XOCALI
SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI
AZƏRBAYCAN
FEDRASİYONU-İSVEÇ(AFİ)NİN BƏYANATI
15
il bundan öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan Respublikasının silahlı
quvvələri, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağın Xocalı şəhərini əhalisilə
birlikdə büsbütün məhv edərək insanlığa
silinməz ləkə olan soyqırım aktı törətmişlər.
Erməni
təcavüzkarlarının Azərbaycan Türk millətinə qarşı
törətdikləri cinayətlərin
davamında, bir neçə saat içində 613 nəfər suçsuz
Azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70
dən artıq yaşlı insanı yalnız Azərbaycanlı
olduğuna görə çox rəhmsizcəsinə, dözülməz işgəncə
verərək öldürülmüş, 487 nəfərə ağır
xəsarət yetirilmiş, 1275 sakin - köməksiz yaşlılar,
uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz
zülmə, təhqirlərə və həqarətə
məruz qalmışlar.
Biz
Azərbaycan Fedrasiyonu-İsveç (AFİ) olaraq, ümid edirik ki, mötəbər
uluslararası qurumlar Azərbaycanın həqq mövqeyini
dəstəkləyəcək, ədalət tezliklə öz
yerini tapacaq, Xocalı soyqırımını törədənlər
uluslararası məhkəmə qarşısında cavab
verəcəklər. Erməni terorçuları və onların
himayəçiləri cinayət məsuliyyətinə cəlb
ediləcəklər.İnanırıq
ki, bütün tanınmış və mötəbər uluslararası
qurumlar Azərbaycan topraqlarında barış, doğal və
güvənli yaşamağı,
bir milyondan artıq qaçqın və didərgin
düşmuş olan Azərbaycanlının öz doğma topraqlarına qaytarılmasını təmin etməklə
Azərbaycanlıların
pozulmuş hüqüq və azadlıqlarının gərçəkləşməsində
bütün imkanlarınızı səfərbər etməklə yardımçı
olacaqsınız.
Azərbaycan
Fedrasiyonu-İsveç (AFİ)
Bəyanat BMT-nin Baş Katibinə,
Avropa Şurasına,İsveç Başnazirinə, İsveç
parlamentin sədrinə ünvanlanmışdır.