Azərbaycan öğrənci günü qutlu olsun !

 

Əziz öğrəncilərimiz, istəkli tələbələr, dəyərli Azərbaycan gənçliyi :

 

Şübhə yoxdurki bütün milli siyasi hərəkətlərdə olduğu kimi “ Azərbaycan Milli Hərəkatının” da aparıcı quvvəsinin ön sıralarında Azərbaycan gənçliyi, Azərbaycan öğrənciləri və özəlliklə biliyurdlar tələbələri dayanmışdır.

Gənçliyin fiziki enerjisi vĉ elm ocaqlarının bilimsəl mərkəziyəti biliyurdlarda birləşərək toplu bir güc halinə gəlir. Bu sınmaz, yıxılmaz, əyilməz gücün inam qaynağı milli qurtuluş məfkurəsi olunca o millət qətiyən qalib gələcəkdir. Azərbaycan öğrənciləri bugün Türklük mehvəri ətrafında fırlanan Azərbaycançılıq düşüncəsini beyin yarıqlarında yerləşdirdiyinə görə arxayınlıqla demək olarkı “ gələcək bizimdir”. Geçmişdəki xətaları düzgün dəyərləndirərək, bugün tələbələrimiz yalançı Farsçılıq siyasətinin arxasınca sürünməkdən imtina edərək “ Azərbaycan Mərkəzli düşüncə sistəmi “ daxilində yürüməkdədir. Mehz bu təfəkkürün qalibiyəti nəticəsindədirki, gənçliyimiz milli azadlıq yolunun köprülərin bir- bir tikir və ağıllı siyasətlə şovinizmin belini bükür, eşq olsun sizlərə.

Əmin və arxayınamki, ordibeşt ayının 19-u ( 9 may) “ Azərbaycan Öğrənci Günü “ münasibəti ilə bütöv Azərbaycan tələbələri çeşitli tədbirlər geçirərək qarşısında yaradılmış bütün maniələri qaldıracaq və özünə yaraşır biçimdə sözünü diyəcəkdir.

Biliyurdlarda olduğu kimi orta məktəblərdə də bugünün əhəmiyəti və “Azərbaycan öğrənci hərəkatının “ mahiyətini aydınlaşdıran toplantıların hazırlanması, milli hərəkatımızın böyük başarısı olacaqdır.

Bu vəsilə ilə Quzey Azərbaycan cumhuriyətinin  əziz tələbələrindən də israrla xahiş edirəm ki, bugünün bütöv Azərbaycan öğrəncilərinin günü halinə gəlməsi üçün əllərindən gələni əsirgəməsinlər. Olduqları üniversitələrdə toplanaraq, mümkünsə güneydəki tələbələrlə əlaqəyə girərərk “ bütöv Azərbaycanda “ şanlı bir “öğrənci günü” bayrağı ucaltsınlar.

Əziz Türk gınçliyi ;

Böyük Türk millətinin 200 illik acısının son bulması, bütöv Azərbacanımızın 180 illik parçalanma nisgilinin bitişi , güney Azərbaycanda 80 illik asimilasyon siyasəti ilə talanmış milli varlığımızın yenidən özümüzə qaytarılması və bütün düyünlərimizin elmi metodlarla açılması  sizlərin güclü biləklərinin başarılı barmaqları ilə mümkün olacaqdır. Bir-birizin əlindən tutaraq, çiyin – çiyinə verərək “ yumuruqları düyünləyin.

Bir daha sizləri bu gözəl gün münasibəti ilə təbrik edir, hamınıza can sağlığı, səadət dolu həyat, bolluqda yaşayış, gözəl gələcək və azad yurd arzulayıram.

Yaşasın Azərbaycan – Tanrı Türkü qorusun.

 

Böyük Rəsuloğlu       28 April 2007