Totalitar rejimlərin informasiya ilə nəticəsiz savaşları

 Babək Azəri

Hüquqşünas

İstərdim sözümü belə başlayım: Əməldə görünüb ki, əlaqə texnologiyasına yüzə - yüz monopol qoyub onu kanalizə eləmək indiki yaşadığımız əsrdə qeyri -mümkündür.Əlaqə texnikası zatən monopol götürmür. Məsələn, keçmiş Sovet İttifaqında əgər Kommunist Partiyasının radio, televiziya, qəzetlər nəzarəti altındaydısa, bu sistemə opozision qüvvələr fotokopu aparatlarından istifadə edib öz bildirişlərini və hətta kasetlərdə səsləri yazıb yayırdılar. Beləliklə də, rejim əleyhinə tənqidi nəzərlərini istənilən vasitə ilə yayırdılar. Elə bu mübarizə metodu Sovet İttifaqında və İranda, İranın inqilabdan qabaq bu iki totalitar rejimin ciddi başağrısı olmuşdu. Amma indiki yaşadığımız əsr, zaman biz şahidik ki, əlaqə texnologiyası hədsiz artıb. Beləki, bəzi sosioloq alimlər deyirlər ki, ictimaiyyət mahiyyət baxımından dəyişib mədəni ictimaiyyət yerinə informasiya ictimaiyyəti terminini işlətməliyik.Çünki əlaqə texnologiyası həddindən artıq inkişaf tapıb və internet, satilet texnologiyası ilə birlikdə informasiyanı səs, yazı və təsvir formasında yaymaqda bir sıra imkanlar yaradılıb ki, on il bundan qabaq ancaq elmi - fantastik əsərlərdə onları oxuya bilərdik. Bu gün dövlətlərə və böyük firmalara internetdə yayımlanan informasiyaya monopol qoymaq qeyri - mümkündür. Bu gün çox rahat bir şəkildə bir fərd evində oturub və informasiyanı qlobal aləmə yazı, səs,film şaklində yayır.

Başqa bir misal olaraq İraq -- Amerika müharibəsini göstərmək olar. Statistikalar nişan verir ki, bu müharibə ilə əlaqədar bir əsli xəbər mənbəyi internet idi ki, ayrı - ayrı şəxslər, yəni xüsusi informasiya ilə əlaqədar vəzifəsi olmayanlar da müharibənin gedişində vəziyyəti obyektiv olaraq beynəlxalq aləmə çatdırırmışlar. Demək ola bilər ki, böyük xəbər agentlikləri BBC, CNN və s. monopolu xəbər üstündə yox idi və bu monopolu internet sındırmışdı.

XV əsrin ortalarında alman kitab çapçısı İvan Quttenberqin ilk kitabı çap etməsi, daha doğrusu çap maşınını ixtira etməsi səbəb oldu ki, informasiya geniş şəkildə yayıla və o da öz yerində xristian dininin reforma prosesinə gətirib çıxartdı. Bu reforma protestanism -- etiraz hərəkatı adlanır ki, nəzəri zəmin yaratdı yeni əsrə ki, yeni doğuş əsri adlanır və o da sənəti inqilabla nəticələndi. İndi də komputerin elektronik beyin kimi meydana çıxması və onun vasitəsi ilə informasiya yaymaq totalitar rejimləri dünyanın hər yerində çox çətin bir vəziyyətdə qoyub. Elə ona görədir ki, statistikalar nişan verir ki, internetin tapılması bu baxımdan insan hüquqlarının müdafiəsi də qlobal yaxşılaşıb.Yəni əlaqə texnologiyası bəşər qarşısında yeni prespektiv açıb. Bəzi sosioloq alimlər vasitəsiz demokratiyanın mümkün olduğunu vurğulayırlar. İndiki demokratiya parlamentarizm demokratiyası adlanır. Yəni siyasi, iqtisadi, mədəni qərarları biz özümüz ala bilmirik, bu qərarları bizim təmsilçilərimiz parlamanda alırlar.

Elə demokratiyanın bu formada ən böyük nöqsanı budur ki, demokratiyada nümayəndəlik sistemi məcburən  bağlanıb. Əlbəttə, buna da müəyyən səbəb var. Çünki informasiya texnikası lazımi həddə inkişaf tapmamişdı və bizlər də mümkün deyildi ki, vasitəsiz siyasi, ictimai, iqtisadi qərarlara gələk.Ona xatir nümayəndə seçməyə məcbur idik. Əgər bu gün insanlar həqiqi dünyada yığışıb qərar qoymaq qeyri .. mümkündür, amma virtual dünyada yığışıb texnika vasitəsi ilə siyasi, iqtisadi qərar almaq mümkündü.Elə bu elmi fakta dayanıb bəzi sosioloq alimlər xatırladırlar ki, zamanı yetişib vasitəsiz demokratiya girmək üçün maddi zəminlər yaradıla.Onlar deyirlər ki, vasitəsiz demokratiya ilə vasitəli demokratiya arasında orta model götürmək olar,yəni yarım vasitəli demokratiya.Yəni başlanğıcda parlaman qərarları 60 - 70 % ola, 30- 40 % da qoyula millətin öhdəsinə.Virtual dünyada özləri vasitəsiz siyasi, idtisadi qərarlar alalar.

Hətta bu alimlər deyirlər ki, düzgün demokratiya odur ki, orada bir qərara müvafiq və ya müxalif olduğun şiddətinə əndazə tutula.Yəni bunu ölçmək mümkün ola. Çünki bizdə hamı bir mövzu ilə eyni dərəcəd müvafiq, ya da müxalif deyilik.Görürük ki, demokratiya mürəkkəbləşir. Çünki insanların yaşadığı ictimaiyyət mürəkkəbdir. Bu cür zamanda bəzi totalitar rejimlərin çalışması informasiya monopol qoymaq və onu öz istədiyi kimi öz nəzarəti altına almaq çox iyrənc və eyni zamanda qeyri - mümkün nəzərə gəlir. Fikrə aydınlıq gətirmək üçün bu günlərdə şahidi olduğumuz İranın fars rejiminin informasiya qarşı hücumuna baxaq. Günaz TV - nin Güney Azərbaycanda yayılmasının qarşısını almaq üçün satelet anteniləri kəsib yığdılar. Amma bu gün elektronik aparatlar var ki, satelitin antenini əvəz edirlər və evin istənilən yerində yerləşdirmək mümkündür. Bununla da onun vasitəsi ilə dünyanın istənilən yerindən ötürülən verlişi izləmək olur. Burdan belə bir sual əmələ gəlir : İranın fars rejimi bu aparatın evin içində olduğunu hardan biləcək ?

Məqalənin sonun da indiki Azərbaycan iqtidarına üzümü tutub deməliyəm : Əgər keçmişdə Adam Simid sərvətə və tərəqqiyə 4 amilin əsas olduğunu -- iş, sərmayə, yer, xam material deyirdisə, amma indi beşinci amil də informasiya meydana gəlib. Və hər gün ki, keçir onun rolu və əhəmiyyəti artır. Bu gün yeni sinif vücuda gəlib, onun əhəmiyyəti qolun gücündə və ya sərmayələrdə deyil, bəlkə malik olduğu informasiyadadır. Bəlkə bunları informasiya maliklərinin sinfi adlandırmaq olar. Bu yerdə deməliyəm ki informasiya ilə savaş nəticəsiz savaşdır.Çünki əlaqə texnologiyası kamilləşir, ucuzlaşır və millət arasında getdikcə populyar olur. Elə bu səbəbə görə də informasiya ilə savaş gələcək ilə savaşdır.

İnformasiya ilə savaşa son qoyun, gələcəyə inanın, öz gələcəyiniz də bu inamın içindədir.