Gənc aktivistlə danışıq (3)

 

 

1) Federalism və federalçılar haqqında düşüncələrizə əlavə edəcək sözünüz yoxdursa keçək başqa sorulara.

 

-         Artıracaq söz çoxdur. Əslində konu tam başlanqıc yerinə gəlib çatmışdır. Mən Fedralistlərin siyasi görüşlərinə olan intiqadlarımı ortaya qoydum. Cavab gəlirsə, ozaman məndə əlavə sözlərimi ortaya qoyaram. Başqa sorulara keçmədən öncə demək istədiyim bir söz vardır. Bildiyinizkimi hər hansı bir tarixi hadisənin özünə ayid prosesi vardır. Mənimçün maraqlı olan bu deyilki bir düşüncə tərzinin yanlış olmasın ortaya çıxarım. Adını xatırlamadığım Batı müntəqidlərinin gözəl bir sözü yadıma düşür : Nəqdin amacı kiminsə yanlış düşündüyün ortaya çıxarmaq deyil. Əsas odurki həmin şəxsin nəüzdən yanlışa yol verdiyi prosesə aydınlıq gətirə bilək. Məni maraqlandıran bu ikinci hissədir. Yani biz əgər bir düşüncə tərzinin yaranmasında rol oynayan hadisələri araşdırmasaq, ozaman nəqdimiz ucuz olacaq və qarşı tərəf taktiki manovrlarla, yenidən dialogu başlanqıc nöqtəsinə gətirib çıxaracaq. Ama Prosesi anladıqda bir başa olaraq düşüncə tərzinin qaynaqların əldə etmiş oluruq. Beləliklə nəqdimizi möhkəm bina üstə qura bilərik.

Məncə Federalism düşüncəsinin yaranış Prosesin araşdırmalıyıq. Məncə bu düşüncənin qaynaqları tarixi faktlardan öncə, psykologik amillərə dayanır. Yani dünya üzündə kəsinliklə bir millətin istiqlal istəməsinə qarşı çıxacaq məntiqi dəlil tapmaq olmaz. Mən hələ bugünəcən Fedralistlərin köklü-dibli təhlillərinə ras gəlməmişəm. İşin acı verici yeridə budur !

Bu üzdəndə mən bu düşüncənin qaynağını İrana psykologik alışqanlıqda görürəm. Heç bir Güneyli yaşlı aydın bu iddianı edə bilməzki ömrünün 1.cə gününü vətəndaşkimi yaşamışdır! İstər Güneydə ,istər xaricdə. Bu talei gələcək törənə rəva görən Türkə aydın adı vermək mənimçün asan deyil.  Əlavə etməliyəmki mən təkcə öz düşüncəmə əsasən deyil, Fedralismin international terifinə söykənərək Dr Sedrin siyasi mozeini Federalism yox, təmiz Konfedralism görürəm.

 

 

2)      Bir istiqlalçıkimi Federalismlə bağlı düşüncələrinizi ortaya qoydunuz. İndisə bütöv Azərbaycan ideasıyla bağlı düşüncələrinizi bilmək istərdim. Bildiyimə görə bu düşüncənin siyasi gələcəyinə musbət baxışınız yoxdur .

 

 

-         Doğrudur. Mən bugünkü Güney Azərbaycan milli qurtuluş hərəkatını bütöv Azərbaycan yaratmağa dogru yönətilməsinə qarşıyam. Ancaq bu o demək deyilki mən butöv Azərbaycanın yaranmasına qarşıyam ! Mənim bütün uşaqlığım Araz çayıyla bağlı keçibdir. Sonralar həm Təbrizdə və həmdə Bakıda yaşamaq şansım olubdur. Açıqcasına iddia edə bilərəmki həm Güneyin və həmdə Quzeyin topulsam psykologisinə bələd olan az saylı Güneylilərdən biriyəm. Bugün nə Güneydə və nədə Quzeydə yetərincək demokratik imkanlar yoxdurki onlara əsasən millətin bu haqda düşüncələrin sansor olmadan eşidə bilək və güvənəsi statistik bilgilər əldə edək. Bu üzdəndə demək olarki Arazın iki tayi buna tam razıdır vəya heç razı deyil diyənlər hər ikisi öz hisslərindən qaynaqlanan iddiaları ortaya qoyurlar, real duruma söykənərək deyil. Bundan əlavə mənim qarşı durmamın nədəni bunlar deyil. Tutalım ən ideal baxışda otaylı-butaylı 100% butöv Azərbaycan yaranmasına maraqlı olmuş olsun. Yenədə bu görəvi indiki Güney hərəkatına yükləməyi vəya hərəkəti bu səmtə yönətməyi doğru siyasət bilmirəm. Onagörəki bu ağır görəv, otaylı-butaylı bagimsiz devlətlərinin görəvidir, indiki durumda bu istəyi sadəcə məsajkimi Arazın hər iki tayına buraxmaq olar, siyasi stratejikimi deyil.

 

3)      Bütöv Azərbaycan istəyi istər Güney hərəkatının strateji olsun , istər hərəkətlə paralel olaraq Arazın otay-butayına bu məsajı yaysın. Bunların fərqi nədədir sizcə ?

 

-         Böyük fərqləri var. İstər lokal ,istər global siyasət meydanında Güney hərəkatının mahiyyətin açıqlamada ciddi rol oynayacaq. Mən özüm bu hərəkətin içində olaraq , hələdə konkret olaraq başa düşməmişəmki bütöv Azərbaycan yaratmaq istəyən Güneylilərin , praktik olaraq planları nədir ?!? Yani əsas hardan yola çıxdıqları bəlli deyil. Güneyin milli hərəkatıdır yoxsa Quzeyin imkanları ? Əgər otaylı-butaylı bütöv Azərbaycan istəyənlərin ikisidə bu qərara gəlibdirki Güney hərəkatı bu istəkdə ciddi rol oynayacaqdırsa, ozaman hər ikisi bütün gücünü bu hərəkətə təmərküz etməlidirlər məncə. Ən azından mən bu işbirliyin görmürəm. Tərsinə olaraq bəzi hallarda Günüyli bütövçülər, Güney hərəkatının ilk görəvini ,Quzeyin devlətçiliyin qorumaqda bilib və bu yolda adım atırlar. Deməli bu analızə əsasən bütöv Azərbaycana çatmaqçün ilk öncə Quzey Azərbaycan devlətçiliyin möhkəmlətmək lazimdir. Bəs ozaman bütöv Azərbaycan yaratmağın yolu Güney hərəkatını gücləndirib və bağımsız Güney Azərbaycan yaratmaqdan deyil, Quzey Azərbaycanın devlətçiliyinə güdükçü olmaqdan keçir. Necəki Fedralçı darda qalanda deyir “ olarsa federal. Olmazsa istiqlal “ , bütövçülərdə düşünürki bunun ziyanı yoxdur, “ olarsa bütöv Azərbaycan, olmazsa bağımsız Güney “ . Buna Şer-Xətt oyunu diyərlər, siyasi strateji yox. Bir millətin gələcəyi Qara pul deyilki onu 50-50 şansına buraxıb və havıya tullayasan.

 

4)      Farsların bir atasözü vardır : “ Ölümə hədələ, qızdırmaya razı olsun “. Bəlkə Fedralçılar  və Bütöv Azərbaycanç bunu taktik olaraq işlədib və bağımsız Güney Azərbaycanı garatıya almaq istəyirlər ?

 

-         Əgər ata sözlərini siyasi stratejilər seçməkdə faktkimi qullanmaq zamanı çoxdan keçibdir. Ozaman nədən Farsca olan başqa ata sözünü fakt gətiməyək? : “ Böyük daş götürmək, vurmamaq anlamına gəlib çıxır “. 10 larca ata sözü vardırki bir birlərini nəqz edir. Örnək olaraq öz dilimizdə bu iki ata sözünü götürün : “ Cuceni Payızın axırında sayarlar “ və “ Adam olacaq cocuk, Poxundan bəlli olar “. Mən ata sözlərini dəyərsiz etmək fikrində deyiləm. Əslində biz bu sahədədə işləməmişik. Güney Azərbaycan Türkcəsində Ata sözləri adlı kitabımız varmı ?

Sorudan uzaqlaşmayım. Bütov Azərbaycan yaratmağı, Güney hərəkatının ƏSAS görəvi bildirməkdə bir çox çıxmazlara düşmüş olarıq. Öncə Global siyasət alanında buna yanaşaq. Sizcə bizə heç önəmli deyilki dünyanın super gücləri, Güney hərəkatının mahiyyətini başa düşsünlər ? Bu soruya YOX cavabı verənlər məncə hələdə siyasi düşüncələri Lokal səviyyədə donub qalmışdır. Bunların siyasi görüş alanı Arazın otay-butayında xulasə olur. Türk dünyasının tarixən bir kəsimiyik diyə, deməli uzaq başı Türk dünyasında siyasi düşüncələrimizi formalaşdırmalıyıq. Mənim bu dəstəylə sözüm yoxdur.

Məncə biz Global siyasət alanında yer almalıyıq. Həmdə əlimizdəki REAL imkanlarla və üstəlik tam real istəklərlə. Bu istəkləridə bizdən öncə Avropa millətləri qan verib və BMT qanunları formasında rəsmiləşdirmişlər. Bizim bağımsız olmaq haqqımız vardır və bunada gücümüzdə vardır. Bu açıdan yola çıxarsaq, ilk öncə özümüzü konkret olaraq dünyaya tanıtmış olarıq və üstəlik öz içimizdə formalaşmaq zamanını olduqcan azalda bilərik. Həm günü bugun hərəkətə qoşulanın təklifi bəlli olar və həmdə Global siyasət alanında özümüzü tanıda bilərik. Əks halda həm özümüz və həmdə çevrəmizi çaş-baş salmış oluruq. İndiki durum dediklərimə faktdır. Sizcə biz nədən formalaşa bilmirik ?

5)      Sorunu özünüzə qaytarım. Ozaman sizin dediklərinizə görə Güney hərəkatına ancaq və ancaq bir parti lazımdır və oda İstiqlal partisidir. Ploralismə inanmırsız ?

  

-         Əsas məsələ burdadırki Günüy Azərbaycan milli hərəkatında aktiv olan aydınlar ilk öncə bu sorulara ciddicəsinə və birdəfəlik cavab tapmalıdırlar : 1) Günüy Azərbaycan bölgəsi İstər Fars Faşismi, Fars Şovnismi vəya bugün İslam Cumhuriyyəti adı daşıyan hakimiyyət tərəfindən işqal altındadır yoxsa deyil ? Əgər cavabları bəlidirsə ozaman işqalçıyla mubarizədə Fedralism şuarı komik bir taktikdir. Təsəvvür edinki M.Gandi İngilistan işqalçılarıyla savaşanda Hindustanda başqa parti ortaya çıxıb və İngilistanla Federal yaşıyaq şuarı versəydilər, sizcə Hindustan istiqlala çatardı ? Əslində İngilislər özləri savaşı uduzduqların gördükdə Gandiyə yalvardılarki muxtariyyət vəya Fedralismə rizayət versin. Əslində Fedralismə yalvaran axırda Fars Faşistləri olacaqlar. Onlar bu adımı atmağa məcbur olmalarından əmindilər ama saxlayıblarki ən son kritik durumda bunu ortaya salıb və Xatemikimi 8 ildə belə oynatsınlar. Çünkü Federal İran hamıdan çox farslara sərf edir. İran deyilən “ Mame mihənin “ bütün Analarkimi 2 əmcəyi vardır : 1) Əl Əhvaz 2) Azərbaycan. Bu iki əmcək gedərsə acından ölən Fars olacaq. Əgər işqal altında deyiriksə ozaman özümüzü Oda-Suya vurmağın anlamı yoxdur. Aslanaq reformlardan və beləliklə zaman keçdikcən hamımız rəsmən Farslaşaq və birdəfə məsələ bitsin getsin. Olaq bugünku Quzey Afrika ölkələrikimi. Hamısı özlərini Ərəb bilib və məsələni unudublar.

Mən Fedralismə qarşı deyiləm. Ama indiki durumda birbaşa Fedralism şuarı verməklə milli hərəkətə qoşulmağı tamamilə anlamsız və dağıdıcı bilirəm və bugün hərəkətin formalaşmasında ciddi manelərdən biridə Federalism bilirəm. İstər partiləşmə prosesində, istər hərəkətə münsəcim siyasi strateji yaratmaq yolunda , ciddi sorunlar yaradır. İran çarçuvasında Federalism istəyənlər daha öncə dediyimkimi ən azı 50 il İran Konfedralismi yaratmasına düşünməlidirlər məncə.

 

6)      Deməli Fedralçılar sözlərindən dönüb və Konfedralçı olmamıdırlar ?

 

Məncə onlarçün başqa məntiqi seçənək yoxdur. Bugünki taktiklərini 2-3 soru verməklə noc out etmək olar. Axırda diyəcəklər “ olar Fedral İran, olmaz bağımsız Günüy Azərbaycan “ . Konfedra İran diyənlərin partisi siz diyən siyasi ploralismə uyqundur.

 

7)      Ozaman sizcə BAB çılarda ad dəyişməlidirlərki siz düşünən siyasi ploralismə daxil ola bilsinlər ?

 

-         Dğrudur. BAB.çılara gəldikdə sorun eynidir. Əgər BAB.çılar bu istəklərin realizə etmək istəyirlərsə ozaman birdəfə bir qərara gəlməlidirlərki BAB.in yaranmasiçün İLK öncə Güney bağımsız ölkə olmalıdır və sonra Quzeylə birləşməlidirsə, ozaman Otaylı-Butaylı güclərin birləşdirib və bağımsız Güney Azərbaycanın yaranmasına təmətküz etsinlər. Əgər İLK öncə Quzey devlətçiliyi qorunmalıdırsa, ozaman bu seçimi realisə etməyin qarşısında olan maneləri nəzərə alsınlar. Quzey Azərbaycanın devlətçiliyini qoruyub saxlayan amillər nələrdir ? Genəl olaraq bütün ölkələrin varlığını saxlayan əsasi amil Demokrasidir ! Əgər Quzey Azərbaycanda demokratik hakimiyyət iş başına gəlirsə, ozaman asanlıqla və tezliklə işqal altında olan torpaqlarını qaytara bilər və eyni zamanda Güneyin arxasında möhkəm dayanıb və İstiqlal savaşına dəstək verəbilər. Tam qanuni olaraq, insan haqları əsasında Günüy Türklərinin haqlarını BMT də mudafiə edib və problemi kürəsəl media alanlarına çatdırar. Deməli BAB.çılar bu yolu seçsələr, ozaman Günüyin gücünüdə Quzeyin demokratlaşmasına sərf etməlidirlər. Hal buki bugünəcən BAB.çılar bu adımı ciddicəsinə atmamışlar. Bu istəkləri olanlarda kəsinliklə Quzey seçgilərində iştirak edə bilməzlər ! Qarabagda savaşa bilməzlər ! Bunlarçün Quzeyin vətəndaşlığın əldə etmək lazımdır. 3-500 nəfər Günüylinin Qarabağda könüllü əsgər olmasıyla sorun bitməz. Bakının küçələrində miting etmək olmaz ! Onlarca mane saymaq olarki Quzeyin demokratlaşmasında Günüylinin əlin daldan bağlayacaq. Özüdə tam BMT qanunları əsasında ! Deməli BAB.çıların məntiqi yolu İLK öncə bağımsız Günüy Azərbaycan əldə etməkdən ibarət olur. Buda ö deməkdirki Quzeyin bugünkü hakimiyyətinin qondarma prestijini qorumaqdan əl çəkməlidirlər. Əks halda nala-mıxa döyməkdən başqa heçnə əldə etməyəcəklər və olarda məntiqi siyasi mubahisədə asanlıqla noc out olacaqlar. Arazın ortasında qalıb və siyasi burluğanlarda çabalıyacaqlar. Mən bu düşüncəni bu formada siyasi ploralism adıyla qəbul edə bilmirəm. Bütöv Azərbaycan Birliyinə qarşı deyiləm ama bu istəklə iş bitmir. Bu istəyə çatmaqçün hansı PRAKTİK Plan ortadadır diyə məni maraqlanıram. BAB.çılar əgər məntiqi siyasi mubahisədə dəvam gətirmək istəyirlərsə, birdəgəlik həm ADLA və PRAKTİK olaraq, Günüy Azərbaycan İstiqlalı partisin yaratmalıdırlar məncə. Mənim düşüncəmdə siz diyən ploralism bu formada canlana bilər :

 

1)    İran Konfedralçıları.

 

2)    Bütöv Azərbaycan Konfedralçıları. ( İstər sonra Türkiyəyə və habelə bütün Türk devlətləri  Konfedları)

 

3)    Tam bağımsız Günüy Azərbaycan.

 

 

Birinci və ikinci bölümdə yerləşən aktivistlər ikisidə 3.cü bölümü dəstəkləməlidir. Çünkü onların seçdiyi yol ancaq və ancaq bağımsız Günüy Azərbaycan ÖLKƏSİNDƏN keçir. Bu ölkədə yaranan müvəqqəti devlətin keçirdiyi refrandom təin edəcəkki ad apardığım 3 dəstənin hansı qazanacaq. Başqa formada məntiqi mubahisəyə dəvam gətirən ploralism yoxdur məncə. Siyasi teoridə güclü məntiq olmalıdır. Praktikde  keçici taktiklerden vəya siyasi manovrdan danishmaq olar. Bunlar tam ferqli konulardir. Biz teoridə manovr verib və praktikdə inad edirik !

 

 

Bazar ertəsi, 30 Aprel 2007