Milli
qüvvələrin içində siyasi dialoq hansı yer alır ?

Babək Azəri
Hüquqşünas
Tamam
təcrübələr nişan verir ki, çeşidli sahələrdə,
yəni iqtisadi, siyasi, mədəni və s. sahələrdə
tərəqqi və inkişaf o zaman mümkündür ki, informasiya üzərində
monipol olmaya. Bir yerdə ki, azad şəraitdə informasiya
yaranır onun
üzərində polomika yürütmək mümkün olur. İnformasiya
islah olur və nəhayət kamilləşir, tərəqqiyə
səbəb olur. Elə bu səbəbə görə dialoq hansı
sahəyə aid olmasından asılı olmayaraq, hədsiz böyük
əhəmiyyət
daşıyır. Sözümü siyasi dialoqun üzərində
cəmləşdirib davam edirəm. Burada xatırlatmalıyam
ki, siyasi dialoqu siyasi şantajla, şəxsiyyətpərəstlik,
yaltaqlıq və s. bu qəbildən olan mənfi hallardan
ayırmalıyıq. Siyasi dialoqun demokratik düşüncə
sistemində böyük yer aldığını ilk əvvəl
deməliyəm. Amma siyasi şantaj, şəxsiyyətpərəstlik,
yaltaqlıq totalitar siyasi sistemin nəticələridir.
Əgər demokratik bir siyasi sistemdə siyasi dialoq, mübahisə,
fikir alış - verişi ilə insan çalışır öyrənə
və həm də öyrədə və ətrafdakıları
qane etməklə dəstəklərini qazanıb özünü haqlı
nişan verə. Bir demokratik siyasi sistemdə siyasi qüdrətə
çatmağın əsil qaydası budur. Amma bir totalitar sistemdə
şəxsiyyətpərəstlik, siyasi şantaj və yaltaqlıq
istər ki, hər qiymətə rəqibləri meydandan çıxarmaq
və bir fərd, yaxud bir dəstə öz məqsədinə çatmaq
üçün.Hətta bəzi çətin şəraitdə öz
rəqiblərin fiziki yoxluğa çıxarırlar.Mənim
məqsədim bu yazıda siyasi dialoqu araşdırmaqdır.
Bəri başdan qeyd etməliyəm ki, siyasi dialoqun
ümumi və fərdi xüsusiyyəti var.
Birinci fərdi xüsusiyyətdən danışarkən,
fərdin təhsilini, onun yaşını, yaşayış
təcrübəsini və hamısından önəmli onun psixoloji
sağlamlığının
əhəmiyyətli rol oynadığını
bildirməliyəm.
İkinci əsas hesab etdiyim siyasi dialoqun xüsusiyyəti üzvi
olduğumuz ictimaiyyətin mahiyyətindən söz açamq olar. Bir
ictimaiyyət hər əndazədə mədəni olur, o
ictimaiyyətin üzviləri də mədəni olurlar. Onlar
siyasətdə, siyasi davranışda siyasi dialoqu əhmiyyətli
hesab edirlər və bu yerdə onu qiymətləndirirlər.
Amma bir ictimaiyyət ki, hər əndazədə geri qalmış
olur, yəni feodal təfəkkürlü olur,
o ictimaiyyətin üzviləri də siyasi dialoqu düz
mənada aparıb öz problemlərin həll edə bilmirlər.
Nəhayət, şəxsi məsələlər -- bir -birinə
ittiham vurma, klan davası siyasi dialoqun yerini tutur.
Biz Güney Azərbaycanlılar uzun müddət ancaq totalitar
sistemdə milli zülmə məruz qalmışıq və bu
istər ...istəməz bizim siyasi davranışımızda
özünü nişan verir. Və belə olan bir zamanda siyasi dialoqdan
istifadə edərək öz problemimizi həll etmədə çətinliklər
törədir. Amma unutmayaq ki, Şərqdə ilk demokratik
respublika bizdə, yəni Azərbaycanda yaranmışdır
və hələ bu gün öndə gedən avropanın demokratik
ölkələrində qadınların seçki hüququ olmayanda bizdə
bu hüquq onlara verilmişdir. Misallardan bu nəticəni almaq olar
ki, əgər biz siyasi dialoqu düzgün formada apara bilmirik, əsli
səbəb fərdi amildir. Bu səbəbdən də iradı
özümüzdə axtarmalıyıq, nəinki üzvü olduğumuz
ictimaiyyətdə yox.
Üçüncü
qeyd edəcəyim məsələ ondan ibarətdir ki, dialoq çeşidli
sahələr də fərqlidi. Tutaq ki, əgər ədəbiyyat,
tibb zəminin də olsa, bir sağlam dialoq qoymaq çox rahatdır.
Bu gün ancaq bir ölkənin çərçivəsində yox,
beynəlxalq aləmdən bu sahənin mütəxəsisləri,
alimləri bir ..biri ilə əlaqə saxlayıb dialoq aparırlar.
Ən əsas məsələ kimi onu qeyd etməliyik ki, bu
zaman heç kəs heç kəsin yerini dar eləmir. Amma siyasi dialoq
fərq elədiyi üçün və həm də siyasətdə udub,
uduzmaq faktoru var. Ona görə də siyasi dialoq
aparanlar ancaq öyrənələr
və öyrədələr meydanına çıxmırlar.Onlarda
siyasi rəqibi meydandan çıxarmaq niyyəti də var. Elə
buna görə də qəribə deyil ki, bəziləri siyasi
dialoqlarda etikanın az olmasından şikayətlənirlər.Əlbəttə,
etikanın az olması
o mənada deyil ki, siyasi dialoqda şəxsiyyətpərəstliyə,
yaltaqlığa gərək yer verilə. Biz ancaq nisbi baxmalıyıq,
mütləq yox.
Millətin reaksiyası, yəni, siyasi şantaja siyasi
dialoqa fərq qoyub, siyasi dialoqa dəstək verib və siyasi
şantajı pisləməyi çox əhəmiyyətli rol oynayır
siyasi davranışda. Məsələn, dünyanın azad ölkələrində
siyasi şantaj ifrati qruplara aid olur və bu siyasəti aparanlar
millət içində çox rahat təcrid olunurlar. Demək olar ki,
siyasi şantaji aparanlar başqasını siyasi şantajın
qurbanı
eləməzdən əvvəl özü bu siyasətin qurbanına
çevrilir. Amma çox təəssüf ki, biz Azərbaycanlılar içində
bu şantaj siyasətinə qarşı güclü reaksiya görmür
və Azərbaycanın
siyasət bazarında
siyasi şantajlara müştəri var.
Şantaj siyasətinə qarşı olmaq bir əxlaqi mövzu
deyil və burada adamların yaxşı və ya pisliyindən
söhbət getmir. Bi yerdə ki, siyasi
dialoqun yerini siyasi şantaj tutur o informasiya ki, çeşidli
sahələrdə lazımdır baş tapmaq qeyri mümkün
olur.Və bu da öz yerinə bizim milli mənfətimizi
təhlükəyə salır. Elə bu nöqteyi
-nəzərdən avropa ölkələrinə baxaq, əgər
burda siyasi şantaj həddindən artıq azdır. Bu onların
yaxşı adam olduqlarına yox, bəlkə milli
mənfətlərini tanıyıb onları qorumaqdır.
Dördüncü və sonuncu demək istədiyim məsələ
siyasi dialoqda etikanın aldığı yeri
unutmamaqdır.Çünki siyasi şantajda ancaq milli
mənfətlər yerə düşmür, bəzən
fərdlər də bu siyasətin qurbanı olur və
bəzən onun ailəsi, əqrəbələri də bu
siyasətdən maddi və mənəvi xəsarət görürlər.
Bu səbəbə görə bu gün etika bir bilgidir ki, onu
universitetlərdə xüsusi öyrənirlər. Və etikanın
rabitəsi hər mövzu ilə araşdırılır.
Məsələn, etika və ətraf mühüt, etika və internet,
etika və siyasət və s.
Sözümü bitirərkən təkcə onu demək
istəyirəm ki, siyasi dialoqla siyasi şantajı ayırmaq
və milli hərəkatda siyasi şantaja yer verməmək.
Ola bilər ki, o adamlar siyasi şantajı
aparanlar düşmənin agentləri olalar. Çünki onların
qorxusu bizim milli birlikdəndir
və milli birliyə də ancaq siyasi dialoqla yetişə
bilərik, nəinki siyasi şantajla.