına tanıtmaqdaır. Habelə Saleh bəy İstiqlal məntiqlərindən faydalanıb və danışıqda güclü movqedən çıxış etdikdən sonra, bunu BAB planı xeyrinə bir uğurkimi göstərməkdədir. Bu gedişlə nəyinki G.Az hərəkətinin siyasi düşüncəsinin formalaşmasına yardım etmək olmaz, tərsinə birazda çaş baş salmaqdır. Konfedralçı və İstiqlalçı danışırsa, bunun poenlərini Fedralism vəya BAB.çılıq xeyrinə MUSADİRƏ etmək doğru deyil. Hətta siyasi oğurluqdur ! Qısası mənim düşüncəmdə Fedralism və BAB.çılıq adıyla , istər bilmədən vəya bilərəkdən, Güney hərəkatının istər stratejisinə sataşmaq vəya  praktik gedişiylə oynamaq ,böyük yanlışlıqdır. BAB.çılar əgər öz məntiqlərinə güvənirləssə, ozaman Günaz tv de bircədəfə olsun belə bu konuyu masaya qoyub və mubahisə etsinlər ! İstiqlalçı adına deyil, BAB.çı adına !

 

2) Daha öncə intiqadla bağlı söylədikləriz yadıma düşür. Siz orda dedinizki “intiqadın amacı ancaq bu deyilki bir düşüncənin yanlış olmasın ortaya çıxaraq, nəqd odurki yanlış olduğun ortaya qoymaq istədiyi düşüncənin nədənlərin açıqlaya bilsin”. Əgər siz Fedralismi və BAB.çılığı yanlıq düşüncələr bilirsizsə, ozaman nədən üz verdikləri barədə açıqlama verə bilrəsinizmi ?

 

-         Birinci yada salımki mən ordada bu anlamlı cümləni öz düşüncəmkimi deyil, adını unutduğum Avropalı aydının dilindən dedim. Soru çox maraqlıdır. Daha öncəki yazılarımda buna toxunmuşam sanıram. Ama o yazılarda əsas “ sərtaseri partilərdə “ sığınan G.Az türklərin nişana almışam. Məncə burdada nədənlər eynidir. Sadəcə forması fərqlənib. Yani necəki vaxtilə G.Az Türk aydını İran “ sərtaseri “ partilərinin stratejilərin mənimsəyirdi, indidə sadəcə yarımçılıq formada özünə gəldiyi üzdən və tam olaraq Ərk qalası mehvəriyyətində düşünə bilmədiyi üzündəndirki Avropadan-Canadadan Fedralism inport edir vəya ən yaxşı durumda Bakıdan BAB.çılıq kopi edir. Bunun nədənlərin açıqlamaq istəsək yenədə çağdaş tariximizə keçici baxış hər şeyi ortaya qoyacaq. Hamı bilirki Məşrutə hərəkatının siyasi teoriləri vaxtilə Bakıda təhsil almış G.Az Türkləri tərəfindən becərilmişdir. Bakıdakı ilk Modern aydınlarının çoxusu, Rusların Sosial-demokratları vasitəsilə becərilmişlər. Onlarda Tezar Şahların məşrutə ideasıyla reformlara yönətirdilər. Vaxtilə Ruslarda Modernismi Avropadan öyrənmişlər. Deməli Avropadan axıb gələn Modern düşüncələr 2.ci əl olaraq Bakıya və 3.cü əl olaraq Təbrizə çatmışdır. Beləliklə Ruslar millət olaraq reformlara can atırdılar ama bizlər Qafqazlı-Azərbaycanlı və habelə İranlı olaraq ! Rusların başına bəla olan Lenin oları pis günə qoysada, yenədə millət olduqların qoruyub saxladılar ama bizlər 2.ci və 3.cü əldən almış “ Modern “ düşüncəni Tehranaqədər Hamballıq etdik vəssalam!

İndi siz baxın bu 100 illik hamballıq tarixinə , açıqca görəcəksizki biz nədən günü bügündə Ərk qalasının mehvərində Güney Azərbaycan siyasi fəlsəfəsi yarada bilmirik! Çünkü biz xarici mala alışmışıq. Hətta Montaj etmək cəsarətində əldən vermişik sanki. Buna bir kəlmədə Aşalıq kompleksi demək olar.

 

3) Deməli sizcə Fedralism və BAB.çılıq idealarının yaranması qayıdır Məşrutə devrinə ?

 

 

- Məşrutəçiləri qınamaq olmaz məncə. Onlar Bakıda öz silahdaşlarına dərindən inanıblar. Habelə Bakıdakı aydınlarda haqlı olaraq Rus sosial-demokratlarına inanıblar. Əslində Rus sosial-demokratları özlərizə Leninin Kudetasında qırıldılar. Bakı sosial-demokratları orda yanlışa yol veriblərki Ruslardan Modern fəlsəfəsi borc alanda, onun MİLLİ yönün tam unudmuşlar ! Əslində Ruslar özləridə bunu yaxşıcasına anlamamışlar ama yenədə nisbi anlamda Tezarlar devrində bunu yaratmışlar. Ən azı Ədəbiyyat sahəsində. Ancaq Quzey aydını bunun tam başlanqıcında olarkən Lenin bəlası kökünə su bağladı. Sovetlər devrində yaranan Quzey ədəbiyyatına baxın. Milli ədəbiyyat sanıram Sibridə daha yaxşı yaranırdı, Bakıda deyil ! Milli ədəbiyyatı olmayan millət, Milli siyasi fəlsəfə yaratmaqda 2 qat çətinlik çəkər. Kimsə dana bilməzki Güneyin siyasi düşüncəsinin formalaşmasında 90% Quzey rol oynayıb. Türkiyədə becərilən aydınlarımız sanıram elə ilk öncə sonralar Quzeydən axan “ Komonism “ küləyində meydandan kənara tullandılar. Deməli biz istəsəkki bugün Güneyin siyasi düşüncə alanında gəzən fikirləri araşdıraq, mütləq Quzeydə bağlanan köklərin araşdırmalıyıq. Bu üzdəndə yuxarıdaki konudan kənar sözləri ortaya çəkdim. Deməli məşrutə devrindəki aydınlarımız özləri Məşrutə hərəkatının siyasi fəlsəfəsin yazmamışlar. Hətta birbaşa olaraq Avropadan alıb və Güneyin durumuna yaraşan formada Montaj etməmişlər. Beləliklə İngilislər çox asanlıqla Fars və Erməni alətilə bu hərəkatı məğlub edə bilmişlər. Çünkü Məşrutə aydınları Quzeyə asılı olmuşlar və oradanda İstiqlal əmri gəlməmiş ! Mən inanıramki əgər Rus sosial-demokratları , Quzey aydınlarına İstiqlal fəlsəfəsindən danışsaydılar, G.Az aydınları məşrutənin talein Təbrizdə həll etməklə məşqul olardılar. Ama məşrutənin siyasi fəlsəfəsində İstiqlal diyə bir istək olmadığı səbəbdən, görürükkü 11 ay savaşıb və qazandığı savaşı, heç bir məntiqi səbəb olmadan Tehrana daşımışlar. Təkcə bir səbəb olabilərmiş məncə : Avropa-Mosko-Bakı-Təbriz  məsirilə axıb gələb siyasi düşüncələr, məqsəddən uzaqlaşdıqcan, qondarmalaşıb və real toplumsal durumdan uzaqlaşmışdır ! Avropada verilən analizlər və diagnozlar, kəsinliklə Bakı vəya Təbrizə yaramazdı. Nə Heydər əmoglu və nədə başqaları heçbiri TAM bağımsız aydınlar olmamışlarki belənçi kritik durumlarda LOKAL qərarlar verib və ÖZ diagnozlarıyla savaşı idarə etsinlər. Məncə həmin günlərdən bəridirki G.Az aydını  Fedralçılıq və BAB.çılıq aləmində gicəllənir.

 

 

 

4) Ozaman nədən bu siz demişkən gicəllənmək buqədər uzun sürmüş ? 100 il boyu bir yanlışı doğrutmağa yetməzmiydi ?

 

 

-  Bu soruya əslində yaşlı aydınlarımız cəvab verməli. Bu illərin canlı şahidləri olan aydınlarımız. Ama məsə burdadırki həmin bu aydınlarımızda ya Fedralçıdırlar ya BAB.çı ! Onagörədə bağımsız şahid və müntəqidkimi yanaşmaqdan uzaq dururlar. Çünkü əgər bu 100 illik yanlışı qurdalasalar, özlərinidə bu illərin içində tapacaqlar. Bu üzdəndə mən oların barmaq sayda sədaqətli olanlarından sonra, qalanında heçnə gözləmirəm. Mənim görüşümdə siz demişkən 100 il bir yanlışda donub qalmağın əsas səbəbi Leninin Rusiada dərbəsi olmuşdur ! Mən belə düşünürəmki bu dərbə təkcə Rusları deyil, habelə bütün orta-doğu millətlərini əsirlərcə dala saldı. Tərsinə Batı Avropa ölkələrində böyük toplumsal reformlara nədən oldu. Batı Avropa Kapitalistləri “ Komonism “ saldırmasına qarşı məcburən reformlara baş əydilər. Ancaq Rusların özlərinə baş bəlası və bizlərə faciə törətdi. Artıq Rusların özlərinədə Avropadan Modern düşüncələr gətirmək imkanı azaldı və təbiki Ruslardan öyrənən Quzey aydınlarıda bundan pis təsir aldı. Hesab edin 3.cü əl Modern düşüncə alan G.Az Türkü nə durumda olacaq ! Türkiyə Modern devlət quranacan artıq bizimki bizə dəymişdi məncə. M.Rəsulzadə Quzeydə və Xiyabani Güneydə , hər ikisinin qurduğu devlətlər dağılıb getmişdi. Əgər bu devlətlər yaşasaydı, bəlkə 100 il tamam bir yanlışın tavanın ödəmiyəcəydik! Bu devlətlərin ikisində birbaşa yıxan vəya dolaysıyla yıxılmasına nədən olan ancaq Lenin dərbəsinin bölgədə demokratik hərəkatı dayandırması oldu. Sovetlər içində militar saldırqan hakimiyyət qurmaqla və Batı ölkələridə onun çevrəsinə “ Yaşıl qayış “ bağlamaqla, gənc demokratik hərəkatın kökünə su bağladılar. İndi siz təsəvvür edin bu durumda G.Az Türk aydını bu illərdə hansı siyasi Fırtınalardan keçməlimişki ƏRK mehvərində siyasi fəlsəfə yarada bilsin. Birbaşa Avropaya getmək şansı əldə edə bilənlərin taleindən xəbərim yoxdur ama Lenin dərbəsindən bəri Modernismin qapısı Ruslara bağlandı. Təbiki Bakıya gəlib çatan siyasi düşüncə materiallarıda getdikcən zaylaşdı və hesab edinki Güney aydınlarının əlinə çatan 4 əl dəyişmiş siyasi düşüncə necə ola bilərmiş ! 4.cü əl deyirəm onagörəki artıq getdikcən siyasi “ düşüncələr “ Mosko-Bakı-Təbriz deyil, ortaya Tehran vəya daha düzü Fars girmişdir : Avropadan Modern düşüncələr Sovetlərin “ komonist “ partisinin mərkəzində saxtalaşdırılıb ( eynən bugün Farsların hədis düzəldib pula yazmalarıkimi ), Bakıdan Tehrana və Fars “ Rəfiqlərin “ əlilə bizim qaragünlü G.Az aydını əlinə çatırdı. Sanıram fikrimdə olan 100 il boyu siyasi yanlışlar qaranlığında qalmamızın nədənlərindən yarısını demiş oldum. Fedralçılar və BAB.çılar ikisidə bu devranın məhsullarıdırlar. Avropadan, Amerikadan, Quzeydən, Türkiyədən və habelə Türandan və İrandan “ siyasi düşüncələr “ uman və montaj etmək istəyən aydınlar. Öz yaratdıqları Güney siyasi stratejisinə dəstək diləyi deyil bunun adı.. Siyasi dəstək istəmək çox dogal bir hadisədirki tarix boyu millətlər və ölkələr arasında olubdur. Bizdəki sadəcə alışqanlıqdır. Qısırlıq !